Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Qartal

Qartal qızılquşkimilər dəstəsinin qırğılar fəsiləsinə aid quş Bədəninin
uzunluğu 75-88 sm, quyruğu isə qısadır. Geniş qanadları var və açılan halda 2,4 m civarında olur. Ayaqları barmaqlarına qədər tüklə örtülü olur. 2-3 yaşlarında yetişkənliyə çatırlar.Meşə və dağlarda yaşayırlar. Erkəklər həyatları boyu bir dişi ilə cütləşir və eyni yuvadan istifadə edirlər. Yuvaları əlçatmaz yerdə olur. Qartalların bəzi növləri 100 kq-a qədər yükü qaldıra bilirlər.Qartalların bədən quruluşları hər cəhətdən qüsursuzdur. Qartallar həm yerdən havaya qalxmaq üçün yüngül olmalı, həm də ovlarını tutduqda rahatlıqla daşımaq üçün güclü olmalıdırlar.Bir qartalın 7000-dən çox tükü var, ancaq bu tüklərin hamısının ağırlığı təxminən 500 qram edir. Bundan başqa qartalların bədənlərinin daha yüngül olması üçün sümüklərinin içi də
boşdur. Qartalın skeletinin bütövlükdə ağırlığı 270 qramdan bir az çoxdur.
Bir qartal uçarkən özünə lazım olan gücün çoxunu qanadlarını çırpma əsnasında, qanadının aşağıya doğru hərəkətindən alır. Buna görə qartalın qanadlarını aşağıya doğru çəkən əzələlərin sayı qanadları yuxarı çəkən əzələlərin sayından çoxdur. Bu əzələlər adətən quşun bədən çəkisinin yarısına bərabər olur. Qartallar qanadlarının vəziyyətini dəyişdirərək daha sürətli və ya daha yavaş uça bilirlər. Sürətlə uçmaq istədikdə qanadlarının ön kənarlarını küləyə doğru çevirir və beləliklə "havanı kəsirlər". Sürətlərini yavaşlatmaq istədikdə isə qanadlarının enli hissəsini küləyə doğru çevirirlər.
Bütün qartalların gözlərində "niktitant pərdə" deyilən artıq göz qapağı var. Bu qapağın funksiyası gözləri təmizləmək və qorumaqdır. Qartallar balalarını yedirərkən göz qapaqlarını adətən yumurlar. Bu balaların səhvən anasının gözlərinə zərər verməsinin qarşısını almaq üçün alınan tədbirdir.
Qartalların tüklərində də yerə enmə üçün xüsusi dizayn var. Qartal yerə enərkən quyruğunu havaya qaldırır və bədəninə görə bir bucaq altında quyruğunu aşağı çəkərək sürətini azaldır. Qanadlarının uclarını alçaldaraq onlardan əyləc kimi istifadə edir. Ancaq sürətini itirərkən qanadların üstündə əmələ gələn hava axını qartalın yıxılma təhlükəsinin artmasına səbəb olur. Qartal qanadlarının ucundakı üç-dörd çəngə tükü qaldıraraq bu təhlükənin qarşısını alır. Bunlar qanadın səthindən havanın düz xətt halında keçməsinə və quşun rahatlıqla yerə enməsinə kömək edir.

Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget