Orta Avropa Qərbi Avropanın çox böyük hissəsini tutur. Şimaldan Baltik dənizi, Katteqat və Skaqerrak boğazları, Şimal dənizi, qərbdə Atlantik okeanı və Biskay körfəzi ilə əhatə olunur. Cənub sərhədi Pireney dağlarının şimal ətəkləri , Venesiya-Po ovalığı və Dunay çayının orta və aşağı axarı boyunca keçir. İstər ərazinin yaranıb formalaşması tarixi və istərsə də müasir relyefi və morfostruktur ünsürlərin yayılmasına görə Orta Avropa Şimali və Cənubi Avropadan xeyli fərqlənir.
Şimali Avropadan fərqli olaraq, Orta Avropanın müasir relyefində müxtəlif istiqamətdə uzanmış, əsasən orta hündürlüyə malik olan hertsin qırışıqlığının qayma və faylı dağları ilə yanaşı, dağarası çökəkliklər, geniş ovalıq və düzənlik sahələr üstünlük təşkil edir. Orta Avropanı Qərbi Avropanın digər təbii-coğrafi hissələrindən fərqləndirən cəhətlərdən biri də burada mülayim iqlimin hakim olmasıdır. Bu da onun mülayim qurşaqda yerləşməsi ilə əlaqədardır. Dəniz və okeanın iqlimə göstərdiyi təsirin onun ərazisində daha aydın hiss edilməsidir. Kompleks fiziki-coğrafi xüsusiyyətlərə əsasən Orta Avropa ərazisində aşağıdakı fiziki-coğrafi sahələr ayrılır: Britaniya adaları, Orta Avropanın şimal düzənliyi, Fransanın hertsin qırışıqlığı sahəsi, Mərkəzi Avropanın hertsin qırışıqlığı sahəsi, Alp dağları və Alpətrafı vilayətləri, Karpat dağları və Dunayboyu ovalıqlar.
ORTA AVROPA
Orta Avropa Qərbi Avropanın çox böyük hissəsini tutur. Şimaldan Baltik dənizi, Katteqat və Skaqerrak boğazları, Şimal dənizi, qərbdə Atlantik okeanı və Biskay körfəzi ilə əhatə olunur
Açar sözlər
avropa
Yorum Gönder