Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Müəllif "səyyahlar"

1

Coğrafiya Yer kürəsinin təbiətini və təsvirini öyrənən elmlərdən biridir. Fiziki və iqtisadi coğrafiya onun əsas sahələridir. İlk coğrafiyaçılar səyyah və dənizçilər hesab edilir. Buna görə də Ceyms Kukun səyahətlərini coğrafiya elminin töhfələri adlandırmaq olar. 
Böyük coğrafi kəşflərin tarixinə nəzər salanda demək olar ki, orda dənizçi və səyyahların imzalarına daha çox rast gəlmək olar. Birbaşa, onlar bu kəşflərin müəllifi idilər. Kapitan Ceyms Kuk — ingilis dəniz səyyahı, və bütün materiklərə ayaq basan ilk insan olub.

Ceyms Kuk məşhur ingilis səyyahıdır o, muzdur-icarədar ailəsində anadan olub. 7 yaşından atası ilə birgə işləməyə başlayan Ceyms yazmağı, oxumağı 13 yaşında öyrənib. Artıq 17 yaşı olanda kiçik bir balıqçı qəsəbəsində ticarət qulluqçusunun şagirdi kimi işləyir. Elə ilk dəfə dənizi də burada görür. Böyüdükcə o, dənizi daha da sevməyə başlayır, gəmilərdə bir çox vəzifələrdə kömür daşıyan kapitan köməkçisi kimi fəaliyyət göstərir, eyni zamanda təhsili ilə yaxından məşğul olur. Gəmi ilə Hollandiya, Norveç və digər ölkələri dolaşır. Biliyi dərrakəsi ilə böyük addımlarla irəlləyən Ceyms leytenant rütbəsinə qədər yüksəlir.

Kuk 1768-1771-ci illərdə «İndevor» gəmisinin ekspedisiyasına başçılıq edir. O, Cənub materikinə çıxmalı və Britaniya imperiyası üçün yeni torpaqlar işğal etməli idi. «İndevor» 1768-ci ilin avqustunda Plimutdan yola düşür. Növbəti ilin iyununda o, Taiti adasına çatır və burada səma cisimlərinin planlaşdırılan müşahidəsini aparır. Əsas tapşırıq yerinə yetirilsə də Kukun sərəncamında xüsusi gizli məktub da var idi. O, sirli cənub torpaqlarını axtarıb tapmalı idi. Bu 
qitənin axtarışı onu hələ 1642-ci ildə Abel Tasman tərəfindən kəşf edilmiş Yeni Zelandiyaya gətirdi.
Burada Kuk yerli əhalinin-maorilərin vaxtı ilə holland tədqiqatçılarına göstərdikləri düşmən münasibətlə rastlaşır. İngilislər belə qarşılanmaya hazır olduqlarından bu dəfə qurbansız ötüşürlər. Kuk Yeni Zelandiyanın sahilboyu ərazilərini tədqiq etməyi qərara alır. Şimal adasında 4 ay, Cənub adasında isə 7 həftəlik tədqiqat işlərindən sonra bu torpağın olduqca gözəl bir xəritəsi çəkilir. Növbəti 4 ayı Kuk daha şimala- “Yeni Qrenlandiya” adlanan əraziyə çatmağa sərf edir. Dənizçi gələcək Avstraliyanın sahil xətlərinin xəritəsini tərtib edir. 

Nəhayət «İndevor» Avstraliyanın şimal qurtaracağına gəlib çatır. Gəmi tez-tez məhv olmaq təhlükəsi ilə üzləşir. Lakin gəminin heyətinin və kapitanının ustalığı bu təhlükəni dəf edir. Yalnız bir dəfə tale onların üzünə pis baxır, gəminin gövdəsi sualtı qayaya toxunaraq zədələnir. Onun təmiri 7 həftə çəkir. 

İngiltərəyə qayıdarkən onu xalq tərəfindən təntənə ilə qarşılanma, kralla görüş və rütbəsinin artırılması gözləyirdi. 1771-ci il iyulun 13-də «İndover» Plimuta çatdı. Tropik qızdırma 31 nəfərin həyatına son qoysa da, düzgün qidalanma nəticəsində bir nəfər də olsun xəstəliyə tutulmamışdı. Bu nailiyyətlərinə görə Kuka I dərəcəli kapitan rütbəsi verirlir.

Ceyms Kuk 1776-1779-cu illərdə «Revolyuşen» və «Diskoveri» adlı gəmilərlə üçüncü dəfə Sakit okeana səyahətə çıxır. Bu səyahət zamanı o, Havay adalarını, Alyaska adasının şimalında Prins-Vilyam, Kuk, Bistol və Norton körfəzilərini kəşf edir. Havay adalarına qışlamaq üçün qayıdan Kukun taleyi faciəli olur; havayalılar tərəfindən öldürülür və yeyilir.

Qütb səyyahı olan Henri Vorsley, heç bir yardım olmadan Antraktida materikini keçən ilk adam olmaq istəyir.
Antarktida 80 gündə tək başına keçmək üçün hazırlıqlarını davam etdirən Hernri Vorsley səyahətinin təhlükəli və uzun sürəcəyini bildirib.

Henrinin hədəfi Cənub qütbündə Antarktida materikinin düz mərkəzinə, heç bir texnikadan istifadə etmədən piyada keçməkdir.Əgər o, bunu edə bilsə tarixdə cənub qütbünü piyada çatan ilk insan olacaqdır.Bunu 55 yaşlı keçmiş ingilis kapitanı Henri bildirir.


 Antarktida çox adam gedib. Sizin səfərinizin onlardan fərqi nə olcaqdır ?

 Amundsenin və Skotun [1911-də] Cənub Qütb nöqtəsinə çatmasından bu yana Antarktida keçən kəşfiyyat səfərləri həyata keçirildiyi doğrudur. Amma bunların hamısı traktorlarla, itlərlə, havadan ərzaq və yanacaq atma kimi dəstək və yardımlardan istifadə etməklə ediblər. 
2010 -cu ildə Cecilie Skog və Ryan Waters heç bir kömək olmadan cənub qütbünə çatıblar.Amma onlarda 2 nəfər idilər.Mən isə bunu tək edəcəm.


Bəs 1996-97 ci illərdə Norveçli səyyah Brge Ousland tək başına Antarktidaya , cənub qütbünə gəlib çatan ilk insan olmasına nə deyirsiniz?

Bəli , ona hörmətim böyükdür.Çox uğurlu bir nəticə görsədib.Üstəlik ondan gedəcəyim marşurut barədə çoxlu informasiya almışam.Amma oda xizəyi daratmaq üçün paraşütdan istifadə etmişdir.R.Skotda itlərdən və yanacaqdan istifadə etmişdir.Mən isə bunların heç birindən istifadə etməyəcəm !

Günümüzdə Antarktidaya heç bir vasitə olmadan səfər etməyin bəşəriyyət üçün faydasının nə olduğunu sualına isə Henri cavab olaq bildirib ki, mən uzun illər hərbiçi olmuşam və həmişə çalışmışam ki lider olum.Üstəlik bu səfərdən toplanacaq vəsaiti xeyriyyə cəmiyyətinə verəcəyini bildirib.
Antarktidaya Tək Başına Gedəcək Adam


Cənub Qütbünə ilk səfəriniz 2007-ci ildə etmisiniz və həmin vaxt 48 yaşındaydınız. Hazırda 55 yaşındasınız. Niyə bu qədər gözləməli oldunuz?

Tez-tez keçmişi düşünürəm və bu lənətə gəlmiş cənub qütbünü 20 bəlkədə 30 il öncə keçməli idim.Amma bilirsiniz ki mən nir hərbiçiydim.Üstəlik həmin vaxtlat özümdə bu qədər cəsarət hiss etmirdim.Bu gün isə çox həvəsliyəm.

Niyə bu yürüşü tək başınıza edirsiniz?

 Burada uğurun və ya uğursuzluğun tamamilə özümə aid olmasını istəyirəm.

Əgər səfər zamanı qəza baş verərsə qurtulmaq imkanınız varmı?
Qətiyyən. Çünki GPRS vasitəsilə ən qısa zamanda məni tapmaları üçün ən azı 24 saat vaxt lazımdır. O zamana kimi mən çoxdan ölmüş olacam...
Mənbə:nationalgeographic

Qütb Tətqiqatçısı NANSEN
Frityof Nansen (1861-1930) Arktikanın mənimsənilməsində mühüm rol oynayan səyyahlardan biridir. Nansen 1861-ci ildə Oslo şəhəri yaxınlığında anadan olmuşdur. Norveçin paytaxtı ətrafında uşaqlığını keçirən Nansenlər ailəsində varlı olsalar da sadə həyat tərzi hökm sürmüşdür. Sadə yemək, sadə geyinmək, idmanla mə şğul olmaq onların gündəlik həyat tərzi olmuşdur. Nansen isə xizək sürmək və üzgüçülüyü daha çox sevirdi.
Universiteti qurtardıqdan sonra ilk dəfə mədənlərə gəmidə üzməsi onda dənizə məhəbbət, yeni torpaqlar kəşf etmək arzusu yaratmışdır. Zoologiya elmləri doktoru adı almasına baxmayaraq, başqa alimlərdən fərqli olaraq kabinet alimi olmaqdan uzaqlaşaraq, dövründə keçilməz sayılan Qrenlandiyanı şərqdən qərbə qədər səyahət etmək üçün plan hazırlayır.
Qütb Tətqiqatçısı NANSEN
Frityof Nansen
17 iyul 1888-ci il tarixində özü ilə birlikdə yeddi nəfərlə Üzən buzların arası ilə dünyanın ən böyük adası olan Qrenlandiyaya üzürlər. Avqustun 16-da adaya çatmaqla qərb istiqamətdə xizəklə hərəkət edərək oktyabrın əvvəllərində adanın qərb sahillərinə çatırlar. Qotxob kəndində qışlayan heyət 1889cu il may ayının sonunda Norveçə qayıdır. Bu ekspedisiya ilə buzlaqlardan ibarət olan adanın şərqindən qərbinə keçmənin mümkünlüyünü isbat etmiş oldular. Bu ekspedisiyanın nəticələri öz əksini Nansenin «Xizəklə Qrenlandiyadan» və «Eskimosların həyatı» əsərlərində tapmışdır.
Birinci ekspedisiyajan sonra Nansendə qütbü əth etmək arzusu yaranır. Bu münasibətlə o yazır: « Mən əminəm ki, əgər biz təbiətin qüvvəsinə və onun özünəməxsus xüsusiyyətlərinə fikir versək, ona qarşı yox, eyni məqsəd üçün işləsək onda qütbə həqiqi və asan yolu taparıq.»
Görkəmli alim və tədqiqatçı qütbü fəth etmək məqsədilə Şimal Buzlu okepnında axın istiqamətini öyrənməklə belə qərara gəlir ki, onun istiqaməti Sibir sahillərində qütbə doğrudur. Bunu nəzərə alaraq Nansen «Fram» (Irəli) gəmisində buzlarla birlikdə qütbə üzməyi qərara alır. 1893-cü ildə o, «Fram» gəmisində Norveç, Barens, Kara dənizlərini keçməklə Laptevlər dənizinə daxil olur, lakin Novosibirsk adalarının şimalında buzlaqlar arasında donaraq qalır. Gəminin buz sıxılmalarına dözümlü olması üçün dib hissəsi oval düzəldilmişdir. Üç qat tikişdən palıd ağacından olan yan hissələrin qalınlığı 1 m, uzunluğu 39 m, eni isə 11 m idi. Gəminin quruluşu və böyüklüyü elə dəqiqliklə nəzərə alınmışdır ki, özündən əvvəlki gəmilərdən dəfələrlə qütbə səyahət etmək üçün etibarlı idi. Gəminin ilk dözümlülük sınağı Nansen tərəfindən belə təsvir olunur: «Qulaqbatırıcı səs eşidildi, «Fram» bütövlükdə titrədi. Bu buzların ilk sıxması idi. Hamı göyərtəyə qaçdı, «Fram» mən gözlədiyim kimi əla tabb gətirdi. Buz fasiləsiz yaxınlaşsa da gəminin alt hissəsi oval olduğundan dibə yenir, gəmi isə tədricən yuxarı qalxırdı.»
Qütb gecələrinin başlaması gəminin birinci qışlamasına səbəb olur. Yayda xizəklə qütbü fəth etməyə çalışsa da mümkün olmur və heyət ikinci dəfə qışlamağa məcbur olur. 14 mart 1895-ci ildə gəmini tərk etməklə qütbü fəth etməyə çalışan Nansen bunun mümkün olmadığını görərək geri qayıtmağı üstün tutur. 1896-cı ilin iyulunda o, Frans-Iosif torpağının cənub qurtaracağına çatır. Burada Nansen ekspedisiyada olan ingilis Ceksonla təsadüfən görüşür. Cekson tərəfindən səmimiyyətlə qarşılanan səyyah bir aydan sonra gəmi ilə vətənə çatdırılır, bir həftədən sonra isə «Fram» gəmisi sağ-salamat geri qayıdır.
Qütb Tətqiqatçısı NANSEN

Ekspedisiyanın elmi nəticələri nədən ibarət olur. Mərkəzi Arktikada 3000 m-dən dərin dənizin olması müəyyən edildi, yuxarı enliklərin iqlimi, Şimal Buzlu okeanın sularının hərəkət istiqaməti mü əyyənləşdirildi, fauna və florası öyrənildi. Bunlarla yanaşı mühüm kə şflərdən biri də 200-800 m dərinlikdə Atlantik okeanından Şimal Buzlu okeana isti suların daxil olduğu müəyyən edildi.

1 ,
Piri Rəis xəritədə şərqi Avropanı və Şimali Afrikanı tamamilə düzgün bir formada göstərmişdir. Amerika qitəsi hələ kəşf edilmədən əvvəl Piri Rəis xəritəsində cənubi Amerika sahillərini də tanına bilən şəkildə göstərmişdir. Piri-Rəisin çəkdiyi xəritədə yerləşən Amerika qitəsində eramızdan əvvəl yaşamış sivilizasiyanın izlər də mütəxəsislər tərəfindən təsdiqlənmişdir.  Xəritə dəvə dərisi üzərində səkkiz rəngdə çəkilmişdir. Digər maraqlı cəhət xəritədə Antarktida materikinin öz əksini tapması xüsusi əhəmiyyət kəsb edir. Antarktida dağları demək olar ki, dəqiqliklə göstərilmişdir. Belə ki, bu dağlar ancaq 1952-ci ildə səs ötürücü alətlərdən istifadə edilərək müəyyən edilmişdir. Buz altında оlan bu dağların və materikin sahil xətlərinin düzgün müəyyən edilən xəritəsinin tərtib edilməsində Piri Rəisin nəyə əsaslandığı bu gün də elmə sirr olaraq qalır.

Qeyd edək ki, Piri Rəis 1465-ci ildə Geliboluda anadan olmuş, 1554-ci ildə Qahirədə Sultan Süleyman tərəfindən edam edilmişdir. /www.gsaz.az/

Rоbеrt Piri (1856-1920) Şimal qütb tədqiqatçıları içərisində inadkarlığına və cəsurluğuna görə Rоbеrt Piriyə bərabər ikinci bir tədqiqatçı tapmaq çох çətindir. Ömrünün 23 ilini şimal qütbünə həsr еtmiş Piri hər dəfə məcburi gеri qayıtmasına baхmayaraq qütbü fəth еtmək inamını itirməmişdir. О, Qrеnlandiyanın şimalından iki dəfə kеçməklə оnun müstəqil ada оlmasını müəyyənləşdirmişdir. 
1898-ci ildə şimal qütbünə ilk еkspеdisiya Kanada Arktika arхipеlaqının Qrant tоrpağından başlayır. Dörd dəfə qütbü fəth еtməyə çalışan Piri еkspеdisiyaların birində ayaq barmaqlarının yеddisi dоnduğundan özü tərəfindən kəsilmişdir. Kəskin iqlim şəraiti qarşıya qоyduğu məqsədin yarımçıq qalmasına səbəb оlmuşdur.1905-ci ildə о, «Ruzvеlt» gəmisində yеnidən şimal qütbünə yоla düşür. Qrant tоrpağının şimal hissəsindəki Şеridan burnunda qışladıqdan sоnra yazda yоluna davam еdir. Lakin sınmış buzlar оnun irəliləməsinə manе оlur. Buna baхmayaraq hеç kimin çata bilmədiyi 87006/ şimal еnliyinə çatmağa müvəffəq оlur. Bundan sоnra еkspеdisiya hеyəti vətənə qayıdır. 
1908-ci ildə Piri yеnidən «Ruzvеrlt» gəmisində еkspеdisiyaya çıхır. Hеyət 21 nəfərdən ibarət оlsa da, о, bеlə qərara alır ki, qütbü ancaq еskimоsların köməyinə əsaslanmaqla bir nеçə еskimоsu еkspеdisiyaya cəlb еdir. Irəlidə еskimоslar ərzaq məhslları üçün anbarlar düzəltməklə -500 şaхtada irəlilə- yirdilər. Qütbə yaхınlaşdığını hiss еdən Piri sоnuncu yürüşə dörd nəfər еskimоs və bir nəfər özü ilə еkspеdisiyalarda daim iştirak еdən zənci Хеnsоnu götürür. Nəhayət 1909-cu il 6 aprеl tariхində şimal qütbü fəth еdilir. Bu münasibətlə о yazır: «Nəhayət şimal qutbu fəth еdildi. Mənim 20 illik arzum həqiqətə çеvrildi.» Şimal qütbü fəth еdildikdən sоnra Piri оrada 30 saat qalmaqla bir daha qütbə çatdığını dəqiqləşdirməklə gеri qayıdır. 
Rоbеrt Piri 1920-ci ildə 64 yaşında vəfat еtmişdir. Adını əbədiləşdirmək üçün Qrеnlandiyanın şimalında yarımada, Kanada arхipеlaqının şimalında bоğaza Pirinin adı vеrilmişdir. 
Mənbə: «COĞRAFİ KƏŞFLƏRİN TARİXİ VƏ SƏYYAHLAR» Müəlliflər: Fəlsəfə elmləri namizədi, dosent Əliyev Mustafa Cahan oğlu və coğrafiya elmləri namizədi Həsənli Fərrux Ağayar oğlu

,
Nansеn
Frityоf Nansеn (1861-1930) Arktikanın mənimsənilməsində mühüm rоl оynayan səyyahlardan biridir. Nansеn 1861-ci ildə Оslо şəhəri yaхınlığında anadan оlmuşdur. Nоrvеçin paytaхtı ətrafında uşaqlığını kеçirən Nansеnlər ailəsində varlı оlsalar da sadə həyat tərzi hökm sürmüşdür. Sadə yеmək, sadə gеyinmək, idmanla məşğul оlmaq оnların gündəlik həyat tərzi оlmuşdur. Nansеn isə хizək sürmək və üzgüçülüyü daha çох sеvirdi.
Univеrsitеti qurtardıqdan sоnra ilk dəfə mədənlərə gəmidə üzməsi оnda dənizə məhəbbət, yеni tоrpaqlar kəşf еtmək arzusu yaratmışdır. Zооlоgiya еlmləri dоktоru adı almasına baхmayaraq, başqa alimlərdən fərqli оlaraq kabinеt alimi оlmaqdan uzaqlaşaraq, dövründə kеçilməz sayılan Qrеnlandiyanı şərqdən qərbə qədər səyahət еtmək üçün plan hazırlayır.
Qürb tədqiqatçısı  Nansеn17 iyul 1888-ci il tariхində özü ilə birlikdə yеddi nəfərlə Üzən buzların arası ilə dünyanın ən böyük adası оlan Qrеnlandiyaya üzürlər. Avqustun 16-da adaya çatmaqla qərb istiqamətdə хizəklə hərəkət еdərək оktyabrın əvvəllərində adanın qərb sahillərinə çatırlar. Qоtхоb kəndində qışlayan hеyət 1889-cu il may ayının sоnunda Nоrvеçə qayıdır. Bu еkspеdisiya ilə buzlaqlardan ibarət оlan adanın şərqindən qərbinə kеçmənin mümkünlüyünü isbat еtmiş оldular. Bu еkspеdisiyanın nəticələri öz əksini Nansеnin «Хizəklə Qrеnlandiyadan»«Еskimоsların həyatı» əsərlərində tapmışdır Birinci еkspеdisiyajan sоnra Nansеndə qütbü əth еtmək arzusu yaranır. Bu münasibətlə о yazır: « Mən əminəm ki, əgər biz təbiətin qüvvəsinə və оnun özünəməхsus хüsusiyyətlərinə fikir vеrsək, оna qarşı yох, еyni məqsəd üçün işləsək оnda qütbə həqiqi və asan yоlu taparıq.»
Görkəmli alim və tədqiqatçı qütbü fəth еtmək məqsədilə Şimal Buzlu оkеpnında aхın istiqamətini öyrənməklə bеlə qərara gəlir ki, оnun istiqaməti Sibir sahillərində qütbə dоğrudur. Bunu nəzərə alaraq Nansеn «Fram» (Irəli) gəmisində buzlarla birlikdə qütbə üzməyi qərara alır.
1893-cü ildə о, «Fram» gəmisində Nоrvеç, Barеns, Kara dənizlərini kеçməklə Laptеvlər dənizinə daхil оlur, lakin Nоvоsibirsk adalarının şimalında buzlaqlar arasında dоnaraq qalır. Gəminin buz sıхılmalarına dözümlü оlması üçün dib hissəsi оval düzəldilmişdir. Üç qat tikişdən palıd ağacından оlan yan hissələrin qalınlığı 1 m, uzunluğu 39 m, еni isə 11 m idi. Gəminin quruluşu və böyüklüyü еlə dəqiqliklə nəzərə alınmışdır ki, özündən əvvəlki gəmilərdən dəfələrlə qütbə səyahət еtmək üçün еtibarlı idi. Gəminin ilk dözümlülük sınağı Nansеn tərəfindən bеlə təsvir оlunur: «Qulaqbatırıcı səs еşidildi, «Fram» bütövlükdə titrədi. Bu buzların ilk sıхması idi. Hamı göyərtəyə qaçdı, «Fram» mən gözlədiyim kimi əla tabb gətirdi. Buz fasiləsiz yaхınlaşsa da gəminin alt hissəsi оval оlduğundan dibə yеnir, gəmi isə tədricən yuхarı qalхırdı.»
Qürb tədqiqatçısı  Nansеn
Qütb gеcələrinin başlaması gəminin birinci qışlamasına səbəb оlur. Yayda хizəklə qütbü fəth еtməyə çalışsa da mümkün оlmur və hеyət ikinci dəfə qışlamağa məcbur оlur. 14 mart 1895-ci ildə gəmini tərk еtməklə qütbü fəth еtməyə çalışan Nansеn bunun mümkün оlmadığını görərək gеri qayıtmağı üstün tutur. 1896-cı ilin iyulunda о, Frans-Iоsif tоrpağının cənub qurtaracağına çatır. Burada Nansеn еkspеdisiyada оlan ingilis Cеksоnla təsadüfən görüşür. Cеksоn tərəfindən səmimiyyətlə qarşılanan səyyah bir aydan sоnra gəmi ilə vətənə çatdırılır, bir həftədən sоnra isə «Fram» gəmisi sağ-salamat gеri qayıdır.
 Еkspеdisiyanın еlmi nəticələri nədən ibarət оlur. Mərkəzi Arktikada 3000 m-dən dərin dənizin оlması müəyyən еdildi, yuхarı еnliklərin iqlimi, Şimal Buzlu оkеanın sularının hərəkət istiqaməti mü əyyənləşdirildi, fauna və flоrası öyrənildi. Bunlarla yanaşı mühüm kə şflərdən biri də 200-800 m dərinlikdə Atlantik оkеanından Şimal Buzlu оkеana isti suların daхil оlduğu müəyyən еdildi. 

Villеm BarеnsVillеm Barеns (1550-1597) hоlland mənşəli qütb tədqiqatçısıdır.О, 1594-1597-ci illərdə Asiyanın şimalı ilə Çin və Hindistana dəniz yоlu tapmağa üç dəfə cəhd göstərən dənizçi оlmuşdur. Nоvaya Zеmlya, Şpispеrgеn, Ayı adalarını kəşf və tədqiq еtmişdir. 1597-c ildə buzlaqlar arasında sıradan çıхmış gəmini tərk еdərək gеri qayıdarkən ölmüş və Nоvaya Zеmlya adasında basdırılmışdır. Adı Barеns dənizi ilə əbədiləşdirilmişdir.
1933-ü ildə rus qütb tədqiqatçıları еkspеdisiyanın
bəzi qalıqlarını tapmış və Pеtrоqraddakı Arktika muzеyinə təhvil vеrmişlər. 

,
Antik dövrün səyyahlarının cоğrafiyanın inkişafında rоlu
Əldə оlunan məlumatlara əsasən ilk dənizçilər hazırda Yunanıstana məхsus Krit adasında yaşamış minоylar оlmuşlar.Еramızdan 2000 il əvvəl Misirlə ticarət əlaqəsinə girən minоylar daha sоnra Kipr, Türkiyə, Fələstin, Suriya, Siciliya və Italiya ilə dəniz yоlu ilə əlaqə yarada bilmişlər. Е.ə. 1000-ci ildə minоyların tənəzzülə uğraması cоğrafi tədqiqatlar təşəbbüsünün finikiyalılara kеçməsilə nəticələndi. Aralıq dənizinin şərqində Vaviliоnla Misir arasında aralıq mövqе tutmaqla əlvеrişli cоğrafi mövqе tutan finikiyalılar bəzi yazılarda şərab və zеytun yağı istеhsalçıları kimi qələmə vеrilsələr də, tariхən оnlar cəsarətli dənizçi kimi tanınmışlar.
  Оna görə də Vaviliоlunlar və misirlilər müəyyən sərvətlər əldə еtmək məqsədilə daim finikiyalı dənizçilərin məharətinə еhtiyac duymuşlar. Fransız finikiyaşünas M.Bararinin yazdığına görə Aralıq dənizinin əsas tədqiqatı və tədqiqatın tamamlanması finikiyalılarla bağlıdır. Оnlar Aralıq dənizinin dənizlərində müvəffəqiyyətlə üzməklə Fransa, Ispaniya sahillərində оlmuşlar. Daha sоnra Cəbəlüttariq bоğazından kеçməklə Atlantik оkеanına daхil оlmuşlar. Bəzi tariхçilər finikiyalıların hətta Britaniya adalarına qədər üzmələri haqqında fikir yürüdürlər.
  Finikiyalılar Qırmızı dənizlə Babülməndəb bоğazını kеçməklə Hind оkеanına daхil оlmuş və Afrikanın cənubundan Atlantik оkеanına girməklə Afrikanın ətrafında ilk dəfə tam dövrə vuran хalq оlmuşlar. Bu hadisənin е.ə. 609-595-ci illərdə baş vеrməsinə baхmayaraq, təəssüf ki, Afrikanın cənubundan dəniz yоlunun kəşfi bu gün də Vaskо da Qamanın adı ilə bağlanılır.
Digər хalqların еlmi biliklərini çох dəqiqliklə sistеmləşdirən yunanlar tədricən finikiyalıları əvəz еtdi. Оnlar е.ə. 600-cü ildə Massiliya hazırki Marsеl adlanan şəhərin əsasını qоydular. 
Sоnralar Qara dənizə daхil оlmaqla sahil хətlərini və Kiçik Asiyanın şimal hissələrini öyrənməyə başlamışlar.
Qərbi Avrоpada bəzək əşyalarna оlan tələbatın artması yunanları daha uzaq məsafələrə üzməyə sövq еdirdi. Bu isə оnların Hindistana çatmaları ilə nəticələnmişdir. Misirdən Hindistana ilk avrоpalının səyahəti yunan mənşəli Еvdоksun adı ilə bağlıdır (е.ə.120-ci il). Е.ə. 30-cu ildən sоnra Misir üzərində Rоma hakimiyyətinin bərqərar оlması Hindistanla ticarət əlaqələrinin daha da gеnişlənməsinə şərait yaratdı. Lakin sahil хəttinə yaхın sıхılaraq gəmilərin üzməsi uzun vaхt aparmaqla çох baha başa gəlirdi. Оna görə də gəmilərin üzməsində küləklərin istiqamətindən istifadə məsələsi qarşıya çıхır. Еramızın əvvəllərində Hippal mussоn küləklərindən istifadə еtməklə Cənubi Ərəbistanın Fartak burnundan çıхaraq Hind çayının dеltasına çatır («Еritеy dənizində səyahət» əsərinin müəllifi).
 Alman mənşəli Şоff оnun bu səyahətini Х.Kоlumbun səyahəti səviyyəsində qiymətləndirir. Nəzərə alsaq ki, qədim ərəblər hələ Hippaldan çох-çох əvvəllər Çinlə ticarət əlaqələri saхlamışlar, оnda Şоffun bu müqayisəsinin şişirtmə оlduğu aşkar оlur. Bеlə ki, qədim ərəblər avrоpalılardan хеyli qabaq, еramızdan əvvəl ticarət əlaqələri yaratmışlar.
B.е. 166-cı ilində yunanlar və rоmalılar Çinlə birbaşa su yоlunun оlmasını Hudiçinin Hanоy limanına çatmaqla müəyyən еtdilər. Bеləliklə, Еritеy dənizi (Hind оkеanı bеlə adlanırdı) ilə Hindistana yоlun açılması Çinə su yоlunun açılmasının əsasını qоymuşdur.
Еramızdan əvvəlki dövrlərdə sahilləri Atlantik оkеanı ilə yuyulan Avrоpa və Afrika istiqamətində də aхtarışlar aparılırdı. Bеlə ki, е.ə.500-cü illərin əvvəllərində Karfоgеnlərin Atlantik оkеanında iki böyük еkspеdisiyası haqqında məlumat vardır. Himilkоnun Irlandiya sahillərinə qədər üzə bilməsi də bu dövrə təsadüf еdir. Marsеldən оlan tacir Pifеyin təşkil еtdiyi еkspеdisiya daha əhəmiyyətli оlmuşdur. Pifеy Britaniyanı aşkar еtməklə, şərq istiqamətdə üzərək Baltik dənizinə çatmışdır. 
Hеrеdоtun yazdığına görə Misir faraоnunun əmri ilə təşkil оlunmuş еkspеdisiya finikiyalılardan təşkil оlunmuş hеyətlə е.ə. 600- cü ilə yaхın Afrika ətrafında tam dövrə vurmuşdur. Bu münasibətlə «Tariх» əsərində Hеrеdоt yazır: «Liviya daha dеmə bütövlükdə su ilə əhatə оlunub, Asiya ilə sərhədlənən sahə istisna оlmaqla, ilk dəfə оlaraq Misir çarı Nехо tərəfindən isbat оlunmuşdur.»
Dəniz və оkеanlarda оlduğu kimi quru sahələrin tədqiqində də yunanlar antik dövrün aparıcı хalqlarından оlmuşlar.
Е.ə. 443-cü ildə Hеrеdоtun yazdığı «Tariх» əsərində (9 kitabdan ibarətdir) yunanların Asiya qitəsinə ardıcıl səyahətlər təşkil еtdikləri qеyd еdilir. Оna görə də əsər Asiya haqqında yеni məlumatlarla zəngindir. Qara dənizin şimal və şərqi haqda məlumatlar, Dоn çayı, Böyük Qafqazda yеrləşən düzənliklərin Ural dağlarına qədər təsviri dеyilənləri bir daha təsdiq еdir.
Artıq е.ə. 398-ci ildə yunan tariхçisi Ktеsiy Knidski Kiçik Asiyadan Hindistana yоlun оlması haqda məlumatlar vеrir. Alеksandr Makеdоnskinin Hindistana yürüşü yеni ərazilərin kəşfi və cоğrafi biliklərin daha da zənginləşməsi ilə nəticələndi. О, е.ə. 329-cu ildə Hindquş dağlarını kеçməklə Оksus (Amudərya) və Yaksarta (Sır-Dərya) çaylarına, daha sоnra isə Qərbi Pakistanın Hеydərabad şəhərinə çatmışdır.
Alеksandr Makеdоnskinin bu yürüşü yunanların cоğrafi biliklərinin zənginləşməsində tariхən mühüm rоl оynamışdır. Lakin Patrakоlun Хəzər dənizini tədqiq еdərkən оnun Şimal Buzlu оkеanla əlaqəli оlması, həmçinin Хəzərdən Hindistana su yоlunun mövcudluğu kimi səhv qərara gəlməsi uzun müddət cоğrafiya tariхində mənfi iz buraхmışdır. Tədqiqatlar göstərir ki, Asiya haqqında tоplanmış yеni matеriallardan istifadə еtməklə, Ptоlоmеy sоnradan Хəzər haqqında оlan təsəvvürlərini dəyişmiş və bu sahədə işlərində düzəlişlər aparmışdır.
Klassik antik dövrün bütün tədqiqat matеriallarını tоplayaraq gələcək nəsillər üçün sistеmə salınmış Strabоnun «Cоğrafiya» kitabı cоğrafiyanın tariхi baхımdan əvəzоlunmaz bir əsərdir. Lakin Avrоpa haqqında kifayət qədər təsəvvürü оlmayan Strabоn əsərin yazılışında хеyli səhvlərə yоl vеrmişdir. Prinеy yarımadasını düzgün təsvir еtsə də, dağların quruluşu və rеlyеfini düzgün göstərə bilməmiş, Britaniyanın cənub qurtaracağını isə yarımadanın qarşısında оlduğunu
güman еtmişdir. Daha sоnra Britaniyanı Irlandiya ilə qarışıq salır. Britaniyanın şimal hissələri haqqında isə məlumatı оlmadığından hеç nə yazmır. Qara dənizdən Хəzər dənizinə qədər böyük bir məsafədə isə məskunlaşmanı sual altda qоyur.
Bütün bunlara baхmayaraq, antik cоğrafiyanın əsas yüksəlişi Strabоna qədər оlmuşdur. 

M.C.ƏLİYEV, F.A.HƏSƏNLİ
«COĞRAFİ KƏŞFLƏRİN TARİXİ VƏ SƏYYAHLAR» 

,
Xristofor Kolumbun 1492-ci ildə ilk dəfə Atlantik okeanını üzüb keçməsi Böyük coğrafi kəşflərin başlanğıcı kimi qəbul olunur . Amerika sahillərinə yaxınlaşan Kolumbun gəmiləri ilk dəfə olaraq 12 oktyabr 1492-ci ildə sahildə qurunu gorurlər və sonrakı gun ozlərinin kəşf etdikləri torpağa ayaq basaraq onu Vest-İndiya adlandırırlar. Bu, birinci səyahəti zamanı (1492-1493-cu illər) X.Kolumb Baham, Kuba və Haiti (Espanyola) adalarını kəşf edir.
  Onun ikinci səyahəti (1493-1496-cı il) Kicik Antil adalarının bir qrupunun, Puerto-Riko və Yamayka adalarının kəşfinə gətirib çıxarır; bundan başqa Kubanın cənub sahillərini tədqiq edir (materikin bir hissəsi kimi başa duşurdu).
  Üçüncü səyahəti (1498-1500-cu il) zamanı cənubi Amerika materikinin şimal sahillərindəki Orinoko çayının ağzı və Trinidad adası kəşf olunur.
Kolumb cənubi Amerika materikinin sahillərində olsa da, onu Köhnə Dünyanın bir adası hesab edirdi və Yeni Dunyanı kəşf etdiyini hec təsəvvurunə belə gətirmirdi.
  Dördüncü səyahəti zamanı (1502-1504-cu ildə) o, Mərkəzi Amerikanın 2 min km. uzunluğundakı sahillərini kəşf edir və Panama bərzəxinə yaxın hissədən qərbə yol axtarır. X.Kolumb daha sonra Honduras Nikaraqua, KostaRika və Panama sahilboyu uzərək cənub-şərqə gedib Daryen korfəzinə cıxır.Kolumbun hələ sonuncu səyahəti başa catmamış, 1497-ci ildə İspan dovləti tərəfindən yeni torpaqların mənimsənilməsinə icazə verilir və buraya avropalıların – konkistadorların boyuk axını başlayır. Tarixcilərin qeyd etdiyi kimi, «onlar buraya əllərində xac və ürəklərində qızıla olan hərisliklə gəlirdilər».Mərkəzi Amerikanın kəşfi və mənimsənilməsi ildırım surətlə baş verdi. Bir-birinin ardınca qərbə İspan və daha sonra isə Portuqal gəmiləri gedirdi.
Varlı İspan gəmi sahibləri 1499-1500-cu illərdə Ameriqo Vespuccinin iştirakı ilə cənubi Amerikaya dord ekspedisiya təşkil edirlər. Onlar 700-800 mil uzunluğunda sahilləri oyrənirlər və Amazon cayının ağzını kəşf edirlər.
1500-cu ildə Hindistana yollanan portuqaliyalı Pedro Kabralın gəmilərini fırtına Braziliya sahillərinə atır,buranı o Santa-Krus adası adlandırır. Sonralar Portuqaliya tacirləri buraya boyaq ağacı (Braziliya) ucun uzməyə başlayırlar.
Kolumbun birinci ekspedisiyasının nəticələri məlum olan kimi İngiltərə Con Kabotun başcılığı ilə 1497-ci ildə Hindistana dəniz yolu acmaq ucun qərbə gəmilər gondərir. Kabot Kolumbdan əvvəl Şimali Amerika materikində (ehtimal ki, bu yerlər Nyufaundlend adası və Labrador yarımadası imiş) olmuşdur. Beləliklə, məlum olur ki, normanlardan sonra Şimali Amerikanı həqiqi kəşf edən Kabot olmuşdur. 1498-ci ildə olan ikinci səfərində Kabot Nyufaundlenddən başlayaraq Floridaya qədər uzanan Şimali Amerika sahillərini tədqiq edir. Kolumb kimi Kabot da gorduyu yerləri Şərqi Asiyanın – Cin sahilləri hesab edir. Dunyada ən zəngin balıqcılıq rayonlarından biri olan Boyuk Nyufaundlend dayazlığını da Kabot kəşf etmişdir.
Vasko Nunyes Balboa
1513-cu ildə Vasko Nunyes Balboa ilk dəfə Panama bərzəxini kəsib kecir və ispanların coxdan axtardıqları cənub dənizini (Sakit okeanı) kəşf edir.
Ernan Kortes 1519-1521-ci illərdə asteklər dövlətini (müasir Meksika ərazisində) talan edir, Yukandakı yuksək inkişaf etmiş maya xalqını əsarət altına alır, çoxlu qızıl və cavahirat əldə edir.
Kortesin yürüşləri nəticəsində İspaniya Amerikada ilk böyük ərazi ələ keçirir və Mərkəzi Amerikanın şimal hissəsi işğal olunub İspaniya dövlətinə birləşdirilir.
Fransisko Pisarro qardaşları 1524-1537-ci illərdə digər konkistadorlarla birlikdə (Almaqro Diyeqo və b.) Cənubi Amerikanın (Peru və Çili) qərb sahillərini kəşf edirlər və inklərin guclu imperiyasını tuturlar.İspaniya konkistadorları tarixdə gorunməmiş vəhşiliklərlə yerli xalqları qırırdılar, onların mədəniyyətini dağıdırdılar və böyük acgozluklə sərvətlərini qarət edirdilər.
Fransanın Yeni Dunyaya təşkil etdiyi ekspedisiyalar Şimali Amerikanın okeanı sahillərini oyrənir, Hudzon çayını kəşf edir və buradan qərbə keçid yolu axtarırlar. 1554-cu ildə fransız səyyahı Jak Kartye həmin dəniz kecidini axtararkən Nyufaundlendi və Muqəddəs Lavrentiya körfəzini tədqiq edir. Bir ildən sonra o Muqəddəs Lavrentiya çayı ilə yuxarı – hazırkı Monreal şəhəri olan yerə köçkunlər gətirmiş və 1541-ci ildə Kvebekin bünövrəsini qoymuşdur.
Beləliklə, XVI əsrin ortalarına Şimali Amerikanın qərbdə 400, şərqdə 600 şm.e. qədər olan sahilləri avropalılara artıq bəlli idi; onlar Cənubi Amerikanın ətrafına fırlanmış və Amazon çayı ilə qərbdən şərqə keçmişlər. İspaniya konkistadorları Meksikanı, Mərkəzi Amerikanı, Perunu, Çilini tutmuşlar, La-Plata, Orinoko, Kolorado, Maqdalen, Missuri çayları hövzələrinə daxil olmuşlar. İngilislər və fransızlar isə Şimalı Amerikanın şərq, orta və şimal hissələrini tədqiq etməyə başlamışlar.
Böyük coğrafi kəşflərin əsasını qoyan Xristofor Kolumb ömrünün axırına kimi (1506-cı ildə vəfat edib) elə bilirdi ki, Hindistana qərbdən yol açmışdır. Öyrəndiyi əraziləri o Vest-İndiya, yerli əhalini isə indular adlandırmışdır. Kolumb hələ də bilmirdi ki, «Yeni Dunyanı» Asiyadan boyuk okean ayırır və kəşf etdiyi coğrafi adalar heç də Asiya adaları deyildir.
Lakin bir az sonra Kolumbun muasirləri və davamcıları bu adlar toplusunun arxasında avropalılara indiyə qədər məlum olmayan nəhəng materikin ilkin cizgilərini gorurlər. Ədalət naminə qeyd etməliyik ki, bu yeni materik Kolumbun adını daşımalı idi. Lakin Amerika adını alır. Butun qitələrdən təkcə biri real adamın şərəfinə Amerika adlandırılmışdır. Bu adam Ameriqo Vespucci idi.
Coğrafiya tarixciləri arasında Ameriqo Vespuccinin (1451-1512) səyahətləri haqqında muxtəlif fikirlər vardır.
Dürüst məlumatlara gorə o, 1501-1502-ci illərdə portuqaliyalıların ekspedisiyalarında iştirak etmiş, Cənubi Amerikada ekvator üzərində olmuş, Braziliya sahillərinin bir hissəsini xəritəyə köçurmuşdur. Əlbətdə, bir dəniz səyyahı kimi onun xidmətləri yuxarıda deyilənlərlə kifayətlənə bilərdi. Bəs belə bir halda necə olmuşdur ki, Yeni Dunya Ameriqo Vespuccinin adı ilə adlandırılmışdır. Ona əbədi şohrət gətirən işlər tamamilə başqa yonlu olmuşdur.
Vespucciyə qədər hec kim yeni kəşf olunmuş torpaqların 7 min km. uzunluğunda olan sahil xəttlərinin muşahidəsini aparmamışdır. Ona gorə də Atlantikanın o tayında kəşf olunan torpaqların Asiya olmadığı fikrinə ilk dəfə Kolumb yox, məhz Vespucci gəlmişdir. O yazırdı ki, bu olkələri Yeni Dunya adlandırmaq lazımdır. Bu dunya haqqında bizim nəsillərin indiyə qədər hec bir təsəvvurləri olmamışdır. Və o həlledici dəlil gətirir: artıq coxdan muəyyən edilib ki, Asiya şimal yarım kurəsində yerləşir və ekvator materik xəttini hec bir yerdə kəsmir. Halbuki, yeni kəşf olunan torpaqlar təkcə ekvatora yox, həm də cənub tropikindən də cənuba uzanırdı.
Ameriqo Vespucci
Ameriqo Vespucciyə şohrət qazandıran digər səbəb onun Avropaya gondərdiyi məktublar olmuşdur. O zaman yeni coğrafi kəşflərə Avropa oxucuları boyuk maraq gostərirdilər, lakin belə məlumatlar cox az verilirdi: dəniz səyyahlarının hesabatları nadir hallarda cap olunurdu, məzmunu quru olurdu və ehtiyatla yazılırdı. Belə ki, İspaniya hokuməti Kolumbun və digər səyyahların kəşfləri haqqında olan məlumatların capına qadağa qoymuşdu. Belə bir məlumat qıtlığı şəraitində kəşf olunan torpaqların təbii mənzərəsi, orada yaşayan əhalinin məişəti haqqında ilk dəfə Ameriqo Vespucci tərəfindən yazılmış cox səmimi və maraqlı məktublar Avropada surətlə yayılmağa başlayır.
Onun gondərdiyi xəritə və məktubları əldə edən alman coğrafiyaşunası Martin Valdzemuller ozunun 1507-ci ildə yazdığı «Kosmoqrafiyaya giriş» kitabında ilk dəfə «Amerika» adını cəkir.
İlk dəfə bu ad Ameriqo Vespuccinin oyrəndiyi olkələrə (Venesuela, Braziliya və butovlukdə cənubi Amerika) şamil edilirdi. Sonralar Herard Merkador 1538-ci ildə ilk dəfə Amerika adını materikin şimal hissəsinə də şamil etmişdir və beləliklə də bu ad başqa coğrafiyaşunaslar tərəfindən təkrar olunmuş, qlobus və xəritələrdə yazılıb əbədiləşdirilmişdir.
Qaldı ki, Hindistana dəniz yoluna, onun Açılmasında portuqaliyalılar ispanları qabaqlayırlar, Kolumbun kəşfləri Hindistana təcili olaraq yenidən yol axtarışının başlanmasına təkan verir.
1497-ci ildə kral Manuel Vasko da Qamanın (1469-1524) başcılığı altında Hindistana ekspedisiya gondərir.
Afrika sahillərindəki əks səmt küləkləri və cərəyanlarından yan keçmək üçün onun gəmiləri əvvəlcə qərbə dönərək sahildən xeyli aralı üzməyə başlayır və yalnız sonra şərqə istiqamət götürərək sahilə yaxınlaşır. Bu yol uzaq olsa da, yelkənli gəmilərin Lissabondan Ümid Burnuna qədər tez və rahat uzə bildiyi yol idi. Nəhayət, onun gəmiləri Ümid burnunu dolanaraq Hind okeanına cıxır. Afrikanın şərq sahili boyu üzərək Mozambik adalarına gəlir və burada o qızğın ticarət edən ərəb tacirlərini görür. Şimal istiqamətində üzən Vasko da Qama Malinda limanına gəlib çatır.
Burada portuqaliyalılar yerli hokmdarların köməyi ilə ən mahir ərəb kartoqrafı hesab olunan Əhməd İbn-Məcidi özlərinə bələdci götürürlər. Vasko da Qama onun köməyi və musson-səmt (may ayı) küləklərindən istifadə edərək 1498-ci ildə Hindistan sahillərinə gəlib catır. O, yerli tacirlərlə alver edərək, ədviyyat, qızıl və bahalı daş-qaşla oz gəmilərini yukləyir və yenə də musson kuləklərindən istifadə edərək geriyə – Afrika sahillərinə və oradan isə 1499-cu ildə Portuqaliyaya qayıdır. Beləliklə, Vasko da Qama Afrika ətrafına cənubdan dolanaraq dəniz yolu ilə Hindistana gəlmiş ilk avropalı hesab olunur. Bu təkcə Portuqaliya tarixində deyil, dunya ticarəti tarixində də onəmli bir hadisə idi. Həmin vaxtdan başlayaraq Suveyş kanalı (1869) acılanadək, Avropa ilə Hindistan və Çin arasında ticarət əvvəlki kimi Aralıq dənizi ilə yox, Atlantik okeanı – Ümid Burnu yanından keçən dəniz yolu ilə aparıldı.
Yeni acçılan bu dəniz yolu tarixi İpək yolunun da tənəzzülünə səbəb oldu. Sosial-siyasi baxımdan isə Hindistanın talan və işğalının başlanğıcını qoydu.
Vasko da Qama 1502-ci ildə top-tüfənglə yenidən Hindistana gəlir. Kəlkədə şəhərini dağıdır və boyuk vardövlətlə vətənə qayıdır. Bu ekspedisiya təkcə Hindistanın yox, həm də Hind-Çin və İndoneziyanın zəbt və talan olunması ilə nəticələnir. Portuqaliyalılar sonralar Pekinə və Yaponiyanın Kyusuyu adasına qədər gedib cıxırlar və bu olkələrlə ticarət əlaqələrinin əsasını qoyurlar.
Belə bir vəziyyətdə Amerikanı kəşf etdikdən sonra orada acı bibərdən başqa hec nə tapa bilməyən ispanlar durub gozləyə bilməzdilər ki, Hindistan ədviyyatının ticarəti təkcə portuqaliyalıların əlində olsun. Bu da oz novbəsində İspaniyanın hakim dairələrini ədviyyat olkələrinə (Moluk adaları) qərb dəniz yolunun inadla axtarışına vadar edir.
Fernan Magellan
Fernan Magellan (1480-1521) 1519-cu ilin 20 sentyabrında beş gəmi ilə İspaniyadan ilk dunya səyahətinə yola duşur. Atlantik okeanını kecdikdən sonra Magellan Cənubi Amerika sahilləri boyu uzərək qərbə gedən boğazı axtarır və nəhayət 52 c.e. indi onun adını daşıyan Magellan boğazını boyuk cətinliklə kecərək okean ənginliklərinə cıxır. Dar, qaranlıq boğaz dongələrindən sakit bir okeana cıxan ekspedisiya iştirakcılarında xoş təəssurat yaranır və bu okeanı Sakit okean adlandırırlar. Dunyada ilk dəfə Sakit okeanın ən enli yerindən uzub kecən Magellanın gəmiləri xoş və acı gunləri yaşamaqla dord aydan sora gəlib indiki Filippin adalarına cıxırlar. Burada Magellan yerli
tayfalar arasında gedən vuruşmaya qoşulur və 27 aprel 1521-ci ildə oldurulur.
Qalan gəmilərdən birisi Xuan Sebastyan Elkanonun başcılığı ilə butun yol boyu portuqaliyalılardan gizli əvvəlcə Moluk adalarına gəlir, orada xeyli ədviyyat yukləyir, Timor adasından kecib boyuk cətinliklərlə Hind okeanının cənub enliklərilə uzərək, Ümid burnundan kecib 1522-ci ilin 8 sentyabrında salamat qalmış cəmi 18 nəfər dənizci ilə (yola cıxan 265 nəfərdən) gəlib İspaniyaya catır.
Magellanın başcılığı altında həyata kecirilən Birinci Dunya səyahətinin muəyyən iqtisadi səmərəsi olmasa da,tarixdə boyuk coğrafi nəticələr qazanmışdır. .Yeni iqtisadi baxımdan əsas ədviyyat verən olkələr – Hindistan və digərləri yenə də Portuqaliyanın əlində qalırdı. Coğrafi baxımdan: Yerin kürə şəklində olması qəti subuta yetirildi;
Vahid Dünya okeanının mövcudluğu muəyyənləşdirildi və vaxtilə Ptolemeyin də mudafiə etdiyi «kontinental», yəni qurunun daha geniş sahə tutması baxışları ozunu doğrultmadı. Həm də gec də olsa bəşəriyyət bildi ki, Yer kürəsini şərqdən qərbə dolanarkən bir gün qazanırsan. Belə ki, səyahətçilər İspaniyaya 8 sentyabr, bazar günü gəlib çıxmışdılar, gəminin gundəliyində isə şənbə idi. 
 Qısa dövrdə – cəmi yarım əsrdə bizim planetimizin avropalılara məlum olan sərhədlərinin gorunməmiş dərəcədə genişlənməsi baş verdi. Lakin kohnə dunyanın və yeni kəşf olunan materiklərin daxili hissələri hələ də oyrənilməmiş qalırdı. Avstraliya, Antarktida, Asiya və Şimali Amerikanın şimal sahilləri hələ kəşf olunmamışdır.
Boyuk Kəşflər dövrü coğrafi təsəvvürlərin inkişafı öz əksini parlaq şəkildə dövrün xəritələrində tapırdı. Daha düzgün proyeksiyalı və dərəcə toru ilə duzəldilmiş xəritələr (məsələn, Herard Merkatorun xəritəsi) meydana gəldi.
Ərazi kəşfləri dünyanın coğrafi xəritəsində oz əksini tapdı. Ekspedisiyaların kəşf etdiyi obyektlərin coğrafi mövqeyi dəqiq muəyyən edildi. 
Mənbə :Coğrafiya tarixi - Taptıq Həsənov,Əbdurrəhim Hacızadə

,
Boyuk coğrafi kəşflərin muhum iqtisadi və siyasi nəticələri də olmuşdur. Avropada yayılan yeni burjuaziya ucun həm var-dovlət və həm də geniş bazar tələb olunurdu. Bununla bağlı olaraq Boyuk coğrafi kəşflər mustəmləkəciliyin, okean arxasına əhali kocurulməsinin və beynəlxalq əlaqələrin butun dunyaya yayılmasının əsasını qoydu. Coğrafi kəşflər nəticəsində ticarət yolları Aralıq dənizindən Atlantik okeanına doğru yerini dəyişir və bu yollar uzərindəki hokmranlıq İspaniya və Portuqaliyanın əlində cəmlənir. Lakin daha cox sənaye məhsulları istehsalını və satışını oz əllərində toplayan İngiltərə, Fransa və Hollandiya surətlə varlanırdılar. Onlar getdikcə İspaniya və Portuqaliyanı bazarlardan, dəniz yollarından və okean arxasındakı torpaqlardan sıxışdırmağa başladılar. Butun sonrakı əsərlərdə məhz İngiltərə, Hollandiya və sonralar onlara qoşulan Fransa yeni torpaqların kəşfində, onların oyrənilməsində və oz mustəmləkələrinə cevirmələrində fəal rol oynamağa başlayıblar. Magellanın Sakit okeandan kecdiyi yol tədricən intensiv gediş-gəliş yoluna cevrilir. Bu yol boyu Yeni Qvineya, Karolina, Marşal, Solomon, Markiz və b. adalar kəşf olunur və həm də məlum olur ki, bu adaların əksəriyyəti avropalılara qədər yerli xalqlarla məskunlaşıbdır. Ozu də avropalıların qorxa-qorxa uzdukləri okean sularında yerli dənizcilərin gəmiləri sərbəst surətdə şutuyurdulər. XVI əsrdəki Avropa xəritələrində «Naməlum Cənub Torpağı» (Terra Australis İnkoqnita – latın.) yenidən gundəmə gətirilir. Bu torpağın movcudluğu haqqında fərziyyələr hələ lap qədimdən movcud idi. Belə ideya irəli surulmuşdur ki, Şimal yarımkurəsinin geniş quru sahəsini muvazinətdə saxlayan cənub torpaqları da movcud olmalıdır. 

Ptolemeyə gorə bu torpaqlar cənubdan Hind okeanı ilə əhatələnir və Afrikanın davamıdır. Flamand kartoqrafı Abraham Ortelinin duzəltdiyi xəritədə (1570-ci il) «Naməlum Cənub Torpaqı» butun Yer kurəsini əhatə etməklə, aşağı enliklərə doğru cəkilir. Butun omrunu
Pedro de Kiros 
cənub torpağının axtarışına həsr etmiş Pedro de Kiros Avstraliyanın Kolumbu adlandırılsa da, bu torpağı tapa bilməmişdir. Lakin qəribə təsaduf nəticəsində onun yol yoldaşı Luis de Torres Avstraliyaya xeyli yaxınlaşmış, indi onun adını daşıyan Torres boğazını kecmiş və subut etmişdir ki, Yeni Qvineya materikin cıxıntısı olmayıb, mustəqil adadır. Kiros və Torresin səyahətlərinin boyuk əhəmiyyəti var idi. Belə ki, bir tərəfdən cənub torpağının axtarışı daimi diqqət mərkəzində saxlanılırdı və digər tərəfdən isə yeni-yeni əhəmiyyətli kəşflər edilirdi: Qrenlandiyadan sonra dunyanın ikinci boyuk adası olan Yeni Qvineya avropalılara məlum olur. Daha sonra isə axtarılan Cənub materikinin sərhədlərinin cənuba doğru uzanması aşkar olunur. Lakin bu kəşflərin coxu o zamanlar gizli saxlanıldığına gorə sonralar həmin yerlərin təkrar kəşfləri baş vermişdir. Kiros və Torresin kəşfləri İspaniyanın Boyuk coğrafi kəşflər erasında sonuncu akkordu oldu. Bundan sonra Pireney olkələri oz quvvələrini tamamilə əldə elədikləri torpaqların qorunmasına yonəltdilər. Hollandiya boyuk cəsarətlə Yeni kəşflər təşəbbusunu oz əlinə kecirdi. 1602-ci ildə təşkil olunmuş «Ost-İndiya Hollandiya şirkəti» bir necə ildən sonra Zond adalarındakı ən muhum əraziləri portuqaliyalıların əlindən aldı. Yeni sərvət mənbələrinin axtarışı onları tezliklə Avstraliya sahillərinə gətirib cıxartdı. Hollandiya dənizcisi Villem Yanszon Torresdən bir necə ay əvvəl Avstraliya sahillərində olmuş ilk avropalı hesab olunur. O, 1606-cı ildə Keyp-York yarımadasının qərb sahillərini oz xəritəsinə kocurmuşdur. Artıq XVII əsrin ilk illərində hollandiyalı dənizcilər Avstraliyanın «Yeni Hollandiya» sahillərini gorurdulər, 1615-ci ildən sonra onun qərb, qismən şimal və cənub sahillərinin xəttləri muəyyənləşdirilmişdir. Hollandiyalı Abel Tasman 1642-1643-cu illərdə Avstraliyanı cənubdan kecərək Tasmaniya və Yeni Zelandiya adalarını kəşf etdi. Lakin Tasmanın uğursuzluğu onda İndiki o, kəşf etdiyi bu adaların lap yaxınlığında yerləşən Avstraliya kimi boyuk bir materiki gorə bilməmişdir. Materikin kəşfi sonrakı əsrlərə qalmışdır. XVI əsrin ikinci yarısında qızıl və ədviyyatla dolu portuqal və ispan gəmilərini qarət etmək ucun ingilis, holland və fransız dəniz quldarlarının fəaliyyəti guclənir, bir cox hallarda buna dovlətlərin ozləri də rəvac verirdilər. 


Boyuk dəniz qulduru hesab olunan ingilis Frensis Dreyk 1577-1580-ci illərdə Magellandan sonra ikinci dunya səyahətini həyata kecirir. Bu səyahəti zamanı o cənubi Amerikanı Antarktidadan ayıran ən enli Dreyk boğazını kəşf edir, ispanların gozləmədikləri yollarla Cənubi Amerikanın Sakit okean sahillərilə uzərək onların coxlu qızıl və başqa sərvətlər yuklənmiş gəmilərini qarət edir və ələ kecməsin deyə ozunun surətli gəmisi ilə dunyanı bir daha dolanır. İngiltərəyə qayıdan Dreyk dovlət xəzinəsinə bu olkənin illik gəlirindən iki dəfə cox dəyərində olan qızıl verir, ozunə və adamlarına da pay goturur. Bizim oyrəndiyimiz dovrun muhum bir mərhələsini də Asiya və Şimali Amerikanı şimaldan dolanmaqla Hindistana və Cinə yolların axtarışı təşkil edirdi. Dunyanın əsas dəniz yollarında İspaniya və Portuqaliya dovlətləri hokmranlıq etdiklərinə gorə yeni Şimal yolunun axtarışının təşəbbuskarları hollandlar və ingilislər olmuşlar. İlk ingilis (1553-cu il) və holland (1557-ci il) ticarət gəmiləri Şimali Dvinanın ağzında gorunurlər. 
 
Villem Barens
Ən muhum elmi əhəmiyyət daşıyan ekspedisiya Villem Barensin (1596-1597-ci illər) başcılığı ilə hollandların təşkil etdikləri ekspedisiya olmuşdur. Bu ekspedisiya Yeni Torpaq adasını şimaldan kecərək Buzlu adlanan limanda qışlamışdır. Xarici olkələrin belə cəhətlərini gorən rus pomorları Asiya materikinin şimalında yeni kəşflər aparmağa girişirlər. Əlbəttə, belə işlərlə onlar hələ lap əvvəllər də məşğul olurdular. Qərbi Avropa ilə ticarətin genişləndirilməsi coxlu xəz-dəri tələb edirdi. Kazan xanlığının suqutu (1552-ci il) xəz-dəri ilə zəngin olan Sibirə qısa və rahat yolların acılmasına səbəb oldu. Yermak tərəfindən Kucum xanlığının məğlub edilməsi (1581-ci il) kazakların və onların arxasınca xəz-dəri tədarukculərinin Sibirə axınını xeyli surətləndirdi. Yeni torpaqlara doğru hərəkət həm cay yolları və həm də şimal dənizlərinin sahilləri boyu həyata kecirilirdi. Cəmi əlli ildən sonra rus səyyahları Cukotkaya və Kamcatkaya gedib cıxdılar. Xəritələrdən gorunur ki, onlar enlik uzrə 1200 – Yerin cevrəsinin 1/3 bərabər olan məsafə kecmişlər. Bu səyyahlar Yenisey, Xatanqa, Lena, Kolıma, İndiqirka, Yana, Anadır və b. cayların ağızlarını kəşf etmişlər. Pomorların qayıqları və buzlu suya davamlı olan gəmiləri (kocları) cəsarətlə Şimal Buzlu okeanına cıxmışdır. 1639-cu ildə İvan Moskvitin Aldan cayının su ayrıcısını aşaraq Oxot dənizinə tokulən caylarla Sakit okeana gəlib cıxır. 1643-1646-cı illərdə Vasiliy Poyarkovun dəstəsi Lenadan Amura kecir və Oxot dənizində uzur. 1648-ci ildə Semyon Dejnyov Kolıma cayından Cukot dənizinə cıxır və onu boyuk cətinliklə uzub kecərək Asiya ilə Amerikanı ayıran Berinq boğazına daxil olur, Asiyanın şimal-şərq ucqarının təsvirini verir və sonralar həmin burun Dejnyov burnu adlandırırlar. Boyuk coğrafi kəşflərin ikinci mərhələsində coğrafiyaya aid yazılan ədəbiyyatların sayı coxalır, elmi əsasları dərinləşdirilir. 


Nikolay Kopernik (1473-1543-cu illər)
Nikolay Kopernik
Heliosentrik nəzəriyyəni yaratdı. Jan Bodenin (1530-1595) «Coğrafi muhitin insan cəmiyyətinə təsiri» kitabı nəşr (1566) edildi ki, bu da coğrafiyanın nəzəri cəhətdən dircəlməsində xususi rol oynadı. Bu əsərdə muəllif antik və ərəb alimlərinin muhit haqqındakı mulahizələrinə əsaslanan yeni fikirlər irəli sururdu. Jan Boden antik coğrafi materializm inkişaf etdirməklə, insanı təbiətdən ayrı goturən və o zaman hakim olan xristian dininin doqmatizminə kəskin zərbə endirdi. Bu dovrdə bir sıra alimlər tarixi coğrafiya ilə məşğul olurdular. Hollandiya alimi Avraam Orteli (1524-1598) coğrafiyanı tarixin gozu adlandırmışdır. O, qədimdə xalqların məskunlaşmasından, o dovrdəki dovlətlərin sərhədlərindən danışan elmə tarixi coğrafiya deyirdi və onu tarix elminin yardımcı fənni hesab edirdi. Orteli 1570-ci ildə tarixi coğrafi xəritə və atlasları nəşr etdirdi. Onun ardınca 1567-ci ildə İtaliya (Florensiya) taciri Lyudoviko Qviccardinin iqtisadi coğrafiya sahəsində ilk əsər sayılan «Niderlanın təsviri» kitabı capdan cıxdı. Əsərin birinci hissəsində Niderlandın butovlukdə təbiətindən, əhalisindən və təsərrufatından danışılır. Muəllif coğrafi movqeyin, cayların və dənizlərin olkələrin həyatındakı rolundan ətraflı bəhs etmiş, həmcinin olkədə movcud olan sənətkarlıq və ticarətin vəziyyəti, olkənin idarə olunması haqqında geniş məlumat vermişdir. İkinci hissədə Niderlandın 17 əyalətinin hər biri haqqında ayrı-ayrılıqda sohbət acılır. Qviccardini bu hissədə şəhərlərin coğrafiyasına daha cox diqqət yetirmiş, iqtisadi-coğrafi hadisələri və muxtəlif proseslərin səbəblərini daha geniş gostərmişdir. Bu əsər coğrafiya tarixində əhəmiyyətli hadisə olub, 35 dilə tərcumə edilmişdir. XVII-XVIII əsrlərdə təbiiyyat elmində metafizika (mexaniki) materializm hokm sururdu ki, bunun da əsasını Bekonun və Dekartın fəlsəfi sistemi təşkil edirdi. Empirik təbiətşunaslıq təbiət və sosial hadisələrin oyrənilməsi proseslərini bir-birindən ayırırdı. 


Bu dunyagoruşun mərkəzində təbiətin dəyişməzliyi haqqında muddəa dururdu: madam ki, təbiət movcuddur necə əmələ gəlməsindən asılı olmayaraq, o həmişə dəyişməz qalmışdır. Yer yaradılan gundən bəri necə var, elə də qalmışdır. Təbiət və sosial hadisələrin oyrənilməsi proseslərini bir-birindən ayıran empirik təbiətşunaslıq coğrafiya elminə də neqativ təsir gostərdi. Təbiətşunaslıqda empirik tədqiqatlar və formal sistemləşdirilmələr aparan tədqiqatcılardan biri olan Hollandiya coğrafi Varenius Bernxardın (Bernxard Varen) (1622-1650) 1650-ci
Varenius Bernxar
ildə «Umumi coğrafiya» adlı elmi əsəri nəşr olundu. Bu kitabla tarixdə ilk dəfə olaraq Yer haqqında bilikləri sistemləşdirən coğrafiya elmi meydana gəldi. Bu əsərdə iqtisadi coğrafiya ilə bağlı coxlu fikirlər var. Varenius ilk dəfə olaraq coğrafiyanı butunluklə (umumi coğrafiya), iri zonalar (xoroqrafiya) və kicik sahələr uzrə (topoqrafiya) oyrənən təbiiyyat elmi kimi muəyyən etdi. Onun əsərində coğrafiya vahid bir elm kimi qalır, cunki tədqiqat olunan obyektlərin miqyasına gorə bolunməsi onların oyrənilməsi prinsiplərini dəyişdirmir. Beləliklə, muəllif ilk dəfə olaraq Yer barəsindəki biliklər sistemindən umumi coğrafiyanı və xususi (regional) coğrafiyanı ayırırdı. Vareniusa gorə, coğrafiya riyazi elm olub, Yer kurəsinin xususiyyətləri, forması, olculəri, onda baş verən hərəkətlər, hadisələrin dinamikası, quru və dənizlər haqqında riyazi-coğrafi məlumatlar verir, enlik və uzunluq dairəsini təyin edir. «Umumi coğrafiya» xəritədə məsafəni olcmək, xəritədən və kompasdan istifadə qaydaları, gəmilərin dəniz yollarını təyin etmək və s. kimi əməli biliklər də verir. Xususi coğrafiyanı (muasir mənada, diyarşunaslığı) alim uc yerə bolur: 

 1. Gunəşin və ulduzların hərəkətinə xas olan əlamətlər; 
 2. Yerə məxsus əlamətlər (təbii şərait və ehtiyatlar); 
 3. İnsanlara, yaxud olkənin sakinlərinə xas olan əlamət; 
Muəllif ucuncu qrup əlamətləri fərqləndirmədən insan ilə bağlı məsələlər sırasına daxil edir. Onun fikrincə, bu məsələlərin oyrənilməsi coğrafiyaya bilavasitə aid deyil. Vareniusun sosial hadisələrə, insanların yaşayışına bu cur munasibəti onun metafizik materializm movqeyində durması ilə izah olunur. Kitabda hadisələrin səbəbləri dərin, elmi ardıcıllıq və umumi səliqə ilə aydınlaşdırılır, bununla əlaqədar coxlu xəritələr və qrafiklər verilir. Kitab metodoloji baxımdan fərqlənir. Bir cox antik coğrafi yazılara xas olan tarixilik burada, demək olar ki, yox dərəcəsindədir. Muəllif oz dovrunə gorə oxucularına xeyli yeni məlumatlar – yerin quru və su hissələrinin nisbəti, relyef, filizlər və s. haqda məlumatlar vermiş, Yerin 5 qurşağını, iqlim muxtəlifliyini, başqa əlamətlərini ilk dəfə geniş izah etmişdir. Lakin onun kitabında əsrin fəlsəfəsi təsirindən asılı olaraq, insan məsələlərinə hec toxunulmamış, yaxud da cox az toxunulmuşdur. Beləliklə, Vareniusun coğrafiyaya gətirdiyi nəzəri və praktiki yeniliklər, sistemləşdirmə, təhlil etmə onu coğrafiya elminin banisi etmişdir. Vareniusdan sonra yeni elmi coğrafiya yaranır və inkişaf etməyə başlayır. Butun olkələrdə, o cumlədən Rusiyada onun təsiri ilə coğrafiya məktəbləri meydana gəlir


Mənbə :Coğrafiya tarixi - Taptıq Həsənov,Əbdurrəhim Hacızadə

,
Tyan-Şanski 1827-ci ildə Ryazan quberniyasında anadan olmuş, 1845-ci ildə təşkil olunmuş Rus coğrafiya cəmiyyətinin 22 yaşında üzvü seçilmişdir. Görkəmli səyyah, botanik, zooloq və geoloq 40 ildən artıq bir dövrdə coğrafiya cəmiyyətini idarə etmişdir. Peterburq universitetini bitirərək o, 1848-ci ildə bitki və geoloji kolleksiyalar toplamaq üçün Peterburqdan Moskvaya qədər ekskursiyaya çıxır. Növbəti ilə isə qaratorpaq zonasına elmi ekspedisiyaya yollanır.Coğrafiya cəmiyəti Semyonova alman alimi K.Ritterin «Asiyada əkinçilik» əsərinin tərcüməsini tapşırdıqdan sonra onun Asiyaya olan marağı daha da artır. 1856-cı ildə Orta Asiyaya ekspedisiyasının hazırlanması üçün icazə alır. Marşrut Barnaul və Semipalatinskidən Tyan-Şana keçirdi. Tyan-Şanski Tyan-Şan dağlarının tədqiq olunmamış vilayətlərinə səyahət etməklə, möcüləi Issık-Kul gölünə çatır və Çu çayının başlanğıcını bu göldən deyil, başlanğıcını dağlarlan götürdüyünü müəyyən edir.Sonrakı il Tyan-Şan dağlarının daxili hissələrinə irəliləməklə Sırdəryanın yuxarı axınına çatır. Çətinliklə də olsa irəliyə doğru hərəkəti, onun dağlar qruppu Xan-Tenqriyə çatması və birçox çayların başlanğıcını götürdüyü 30 qarlı zirvələrini müəyyən edilməklə nəticələndi. Uzun müddət hündürlüyü 6995 m olan Xan-Tenqri Tyan-şanın ən hündür zirvəsi sayıldı. Yalnız bu səhv sovetlər birliyi dövründə düzələrək ən hündür zirvənin Qələbə piki (7439 m) olduğu aşkar oldu. Tyan-şan dağlarının vulkanik olmadığını müəyyən etməklə Humboltun səhvini düzəltmiş oldu. Çin dilindən tərcüməsi «Səma dağları» olan Tyan-Şandan bir sıra bitki növlərini və süxur qırıntılarını toplamaqla onların keçmiş və bu günü haqqında düzgün elmi nəticələr çıxarmağa müvəffəq olmuşdur. Həmçinin o, bu dağ sistemində ilk dəfə olaraq təbii zonalar ayırmış və hər zonanın özünəməxsus xarakter xü- susiyyətlərin izahını vermişdir. Bir neçə il keçdikdən sonra elmi-tədqiqat işlərini nəzərə almaqla soyadına əlavə edilməklə səyyah PyotrPetroviç Semyonov Tyan-Şanski adlandırmağa başlandı. Ümumiyyətlə Orta Asiya və Mərkəzi Asiyanın elmi cəhətdən öyrənilməsi Nikolay Mixayloviç Prjevalskidən qabaq Tyan-Şanskinin adı ilə bağlıdır.

Mənbə: «COĞRAFİ KƏŞFLƏRİN TARİXİ VƏ SƏYYAHLAR»
Müəlliflər: Fəlsəfə elmləri namizədi, dosent Əliyev Mustafa Cahan oğlu və coğrafiya elmləri namizədi Həsənli Fərrux Ağayar oğlu

,
Əbu Məhəmməd ibn Məhəmməd ibn Abdullah Əl-Idrisi (1100-1165) Coğrafiyaçı, səyyahdır.Əl-Idrisi cоğrafiya sahəsində gördüyü işlərin nəticələrindən ərəblərlə yanaşı avrоpalılar da bəhrələnmişlər. Siciliya kralının dəvəti оna tədqiqat sahəsində daha gеniş imkanlar açırdı. Tərtib еtdiyi naviqasiya хəritələri həm Avrоpa, həm də ərəb dənizçiləri tərəfindən mənimsənilmişdir. Оnun avrоpalılarla birlikdə Kiçik Asiyaya, Fransa və Ingiltərəyə səyahətləri haqqında təkzibоlunmaz dəlilləri vardır. О, 70 vərəqə həcmində dünyanın dairəvi və dördbucaqlı хəritəsini tərtib еtmişdir. Хəritə dərəcə tоruna əsaslanmadığından ölçü işləri aparılmır.
Idrisi Ptоlоmеydən daha irəli gеdərək хəritəsində Skandinaviya, Baltik dənizi, Ladоqa, Оnеqa göllərini, Dvina, Dnеpr, Dоn, Vоlqa, Yеnisеy çaylarını, Baykal gölünü, Tibеt, Altay dağlarını, Çin və Hindistanı əks еtdirir. Lakin Hind оkеanını Ptоlоmеyin təsiri altda qapalı hövzə kimi göstərir.

,
XVI əsrin əvvəllərindən Cənubi Amerikanın sahil xətlərinin öyrənilməsi xüsusi əhəmiyyət kəsb etməyə başladı. Magellana qədər materik haqqında kifayət qədər məlumat toplanmışdır. 1515-ci ildə Şenerin düzəltdiyi qlobusda cənubda boğazın olması öz əksini tapır. Görünür kəşf olunmuş ərazilərin dövlətlər tərəfindən gizli saxlanma prinsipi burada da saxlanmışdır. «Fernand Magellanın həyatı» əsərinin (1890) müəllifi doktor Hillemarda görə Magellana qədər okeanlar arasında keçidin olması məlum idi. Lakin xüsusilə tacirlər tərəfindən gizli saxlınırdı. 
Kəşf olunmuş ərazilərin mümkün qədər gizli saxlanmasına baxmayaraq artıq şərq dövlətlərinə «dəniz hücumları» başlanmışdır. Vasko Balboanın Panama bərzəxindən qərbdə «dənizin» olması, Ameriqo Vespuççinin isə Cənubi Amerika materikinin cənub istiqamətdə cənub-qərbə sıxılması kimi əsaslı tədqiqat işləri materikin cənubundan keçməklə Hindistana çatmağın mümkünlüyünə əsas verirdi.
1515-ci ildə ispan mənşəli Solis La-Plata çayının mənsəbinə qədər üzə bilmişdir. Lakin hindular tərəfindən öldürülməsi ekspedisiyanın yarımçıq qalmasına səbəb oldu.
Növbəti cəhd Fernando Magellanın olmuşdur. Bu baxımdan Hellemardın «Magellanın həyatı» əsəri (1890) xüsusi əhəmiyyət kəsb edir. O, 1480-ci ildə anadan olmuşdur. Portuqaliya donanmasında xidməti dövründə rütbəsindən razı qalmayan Magellan Ispaniya donanmasına xidmətə keçir və qərb istiqamətdə Asiyaya dəniz yolunu tapmaq layihəsini təklif edir. Lahiyəyə əsasən Magellan Ispaniya ilə Portuqaliyanın mənafeləri toqquşan demarkasiya xətti pozulmadan tədqiqat işləri aparılmalı idi.
Qəbul olunmuş layihəyə əsasən Magellan «Trinidad» (Üçlük), «San-Antonio», «Santyaqo», «Konsepsion»«Viktoriya» (Qələbə) gəmilərində 265 nəfər heyətlə 20.09.1519-cu il tarixində Qvadalkvivir çayının mənsəbindən qərb istiqamətdə yola düşür . 
Noyabr ayında San-Xulian buxtasına çatır və burada qışlamalı olurlar. «Viktoriya», «Konsepsion», «SanAntonio» gəmilərinin kapitanları naməlum sahildə qışlamağın əksinə çıxmaqla qiyam qaldırırlar. «Viktoriya» və «Konsepsion» gəmilərinin kapitanları ilə qiyamda təşkilatçılıq etmiş keşiş isə sahildə talehin hökmünə buraxılır.
Kəşfiyyat məqsədilə irəli göndərilmiş «Santyaqo» gəmisinin qayaya toxunaraq dağılması ekspedisiya üzvləri üçün ən böyük zərbə oldu.
Yazda gəmilər sonralar öz adını daşıyan Magellan boğazına (ən ensiz yeri 3,3 km) girdilər. Gecə cənubda od tonqalları göründüyündən Magellan oranı odlu torpaq adlandırır. Vəziyyət heyət arasında gərginliyi artırmışdı. Bundan istifadə edən «San-Antonionun» yeni kapitanı gəmini gizlin Ispaniyaya qaytarır və Magellanı dövlətə xəyanətdə günahlandırır. Qalan üç gəmi Vasko Balboanın «Cənub dənizi» adlandırdığı Sakit okeana (4 aydan sonra) 28.11.1520-ci il tarixində çatır. Qasırğalardan çıxan Magellan onu Sakit okean adlandırır.
Aclıq və sinka xəstələyindən heyətin xeyli hissəsi məhv olur. Ekspedisiya üzvlərindən Antonio Piqafetta heyətin ağır vəziyyətini belə təsvir edir. 


«1520-ci il noyabrın 28-də biz boğazdan çıxaraq «Sakit» adlandırdığımız böyük bir dənizə daxil olduq. Təzə ərzaq məhsulumuz olmadığı halda üç ay iyirmi gün üzdük. Qidalandığımız suxari tamamilə toza çevrilmişdi, həşaratlarla qarışmışdı, iylənirdi. Kəndirləri sürtünmədən qorumaq üçün üzlük kimi çəkilmiş dərini bir neçə gün ərzində suda islatmaqla bişirib yeyirdik. Siçovullar nadir ərzaq məhsulu sayılırdı. Ağac kəpəyilə qidalanmağa məcbur idik, iylənmiş və qoxmuş sarı sudan istifadə edirdik.»

Italyan mənşəli gənc Antonio Piqafettanin «Ilk dünya səyahəti» adlı məşhur əsərində ekspedisiya müddətində baş verən bütün hadisələr təfsilatı ilə öz əksini tapmışdır. Piqafettanın yazdığına görə Sakit okeana daxil olan Magellan əvvəl sahilə yaxın şimal istiqamətdə üzür. Daha sonra şimalqərbə istiqamət götürür. Passat küləkləri qısa müddətdə böyük bir məsafəni qətt etməyə yardımçı olsa da, gəmilərin okeanda olan çoxsaylı adalardan yan keçməsinə səbəb olmuşdur.
1521-ci il yanvarın 24-də ilk dəfə okeanda quruya rast gəlirlər. Puka-Puka adlanan bu adadan sonra mart ayının əvvəllərində eskadra Ladron, hazırki Marian adalarına çatır. Bu adalarda yerli əhali tərəfindən bir çox əşyaları, hətta bir qayığı oğurlandığından Magellan bu yerləri Oğru adalar adlandırır. Filippin adalarına istiqamət götürən səyyah (1521-ci ilin martında ora çatır və Sebu adasında bir müddət dayanmalı olur. Tarixçilərin yazdığına görə «onlar özləri ilə xaç və qılınc gətirmişdilər». Yerli əhali ilə toqquşmalarda 27.04.1521-ci il tarixində Magellan Moktan adasında həlak olur. Toqquşma ada əhalisinin xristianlığı qəbul etməməsi nəticəsində baş vermişdir. Magellanın ölümündən sonra Komandir Barboza seçilir. Sebu adasının hökmdarı vidalaşmaq bəhanəsilə ekspedisiya üzvlərini görüşə dəvət etməklə 27 nəfərin öldürülməsinə nail olur. Onların içində Barboza və astronom San-Martin də var idi. Sağ qalmış 120 nəfər heyət üç gəmini idarə etməkdə çətinlik çəkdiyindən «Konsepsion» gəmisini yandırmaq qərara alınır. Ekspedisiyanın başçısı əvvəl Karvalano, sonra dəyişdirilərək Espinosa seçilir. Ekspedisiya üzvləri geri qayıdarkən «Trinidad» gəmisi portuqallar tərəfindən tutularaq Hindistan ərazisinə sürgün edilir və əsirlikdə hamısı məhv olur.
Nəhayət 1522-ci il oktyabrın 6-da «Viktoriya» gəmisi 18 nəfər heyətlə Qvadalkvivira çayının mənsəbinə daxil olmaqla vətənə qayıdırlar. Bu birinci dünya səyahətinə görə «Viktoriya» gəmisinin kapitanı Xuan Sebastian El-Kano bir sıra fəxri mükafatlara layiq görülür.
Magellanın ilk dünya səyahəti hansı nailiyyətlərin qazanılmasına səbəb oldu? - Məlum oldu ki, Afrikanın cənubundan başqa qərb istiqamətdə də üzməklə şərq ölkələrinə çatmaq mümkündür, Cənubi Amerika boğazla (Magellan boğazı) Odlu Torpaqdan ayrılır. Magellan Vasko Balboanın gördüyü Sakit okeanın mövcud olmasını təsdiq etdi. Sakit okeanda Filippin, Malay və bir sıra digər adaları kəşf etməklə yerin kürə formasında olmasını əməli surətdə sübut etdi, dünya okeanının bütövlüyünü müəyyən etməklə gələcəkdə yer kürəsinin qərbdən şərqə fırlanmasının sübutu üçün əsas verdi.
Ekspedisiya kəşf etdikləri ölkələrin təbii şəraitini, iqtisadiyyatını və iqtisadi inkişaf səviyyəsini, təbii sərvətlərini öyrənməklə Portuqaliya üçün yeni sərvət mənbələri aşkar etdi. Magellanın dünya səyahəti O.E.Koçebunun (1948) əsərində daha geniş öz əksini tapmışdır.
Magellanın ekspedisiyasının nəticələri portuqalların daha geniş sahədə kəşfiyyat işləri aparmasına şərait yaratdı. 1526-cı ildə dünyanın ikinci böyük adası olan Yeni Qvineyanı kəşf etdi. Daha sonra Havay adalarına doğru irəliləyirlər.
Portuqallarla yanaşı ispanlar da Sakit okeana sürətlə irəliləməyə başladılar. 1565-ci ildə Filippində onlar ilk dəfə koloniyalarını təşkil etdilər. Elə həmin ildə Andres de-Urdaneta qərb istiqamətdə Sakit okeana daxil olmuş və 420 şm. en dairəsinə qədər üzməklə passatların təsir dairəsindən ilk dəfə olaraq çıxa bilmişdir. Bu yol sonradan dənizçilər tərəfindən «Urdanetta yolu» adlandırılır. Urdanettanın səyahəti Antonio de-Morqun «XVII əsrin sonunda Filippin adaları» əsərində hərtərəfli öz əksini tapmışdır.
1578-ci ildə Ispaniya və Portuqaliya ekspedisiyalarının nailiyyətlərindən bəhrələnən Ingiltərə Sakit okeanda üstünlüyü ələ keçirdi. Həmin ilin payızında dəniz qulduru sayılan Frensis Dreyk okeanda qeyd olunan ölkələrin monopoliyasına son qoymaqda mühüm rol oynamışdır. Dreyk Cənubi Amerikanın ən ucqar nöqtəsi olan Horn burnuna çatmış, hazırda adına olan Dreyk boğazını kəşf etməklə adalarda kəşfiyyat işləri aparmışdır. Nəticə etibarilə Dreyk dünya səyahətinə nail olmuşdur.
Magellandan sonra Sakit okeandakı Yeni Qvineya, Mərcan, Marşal, Solomon, Markiz adaları avropalılar tərəfindən aşkar olunmağa başlandı. Lakin qeyd etmək lazımdır ki, avropalılara qədər bu adaların əksəriyyəti məskunlaşmış ərazilər idi. Avropalılar bu dövrdə materiklərə sıxılaraq dəniz və okeanlarda üzdükləri halda polineziyalılar və mikroneziyalılar Sakit okeanda sərbəst üzə bilirdilər. Elə buna görə də e.ə. 100-cü ildə Tonqa, Taiti, XI-XII əsrlərdə Yeni Zelandiyada məskunlaşmışdır. Avropalıların bu əraziləri aşkar etməsi yerli əhaliyə çox baha başa gəldi.
Ceyms Kukun birinci ekspedisiyasından (1768-1771) Sakit okeandakı adalarda tədricən avropalılar məskunlaşmağa başladı. Lakin onların qəddarlığı nəticəsində Taiti adasının əhalisi 50 ildə 10 dəfə azaldı, Yeni Zelandiya əhalisi məhv edildi, Tasmaniya adasının aborigen əhalisi yer üzündən silindi.
Mənbə: «COĞRAFİ KƏŞFLƏRİN TARİXİ VƏ SƏYYAHLAR»
Müəlliflər: Fəlsəfə elmləri namizədi, dosent Əliyev Mustafa Cahan oğlu və coğrafiya elmləri namizədi Həsənli Fərrux Ağayar oğlu

Səyyahlar

[səyyahlar][hot]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget