Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Dəvəquşu

Dəvəquşu - Dəvəquşukimilər dəstəsinə daxil olan quş növü.Dəvəquşu quşlar arasındakı ən böyük canlı olmaqla, dünyanın hər yerində yetişdirilir.

Dəvəquşu - Dəvəquşukimilər dəstəsinə daxil olan quş növü.Dəvəquşu quşlar arasındakı ən böyük canlı olmaqla, dünyanın hər yerində yetişdirilir. Uzun boynu və ayaqları, həmçinin 65 km-dək qaça bilməsi ilə tanınır. Quşun elmi adı yunan dilində "sərçə dəvəsi" mənasını verməkdədir.Dəvəquşular 90-130 kq ağırlığında olur. Bəzi erkək dəvəquşuların ağırlığı 155 kq-yə qədər çıxır. Yetkin erkəklərin tükləri əsasən qaradır, qanadlarında və quyruğunda bəzi yerlər ağdır. Dişilər və gənc erkəklər boz qəhvəyidir. Qanadlar erkəklər tərəfindən cütləşmə dövründə özünü nümayiş etdirmək üçün, həmçinin düşmənlərini qorxutmaq üçün istifadə edilir. Eyni zamanda balaları üçün kölgə təmin edir. Tükləri yumşaqdır və izolyasiya məqsədinə xidmət edir. Barmaqların hər ikisində pəncələr vardır. Dəvəquşunun qüvvətli ayaqları tüksüzdür. Gözləri qalın, qara kirpiklərlə əhatələnmişdir. Bütün quru heyvanları içərisində ən böyük gözlərə malikdir. Dəvəquşulardan başqa heç bir quşda sidik kisəsi yoxdur.Erkək dəvəquşular cinsi yetkinliyə (2-4 yaşları) boyları 1,8-2,7 m, dişi dəvəquşular isə 1,7 -2 m olduqda çatırlar. Həyatının ilk dövründə balalar hər ay 25 sm-dək böyüyürlər. Bir ildən sonra dəvəquşu 45 kq ağırlığa çatır.
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget