Mahmud Qaşqari türk xalqlarının yaşadığı ərazilərim xəritəsini,bu xalqların dilinə aid lüğət tərtib etmişdir.Bu məlumatlar alimin 1072-1074 cü illərdə yazdığı “Divani-lüğət-it-türk” əsərində toplamışdır.Burada həmçinin türk xalqlarının istifadə etdiyi təqvimi,bürclərin adı,xalqların tarixi və adət-ənənələri haqqında məlumatlar da vardır. Əbdürrəşid Bakuvi – Bu Azərbaycan coğrafiyaşünası XIV əsrin axırı,XV əsrin əvvəllərində yaşayıb yaratmışdır.O,yer kürəsini yeddi iqlimqurşağına bölmüşdür.Burada hər bir qurşaqda yerləşən ölkələr,şəhərlər və digər coğrafi obyektlər barədə danışılır.”Abidələrin xülasəsi və qüdrətli hökmdarın möcüzələri” adlanan məhşur əsərində Bakuvi Azərbaycan və onun şəhərləri haqqında da məlumat vermişdir.O Azərbaycanı 4-cü və beşinci iqlim qurşaqlarına aid edir. Uluqbəy Məhəmməd (1394-1449)-Özbək astranomu və riyaziyyatçısıdır.O, Əmir Teymurun nəvəsidir.Uluqbəy Səmərqənd şəhərinin valisi olmuş və orada rəsədxana tikdirmişdir.O “Yeni astronomik cədvəllər “ əsərində mindən artıq ulduzun kataloqunu vermişdir.Göy cisimləri haqqında verilən rəqəmlər hazırkı rəqəmlərdən çox az fərqlənir.Bu Rəsədxananın qalıqları indiyə qədər saxlanılır. Əbu Reyhan Biruni,N.Tusi,Piri Rəis Hacı Zeynalabdin Şirvani(1780-1838)-Azərbaycanın ən məhşur coğrafişünsı və səyyahıdır.O,Şamaxı şəhərində anadan olmuş,beşyaşında ikən ailəsi İraqın Kərbəla şəhərinə köçmüşdür.O ömrünün 40 ilini ayrı-ayrı ölkələrə səyahət etmiş,bu dövr ərzində 60 min km yol qət etmişdir. Birinci səyahət zamanı,1796-1809-ci illərdə Şirvani İraq,İran,Azərbaycan(səyyah 1826-cı ildə burada gəzmişdir) Əfqanıstan,Hindistan,Pakistan,Banqladeş,Seylon,İndonoziya,Kəşmir,Tibet,Şərqi Türküstan,Turan(Özbəkistan,Türkmənistan) ölkələrində olmuşdur. Ikinci səyahəti 1810-cu ilin yanvarında başlanır.Omana gəlir,sonra Həbəşstan,Somali,Sudanda gəzir.H.Z.Şirvani Qırmızı dənizi keçərək SəudiyyəƏrəbstanın Ciddə şəhərinə gəlir,ölkənin Məkkə,Mədinə və digər şəhərləri ilə tanış olur.Bu səyahəti zamanı səyyahMisirdə də olur, ölkə haqqında zəngin məlumat toplayır.1831-32-ci illərdə H.Z.Şirvani Suriyanı gəzərək İraqa çatır.Onun ikinci səyahəti Cənubi Azərbaycanda sona çatır. H.Z.Şirvani 3-cü səyahəti zamanı üç il müddətində Türkiyəni,Egey dənizini və Aralıq dənizini öyrənmişdir.Səyyah Şimali Afrikanı və Kanar adalarını da gəzmiş,qayıdarkən Balkan yarımadasınıdda,Bolqarıstanda olmüşdür.Səyahət zamını H.Z,Şirvani Qara dənizin sahilləri,Krım yarımadası ,Tehranla tanış olmuşdur. O,4-cü səyahəti zamanı İrandan,Omandan,Ədən körfəzindən keçərək Səudiyyə Ərəbistana gəlir.Qırmızı dənizə çıxır və burada vəfat edir.H.Z.Şirvani Səudiyyə Ərəbistanın Ciddə şəhərində vəfat edir.Onun əsərlərində gəzib gördüyü ölkələr,şəhərlər,onların məşəyi haqqında məlumat vermişdir.”Səyahət bağları”,”Səyahət bostanı”,”Mərifətlərin kəşfi”, və “Səyahət bağçaları” Şirvaninin mühüm kitablarıdır.O, “Təkmin” təxəllüsü ilə şeirlərdə yazmışdır. Hacı Məhəmmədəli Şirvani- H.Z.Şirvaninin qardaşıdır.Səyyah 26 il müddətində Misir,Hindistan,Mərkəzi Asiya və Şərq ölkələrini gəzmiş,onlar haqqında zəngin materiallar toplamışdır.Onun “İnsan şərafəti” adı əsəri 1829-1830-cu illərdə yazılmışdır. XIX əsrdə Azərbaycanda marifçiliyin və elmi biliklərin inkişafında Abbasqulu ağa Bakıxanov,Həsənbəy Zərdabi və İsmayılbəy Qurtqaşınlının xüsusi rolu olmuşdur. Abbasqulu ağa Bakıxanov – Azərbaycanın marifçivə filosofudur.Gülüstani-İrəm əsərində Azərbaycanda olan yaşayış məntəqələri və onların məşəyi haqqında çoxlu məlumatlar vardır.O,X.Kolubun Amerikanı kəşf etməsi barədə “Qəribə Kəşflər” əsərində məlumat verir.Türkmənistan müqaviləsindən sonra Rusiya ilə İran arasında sərhədləri müəyyən edən və Qarabağı öyrənən komisiyyanın tərkibində A.Bakıxanovda iştirak etmişdir.-A.Bakıxanox ömürünün 10 ilini səyahətdə keçirmiş, Polşada,Ukraniyada,Belarusda,Baltikyanı,Rusiya və Ərəb ölkələrində olmuşdur. Polşada olarkən N.Kopernikin ev muzeyində onun əsərləri ilə tanış olumuşdur və heliosentirik sistem nəzəriyyəsini öyrənmişdir.Topladığı məlumatlardan “Kainatın Sirləri” kitabını yazmışdır.A.Bakıxanov “Ümumi coğrafiya” adlı əsərin də müəllifidir. Qafur Rəşad Mirzazadə Məhəmmədhəsən Baharlı 1921-ci idə ADR –in coğrafiyasına aid “Azərbaycan” kitabını yazmışdır.Kitabda verilən “Qafqaz və Azərbaycanın birgə xəritəsi” ana dilində ilk xəritə hesab olunur.Uzun illər qadağan olmuş “Azərbaycan” kitabı yenidən nəşrolunmuşdur.
Türk dünyası ölkələrin coğrafi biliklərin inkişafı
Mahmud Qaşqari türk xalqlarının yaşadığı ərazilərim xəritəsini,bu xalqların dilinə aid lüğət tərtib etmişdir.Bu məlumatlar alimin 1072-1074 cü illərdə yazdığı “Divani-lüğət-it-türk” əsərində toplamışdır.Burada həmçinin türk xalqlarının istifadə etdiyi təqvimi,bürclərin adı,xalqların tarixi və adət-ənənələri haqqında məlumatlar da vardır.
Yorum Gönder