1982 –ci ilin yanvarında UNEP (BMT – nin Ətraf mühit proqramı) ozon qatının qorunması haqqında Qlobal Konvensiyanın layihəsinin hazırlanması üçün xüsusi hüquqi və texniki ekspertlər qrupunun ilk müşavirəsini ça-ğırdı.Bu müşavirə Konvensiya üçün prinsipal əsasları müəyyən etdi.UNEP – in himayəsi altında keçirilən üç il aktiv danışıqlardan sonra Konvensiya 1985 – ci ilin martında Vyana şəhərində (Avstriyanın raytaxtı) qəbul edildi.Konvensiyanın 21 – ci maddəsinə görə, tərəflər insan sağlamlığını və ətraf mühiti ozon qatının yeyilməsi iləəlaqədar təsirlərdən qorumağa borcludur.
1987-ci ildə 56 ölkənin hökümətləri Monreal (Kanada) protokolunu imzaladılar. Bu protokola əsasən yaxın onillikdə ozon qatını dağıdan flor üzvi birləşmələrin və digər ozon dağıdıcı maddələrin(ODM) istehsalını 2 dəfə azaltmağı öhdələrinə götürdülər. Sonrakı razılaşmalar, yəni 1990-cı ildə Londonda, 1992-ci ildə Kopenhagendə ODM-in istehsalının tədricən və 1997 – ci ildə Manrealda dayandırılması irəli sürüldü.
1996-cı ildə sənaye cəhətdən inkişaf etmiş ölkələr freonların istehsalını tamamilə dayandırdı (həmçinin hallonları, tetraxlorid - karbonu). İnkişaf etməkdə olan ölkələrə, o cümlədən Rusiyaya bu addımı 2010-cu ildə atmağı xahiş etdilər.
Qeyd edək ki, Rusiya ozon dağıdıcı maddələrin (ODM) ən iri istehsalçısı və istifadəçisi olub, 1990-cı ildə 205 min ton ODM buraxmışdır. Bu dünyada buraxılan ODM-in 20% - ni təşkil edir.
Sonrakı mərhələdə metilbromidlərin və hidrofreonların istehsalının qadağan edilməsi olmalıdır. 1996-cı ildə metilbromidlərin istehsalı sənaye cəhətdən inkişaf etmiş ölkələrdə dondurulmuş, hidrofreonların istehsalının isə 2030-cu ildə tamamilə dayandırılması nəzərdə tutulur. İnkişaf etməkdə olan ölkələr bu kimyəvi maddələr üzərində nəzarət qoyulması haqda indiyə qədər öhdəçilik götürməmişlər.
Qlobal ekoloji fond ODM-dən istifadə edilməsini mərhələ-mərhələ azaltmaq üçün Moskvaya əvəzsiz olaraq 60 milyon dollar ayırmışdır. Bu pul aerozol və soyuducu texnika istehsal edən müəssisələrə verilmiş və onlara
karbon Aerozol proplentə keçməyə imkan yaratmağa kömək etmişdir. İlk dəfə belə aerozolların istifadəsini Nevinnomıssk aksioner cəmiyyəti
tətbiq edərək ildə 40 milyon aerozol qablamaları buraxır.
1990-1996-cı ildə Rusiyada ODM-in istehsalı 10 dəfə azaldılaraq 205 min tondan 13 min tona endirilmişdir.
1997-ci ildə İsveç höküməti Ümumdünya bankından Rusiyanın 7 fabrikinə freonların istehsalının dayandırılması üçün 1 milyon dollar ayırmışdır.
1997-ci ildə Monreal protokolunun təsdiqindən 10 il keçmişdir. Həmin dövr ərzində Yerin ozon təbəqəsinin mühafizəsi üzrə geniş beynəlxalq əməkdaşlıq yerinə yetirilmişdir. Beynəlxalq cəmiyyətlərin razılaşdırılmış gücü ilə həmin illər ərzində ozon qatı üçün təhlükəli olan maddələrin istehsalı və istifadəsi 2 dəfədən çox azalmışdır. Atmosferdə ozonu dağıdan maddələrin miqdarının artması dayandırılmışdır. Alimlərin fikrincə bu iş da-vam etdirilərsə yaxın illərdə ozon qatının bərpa olunması prosesi başlanacaq və 21 – ci əsrin ortalarına qədər öz təbii halına düşəcək. 1997-ci ildə Rusiya Federasiyası (RF) hökümətinin qərarı ilə ozon qatının mühafizəsi üzrə İdarələrarası komissiya təşkil olundu. Bu komissiya aşağıdakı qəbul edilən proqramın yerinə yetirilməsində cavabdeh sayılır:
- İnsanın təsərrüfat fəaliyyəti və digər proseslərin təsirilə ozon qatının vəziyyətinin dəyişilməsinin uçotu və nəzarəti üzrə müşahidələrin aparılması;
- Ozon qatının vəziyyətinə təsir göstərən maddələrin atılmasının norma həddini müəyyənləşdirmək və ona riayət etmək;
- Ozon qatını dağıdan maddələrin istehsalı və istifadəsini nizama salmaq;
- Göstərilən tələbləri pozmağa cavabdeh şəxslərə qarşı tədbirlər görmək.
Atmosferin ozon qatının vəziyyətinə zərərli təsir göstərən kimyəvi maddələrin və istehsal tullantılarının siyahısı RF-nın ətraf mühitin mühafizəsi sahəsində xüsusi təyin olunmuş dövlət təşkilatları tərəfindən təsdiq edilir.
Sənayedə dövlət proqramının yerinə yetirilməsi üzrə kifayət qədər effektiv tədbirlər görülür. Məsələn, soyuducu texnika istehsalçıları freonların ozon üçün zərərsiz maddələrlə əvəz olunmasına artıq başlanmışdır: propan – butan qarışığı, tsiklopentanlı köpükləndirici, soyuducu agent – QFU-134a 1996-cı ildən etibarən Rusiyanın «Biryusa» soyuducuları ozon qatına dağıdıcı təsir göstərməyən yeni soyuducu agentlərdən istifadə edərək buraxılır.
Freonsuz yeni soyuducu qurğülar 1996-cı ildə Ümumrusiya yüngül əridicilər institutunda sınaqdan keçirilmişdir. Ekoloji təmiz soyuğun istehsalına fransız alimi Pelte effektindən istifadə olunması sayəsində nail olunmuşdur. Pelte müəyyən etmişdir ki, elektrik cərəyanını yarımkeçiricilərdən buraxdıqda kristalın dövrə döşəməsinin birində isti, digərində isə soyuq alınır. Bu zaman istilik nə qədər intensiv ayrılırsa, bir o qədər də soyuq artır. Bu effekt ilk dəfə hərbi texnikada raketlərin atılması sistemində və kosmonavtikada (Lazerin istifadəsində qurğunun soyudulmasında), sonralar isə böyük soyuducularda istifadə olunmuşdur. Göstərilən yeni aqreqatda elektrik mühərriki, kompressor yoxdur, bu isə elektrikdən istifadəyə 2 dəfə qənaət etməyə imkan yaradır, uzunömürlü yarımkeçirici elementlər isə onun etibarlılığını artırır.
Dünyada analoqu olmayan bu qurğu Smolensk soyudücu maşınlar zavodunda sınaqdan keçirilmişdir. Rusiya EA ümumi fizika institutunun fizikləri atmosferin freonlardan qlobal təmizlənməsi üçün atmosferə mikrodalğalı boşaldıcılarla təsir göstərərək ozon qatını dağıdan mənbənin özünü ləğv etmək məsələsini irəli sürmüşlər. Yaranan (əmələ gələn) plazma digər komponentlərə zərər yetirmədən, temperaturu artırmadan və yeni
birləşmələrin əmələ gəlməsinə səbəb olmadan atmosferdə olan freonları seçərək təmizləyir. Hesablamalar göstərir ki, freonları məhv etmək məqsədilə lazımi miqdarda plazmanın yaranması üçün nisbətən kiçik enerji tələb
olunur, belə ki, plazma saniyənin cəmi milyardda bir hissəsi müddətindəki impulslarla yaranır, impulslar arasında isə qurğu işləmir.
Atmosferdə plazma yaratmaq üçün hazırda müdafiə sənayesi tərəfindən buraxılan böyük mikrodalğalı toplardan istifadə olunması iqtisadi və ekoloji baxımdan sərfəlidir. Tədqiqatçıların fikrincə mikrodalğalı mənbəninYerdə bir-birindən müəyyən məsafədə 2 mənbəyi yerləşdirilir. Onların buraxdıqları impulslar atmosferdə toqquşur, toqquşma zamanı plazma yaranır. Şüalandırıcıları hər dəfə müxtəlif bucaq altında çevirməklə geniş sahəni əhatə etmək olar.
Hələlik bu metodun texnoloji sxemi hazırlanmayıb, lakin onun bir çox variantları var. Məsələn, mikrodalğalı şüalandırıcı mənbəni Yerdə deyil, süni peyklərdə quraraq həqiqətən «ozon deşiklərini» «gözəmək olar».
Fiziklərin hesablamalarına görə atmosferdəki freonları cəmi bir ilə təmizləmək olar. Bu zaman 10 nəhəng gücündə olan AES-ın bir blokunun enerji mənbəyi kifayətdir.
Məlum olduğu kimi Günəş 1 saniyə ərzində 5-6 ton ozon istehsal edir. Lakin onun dağılması prosesi daha tez olur. Bu qazı stratosferdə süni surətdə almaq mümkündür. «Enerozon» konsorsiumu stratosferdə ozonu süni almaq üçün orijinal layihə irəli sürmüşlər. Bu zaman Yer orbitinə lezerlə təchiz olunmuş 20-30 peyk çıxarılır. Hər peyk kütləsi 80-100 ton olan kosmik platforma sayılır.
25-30 km yüksəklikdə lazer şüaları oksigen molekullarını hərəkətə gətirir, fəallaşdırır, sonra isə Günəşin köməyi ilə ozonun hasil olması təbii yolla gedir. Bu yolla planetin normal mövcudluğunu 20 il müddətində təmin etmək olar.
EKOLOGİYA VƏ ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ
MƏMMƏDOV QƏRİB
XƏLİLOV MAHMUD
Yorum Gönder