Eyfel qülləsi Paris, Fransa. Eyfel qülləsi Parisin metaldan hazırlanmış ən məşhur qülləsidir. Qüllə həm də bütün dünyada Fransanın simvoluna çevrilmişdir.»Eyfel» adı qülləyə onu inşa edən memarın — Qustav Eyfelin (fr. Gustave Eiffel) adından miras qalmışdır. Memar özü isə qülləni «300 metrlik qüllə» adlandırmışdır. Dünyada turistləri özünə cəlb edən məkanlar arasında ön sıralardan birini tutan Eyfel qülləsinə ildə 6 milyon turist baş çəkir. Bütün tarixi boyu isə qülləni görməyə gələnlərin sayı 236 milyonu keçmişdir.Eyfel qülləsi Mars adlanan stadionun yanındakı İen sütunları ilə üzbəüz olan Sena çayı nın yaxınlığında yerləşir.Eyfel qülləsi 1887 –1889 cu illər arasında Qustavo Eyfelin firması tərəfindən inşa etdirilmişdir və fransız dövrünün 100 illik münasibəti ilə əlaqədar hazırlanmış mərasimlərə görə tikilmişdir. Qüllənin tikilməsi haqqında Eyfel özü layihə irəli sürmüş, lakin həmin vaxt ondan başqa 107 nəfər də bu mərasimin şərəfinə digər fikirlər də meydana atmışlar. Bu mərasim 1789 – cu ildə Fransada baş vermiş intibahla əlaqədar olduğuna görə daha təntənəli surətdə keçiriləcəkdi. Həmin vaxt müxtəlif fikirlər irəli sürülsə də, onların içərisində yalnız 4 nəfər finala çıxmağa haqq qazandı. Məhz bunlardan bir də Qustavo Eyfel idi.Fikirlərdən birinə əsasən daşdan hazırlanmış monumental abidə yaratmaq lazım olduğunu dedilər. Ancaq bundan əvvəl ABŞ – ın Vaşinqton şəhərində bu tipli böyük abidə yaradılmışdı və onun hündürlüyü isə tam 169 m hesabolunurdu. Düşüncələrə görə daşdan hazırlanmış hər hansı abidə bundan hündür ola bilməz, yaxud hazırlanması çox müddət almaqla yanaşı, çətin bir proses olardı. Buna görə də həmin fikir tamamilə rədd edildi. Nəticədə isə Qustavo Eyfel öz hazırladığı layihədə müxtəlif dəyişikliklər etdi, həmçinin dekorasiyasını da qismən dəyişdirdi. Bu böyük layihənin hazırlanması üçün çox vaxt tələb olunsa daQustavo burada elə metodlardan istifadə etmişdi ki, tam iki il müddətinə qüllə hazır vəziyyətdə olacaqdı. Qeyd edək ki, bu layihənin seçilməsində vaxt problemi də qismən kömək oldu. 1889 – cu ildə hazırlanan Beynəlxalq sərgilər bürosunun təməli atılmış və Qustavo Eyfel tərəfindən hazırlanmışdır. Əslində isə bu qüllənin memarı Qustavo Eyfel deyil, isveçrəli Murico Koechin sifarişinə əsasən hazırlayan Stefen Sauvestredir. Stevan həmin layihənin hazırlanmasında ona xüsusi görünüşün verilməsində mühüm rol oynadı, çünki Parislilərin diqqətini cəlb etmək üçün onun xarici görkəmi daha vacib rol oynayırdı. Bu insan öz peşə və sənət yoldaşı olan Emile Nouguier ilə birlikdə bu nümunələri hazırlamışdır. Qüllənin inşası tam 7 739 401 frank 31 sent tutmuşdur, lakin Qustavo Eyfelin fikirlərinə görə isə bu maliyyə xərcləri 1 milyondan da yuxarı olmuşdur. 1889 – cu ildə açılış tarixindən əvvəlki beş ay müddətində 1,9 milyon əhali buranı ziyarət edir və nəticədə il sonuna qədər sərf edilmiş xərclərin ¾ çıxardılır. Beləliklə elə ilk əvvəlki dövrlərdən başlayaraq bu qüllə qazanc əldə etməyə şərait yaradan məkanlardan birinə çevrilmişdir.
Yorum Gönder