Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Nikolay-Nikolayeviç Mikluxo-Maklay

Mikluxo-Maklay tropik ölkələrin «vəhşi» xalqlarının həyat tərzini həvəslə Sakit okean adalarında öyrənməyə ömrünü həsr etmiş səyyah olmuşdur.


Mikluxo-Maklay tropik ölkələrin «vəhşi» xalqlarının həyat tərzini həvəslə Sakit okean adalarında öyrənməyə ömrünü həsr etmiş səyyah olmuşdur. O, irqindən asılı olmayaraq bütün insanların əqli cəhətdən bərabər olması fikrini irəli sürən və bu ideya uğrunda mübarizə aparan rus səyyahı və antropoloqudur. O, Beroviç şəhəri yaxınlığında Rojdestvo kəndində mühəndis ailəsində 1846-c ildə anadan olmuşdur. Gimnaziyanı bitirdidən sonra Peterburq universitetinin fizikariyaziyyat fakültəsinə daxil olmuşdur. Universitetdə baş vermiş ixtişaşlarda iştirak etdiyinə görə Rusiyada hər-hansı bir təhsil müəssisəsində təhsil hüququ əlindən alındığına görə, əvvəlcə təhsilini Almaniyada Heyqelberq fəlsəfə fakültəsində, sonra isə Leypçikdə tibb fakültəsində çox çətinliklə də olsa başa vurur. Darvin nəzəriyyəsilə yaxından tanış olan Mikluxo-Maklay Darvin ideyasının təbliğatçısı professor Hekkellə birlikdə Kanar adaları və Morokkoya səyahətdə iştirak etmişdir. Bu ərazilərdə avropalıların yerli əhaliyə qarşı xoşagəlməz münasibəti, ona elmi fəaliyyətdə istiqamət götürməyə zəmin yaratdı. Əvvəlcə o, vəsaitlə Qırmızı dəniz ətrafına səyahətə çıxmaqla müsəlmanlarar məxsus paltarlarda ərəb ölkələrini gəzir. Daha sonra ərəb dilini öyrənməklə, xalqların adətənənəsi, məşğuliyyəti ilə maraqlanır. Geri qayıtmaqla Coğrafiya cəmiyyətində çıxış edir. Çıxışda «monogenist»lərə məxsus irqindən asılı olmayaraq bütün insanlar eyni mənşəyə malik olmaları haqqında fikirlər səslənir. «Poligenist»lər isə isbat etməyə çalışırdılar ki, ağ və qara irqlər müxtəlif mənşəyə malik olmaqla idarəetmə qabiliyyətləri olmadığından tabe olmaq üçün yaranmışlar. Mikluxo-Maklay «Poligenist» fikirlərin düzjün olduğunu isbat etmək məqsədilə tropik ölkələrin «ibtidai» insanlarını tədqiq etmək qərarına gəlir. Rus coğrafiya cəmiyyəti müəyyən miqdarda pulla təmin etməklə «Vityaz» hərbi gəmisində Yeni Qvineya adasına getməyə icazə alır. 1870-ci ilin payızında «Vityaz» gəmisi Kronştaddan yola düşür. Braziliya və Argentina sahillərində üzməklə Cənubi Amerikanın cənubundan Sakit okean daxil olaraq Santyaqoda dayanır və Akankaqua dağında qsıa müddətli tədqiqat işləri aparır. Səyahətini Samoa və Yeni Qvineya istiqamətində davam etdirməklə, əldə edilmiş nəticələr haqqında Coğrafiya cəmiyyətinə məktublarla yazılı surətdə məlumat verən Mikluxo-Maklay 316 sutka üzdükdən sonra tropik meşələrlə zəngin papuasların yaşadığı Yeni Qvineya adasına düşür. Papuaslar balıqçılıq və ovçuluqla məşğul olurdular. Inkişaf səviyyələrinə görə avropalılardan geri qalırdılar. Səyyah bir ildən artıq papuaslar arasında yaşamaqla onların etibarını qazanmaq və gözəl münasibətlər yaratmağa müvəffəq olur. Adanın yerli əhalisini yaxından öyrəndikcə onların əqli cəhətdən tam inkişaf etmə qabiliyyətinə malik olduqlarına əmin olur. Yava adasında Cakartada olarkən, avropalıların müstəmləkə siyasətinin yerli əhalinin məhv olma həddinə çatdırmasının şahidi olur. 1874-1875-ci illərdə iki dəfə Malakka yarımadasında olmaqla «meşə adamları»nı papuaslarla müqayisə edərək Mikluxo-Maklay Malakka yarımadasında yaşayan qəbilələr haqqında ilk elmi məqaləsini yazır. Mikluxo-maklay on iki illik səyahətindən sonra 1882-ci ildə vətəni Rusiyaya qayıdır və Rusiya coğrafiya cəmiyyəti qarşısında bütün irqlərin bərabərliyi haqqqında çıxış edir. 1882-ci ildə Mikluxo-Maklay yenidən Yeni Qvineyaya qayıdır. 1886-cı ilə qədər Avstraliyada yaşamaqla aborigenləri öyrənir. Elə həmin il Peterbrqa qayıtmaqla ruslara Maklay sahillərində rus kaloniyasını yaratmaq təklifini verir. Lakin külli miqdarda vəsait tələb olduğundan təklifə laqeyd yanaşırlar. Insanları «aşağı» və «ali» irqə bölənlərin əksinə çıxmaqla şöhrət qazanan Mikluxo-Maklay 1888-ci ildə 42 yaşında vəfat edir. Elmi işləri çap olunmamış halda qalmasına baxmayaraq 1941-1945ci il müharibəsindən sonra Mikluxo-Maklayın şəxsi tədqiqatlarına əsaslanan əsərləri SSRI EA tərəfindən işıq üzü görür. Mənbə: «COĞRAFİ KƏŞFLƏRİN TARİXİ VƏ SƏYYAHLAR» Müəlliflər: Fəlsəfə elmləri namizədi, dosent Əliyev Mustafa Cahan oğlu və coğrafiya elmləri namizədi Həsənli Fərrux Ağayar oğlu
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget