Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Fyodor Pavloviç Litke (1797-1882)

F.R.Litke Peterburqda çinovnik ailəsində anadan olmuşdur. Yaşından valideynlərini itirmiş əmisinin yanında ağır həyat tərzi keçirməklə böyüyən rus coğrafiyaşünasıdır.

Fyodor Pavloviç Litke
F.R.Litke Peterburqda çinovnik ailəsində anadan olmuşdur. Yaşından valideynlərini itirmiş əmisinin yanında ağır həyat tərzi keçirməklə böyüyən rus coğrafiyaşünasıdır. Əmisinin yanındakı ağır həyat tərzinin Litke belə xatırlayır: «Acından ölməyə qoymamaq üçün küçədən götürülən uşaq kimi baxırdılar, uşaqlıq dövrümdən xoşagələn heç bir xatirə qalmadı.» 1812-ci ildə 15 yaşında ikən donanmanda xidmət etməyə başlayır. 1817-1819-cu illərdə V.M.Qolovninin rəhbərliyi altında «Kamçatka» gəmisində dünya səyahətində iştirak edir. 1821-1824-cü illərdə Yeni Torpağın öyrənilməsi üçün təşkil olunmş ekspedisiyanın rəisi olmuşdur. 

Dörd dəfə bu torpağa ekspedisiya təşkil etməklə əldə olunmuş faktiki materiallara əsaslanmaqla «Şimal Buzlu okeanına dörd dəfə səyahət» əsərini yazır. Bu kitab onun şöhrətlənməsində böyük əhəmiyət kəsb edir. Qolovinin təklifi ilə Yeni Torpaq ekspedisiyasına rəhbərlik edən Fyodor Pavloviç Litke adanın sahil xətlərinin dəqiqliklə öyrənilməsini və xəritəyə köçürülməsini qarşıya bir məqsəd kimi qoymuşdur. Səyahətin birinci ili dənizçilər Arktika şəraitində tədqiqat aparma üsulları ilə tnış olurlar. Növbəti ilin yayında Kola yarımadasında Murmansk sahillərini öyrənməklə Yeni torpağa doğru üzürlər. 

1822-ci ildə adanın qərb sahilləri böyük bir məsafədə öyrənildi vəxəritəyə köçürüldü. Daha sonra qərb sahillərin bütövlükdə xəritəyə köçürülməsinə nail olur. Matoçkin Şar boğazını tədqiq etdikdən sonra Kara darvazasına enən gəmi 4,5 dərinliyə malik olan sahədə dalğaların təsirindən qayalara çırpılaraq bərk zədələnir. Lakin gəminin möhkəmliyi və Litkenin bacarığı heyəti xilas edir. 1824-cü ildə səyyah dördüncü dəfə Yeni Torpağa üzməklə Kara dənizinə daxil olaraq adanın şərq sahillərini öyrənməyi qarşısına məqsəd qoyur. Iri buzlarla qarşılaşan dənizçilər qarşıya qoyulan məqsədə nail olmadan geri qayıtmalı olurlar. 

Qütb ekspedisiyasından sonra F.T.Litke dünya səyahətinə çıxmaq təklifi alır. Yola çıxan iki gəmidən birinin rəhbərliyi ona tapşırılır. Ekspedisiyanın məqsədi Aleet adalarını və Berinq boğazından Kamçatkaya qədər Asiya sahillərini tədqiq etmək idi. Ekspedisiya 20 avqust 1826-cı ildə Kronştaddan yola düşür. Gəmilər Kopenhagen, Portsmut, Riode-Janeyro və Argentina sahillərində olmaqla Horn burnunu keçərək Sakit okeana daxil olur. Şimal istiqamətdə üzməklə «Rus Amerikası»nın sahil xətlərini, Çukot, Kamçatka sahillərini tədqiq etmiş, Mərcan adalarında 12 əlavə ada aşkar etmişlər. Geri Hind okeanı, Ümid burnundan keçməklə Atlantik okeanı istiqamətində üzməklə 25 avqust 1829-cu il tarixində Kronştadda ekspedisiya başa çatır. Səyahətin nəticələri əsasında Litke «Senyavin» hərbi gəmisində dünya səyahəti» əsərini yazır. Çukot yarımadasında Dejnyov burnundan Anadır körfəzinə qədər sahil xətlərin tədqiqi, hidroloji, meteoroloji müşahidələrin, geoologiya, mineoroloji, botanika, zoologiya, etnoqrafiya sahələrindəki elmi-tədqiqat işlərinin nəticələri Litkenin Elmlər Akademiyası üzvlüyünə namizəd seçilməsinə səbəb olur. F.R.Litke Rusiya coğrafiya cəmiyyətinin ilk yaradıcılarından biri olmuş və 1845-ci ildən yaradılmış cəmiyyətin rəhbəri olmuşdur. O, 1864-cü ildən ömrünün sonuna qədər Peterburq Elmlər Akademiyasının prezidenti olmuşdur.  
Mənbə: «COĞRAFİ KƏŞFLƏRİN TARİXİ VƏ SƏYYAHLAR» Müəlliflər: Fəlsəfə elmləri namizədi, dosent Əliyev Mustafa Cahan oğlu və coğrafiya elmləri namizədi Həsənli Fərrux Ağayar oğlu
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget