Cənubi Amerikanın iqlimi şimali Amerikanını iqlimindən kəskin fərqlənir. Materikin şimal hissəsi cənub hissəsinə nisbətən daha geniş ərazi tutur. Bu hissə isti qurşaqda, ekvatorial və subekvatorial qurşaqlarında yerləşdiyi üçün bura yağıntı çox düşür. Buna görə də, Cənubi Amerika dünyanın ən rütubətli materikidir. Ərazinin çox böyük hissəsində illik yağıntıların miqdarı 1000 mm-dən çox olsa da, bəzi yerlərində bu əmsal 250 mm-ə qədər düşür. Ətraf okeanlara nisbətən burada alçaq təzyiq yaranır. Bu səbəbdən şimal və cənub kürələrinin passat küləkləri bura Atlantik okeanından çox rütubət gətirir və tropik qurşaqda iqlim cənub/şərq passatlarının təsiri altında formalaşır.
Bu küləklər Braziliya yaylasının külək döyən yamaclarına çoxlu yağıntı gətirir. Materikin şərqində hava kütlələrinin qarşısını kəsən hündür dağlar olmadığından onlar geniş ərazilərə yayılır, bol yağıntı verir. Lakin materikin qərb hissəsində bu soyuq küləklər Peru cərəyanının təsiri ilə daha da soyuyur və yağıntı vermir. Bunun nəticəsində Atakama səhrası yaranmışdır.
Materikin ensiz cənub qurtaracağı isə bütün il boyu qərb küləklərinin təsiri altında qalır. Mülayim enliklər dəniz hava kütlələrinin təsirinə məruz qaldığı üçün Cənubi And dağlarının yamaclarına da bol yağıntı düşür. Ancaq şərq sahilboyu ərazilərində isə az yağıntı müşahidə olunur. And dağlarının materikin qərb və şərq hissələrində yağıntıların paylanmasına böyük təsir göstərdiyi üçün onu Cənubi Amerikanın "iqlim ayırıcısı" adlandırırlar. Coğrafi mövqeyi ilə əlaqədar Cənubi Amerikanın ərazisinə böyük miqdarda günəş radiasiyası düşür.Nəticədə demək olar ki, hündür dağlardan başqa bütün materik ərazisində temperatur müsbətdir. Günəş istisinin ən çox miqdarı yanvar ayında günəşin cənub tropiki üzərində zenitdə olması vaxt müşahidə olunur. Yanvar ayının orta temperatura burada +24 dərəcəyə çatır. Ekvatora yaxınlaşdıqca günəşin düşmə bucağı çoxaldığından materikin şimal rayonlarında iyul ayının orta temperaturu +24 dərəcə, materikin orta hissəsində +16 dərəcə, cənub hissəsində isə +8 dərəcədir. Ümumilikdə isə materikin çox böyük hissəsində orta aylıq temperatur +20, +28 dərəcədir. Lakin cənubdan gələn soyuq hava axınları bəzən də temperaturun düşməsinə səbəb olur. Bu zaman Pataqoniyada bəzən -35 dərəcəyə qədər şaxtalar müşahidə olunur. Cənubi Amerikada iqlim qurşaqları ekvatordan cənuba doğru bir-birini əvəz edir. Lakin subekvatorial iqlim qurşağı materikin həm ekvatordan şimaldakı həmdə cənubi hissəsindəki ərazilərində vardır. Materikin qərb hissəsində dəniz iqlimi, şərq hissəsində isə mülayim kontinental iqlim hakimdir. Bu hissə Antaraktidanın təsirinə məruz qalır.
Subekvatorial qurşaq ekvatordan şimala və cənuba doğru geniş əraziləri əhatə edir. Yayda ekvatorial hava kütlələrinin hakim olduğu vaxt burada yağışlar başlayır. Qışda isə əraziyə quru küləklər daxil olur. Bu zaman yağıntılar azalır və quraqlıq dövrü başlayır. Tropik qurşaq subekvatorial qurşaqdan cənuba olan əraziləri əhatə edir. Materikin şərq hissəsi Atlantik okeanından gələn hava kütlələrinin təsiri altında olur. İl boyu isti və rütubətli hava şəraiti hakimdir. Bu ərazidə rütubətli tropik iqlim tipi yaranır. Sakit okeanı sahilləri və daxili hissələr üçün tropik səhra iqlim tipi səciyyəvidir. Burada il boyu quraqlıq olur. Peru soyuq cərəyanı üzərində yaranan duman və şeh yeganə rütubət mənbəyidir. Atakama səhrasında illərlə yağış yağmır. Tropik qurşaqda And dağlarının mərkəzi yaylasında iqlim sərtdir. Burada dünyanın ən quru, az məhsuldar yüksək dağlığı yerləşir. Ümumiyyətlə bura dünyanın ən quraq yerlərindən biri hesab olunur. Subtropik qurşağın iqlimi yayda tropik hava kütlələrinin təsiri altında formalaşır. Bu qurşaq üçün quru və isti havalar xarakterikdir. Qışda qərb küləkləri əraziyə okeandan mülayim və rütubətli hava gətirir. Bu səbəbdən də qurşaqda xeyli yağıntılar müşahidə olunur.
Materikdə mülayim qurşaq ensiz cənub hissəni əhatə edir. Qərb küləklərinin il boyu gətirdiyi mülayim hava kütlələri bura üçündə xarakterikdir. Bu qurşaqda iki iqlim tipi ayrılır: Sakit okean sahilləri üçün dəniz iqlim tipi. Buranı hətta Cənubi Amerikanın nəmişli küncü də adlandırılar. Və qurşağın şərq hissəsində rütubətin azaldığı mülayim kontinental iqlim tipi mövcuddur. Materikdə yüksək dağ iqliminə də rast gəlinir. And dağları yüksək dağ iqliminin müxtəlifliyi ilə seçilir. Burada dağ iqlimi təkcə dağın ətəyindən zirvəsinə doğru deyil, eyni zamanda şimaldan cənuba doğru da dəyişir.

- Cənubi Amerikanın iqliminə Atlantik okeanı Sakit okeana nisbətən daha çox təsir göstərir. Materikdə ekvatorial qurşaq Amazon ovalığının çox hissəsini əhatə edir. İl boyu burada isti və rütubətli hava hakimdir. İlin fəsilləri müşahidə olunmur.

Yorum Gönder