Yerin geoloji inkişaf mərhələsinin əvvəlində yəni 4,5-5 mlrd. il əvvəl yer qabığının əmələ gəlməsi onun qalınlığının yəni intruzif və effuzif süxurlarla artması nəticəsində əvvəlcə okean tipli yer qabığı əmələ gəldi. Yerin daxilində endogen gərginliyin artması ilə yer qabığı ayrı-ayrı hissələrə bölündü. Mantiyanın üst hissəsini də əhətə edən bu nəhəng, bərk hissələr, yəni Litosfer tavaları üfüqi istiqamətdə hərəkət edərək geoıoji inlişafın əvvəlində yəni, Kriptozoy eonunda, Kembriyə qədərki dövrdə bir-biri ilə toqquşaraq ilk qırışıqlar yəni ən qədim dağlıq ərazilər yaranmışdır. Erkən Paleozoyu da əhatə edən bu dövr baykal qırışıqlığı adlanır. İndiki qədim platformalar Şərqi Avropa, Orta Sibir, Çin, Koreya, Hindistan, Şimali Amerika, Cənubi Amerika, Antraktida, Avstraliya və s. kristallik bünövrələrdəki izləri qalan Yer kürəsinin ilk dağları yaranmışdır.
Kembriyə qədərki dövrün sonlarında qırışıq əmələ gəlmənin nəticəsində bu dağlar aşınıb parçalanıb, Yer səthinin ilk sabit hissələri olan qədim platformalar yaranmışdır. Paleozoyun əvvəlindən başlayaraq platformalar tədricən əyilmə prosesinə cəlb olunmuşdur. Bu mərhələ dəniz dövrü adlanmışdır. Alt Paleozoyun sonunda Siluy dövründə Litosfer tavalarının intensif toqquşmasına üstün olduğu bu dövrdə, yeni qırışıqlar yaranmışdır. Kaledon qırışıqlığı adlanan bu dövrdə Tyanşan, Altay, Sayan, Şotlandiya, Skandinavya, Qrellandiya, Şimali Appalaç, Baykal ətrafı, Ərəbistan yarımadası, Kalaxari, Brazilya yaylası əməli gəlmişdi. Bu yer qabığı inkişafının quru mərhələləri adlanmışdır. Paleozoyda tavaların hərəkətləri nəticəsində yeni dağəmələgəlmələr başlandı. Hertsin qırışıqlığı adlanan bu mərhəldə Ural, Baş suayrıcı, Appalaç, Tyanşan, Sayan, Altay dağlarının bir hissəsi, Böyük Xindan dağları əmələ gəlmişdi. Bu dağlar, yenidən fəallaşmış dağlar sayılır.(Həm də yenidən törəmiş dağlar adlanır.) Bu dövrün əvvəlində baş verən, fəal üfüqi hərəkətlər nəticəsində qədim tavalar. Yəni Şərqi Avropa, Sibir, Çin-Koreya, tavaları birləşərək, Lavraziya quru sahəsini yaratmışlar.Mezozoy erasında fəallaşan
Lavraziya və Qondvananın parçalanması nəticəsində Afrika, C. Amerika, Avstraliya, Antraktida, Ərəbistan və Hindistan yarımadaları yarandı. 130-140 mln. il bundan əvvəl Litosfer tavalarının toqquşması ilə Mezozoy və ya Kimmeri dağları əmələ gəlməyə başladı. Bu zaman Kordilyer, Verxoyansk, Sixoti-Alen, Tibet, Kunlun dağları yarandı. And dağlarının mərkəzi hissəsi formalaşmağa başladı. Tetis okeanı qapandı. Kaynazoy erasında baş verən və indi də davam edən alp qırışıqlığıdır. Sakit okean tavasının Şimali və Cənubi Amerika tavaları ilə toqquşması And dağlarının Kordilyer dağlarının sahil hissələrinin yaranmasına səbəb oldu. Sakit okeanın Avrasiya və Hind-Avstraliya tavasının toqquşması sakit okean odlu qövsünün yaranmasına səbəb oldu. Sakit okeanın Avrasiya və Hind-Avsyraliya tavasının toqquşması sakit okean odlu qövsünun yaranmasına səbəb oldu. Çukot yarımadasından cənuba doğru Kamçatka yarımadası, Saxalin, Yapon, Filippin, İndonaziya, arxipelaqına qədər çökəkliklə və adalar qrupu yarandı. Hindistan və Ərəbistan tavaları hərəkət edərək Avrasiyaya birləşdi. Yarımadalar yarandı. Tetis okenı tamamilə qapandı. Atlantik okeanından sakit okeanına qədər uzanan Alp-Himalay seysmik qurşağı yarandı və bu qurşağa Alp, Karpat, Krım, Atlas, Qafqaz, Anadolu yaylası, İran dağlıq yaylası, Kopetdağ, Hindquş, Tyanşan dağlarının bir hissəsi, Tibet, Himalay dağları və İndoneziya adlar qrupunu yaradaraq, Sakit okean odlu halqasına birləşdi. Yer kürəsinin quru sahəsinin ən hündür zirvəsi olan Himalay dağlarındakı Comolunqma (Everest) 8848 m hündürlükdə olan zirvə yarandı. Bu qurşaqda dağəmələgəlmə prosesi indi də davam edir. Ən fəal seysmik zonaya aiddir. Fəael seysmik qurşaqların üçüncüsü, And-Kordilyer dağ sistemidir. Meridional istiqamətdə, bu dağ sistemi, şimaldan cənuba Antarktida da daxil olmaqla çox böyük qurşaq əmələ gətirir. Müasir taktonik hərəkətlər Qafqaz dağlarında, Kordilyer-And dağlarında, Aralıq dənizi sahillərində, Yapon adalarında, İndoneziya adalarında, Sakit okeanda davam edir. Kaynazoy erasının Neogen dövründə Böyük Qafqaz dağları 4000-4500 m-ə qədər yüksəlmiş, Kiçik Qafqaz dağları isə 3500 m-ə qədər yüksəlmişdir. Kür çökəkliyi isə 5-9 m çökmüşdür. Cavan dağ sistemləri hal-hazırda illik qalxmaya məruz qalır. Bu qalxma 3-5 mm-dən 10-20 mm arasındadır.

Yorum Gönder