XIX əsrin əvvəllərində ruslar Şimali Amerikanın qərb sahillərində hazırki San-Fransisko şəhərinə qədər böyük bir ərazidə məskunlaşmışdılar. Rusların himayəsi altına keçmiş bu ərazilər qərbdən çox uzaq oldğundan çar hakimiyyəti üçün əlaqə saxlamaq çox çətin idi. Yüklərin daşınması həddindən artıq baha başa gəlirdi. Belə ki, Rusiyanın Avropa hissəsindən Alyaskaya daşınan unun hər pudu ölkənin qərbində 40-50 qəpik olduğu halda, Amerikaya çatdırılarkən 8 manata qiymətləndirilirdi. Bu və ya digər çətinliklər ruslarla məskunlaşmış Amerika ərazisinin idarə olunmasını da mürəkkəblişdirirdi. Bəzi hallarda dövlətin verdiyi qərar nəinki Alyaskaya, həmçinin Kamçatkayaçatana qədər köhnəlmiş, yaxud ləğv olunmuş qərara çevrilirdi. Bu baxımdan Baltik dənizindən Sakit okeanda rus limanlarına qədər daim fəaliyyət göstərə bilən reysin təşkil olunması tələb olunurdu.
Beləliklə, 1802-ci ildə Rusiyanın dəniz nazirliyi kapitan-leytenant Ivan Fyodoroviç Kruzenşternin dünya səyahətinin təşkil olunma təklifini qəbul etdi.

Kruzenştern dəniz kadet korpusunu bitirmiş, Rus-Isveç müharibəsində fərqləndiyinə görə xüsusi hörmətə malik bir zabit idi. Elə buna görə də 1793-cü ildə Ingiltərəyə göndərilməklə ingilis gəmilərində Şimali Amerika sahillərinə, Hindistana və Çinə tətşkil olunmuş ekspedisiyada iştirak etmişdir. Müəyyən təcrübəyə malik olduğundan təşkil olunmuş ekspedisiyanın rəisi təyin olunur. Kruzenştern kadet korpusunda oxuduğu dostu Sisyanskini özünə köməkçi götürməklə ekspedisiyaya hazırlıq işləri görür.
1803-cü ildə (yanvarda) «Nadejda» və «Neva» gəmiləri Kronştaddan yola düşür. Ekspedisiyanın qarşıya qoydğu əsas məqsəd Uzaq Şərq sahillərini tədqiq etmək, dəniz xəritələrini dəqiqləşdirmək, dərinlikləri, həmçinin suların temperaturunu müəyyənləşdirməklə Rusiya ilə Şimali Amerika arasındakı əlaqələri mümkün qədər asanlaşdırmaq idi. On gündən sonra gəmilər Kopenhagenə çatmaqla bir neçə alim, astronom və həkim ekspedisiyanın tərkibinə daxil edirlər. Ingiltərəyə baş çəkməklə geniş Atlantik sularına daxil olan gəmilər cənub yarımkürəsinə keçmələrini toplardan atılan yaylım atəşləri ilə qeyd edirlər. Braziliya sahillərinə yaxınlaşmaqla xəriğələr dəqiqləşdirilir. 1803-cü ilin dekabr aının sonunda Cənubi Amerikadan ensiz boğazla ayrılan Yekatrina adasına çatan ekspedisiya üzvləri tropik bitki növləri, tutuquşları nümunə üün götürülür. Bundan sonra onlar 1804-cü ilin yanvar ayında Horn burnunu keçməklə Sakit okean sularına daxil olurlar. Dumanlı havada bir-birini itirən gəmilərdən I.F.Kruzenşternin rəhbərliyi altında olan «Nadejda» Nukuxiva adasına çatır.
Üç Lisyanski Yuri Fyodoroviçgün sonra «Neva» gəmisi də həmin adaya yan almaqla yenidən görüşürlər və ilk dəfə olaraq adanın coğrafi təsvirini verirlər. On gün adada qalmaqla su və ərzağa olan ehtiyaclarını ödəmək üçün müxtəlif məhsullar götürməklə ekspedisiyanı davam etdirirlər. 1804-cü ilin mayında gəmilər ikinci dəfə ekvatoru keçdilər, ancaq bu dəfə cənubdan şimala. «Nadejda» gəmisi Havay adalarından Kamçatkaya, «Neva» gəmisi isə Alyaska sahillərinə istiqamət götürür. Rus dövlətinin tapşırığını nəzərə alaraq Yaponiya istiqamətində üzməyə başlayır. Qapalı mühitdə yaşamağa üstünlük verən yaponlar rusların diplomatik əlaqələr yaratmaq təklifini rədd edərək onlara yapon limanlarına daxil olmalarını qadağan edirlər. Buna baxmayaraq gəmi Kamçatkaya qayıdarkən Yaponiyanın sahil xətlərini xəritələşdirməyə müvəffəq olurlar. Kruzenştern Kamçatkaya qayıdarkən səhv olaraq Saxalin adasını yarımada kimi qəbul etmişdir. Bu səhv ancaq 44 ildən sonra başqa bir rus səyyahı Qennadi Ivanoviç Nevelski (1813-1876) tərəfindən düzəldilmişdir.
Y.F.Lisyanski bu müddət ərzində Havay adaları və Alyaska (Böyük torpaq) sahillərini tədqiq edərək burada məskunlaşmış həmvətənləri ilə iki okeanı keçməklə əlaqəni bərpa etdilər. 1805-ci ildə «Neva» gəmisi xəzlə yüklənərək Çinə istiqamət götürür. 1806-cı ildə çay, ipək parçalar, çini qablarla yüklənərək Rusiya istiqamətində üzürlər. Ümid burnunda dumanda ayrı düşmüş «Nadejda» gəmisi 1806-cı ilin avqustunda Kronştada çatarkən Sisyanskinin onun iki həftə qabaqladığını görmüşdür.
Beləliklə, rusların üç il on iki günlük dünya səyahəti başa çatmış oldu. Bu ekspedisiya müddətində dünya xəritəsnə yeni adalar əlavə olundu, 400 metrə qədər dərinlikdə suyun sıxlığı və temperaturu öyrənildi, dəniz axınları dəqiqləşdirildi, Rus Amerikasına olan dəniz yolu mənimsənildi. I.F.Kruzentern «1803, 1804, 1805, 1806-cı illərdə dünya səyahəti», Y.F.Lisyanski «1803, 1804, 1805, 1806-cı illərdə «Neva» gəmisində dünya səyahəti» kitabları bu ekspedisiyanın nəticələrinin məhsulu olmuşdur.
Mənbə: «COĞRAFİ KƏŞFLƏRİN TARİXİ VƏ SƏYYAHLAR»
Müəlliflər: Fəlsəfə elmləri namizədi, dosent Əliyev Mustafa Cahan oğlu və coğrafiya elmləri namizədi Həsənli Fərrux Ağayar oğlu

Yorum Gönder