Qondvana materikinin bir hissəsi olan Avstraliya platforması digər materiklərdən çox uzaqda yerləşib. Avstraliyanın şərqində çox qədim, alçaq Böyük Suayrıcı dağ silsiləsi yerləşir. Bu dağların cənub hissəsi nisbətən hündürdür. Avstraliyanın ən hündür zirvəsi Kostyuşko (2228 m) burada yerləşir. Qərbə getdikcə bu dağlar alçalaraq çökmə süxurlarla örtülü Mərkəzi düzənliyə keçir. Bu düzənliyin Eyr gölü rayonu okean səviyyəsindən -16 m aşağıdadır Bu ərazi Avstraliyanın ən alçaq nöqtəsi hesab edilir. Avstraliyanın qərbində hündürlüyü 300-500 m olan yayla yerləşir.
Bu yaylanın ayrı-ayrı sahələrində 1000 m-dən hündür dağlar vardır. Avstraliya yeganə materikdir ki, burada dağ buzlaqları və fəaliyyətdə olan vulkanlar yoxdur. Avstraliyada hündür dağların olmaması və buradakı dağların qar xəttindən aşağıda yerləşməsi nəticədə burada buzlaqlar yaranmır. Vulkanların olmamasına səbəb Avstraliyanın qədim platforma üzərində olmasıdır.
Faydalı qazıntıları: Avstraliyanın kristallik süxurlardan ibarət olması nəticədə bura filiz faydalı qazıntıları ilə zəngindir. Çökmə süxurlardan neft, qaz, kömür və s. yerləşib.
Materikin böyük hissəsini səhralar və düzənliklər tutur. Böyük Sandi, Böyük Viktoriya səhralarını göstərmək olar: Ən tanınmış səhra Böyük Viktoria səhrasıdır.Materikin şərqində yarımsəhra ərazilərdə Böyük Artezian hövzəsi uzanır.Avstraliya ən aşağı nöqtəsi olan Lake Eyr (-15 m) gölünün təxminən sahəsi 15,000 km ² sahəni əhatə edir.

Yorum Gönder