Azərbaycanın ən böyük Coğrafiya jurnalı

İqlim — havanın çoxillik rejimidir

İqlim — havanın çoxillik rejimidir və hava şəraitinin bir-birini əvəz edən bütün müxtəlifliklərinin məcmusudur. Planetar miqyasda, zonalar daxilində iqlim makroiqlim adlanır.

1961-ci ildən 1990-cı ilə qədər Yer səthinin temperatur
 dəyişməsi.
İqlim — havanın çoxillik rejimidir və hava şəraitinin bir-birini əvəz edən bütün müxtəlifliklərinin məcmusudur. Planetar miqyasda, zonalar daxilində iqlim makroiqlim adlanır.
Müəyyən coğrafi landşaft üçün xarakterik olub bir və ya bir neçə meteoroloji stansiyanın məlumatı ilə səciyyələndirilə bilən iqlim -məhəlli iqlim (mezoiqlim də adlanır), kiçik sahələrdə (tarla, yamac, təbii və süni göllər, sahil, şəhər və s.) havanın yer səthinə yaxın təbəqəsinin İ.-nə isə mikroiqlim deyilir. İqlimyaradıcı amillər günəş radiasiyası, hava axınları, ərazinin mövqeyi, səth örtüyünün vəziyyəti və s.-dir.
Əsas iqlimyaradıcı proseslər isə atmosferin ümumi dövranı və rütubət dövranıdır.
İqlim təsir göstərən coğrafi amillər-coğrafi en dairələri, relyef, dəniz səviyyəsindən hündürlük, quru və su səthinin paylanması, dəniz və okean axınları, bitki və torpaq örtüyünün xarakteri, qar örtüyü və havanın tərkibidir.
Azərbaycanın düzənlik hissəsi qismən Aralıq dənizi və quru subtropik iqlim tiplərinə mənsub edilir. Dağlıq ərazinin iqlimi olduqca müxtəlifdir. Azərbaycan Respublikası ərazisində yarımsəhra və quru çöl İiqlimindən dağlıq tundra iqliminədək 8 iqlim tipi ayırırlar.
İqlim haqqında məlumatların ümumləşdirilməsi və yayılması hidrometeoroloji xidməti müəssisələri tərəfindən həyata keçirilir.
İiqlimin əsas elementləri: günəş radiasiyası (işıq, istilik), atmosfer çöküntüləri və atmosfer təzyiqi, havanın rütubətliyi, torpağın rütubətliyi, havanın sirkulyasiyası (külək), atmosfer təzyiqi. İqlim amilləri biosenozun inkişafı üçün şərait yaradır. İstilik və rütubətin yağıntıları klimatoqramlarda göstərilməsi qəbul 
olunmuşdur.

Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget