Sahəsi 14 mln km2 olan Antraktida cənub, şərq və qərb yarımkürələrində yerləşib, Sakit, Hind və Atlantik okeanının suları ilə əhatələnib. Antarktidaya ən yaxın materik C.Amerika olub, ondan Dreyk boğazı vasitəsi ilə ayrılır. Materikin 97%-i qalın buz qatı ilə örtülüb. Buzun orta qalınlığı 2000 m, maksimum qalınlığı 4500 m-dir. Bu səbəbdən o, dünyanın ən hündür materiki sayılır. Bu buz örtüyündə dünyanın bütün şirin sularının 87%-i toplanıb. Buzlaqların yaranmasının əsas səbəbi materikin qütb dairəsində yerləşməsi soyuq okean cərəyanlarının təsiridir. Materikin kənarındakı buzlaqlar hərəkət edərək aysberqləri yaradırlar. Əgər bu buzlaqlar əriyərsə dünya okeanının sahəsi 62 m qalxar. Antarktika-cənub qütb sahəsi olub ,buraya Antarktida, ona yaxın adalar və okeanların təxminən 50-600 c.en dairələrinə qədər olan cənub hissələri aiddir. Antarktidanın sahil xətləri çox parçalanıb. Dənizləri - Ross, Bellinshauzen, Uedella, Amundsen. Materikdən gələn aysberqlərin əriməsi və buxarlanmasının zəif olması nəticəsində Antraktida sahillərində okean sularının duzluluğu nisbətən azdır. Adaları- Aleksandr, Beredina, I Pyotr, Cənubi Georgiya, Cənubi Şotlandiya, Kerqelan. Ucqar nöqtələri. Antarktidanın mərkəzində cənub qütbü yerləşdiyindən onun bütün sahilləri şimala doğru yönəlmiş olaçaq. Bu səbəbdən Antraktidanın ucqar cənub, şərq və qərb nöqtələri yoxdur. Yeganə ucqar şimal nöqtəsi-Antarktika yarmadasındadır. Bu gün Antarktidanın hüquqi və beynəlxalq statusunu 1959-cu ildə 12 ölkə tərəfindən imzalanmış və indi 45 iştirakçı tərəfə malik olanAntarktika müqaviləsi müəyyən edir. Müqaviləyə əsasən materikdə hərbi sınaqlar keçirmək və faydalı qazıntıların hasilatı ilə məşğul olmaq qadağandır və Antarktida üzərində heç bir ölkə suverenliyə malik ola bilməz. Hal-hazırda müxtəlif ölkələrdən 4 mindən çox tədqiqatçı Antarktida ilə bağlı tədqiqatlara cəlb olunub. Antraktidada buz örtüyünün 4 kilometr dərinliyində Şərq gölü yerləşir.Antarktika müqaviləsinə görə materik heç bir dövlətə məxsus deyil və ona qarşı ərazi iddiası irəli sürülə bilməz. Buna baxmayaraq,Norveç, Böyük Britaniya, Avstraliya, Yeni Zelandiya, Çili vəArgentina materikin ayrı-ayrı hissələrinə torpaq iddiası irəli sürüblər.Antarktidada daimi olaraq insan yaşamasa da, buranın beynəlxalq telefon kodu 672-dir.
Antraktida Materiki

Yorum Gönder