Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Qlobus üzrə uzunluğun ölçülməsi


Bir çox təcrübi işlərdə, xüsusən aviasiyanın surətlə inkişafı ilə əlaqədar olaraq yer kürəsinin müxtəlif nöqtələri arasında  ən qısa məsafələri bilmək lazım gəlir. Həmin məsafələr yeri kürə qəbul etdikdə böyük dairələrin qövsləri üzrə ölçülür. 
Qlobusda uzunluğu ölçmək üçün möhkəm sapdan (yaxud da millimetr bölgüləri olan metrlik polad ruletkadan) istifadə etmək olar. Bunu üçün ölçülən xətin başlanğıc və son nöqtələrinə qlobusun radius istiqamətində iki iynə sancılır. Sonra iynələrin yuxarı uclarına çəkilmiş sap qlobusun səthinə düşənə qədər aşağı ebdirilir. Qlobusun səthi ilə sapı dartdıqda o, böyük dairə qövsü boyunca uzanır. Nöqtələr arasındakı məsafəni L bilmək üçün qlobus üzrə ölçülmüş xəttin 
uzunluğunu L' qlobus miqyasının məxrəcinə M vurmaq lazımdır, yəni; L = L'M 

Misal. Miqyası 1:50 000 000 olan qlobus üzərində iki nöqtə arasındakı məsafə L' = 65,5mm ölçülmüşdür. Həmin miqyasda qlobus səthindən 1sm məsafə yer üzərində 500km-ə (1mm isə 50km-ə) uyğun olduğundan L = 65,5x50km = 3275km.



Kartoqrafiya 
Ə hlimanov R.M
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget