Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Müəllif "avropa"

Qərbi Avropa Relyefinin böyük formaları – birinci dərəcəli morfostrukturlar – qitənin geoloji inkişafı tarixinin nəticəsi olub, yuxarıda ayrılan tektonik sahələrə uyğun gəlir. Qərbi Avropa daxilində ayrılan böyük tektonik sahələrin şimaldan cənuba bir-birini əvəz etməsi və bu istiqamətdə relyef əmələ gətirən ekzogen (xarici) proseslərin xüsusiyyətlərinin dəyişməsi hər bir böyük morfostruktur vilayət daxilində müəyyən morfoskluptur kompleksin inkişafına səbəb olmuşdur. Buna görə də Şimal-Qərbi Avropada ekzogen relyef formalarından buzlaq asiyası  ekzarasiyası kompleksi, Orta Avropanın Şimal düzənliklərində buzlaq və çay akkumulyasiyası formaları kompleksi, daha cənubda yerləşən orta dağlıq sahələrdə flüvial, yüksək dağlarda buzlaq (qlyasial) və buzlaqsu (fluvio-qlyasial), ovalıq və çökəklərdə isə akkumulyativ formalar kompleksi inkişaf etmişdir. Çatlarla parçalanmış qalın əhəngdaşı, gips, dolomit qatlarında coğrafi enlikdən asılı olmayaraq karstın müxtəlifnövü yayılmışdır. Aralıq dənizi vilayəti başlıca olaraq açıq karst, Orta Avropa isə örtülü karst vilayətləri kimi xarakterizə edilir.
Qərbi Avropada relyefin müasir genetik tip və formalarının yayılmasına, habelə inkişafı tarixinin xüsusiyyətlərinə görə seçilən aşağıdakı böyük geomorfoloji sahələri ayırmaq olar:
I – Şimal – Qərbi Avropa (bura Finlandiya, Skandinaviya, Şotlandiya, Qərbi İngiltərə, Şimali İrlandiya daxildir), II – İslandiya, III – Almaniya – Polşa ovalığı, IV – Orta Avropanın hertsin qırışıqlığı sahəsi (hertsin Avropası), V – Orta Avropanın Alp – Karpat sahəsi (buda Alp, Karpat və Stara-Planina dağları, Lombardiya, Yuxarı, Orta və Aşağı Dunay ovalıqları daxildir), VI – Aralıq dənizi Avropası (Piriney, Apenin və Balkan yarımadaları və onların ətrafında yerləşən adalar ).
I – Şimal-Qərbi Avropa əsasən qədim kristallik və metamorfik süxurlardan təşkil olmaqla Baltik qalxanı və kaledon qırışıqlığı sahəsində yerləşir. Baltik qalxanı və şimal-qərbdən ona bitişən kaledon qırışıqlığı sahəsi üçüncü dövrün ortalarına qədər aşınmış və peneplen tipli düzənliyə, təpəliyə çevrilmişdir. Üçüncü dövrün ortalarından başlamış bu sahədə tektonik qalxma və enmə hərəkətlərinin sürəti artır. Skandinaviya dağları daha sürətlə, Manselkiya yüksəkliyi və Norland yaylası qismən zəif əyilir. Dördüncü dövrdə bütün Şimal-Qərbi Avropa üç örtük buzlaşması altında qalır. Bütün bu proseslər nəticəsində Şimal-Qərbi Avropada relyefinə görə bir-birindən fərqlənən səkkiz geomorfoloji vilayət əmələ gəlmişdir.
1. Skandinaviya dağları. Böyük məsafədə (1500 km) cənub-qərbdən şimal-şərqə uzanan dağlardır. Dağların səthi hamardır. Ara-sıra hamar səth (bunlar fyeld adlanır) üzərində şiş təpəli yüksəklik və dağlar ucalır. Ən uca zirvə cənub-qərbdə Qalxyopiqqen (2468 m), şimal-şərqdə Kebnekayse (2123 m) zirvələridir.
2. Norveç sahili. Skandinaviya dağlarının fyordlarla parçalanmış və Norveç dənizi sahillərinə sıldırım alçalan yamaclarını və şelf üzərində yerləşən qayalı adaları əhatə edir. Burada olan çoxlu buzlaq dərələri, fyordlar, qayalı adalar, daşlı-qayalı sıldırım yamaclarda daha da mürəkkəb bir görkəm verir.
3. Nordland yaylası. Skandinaviya dağlarından Baltik körfəzinə qədər pilləvari şəkildə alçalan buzlaq dərələri ilə parçalanmış bir sahədir. Çaylarda çox kəsilməsinə baxmayaraq dərələr dərin deyildir. Dağlara yaxın çoxlu uzunsov göllər vardır. Buzlaq ekzarasiyası formaları geniş yayılmışdır.
4. Finlandiya düzənlikləri. Qədim kristallik süxurlar üzərində yaranmış peneplen sahəsində tektonik qalxma çox zəif getmiş, həm də peneplen səthini buzlaqlar çox hamarlanmışdır. Ara-sıra daha möhkəm süxurlardan ibarət olan təpələr və külli miqdarda buzlaq-tektonik mənşəli çalalar və moren təpələri düzənliyin səthini mürəkkəbləşdirir. Hamar səth az çox Botnik sahili boyu uzanan daha alçaq düzənlikdə müşahidə edilir.
5. Manselkiya yüksəklikləri. Finlandiya ilə SSRİ sərhədi boyu cənubdan şimala uzanan maili yamaclı yüksəklikdir. Şimalda maksimal hündürlüyü 700 m-dən bir qədər artıqdır (Sokusti d. 744 m). Yamacları buzlaqlar tərəfindən hamarlanmış və cilalanmışdır.
6. Cənubi İsveç düzənliyi. Smoland yüksəkliyi (377 m) bunu iki hissəyə bölür. Səthi nisbətən hamardır. Mikrorelyefi buzlaq-tektonik mənşəli çala və təpələrdən ibarətdir.
7. Finlandiya moren-göllük sahəsi. Külli miqdarda mürəkkəb formalı buzlaq və tektonik göl çalaları, çilalanmış təpələr və moren tirələr, sahiilərdə isə ensiz hamar dəniz terraslarının olması səciyyəvidir.
8. Şotlandiya, Qərbi İngiltərə Şimali İrlandiya kaledon, qırışıqlığı əsası üzərində yaranmış yayla, alçaq dağlar və çökəklərin geniş yayıldığı ərazidir. Yaylalar kaynozoyda qədim peneplenin qalxması nəticəsində əmələ gəlmiş, səthi buzlaq relyef formaları və tektonik qırılmalarla kəsilmişdir. Çökəklər və kiçik ovalıqlar tektonik əyilmələrdə (qrabenlərdə) yerləşir.
II – İslandiya adası qitədən çox uzaqlarda böyük sualtı plato üzərində yerləşən qalxanvari adadır. Səthində lava yaylaları, vulkan konusları və massivləri geniş yer tutur. Şimal və şimal-şərq sahilləri fyordlarla parçalanmışdır. Başlıca relyef  əmələ gətirən amil cavan vulkanizm və buzlaq fəaliyyəti olmuşdur. İslandiyanı əhatə edən şelf sahəsinin konturuna bənzəyir. Quruda olan böyük relyef formalarının su altında davam etməsi şelfin dörüncü dövrdə aşağı endiyini göstərir.
III – Orta Avropanın şimal hissəsində Almaniya – Polşa ovalığı yerləşir.
Bu, Qərbi Avropanın ən böyük ovalığıdır. Ovalıq Danimarka – Polşa və Şimali Almaniya sineklizləri sahəsində əmələ gəlmişdir. Almaniya – Polşa ovalığı relyefinin əsas əyrilərini axırıncı (vurm) buzlaşmanın son morenləri, enlik istiqamətdə uzanan geniş qədim dərələri təşkil edir.
Böyük Britaniya adalarının dağlıq sahələri öz relyefinin inkişafına və müasir relyef formaları kompleksinin xarakterinə görə Skandinaviya dağları ilə eynilik təşkil edir. Ərazinin yalnız cənub-şərq düzənlik hissəsi və hertsin qırışıqlığında yerləşən cənub dağlıq və təpəlik hissələri Avropa hertsin qırışıqlığı zonasına aid edilə bilər.
IV – Hertsin Avropası relyefinin başlıca formaları faylı, faylı-qırışıqlı alçaq dağlardan, massivlərdən, ovalıqlardan və qraben tipli çökəklərdən ibarətdir.
Fransa daxilində hertsin qırışıqlığı zonası daha geniş yer tutur. Burada relyefin ən böyük formaları Mərkəzi Fransa massivi (Pyi-de-Sansi. d., 1886 m), Armorikan təpəliyi, Paris və Akvitaniya hövzələrinin ovalıq və düzənlikləridir. Reynətrafı sahədə səthi hamar Reyn Şistli dağlar, Yuxarı Reyn çökəkliyi və onu əhatə edən Vogez və Şvarsvald dağlarıyerləşir.
Hertsin Avropası relyefinin ən görkəmli elementlərindən biri Çexiya – Moraviya yaylası və onu əhatə edən faylı dağlardır (Şumava, Filizli və Sudet dağları). Hertsin Avropası dağları alçaq olmalarına baxmayaraq yamacları dikdir. Bunun əsas səbəbi yamacların tektonik qırılmalarla kəsilməsidir. Dağların səthi çox yerdə hamar, yaxud qalxanvari formalardır.
V – Yüksək dağ sistemləri və böyük dağarası çökəklər Orta Avropanın Alp – Karpat dağları sahəsi relyefinin böyük formalarını təşkil edir. Bu sahənin ən böyük və yüksək dağları Alp dağlarıdır (Monblan, 4810 m). Yüksək dağlıq sahədə nival-buzlaq relyefi, orta dağlıqda isə dərin erozion dərələr geniş yer tutur. Alp dağları şimal və şimal-qərbdə Alpətəyi yayla, maili düzənlik və alçaq qırışıq dağlarla əhatə olunur. Alp dağlarında eroziya və buzlaq ekzarasiyası, yamac prosesləri çox sürətlə gedir. Dağların relyefinin inkişafına burada səthə çıxan süxurların litoloji tərkibinin çox müxtəlif olması böyük təsir göstərir. Adətən kristallik süxurlar relyefin yüksəkliklərinin təşkil etmiş, şistlər üzərində dərin erozion dərələr əmələ gəlmişdir.
Karpat dağları Alp dağlarından çox alçaq olduğuna görə burada nival-buzlaq relyefi az sahə tutur. Dağların yumşaq fliş çökütülərindən ibarət olan şimal yamacları çay dərələri ilə çox kəsilmişdir. Ən yüksək zirvələr qədim kristallik süxurların səthə çıxdığı Qərbi və Cənubi Karpatlarda yerləşir.
Cənubi Karpatın davamını təşkil edən Stara-Planina faylı-qırışıqlı, orta hündürlüyə malik dağlardır. Çox yerdə möhkəm süxurlardan təşkil olduğuna görə yamacları nisbətən zəif parçalanmışdır.Cənub yamac tektonik qırılma boyu üzrə dikdir. Alp qırışıqlığı sahəsi dağları arasında geniş akkumulyativ düzənliklər və ovalıqlar yerləşir (Lombardiya, Orta və Aşağı Dunay ovalıqları). Bunların əmələ gəlməsi dağların inkişafı ilə sıx əlaqədardır.
VI – Aralıq dənizi Avropası və ya Cənubi Avropada Alp qırışıqlığı zonasında yerləşən Piriney, Apenin və Balkan yarımadaları, habelə bir çox adaların relyefi mürəkkəb dağlar, massiv və yaylalardan ibarətdir.
Piriney yarımadası neogendə ümumi qalxmaya məruz qalmış daxili yayla və massivlərdən, onları şimal və cənubdan əhatə edən alp qırışıqlı dağlardan ibarətdir. Yarımadanın daxili hissəsini Meseta yaylası tutur. Şimalda Kantabriya və Piriney dağları (Pik-de Aneto, 3404 m), cənubda Əndəlis dağları (Syerra-Nevada dağı, 3482 m) yerləşir. Kənar dağlarla daxili yayla arasında çökəklər var (şimal-şərqdə Araqon, cənub-qərbdə Əndəlis çökəyi).
Apenin yarımadası, Siciliya, Sardiniya və Korsika adaları dağlıq relyefə malikdir. Burada qalın əhəngdaşı, fliş, kristallik və vulkanogen süxurlardan təşkil olunmuş dağlar relyefinə görə bir-birindən kəskin fərqlənir. Sardiniya və Korsikada tektonik qırılmaların da relyefə böyük təsiri vardır (dik yamaclar, kiçik qrabenlər və s. olması). Relyefin əlamətdar cəhətlərindən biri cavan vulkanik dağların olmasıdır (Etna 3263 m, Vezuvi 1186 m).
Balkan yarımadası daha mürəkkəb relyefi ilə seçilir. Bunun səthi daha çox parçalanmışdır. Yarımadanın qərb hissəsini qırışıqlı və faylı-qırışıqlı dağlar tutur. Dinar dağlarının qərb əhəngdaşlı zonası dünyada karst relyefinin ən tipik yayıldığı sahədir. Qərb dağlıq zona sualtı tirə ilə Krit adasına uzanır.
Balkan yarımadasının daxili hissəsi qədim kristallik süxurlardan ibarət olan massivdir (Makedoniya). Cənubda bu massiv çox parçalanmış və Egey dənizi suları altına çökmüşdür.
Yarımadanın şərq hissəsində Rodop massivi (Musalla, 2925 m), Maritsa çökəkliyi, Frakiya düzənliyi və İstrincə yüksəkliyi yerləşir. Balkan yarımadasının daxili və şərq hissələrinin relyefinin əmələ gəlməsində tektonik qırılmalar üzrə qalxma və əyilmələr əsas rol oynamışdır

Avropa qitəsi Avrasiya materikinin qərb hissəsini təşkil edir. Onun sahəsi 10,5 mln. km-ə bərabərdir. Qitənin ucqar nöqtələri şimalda Nordkin burnu, cənubda Mərakeş burnu, qərbdə Roka burnu, şərqdə isə Ural dağlarının şərq ətəyi hesab olunur.
Avropa olduqca əlverişli coğrafi mövqeyə malikdir. Bu qitə ekvator xəttindən xeyli şimalda yerləşmişdir. Onun az bir hissəsi şimal qütb sahəsinə daxildir. O, Antarktidadan başqa, yeganə qitədir ki, tropik qurşağa daxil olmur. Qərb hissəsindən başlanğıc meridian keçir. Bu meridian Böyük Londona daxil olan Qrinviç rəsədxanasından keçdiyi üçün onu Qrinviç meridianı da adlandırırlar.
   Digər materiklərə görə də Avropanın mövqeyi tarixən əlverişli olması ilə seçilmişdir. Avropalılar hələ qədim dövrlərdən cənubda Aralıq dənizi vasitəsi ilə Cənub-Qərbi Asiya və Şimali Afrika ilə əlaqə saxlamışlar. Qərbdə isə Şimali Amerika və başqa materiklərə gedən dəniz yolları Avropadan başlanır.
Avropa sahillərinin çox parçalanması, yəni girintili-çıxmtılı olması artıq qeyd edilmişdir. Sahillərdəki buxta və körfəzlər gəmiçiliyin inkişaf etməsinə, əlverişli dəniz limanlarının meydana gəlməsinə imkan yaratmışdır. Dənizdən xeyli aralıda, Temza çayı sahilində yerləşən London mühüm liman şəhərlərindəndir. Dənizdə qabarma baş verən zaman böyük okean gəmiləri London limanına keçə bilir.
Qitənin sahil xəttinin güclü parçalanması bir çox ada və yarımadaların yaranmasına səbəb olmuşdur. Qitə ərazisinin 25%-ni ada və yarımadalar tutur. Qərbi Avropanın daxili hissələri dənizlərdən cəmi 600 km, Şərqi Avropanın daxili hissələri isə 1600 km məsafədə yerləşir.

Şimaldan Avropa sahillərini Şimal Buzlu okeanının Norveç, Barens və Ağ dənizlərinin suları əhatə edir. Barens və Ağ dəniz arasında Kola yarımadası yerləşmişdir. Şimaldakı Novaya Zemlya, Frans-Iosif torpağı, Şpisbergen və s. adalar Avropaya aiddir.


Atlantik okeanı və onun dənizləri Avropanı qərb və cənubdan əhatə etmişdir. Şimal, Baltik, Aralıq, Qara, Azov və s. dənizlərinin sahillərində bir sıra körfəz və buxtalar yaranmışdır. Bunlardan Biskay, Fin, Botnik, Riqa körfəzlərini və s. körfəzləri göstərmək olar. Baltik və Norveç dənizləri arasında Avropanın ən böyük yarımadası—Skan- dinaviya yarımadası yerləşmişdir. Baltik dənizi Şimal dənizi ilə Kat- teqat, Skaqerrak, Böyük və Kiçik Belt boğazları vasitəsilə birləşmişdir. Bu boğazlar həmçinin Skandinaviyanı Yutlandiya yarımadasından ayırır. Yutlandiya yarımadasının cənubundan çəkilmiş Kil kanalı (Almaniyada) Baltik dənizindən Şimal dənizinə gedən su yolunu xeyli qısaldır. Pireney, Apennin, Balkan, Krım və s. Avropanın digər iri yarımadalarıdır. Avropa sahillərindəki Böyük Britaniya, İrlandiya, Korsika, Sardiniya, Siciliya və s. adalar da Atlantik okeanına aiddir. İslandiya adası şərti olaraq Avropaya aid edilir.

Aralıq dənizi Avropa sahillərində ən böyük və ən dərin dənizdir. Bu dənizin suyu həmişə istidir. Buna səbəb dayaz və ensiz Cəbəlüt- tariq boğazından nisbətən soyuq okean sularının bu dənizə daxil ola bilməməsidir. Onun ətraf ərazilərin təbiətinə təsiri böyükdür.

Gördüyünüz kimi, Avropa qitəsi özünəməxsus əlverişli coğrafi mövqeyə malik olan bir qitədir. Tarixən Avropa ərazisində insanlar daha çox məskunlaşmış və təsərrüfat cəhətdən yüksək inkişaf səviyyəsinə çatmışlar.

Əlverişli coğrafi mövqe, tarixi inkişafın nəticələri bu gün Avropanı dünyanın siyasi, ictimai və iqtisadi həyatında həlledici rol oynamasına gətirib çıxarmışdır.
Təbiətinin ümumi xüsusiyyətlərinə görə bu qitə Qərbi və Şərqi Avropaya bölünür. Qərbi Avropada Şimali, Orta və Cənubi Avropa regionları ayrılır. Bu regionların hər birinin qısa səciyyəsi ilə tanış olacağıq.

Baltikyanı ölkələr və Belarus (Polşa, Estoniya, Latviya, Litva, Belarus) Baltik dənizinin sahildə əlverişli ICM-də yerləşir. Belarusun birbaşa okeana çıxışı yoxdur. Gəmiçilik, balıqçılıq, toxuculuq, maşınqayırma və s.-nin inkişafı əlverişli İCM ilə bağlıdır. Polşa təbii resurslarla nisbətən zəngin (daş kömür, mis, kükürd, kalium duzu), digər ölkələr isə zəif təmin olunmuşdur. Lakin Rusiya ilə qonşuluq bu mənfi halı aradan qaldırır. Region ərazisinin 45%-i, əhalisinin 70%-i Polşanın payına düşür. Burada ağır sənaye üçün avadanlıq, yüngül sənaye (Lodz), ağac emalı, kənd təsərrüfatında taxılçılıq, kartofçuluq inkişaf etmişdir.
Estoniya əhalinin zəif təbii artımı, sənayenin gətirmə xammala əsaslanması və port şəhərlərdə yerləşməsi, kənd təsərrüfatının heyvandarlıq üzrə ixtisaslaşması ilə seçilir. Yanacaq-energetikanm əsasını yanar şist (İES-lər üçün) təşkil edir. Yanar şist kimya sənayesində (Kohtla-Yarve) istifadə edilir. Elektrotexnika, cihazqayırma, radiotexnika maşınqayırması ixtisaslaşmış sahələrdir. İdxal xammalı əsasında yüngül sənaye inkişaf edir. ASK südlük-ətlik heyvandarlıq, kətançılıq üzrə ixtisaslaşıb. Yeyinti sənayesi aparıcı sahələrdəndir. Nəqliyyatın sıx şəbəkəsinə malikdir.
Latviya tikinti materiallarına, torf və hidroresurslara, mülayim iqlimə, düzən relyefə və rekreasiya imkanlarına malik ölkədir. Əhalinin təbii artımı zəif, urbanizasiyanın səviyyəsi yüksəkdir - 71%. Təsərrüfatı sənaye-aqrar xarakterlidir. Sənayedə maşınqayırma (radiotexnika, elektrotexnika, mikroelektronika, gəmiqayırma, nəqliyyat və kənd təsərrüfatı maşınqayırması), kimya aparıcı sahələrdir, idxal xammalına əsaslanır. Meşə və yüngül sənaye də gətirilmə xammaldan asılıdır. Kənd təsərrüfatı südlük heyvandarlıq və donuzçuluq üzrə ixtisaslaşmışdır. Dəmiryol və dəniz nəqliyyatının rolu böyükdür. İri (Riqa) və donmayan (Ventspils, Liepaya) limanlar xarici ticarətin inkişafına şərait yaradır.
Litva mülayim iqlim, düzən relyef, münbit torpaqlara malik, təbii resurslarla kasad ölkədir (kəhraba, az miqdarda neft). Hərtərəfli inkişaf etmiş təsərrüfata malikdir. Maşınqayırma kompleksində radioelektronika, dəzgahqayır- ma, kənd təsərrüfatı maşınqayırması fərqlənir. Kimya və yeyinti sənayesi, ağac emalı əsasən gətirilmə xammala əsaslanır. ASK-də südlük-ətlik heyvandarlıq, donuzçuluq, taxıl, kartof, tərəvəzçilik üstün rol oynayır. Dəmiryol, avtomobil, dəniz nəqliyyatı üstündür.
Belorus Respublikasının təbn şəraiti kənd təsərrüfatı üçün əlverişlidir. Təbü resurslan torf, kalium və xörək duzu, şüşə qumu, neft, meşələrdir. Əhalinin təbii artımı mənfi qiymətə malikdir, urbanizasiya yüksəkdir - 67%. Sənayesinin inkişafında RF və Ukraynamn xammal bazalarının yaxınlığı, ixtisaslı kadrlar təsir göstərir. Aparıcı sənaye sahələri yanacaq-energetika, maşmqayırma ("MAZ", "BelAz" avtomobilləri, "Belorus" traktoru, kənd təsərrüfatı maşınları, dəzgahqayırma, radiotexnika, EHT), kimya (gübrə, neft-kimya, şin, kimyəvi lif), meşə və ağac emalı, yüngül I sənayedir. İxtisaslaşmış kənd təsərrüfatı sahələri südlük-ətlik ] heyvandarlıq, donuzçuluq, kətan, kartof, taxılçılıqdır. Dəmiryol nəqliyyatı üstündür. İxracında maşın, gübrə, heyvandarlıq məhsulları, idxalda yanacaq, metal üstündür.

Ukrayna Respublikası (sahəsi 603,7 min km2, əhalisi 52 mln nəfər) Şərqi Avropanın cənubunda, Qara və Azov dənizləri sahillərində əlverişli İCM-də yerləşir. Ərazisinin əsas hissəsini düzənliklər təşkil edir. Faydalı qazıntılarla zəngindir: daş kömür (Donbas, Lvov-Volın), neft-qaz (Daşava, Poltava, Sumı), dəmir (Krivoy-Roq, Kerç), manqan (Nikopol), duzlar, kükürd, tikinti materialları və s. Münbit qaratorpaqlar geniş yayılıb, hidroresurslar çatışmır. Əhalinin təbn artımı zəifdir, şəhər əhalisi 67,5%, milyonçu şəhərləri: Kiyev, Xarkov, Lvov, Odessa, Dnepropetrovsk. Ukrayna inkişaf etmiş sənaye-aqrar ölkədir. Sənayenin aparıcı sahələri yanacaq-energetika (daş kömür, İES, AES, SES), qara metallurgiya (Donetsk, Azovsahili, Dnepryam), maşınqayırma (metallurgiya və mədən avadanlığı, energetika və elektrotexnika, gəmiqayır- ma-Xerson, Nikolayev, Kerç, Kiyev; teplovoz S Luqansk; avtomobil — Zaparojye, Lvov), kimya, yeyinti sənayesidir.
İqtisadiyyatın əsas sahələrindən biri ASK-dir. Dənli bitkilər (buğda, qarğıdalı), çəltik, şəkər çuğunduru, günəbaxan, kətan, tərəvəz, üzüm becərilir. Südlük-ətlik heyvandarlıq, donuzçuluq üstündür. Bütün nəqliyyat növləri inkişaf etmişdir. Krım və Karpat dünya əhəmiyyətli rekreasiya mərkəzləridir. Daxili fərqlərinə görə 3 iqtisadi rayona ayrılır: Donetsk-Dneprboyu (sənayenin bütün sahələri, kənd təsərrüfatı inkişaf edib, əhalinin əsas hissəsi burada yerləşir), Cənub-Qərb (kənd təsərrüfatı üstündür), Cənub (gəmiqayırma, bağçılıq, üzümçülük və s.).
Moldova Respublikası sənaye-aqrar dövlətidir. Aparıcı sənaye yeyinti (şərab, meyvə-tərəvəz, şəkər, unüyütmə, yağ, tütün), maşınqayırma (elektronika, cihazqayırma, kənd təsərrüfatı maşınqayırması, traktor), yüngül və kimyadır. Kənd təsərrüfatında üzümçülük, meyvəçilik, nəqliyyatda dəmiryolu və avtomobil yolu üstündür.

Avropa iqliminin başlıca xüsusiyyətlərini yaradan əsas amillər qitənin coğrafi mövqeyi, qonşu okean və qitələrdən bura daxil olan dəniz və kontinental hava kütlələridir. Qitənin 
oroqrafik quruluşu yerli iqlim növlərinin yaranmasına və yağıntıların ərazidə paylanmasına böyük təsir göstərir. Avropa ərazisinin çox hissəsi mülayim qurşaqda, böyük Avrasiya materikinin qərb  – Atlantik okeanı bölməsində yerləşəsindən asılı olaraq bütün il boyu qərbdən gələn rütubətli dəniz hava kütlələrinin təsiri altında qalır.  Qitənin kənar cənub hissəsi 
Aralıq dənizi subtropik iqlim qurşağında, kənar şimal hissəsi isə soyuq qurşaqda yerləşir. Bununla əlaqədar olaraq qitə üzərində bütün il ərzində mülayim, Arktika və tropik hava 
kütlələri dövran edir.
Artika və tropik hava kütlələri müvafiq şəkildə qitənin şimal və cənub hissələri iqliminə təsir göstərdiyi halda, mülayim qurşağın rütubətli dəniz hava kütləsi il boyu qitənin geniş hissəsi üzərində cərəyan edir və onun iqliminin bir çox elementlərini (buludluluq, havanın rütubətliliyi, yağıntıların miqdarı, qismən termiki şərait, xüsusilə yanvar izotermlərinin gedişi) yaradır. Mülayim qurşağın kotinental hav kütləs Qərbi Avropa iqliminə az təsir göstərir.  Avropada cənubdan şimala doğru ümumi radiasiya, radiasiya balansı və bunlarla əlaqədar 
olaraq temperatur şəraiti, buxarlanma dəyişir.Cənubi Avropada ümumi radiasiya 160-165 kk sm/il, radiasiya balansı 60 kk sm/ildir. Şimalda bu rəqəmlər müvafiq olaraq 70-75 kk sm/il və 25-30 kk sm/ilə bərabərdir. Qərbi Avropa ərazisinin çox hissəsində illik buxarlanma 400-600 mm arasında dəyişir. Şimal-qərbdə bu rəqəm 400 mm-dən az, Atlantik okeanı sahillərində isə çoxdur (800 mm-ə qədər). İllik buxarlanma qabiliyyəti şimaldan (400 mm) cənuba (1250 mm) 
xeyli artır. Bu, ərazinin ayrı-ayrı sahələrində və zonalarında rütubətlənmə əmsalına böyük təsir göstərir.
http://behruzmelikov.com/

,

Qərbi Avropada Arktikada (76,5° ilə 80,5° şm. enliyində) yerləşən yeganə adalar qrupudur. Sahəsi 62 min kv. km. olub, Qərbi Şpitsbergen, Şimal-Şərq Torpağı kimi iri və bir neçə xırda adalardan ibarətdir. Arxipalaqa daxil olan adaların hamısı materik mənşəli olub, kaynozoy erasının ikinci yarısına qədər Qərbi Avropanı Qrenlandiya adası ilə birləşdirmiş qədim qurunun qalıqları hesab edilir. Arxipelaqın adalarında proterozoy və alt paleozoyun kaledon qırışıqlığına məruz qalmış süxurları yayılmışdır. Bəzi yerlərdə bu süxurların üzərini karbon dövrünün, mezozoy və kaynozoyun üfüqi istiqamətdə yatmış, daş kömür ehtiyatlarına malik olan çöküntüləri örtmüşdür. Adaların ümumi sahəsinin 1/4-dən çox hissəsini qalınlığı 700 m-ə qədər çatan buzlaqla örtülmüşdür. Müasir relyefdə şaxta aşınması və dördüncü dövrün sonunda baş vermiş böyük tektonik çatlar və qalxmalarla əlaqədar olan formalar geniş yayılmışdır. Arxipelaqın şimal-qərb və şimal-şərqində qalxmalarla əlaqədar olan bəzi sahələrin hündürlüyü 1500-1700 m-ə çatır. Şimal və qərbdə yerləşən adaların sahilləri çox parçalanmışdır. Bu sahillər üçün fyordlar səciyyəvidir. Qərbi Şpitsbergen adasında ən böyük fyord İs-fyorddur. Şpitsbergen arxipelaqında illik radiasiya balansı sıfıra bərabərdir. Bu da ərazidə sərt iqlimin və şaxtanın hakim olması üçün şərait yaradır. Qərbdə yerləşən adalara ilıq Şpitsbergen axını təsir göstərdiyindən buranın iqlimi şərqə nisbətən bir qədər mülayim-soyuqdur. Şərqdə yerləşən adaların iqlimi çox sərtdir. Qərbdə yanvar ayının orta temperaturu -12°, şərqdə isə -18°-dir. İyul ayında temperatur müvafiq surətdə +5°, +3° arasında dəyişir. Mütləq maksimum temperatur +16°-yə, mütləq minimum isə -40°-yə çatır. Qərbdə ilıq axınların təsiri ilə əlaqədar yağıntıların miqdarı bir qədər çoxdur. Yağıntılar əsasən qar və yağış halında düşür. Şərq adalarında yağıntılar az olub, əsasən qar halında düşür. Adaların buz örtüyündən azad olmuş hissələrində əsasən tundra bitkiləri (şibyə, mamır, 20 sm-ə qədər hündürlükdə qütb laləsi və s.) və torfluqlar yayılmışdır. Şərqdəki adalarda dağlıq sahələr üçün soyuq səhralar səciyyəvidir. Arxipelaqın heyvanlar aləmi kasıbdır. Ağ ayı, şimal maralı və tülkü yayılmışdır. 1920-ci ildən arxipelaqda muskus öküzü qoruğu təşkil edilmişdir. Şpitsbergen arxipelaqı Qərbi Avropada əhalinin yaşadığı ən şimal ərazidir. Əhalisinin əksəriyyəti 20-ci əsrin əvvəllərindən istismar edilməyə başlanmış daş kömür şaxtalarında işləyir və ovçuluqla məşğul olur


Qərbi Avropa ərazisində dördüncü dövr buzlaşası izlərinin ən yaxşı saxlandığı və müasir buzlaqların ən çox yayıldığı təbii-coğrafi hissədir. Şimali Avropanın əsasını arxey və proterozoy erasının kristallik və metomorfik süxurlarından ibarət olan Baltik qalxanı və şimal-qərbdə ona yanaşan kaledon qırışıqlığı sahəsi təşkil edir. Müasir relyefdə dördüncü dövr buzlaşmasının aşınma (ekzarasiya) və toplanma (akku-mulyasiya) fəaliyyəti ilə əlaqədar olan formalar üstünlük təşkil edir. Şimali Avropa üçün xas olan xüsusiyyətlərdən biri də burada soyuq Arktika iqliminin hakim olmasıdır. Qərbi Avropanın başqa təbii-coğrafi hissələrindən fərqli olaraq, Şimali Avropa bütün il müddətində Arktika hava kütlələrinin təsiri altında qalır. Bu isə öz növbəsində həmin ərazidə, tundra və iynəyarpaqlı meşələrin yayılmasına səbəb olur. Bu xüsuasiyyətlər ərazinin bu və ya digər hissəsində bir-birindən fərqləndiyinə görə Şimali Avropa üç fiziki-coğrafi sahəyə bölünür: 1. Şpitsbergen arxipelaqı. 2. İslandiya adası və 3. Fennoskandiya.

Cənubi Avropaya Pireney, Apennin, Balkan yarımadaları və bunların sahillərində yerləşən adalar daxildir. Alp geosinklinalı sahəsində yerləşən bu təbii coğrafi sahə, morfostruktur xüsusiyyəti, iqlimi, torpaq və bitkisinə görə Qərbi Avropanın fiziki-coğrafi sahələrindən kəskin surətdə fərqlənir. Cənubi Avropada çox aşınmış və orta hündürlüyə malik olan qayma və faylı dağlar və yaylalarla yanaşı, Alp orogeninə aid edilən hündür dağlar və dağarası çökəkliklər də geniş yayılmışdır. Cənubi Avropada müasir vulkanizm və seysmik hərəkətlər tez-tez müşahidə edilir. Cənubi Avropa üçün qışı mülayim və rütubətli, yayı isti və quru keçən subtropik iqlim səciyyəvidir. Aralıq dənizinin subtropik iqlimi adı ilə məşhur olan bu iqlim növünə müvafiq olaraq bitki örtüyü yaranmışdır. Orta Avropadan fərqli olaraq, Cənubi Avopada həmişəyaşıl enliyarpaqlı və iynəyarpaqlı meşələr, kolluqlar, hündür (makvis) və alçaqboylu (friqana) cəngəlliklər geniş yayılmışdır. Ərazidə iqlimin qərbdən şərqə eləcə də cənubdan şimala doğru dəyişilməsi ilə əlaqədar olaraq, bitki örtüyünün müxtəlifliyi aydın nəzərə çarpır. Cənubi Avropada üç fiziki-coğrafi sahə ayrılır. Bunlara sahil adaları ilə birlikdə Balkan, Apennin və Pireney yarımadaları daxildir

Orta Avropa Qərbi Avropanın çox böyük hissəsini tutur. Şimaldan Baltik dənizi, Katteqat və Skaqerrak boğazları, Şimal dənizi, qərbdə Atlantik okeanı və Biskay körfəzi ilə əhatə olunur. Cənub sərhədi Pireney dağlarının şimal ətəkləri , Venesiya-Po ovalığı və Dunay çayının orta və aşağı axarı boyunca keçir. İstər ərazinin yaranıb formalaşması tarixi və istərsə də müasir relyefi və morfostruktur ünsürlərin yayılmasına görə Orta Avropa Şimali və Cənubi Avropadan xeyli fərqlənir. Şimali Avropadan fərqli olaraq, Orta Avropanın müasir relyefində müxtəlif istiqamətdə uzanmış, əsasən orta hündürlüyə malik olan hertsin qırışıqlığının qayma və faylı dağları ilə yanaşı, dağarası çökəkliklər, geniş ovalıq və düzənlik sahələr üstünlük təşkil edir. Orta Avropanı Qərbi Avropanın digər təbii-coğrafi hissələrindən fərqləndirən cəhətlərdən biri də burada mülayim iqlimin hakim olmasıdır. Bu da onun mülayim qurşaqda yerləşməsi ilə əlaqədardır. Dəniz və okeanın iqlimə göstərdiyi təsirin onun ərazisində daha aydın hiss edilməsidir. Kompleks fiziki-coğrafi xüsusiyyətlərə əsasən Orta Avropa ərazisində aşağıdakı fiziki-coğrafi sahələr ayrılır: Britaniya adaları, Orta Avropanın şimal düzənliyi, Fransanın hertsin qırışıqlığı sahəsi, Mərkəzi Avropanın hertsin qırışıqlığı sahəsi, Alp dağları və Alpətrafı vilayətləri, Karpat dağları və Dunayboyu ovalıqlar.

,

Ümumiyyətlə, Avropa qitəsinin və o cümlədən Qərbi Avropanın müasir faunasının yaranması və ya yayılmasında qitə iqliminin böyük rolu olmuşdur. Paleogen dövründə Avropa qitəsində isti və rütubətli iqlimin hakim olması burada tropik qurşağa xas olan heyvanların yayılmasına şərait yaratmışdır. Neogenin sonu və dördüncü dövrün əvvəllərində iqlimin soyuması və buzlaqların yaranması ilə əlaqədar isti iqlim şəraitində yaşamış tropik heyvanların çoxu tələf olmuş, az qismi isə Cənubi Avropaya köçmüşdür. Avropanın çox hissəsində Asiya qitəsindən köçüb gəlmiş və soyuq iqlim şəraitində yaşamağa uyğunlaşan tundra faunası məskən salmışdır. Müasir çöl, yarımsəhra və səhra zonalarının faunasının yaranmasında buzlaşma dövründən sonra iqlimin quraqlaşması böyük rol oynamışdır.Şərqi Avropadan fərqli olaraq, Qərbi Avropa faunasına insan fəaliyyətinin təsiri daha çox olmuşdur. Qərbi Avropa ərazisində əhalinin məskunlaşması ilə əlaqədar olaraq, bəzi heyvan növləri demək olar ki, tamamilə yox olmuşdur (onların bəzi növlərinə ancaq heyvanxanalarda rast gəlinir). Qərbi Avropa ərazisi bütövlükdə Palearktika zoocoğrafi vilayətində yerləşmişdir. Palearktika vilayətinin heyvanlar aləminin yayılmasında torpaq və bitkidə olduğu kimi, üfüqi zonallıq qanunauyğunluğu müşahidə edilmir. Belə ki, Qərbi Avropa ərazisinin şimal və mərkəz hissələri Avropa–Sibir yarımvilayətinə, Cənubi Avropa isə Palearktika vilayətinin Aralıq dənizyanı zoocoğrafi yarımvilayətinə daxildir. Qərbi Avropanın Avropa–Sibir zoocoğrafi yarımvilayə- tində geniş sahəni tundra, meşə-tundra, meşə-çöl və çöl zonalarına məxsus olan heyvanlar tutur. Tundra zonasının heyvanları içərisində başqa zonalara nisbətən vəhşi heyvan növləri daha çox üstünlük təşkil edir. Bu zonanın müasir faunasının yaranmasında Şərqi Avropa, Asiya və Şimali Amerikadan köçüb gələn heyvan növlərinin müəyyən rolu olmuşdur. Tundra zonasının ən əsas və çox yayılmış heyvanlarından biri şimal maralıdır. Bundan əlavə bu sahədə müxtəlif növ gəmiricilər (ağ dovşan, lemminq, dələ) və külli miqdar suda və quruda yaşayan quşlar (dəniz qağayısı, çistik, qaqara, müxtəlif qaz və ördək növləri) yayılmışdır. Şimali Avropanın geniş ərazisini tutan dəniz və okean sahilləri “quş bazarları”, suları isə qiymətli balıq növləri ilə zəngindir. Qərbi Avropa ərazisində son zamanlar meşənin qırılması ilə əlaqədar olaraq, meşə heyvanlarının bəzisinin sayı xeyli azalmış, digər qismi isə dağ meşələrinə çəkilmişdir. Vaxtilə meşə zonası üçün səciyyəvi olan məməlilər sinfinin bir çox nümayəndələrinə hazırda qətiyyən rast gəlinmir. Meşə zonasının ən səciyyəvi heyvanları: qonur ayı, zubr, cüyür, maral, qunduz, burunduk, vəhşi donuz, meşə pişiyi, tülkü və külli miqdarda quş növləridir. Orta və Mərkəzi Avropanın dağlıq sahələri (Karpat və Alp dağları) üçün dağ keçisi səciyyəvidir. Qərbi Avropanın çöl zonası faunanın zənginliyi cəhətdən başqa zonalardan çox fərqlənir. Çöl zonasının heyvanları insan tərəfindən çox qırılmışdır. Demək olar ki, burada vəhşi halda yaşayan məməlilərin nümayəndələrinə rast gəlinmir. Bu zonanın müasir heyvanları içərisində gəmiricilər və quşlar üstünlük təşkil edir. Palearktika zoocoğrafi vilayətin Aralıq dənizyanı yarımvilayəti Cənubi Avropa ərazisini əhatə edir. Avropa Sibir yarımvilayətindən fərqli olaraq, Cənubi Avropanın faunası daha qədimdir. Bundan əlavə bu yarımvilayətin faunasının yaranmasında Ərəbistan və Afrikanın rolu böyükdür. Şimali və Orta Avropadan fərqli olaraq Cənubi Avropanın özünəməxsus heyvanlar aləmi vardır. Bunlara Fransanın cənubunda və Pireney yarımadasında yayılmış Avropa genettası, makaka, maqot və ya quyruqsuz makaka meymunu (Pireney yarımadasının cənubunda), dağ qoyunu – muflon (Korsika və Sardiniya adalarında), vəhşi keçi (Egey dənizi sahilləri və Balkan yarımadasının cənubunda), oxlu kirpi, ada dovşanının bir çox növləri, tülkü, çaqqal və s. daxildir. Cənubi Avropa yarımadalarının quru və isti iqlimi ilə fərqlənən daxili yaylalarında sürünənlərin bir çox növlərinə rast gəlinir. Nəsilləri kəsilməkdə olan heyvan növlərini qoruyub saxlamaq üçün Qərbi Avropa ərazisində bir sıra qoruqlar təşkil edilmişdir. Bunlar Polşa, İsveç, Macarıstan və kçmiş Çexoslovakiya ərazisində yerləşir.

,
Qərbi Avropa göllərlə zəngindir. Lakin ərazidə göllər eyni dərəcədə paylanmamışdır. Göllərin ən çox yayıldığı sahə Fennoskandiya və Alp dağlarıdır. Başqa sahələrdə ara-sıra kiçik göllərə rast gəlinir.Qərbi Avropa göllərinin əksəriyyəti tektonik-buzlaq mənşəlidir. Bu genetik tipə aid edilən göllər Fennoskandiyada geniş yayılmış və tipik göllük landşaft əmələ gətirmişdir.Burada ən böyük göllərin (Vettern, Venern, İnari, Sayma və s.) çalaları tektonik qırılmalar nəticəsində yaranmış və buzlaqlar tərəfindən formalaşmışdır. Xırda və çox girintili-çıxıntılı sahillərə malik olan göllərin əksəriyyəti buzlaqların fəaliyyəti ilə yaranmış çalalarda yerləşir. Göllər həm buzlaq ekzarasiyası, həm də akkumulyasiyası (moren gölləri) sahəsində yayılmışdır.
Buzlaq və bənd gölləri Alplarda çoxdur. Yüksək dağlarda kar gölləri, dağətəyində isə böyük dərə-bənd gölləri yerləşir. Bu tip göllər Alp dağlarının şimal (Cenevrə, Sürix, Boden, Firvaldştet və s.) və cənub ətəklərində (Komo, Qarda, Laqo-Macore və s.) qruplaşmışdır.
Digər sahələrdə olan göllərdən Macarıstanda Balaton gölünü göstərmək olar. Cənubi Avropada əsasən karst və vulkan mənşəli göllər var. Karst gölləri Dinar dağlarında və başqa tipik karst rayonlarında yaranmış karst çökəklərində yerləşir. Burada ən böyük tektonik və karst-tektonik mənşəli göllər var (Skutar, Prespa, Oxrida və s.).

Sürix gölü
Vulkan mənşəli göllərin ən böyükləri Apennin yarımadasındadır (Trazimen, Bolsena, Braççano gölləri). Reyn Şistli dağlarında olan maarların da vulkan mənşəli olması güman edilir. Onlar dairəvi formalı partlayış kraterlərində yerləşirlər. Bundan əlavə kiçik vulkan göllərinə İslandiyada Mərkəzi Fransa massivində, Siciliya adasında Vezuvinin kraterində rast gəlmək mümkündür. Böyük çayların sahillərində axmaz göllər geniş yayılmışdır. Bunların ən böyükləri Aşağı Dunay ovalığında çayın sol sahilinə paralel zəncir kimi uzanan Baltalardır. Dəniz sahillərində laqun gölləri əmələ gəlmişdir. Bunlara Landlarda, Venetsiya yaxınlığında, Almaniya – Polşa ovalığının dəniz sahillərində və Qara dəniz sahillərində rast gəlmək mümkündür.
İtaliya və Şimali Alp göllərinin gözəl mənzərəsi dünyanın bütün ölkələrinin turistlərini cəlb edir. Macarıstanda Balaton gölü sahillərində böyük turizm mərkəzi və sağlamlıq ocaqları yaradılmışdır.


Qərbi Avropa Relyefinin böyük formaları – birinci dərəcəli morfostrukturlar – qitənin geoloji inkişafı tarixinin nəticəsi olub, yuxarıda ayrılan tektonik sahələrə uyğun gəlir. Qərbi Avropa daxilində ayrılan böyük tektonik sahələrin şimaldan cənuba bir-birini əvəz etməsi və bu istiqamətdə relyef əmələ gətirən ekzogen (xarici) proseslərin xüsusiyyətlərinin dəyişməsi hər bir böyük morfostruktur vilayət daxilində müəyyən morfoskluptur kompleksin inkişafına səbəb olmuşdur.
Buna görə də Şimal-Qərbi Avropada ekzogen relyef formalarından buzlaq asiyası  ekzarasiyası kompleksi, Orta Avropanın Şimal düzənliklərində buzlaq və çay akkumulyasiyası formaları kompleksi, daha cənubda yerləşən orta dağlıq sahələrdə flüvial, yüksək dağlarda buzlaq (qlyasial) və buzlaqsu (fluvio-qlyasial), ovalıq və çökəklərdə isə akkumulyativ formalar kompleksi inkişaf etmişdir. Çatlarla parçalanmış qalın əhəngdaşı, gips, dolomit qatlarında coğrafi enlikdən asılı olmayaraq karstın müxtəlifnövü yayılmışdır. Aralıq dənizi vilayəti başlıca olaraq açıq karst, Orta Avropa isə örtülü karst vilayətləri kimi xarakterizə edilir.
Qərbi Avropada relyefin müasir genetik tip və formalarının yayılmasına, habelə inkişafı tarixinin xüsusiyyətlərinə görə seçilən aşağıdakı böyük geomorfoloji sahələri ayırmaq olar: I – Şimal – Qərbi Avropa (bura Finlandiya, Skandinaviya, Şotlandiya, Qərbi İngiltərə, Şimali İrlandiya daxildir), II – İslandiya, III – Almaniya – Polşa ovalığı, IV – Orta Avropanın hertsin qırışıqlığı sahəsi (hertsin Avropası), V – Orta Avropanın Alp – Karpat sahəsi (buda Alp, Karpat və Stara-Planina dağları, Lombardiya, Yuxarı, Orta və Aşağı Dunay ovalıqları daxildir), VI – Aralıq dənizi Avropası (Piriney, Apenin və Balkan yarımadaları və onların ətrafında yerləşən adalar ).

I – Şimal-Qərbi Avropa əsasən qədim kristallik və metamorfik süxurlardan təşkil olmaqla Baltik qalxanı və kaledon qırışıqlığı sahəsində yerləşir. Baltik qalxanı və şimal-
qərbdən ona bitişən kaledon qırışıqlığı sahəsi üçüncü dövrün ortalarına qədər aşınmış və peneplen tipli düzənliyə, təpəliyə çevrilmişdir. Üçüncü dövrün ortalarından başlamış bu sahədə tektonik qalxma və enmə hərəkətlərinin sürəti artır. Skandinaviya dağları daha sürətlə, Manselkiya yüksəkliyi və Norland yaylası qismən zəif əyilir. Dördüncü dövrdə bütün Şimal-Qərbi Avropa üç örtük buzlaşması altında qalır. Bütün bu proseslər nəticəsində Şimal-Qərbi Avropada relyefinə görə bir-birindən fərqlənən səkkiz geomorfoloji vilayət əmələ gəlmişdir.
1. Skandinaviya dağları. Böyük məsafədə (1500 km) cənub-qərbdən şimal-şərqə uzanan dağlardır. Dağların səthi hamardır. Ara-sıra hamar səth (bunlar fyeld adlanır) üzərində şiş təpəli yüksəklik və dağlar ucalır. Ən uca zirvə cənub-qərbdə Qalxyopiqqen (2468 m), şimal-şərqdə Kebnekayse (2123 m) zirvələridir.
2. Norveç sahili. Skandinaviya dağlarının fyordlarla parçalanmış və Norveç dənizi sahillərinə sıldırım alçalan yamaclarını və şelf üzərində yerləşən qayalı adaları əhatə edir. Burada olan çoxlu buzlaq dərələri, fyordlar, qayalı adalar, daşlı-qayalı sıldırım yamaclarda daha da mürəkkəb bir görkəm verir.
3. Nordland yaylası. Skandinaviya dağlarından Baltik körfəzinə qədər pilləvari şəkildə alçalan buzlaq dərələri ilə parçalanmış bir sahədir. Çaylarda çox kəsilməsinə baxmayaraq dərələr dərin deyildir. Dağlara yaxın çoxlu uzunsov göllər vardır. Buzlaq ekzarasiyası formaları geniş yayılmışdır.4. Finlandiya düzənlikləri. Qədim kristallik süxurlar üzərində yaranmış peneplen sahəsində tektonik qalxma çox zəif getmiş, həm də peneplen səthini buzlaqlar çox hamarlanmışdır. Ara-sıra daha möhkəm süxurlardan ibarət olan təpələr və külli miqdarda buzlaq-tektonik mənşəli çalalar və moren təpələri düzənliyin səthini mürəkkəbləşdirir. Hamar səth az çox Botnik sahili boyu uzanan daha alçaq düzənlikdə müşahidə edilir.
5. Manselkiya yüksəklikləri. Finlandiya ilə SSRİ sərhədi boyu cənubdan şimala uzanan maili yamaclı yüksəklikdir. Şimalda maksimal hündürlüyü 700 m-dən bir qədər artıqdır (Sokusti d. 744 m). Yamacları buzlaqlar tərəfindən hamarlanmış və cilalanmışdır.
6. Cənubi İsveç düzənliyi. Smoland yüksəkliyi (377 m) bunu iki hissəyə bölür. Səthi nisbətən hamardır. Mikrorelyefi buzlaq-tektonik mənşəli çala və təpələrdən ibarətdir.
7. Finlandiya moren-göllük sahəsi. Külli miqdarda mürəkkəb formalı buzlaq və tektonik göl çalaları, çilalanmış təpələr və moren tirələr, sahiilərdə isə ensiz hamar dəniz terraslarının olması səciyyəvidir.
8. Şotlandiya, Qərbi İngiltərə Şimali İrlandiya kaledon, qırışıqlığı əsası üzərində yaranmış yayla, alçaq dağlar və çökəklərin geniş yayıldığı ərazidir. Yaylalar kaynozoyda qədim peneplenin qalxması nəticəsində əmələ gəlmiş, səthi buzlaq relyef formaları və tektonik qırılmalarla kəsilmişdir. Çökəklər və kiçik ovalıqlar tektonik əyilmələrdə (qrabenlərdə) yerləşir.
II – İslandiya adası qitədən çox uzaqlarda böyük sualtı plato üzərində yerləşən qalxanvari adadır. Səthində lava yaylaları, vulkan konusları və massivləri geniş yer tutur. Şimal və şimal-şərq sahilləri fyordlarla parçalanmışdır. Başlıca relyef  əmələ gətirən amil cavan vulkanizm və buzlaq fəaliyyəti olmuşdur. İslandiyanı əhatə edən şelf sahəsinin konturuna bənzəyir. Quruda olan böyük relyef formalarının su altında davam etməsi şelfin dörüncü dövrdə aşağı endiyini göstərir.III – Orta Avropanın şimal hissəsində Almaniya – Polşa ovalığı yerləşir.
Bu, Qərbi Avropanın ən böyük ovalığıdır. Ovalıq Danimarka – Polşa və Şimali Almaniya sineklizləri sahəsində əmələ gəlmişdir. Almaniya – Polşa ovalığı relyefinin əsas əyrilərini axırıncı (vurm) buzlaşmanın son morenləri, enlik istiqamətdə uzanan geniş qədim dərələri təşkil edir.
Böyük Britaniya adalarının dağlıq sahələri öz relyefinin inkişafına və müasir relyef formaları kompleksinin xarakterinə görə Skandinaviya dağları ilə eynilik təşkil edir. Ərazinin yalnız cənub-şərq düzənlik hissəsi və hertsin qırışıqlığında yerləşən cənub dağlıq və təpəlik hissələri Avropa hertsin qırışıqlığı zonasına aid edilə bilər.
IV – Hertsin Avropası relyefinin başlıca formaları faylı, faylı-qırışıqlı alçaq dağlardan, massivlərdən, ovalıqlardan və qraben tipli çökəklərdən ibarətdir.
Fransa daxilində hertsin qırışıqlığı zonası daha geniş yer tutur. Burada relyefin ən böyük formaları Mərkəzi Fransa massivi (Pyi-de-Sansi. d., 1886 m), Armorikan təpəliyi, Paris və Akvitaniya hövzələrinin ovalıq və düzənlikləridir. Reynətrafı sahədə səthi hamar Reyn Şistli dağlar, Yuxarı Reyn çökəkliyi və onu əhatə edən Vogez və Şvarsvald dağlarıyerləşir.
Hertsin Avropası relyefinin ən görkəmli elementlərindən biri Çexiya – Moraviya yaylası və onu əhatə edən faylı dağlardır (Şumava, Filizli və Sudet dağları). Hertsin Avropası dağları alçaq olmalarına baxmayaraq yamacları dikdir. Bunun əsas səbəbi yamacların tektonik qırılmalarla kəsilməsidir. Dağların səthi çox yerdə hamar, yaxud qalxanvari formalardır.
V – Yüksək dağ sistemləri və böyük dağarası çökəklər Orta Avropanın Alp – Karpat
dağları sahəsi relyefinin böyük formalarını təşkil edir. Bu sahənin ən böyük və yüksək dağları Alp dağlarıdır (Monblan, 4810 m). Yüksək dağlıq sahədə nival-buzlaq relyefi, orta dağlıqda isə dərin erozion dərələr geniş yer tutur. Alp dağları şimal və şimal-qərbdə Alpətəyi yayla, maili düzənlik və alçaq qırışıq dağlarla əhatə olunur. Alp dağlarında eroziya və buzlaq ekzarasiyası, yamac prosesləri çox sürətlə gedir. Dağların relyefinin inkişafına burada səthə çıxan süxurların litoloji tərkibinin çox müxtəlif olması böyük təsir göstərir. Adətən kristallik süxurlar relyefin yüksəkliklərinin təşkil etmiş, şistlər üzərində dərin erozion dərələr əmələ gəlmişdir.
Karpat dağları Alp dağlarından çox alçaq olduğuna görə burada nival-buzlaq relyefi az sahə tutur. Dağların yumşaq fliş çökütülərindən ibarət olan şimal yamacları çay dərələri ilə çox kəsilmişdir. Ən yüksək zirvələr qədim kristallik süxurların səthə çıxdığı Qərbi və Cənubi Karpatlarda yerləşir.
Cənubi Karpatın davamını təşkil edən Stara-Planina faylı-qırışıqlı, orta hündürlüyə malik dağlardır. Çox yerdə möhkəm süxurlardan təşkil olduğuna görə yamacları nisbətən zəif parçalanmışdır.Cənub yamac tektonik qırılma boyu üzrə dikdir. Alp qırışıqlığı sahəsi dağları arasında geniş akkumulyativ düzənliklər və ovalıqlar yerləşir (Lombardiya, Orta və Aşağı Dunay ovalıqları). Bunların əmələ gəlməsi dağların inkişafı ilə sıx əlaqədardır.
VI – Aralıq dənizi Avropası və ya Cənubi Avropada Alp qırışıqlığı zonasında yerləşən Piriney, Apenin və Balkan yarımadaları, habelə bir çox adaların relyefi mürəkkəb dağlar, massiv və yaylalardan ibarətdir.
Piriney yarımadası neogendə ümumi qalxmaya məruz qalmış daxili yayla və massivlərdən, onları şimal və cənubdan əhatə edən alp qırışıqlı dağlardan ibarətdir. Yarımadanın daxili hissəsini Meseta yaylası tutur. Şimalda Kantabriya və Piriney dağları (Pik-de Aneto, 3404 m), cənubda Əndəlis dağları (Syerra-Nevada dağı, 3482 m) yerləşir. Kənar dağlarla daxili yayla arasında çökəklər var (şimal-şərqdə Araqon, cənub-qərbdə Əndəlis çökəyi).Apenin yarımadası, Siciliya, Sardiniya və Korsika adaları dağlıq relyefə malikdir. Burada qalın əhəngdaşı, fliş, kristallik və vulkanogen süxurlardan təşkil olunmuş dağlar relyefinə görə bir-birindən kəskin fərqlənir. Sardiniya və Korsikada tektonik qırılmaların da relyefə böyük təsiri vardır (dik yamaclar, kiçik qrabenlər və s. olması). Relyefin əlamətdar cəhətlərindən biri cavan vulkanik dağların olmasıdır (Etna 3263 m, Vezuvi 1186 m).
Balkan yarımadası daha mürəkkəb relyefi ilə seçilir. Bunun səthi daha çox parçalanmışdır. Yarımadanın qərb hissəsini qırışıqlı və faylı-qırışıqlı dağlar tutur. Dinar dağlarının qərb əhəngdaşlı zonası dünyada karst relyefinin ən tipik yayıldığı sahədir. Qərb dağlıq zona sualtı tirə ilə Krit adasına uzanır.
Balkan yarımadasının daxili hissəsi qədim kristallik süxurlardan ibarət olan massivdir (Makedoniya). Cənubda bu massiv çox parçalanmış və Egey dənizi suları altına çökmüşdür.
Yarımadanın şərq hissəsində Rodop massivi (Musalla, 2925 m), Maritsa çökəkliyi, Frakiya düzənliyi və İstrincə yüksəkliyi yerləşir. Balkan yarımadasının daxili və şərq hissələrinin relyefinin əmələ gəlməsində tektonik qırılmalar üzrə qalxma və əyilmələr əsas rol oynamışdır.

Qərbi Avropa yer kürəsinin ən böyük materiki olan Avstraliyanın qərb kənarlarını təşkil edir. Tarixən iki qitədən ibarət olan (Asiya və Avropa) bu materikin ümumi sahəsi 54 mln. km-ə yaxındır. Bundan 10.5 mln. km2 Avropanın, 43448 min km2 isə Asiyanın payına düşür.Avropa şimaldan, qərbdən və cənubdan okean və dənizlərlə əhatə olunmuşdur, şərqədə isə geniş bir sahədə Asiya ilə quru sərhədə malikdir. Bu sərhəd Ural dağlarının nisbətən dik şərq yamacı üzrə, Emba çayı, cənub şərqdə Xəzər dənizi, Kuma-Manıç çökəkliyi, Azov dənizi, Kerç boğazı, Qara dəniz, Bosfor boğazı, Mərmərə dənizi, Dardanel boğazı və Egey dənizindən keçir.Avropanın quruda ucqar nöqtələri şimalda Nordkin (71° 08" şm. e.), cənubda Marroki (35°50' şm. e), qərbdə Roka (9° 34' qərb uzunluğu) burunlarıdır. Ucqar şərq nöqtə Qütb Uralında 67° ş. u-da yerləşir. Beləliklə o, qərbdən şərqə 76°, şimaldan cənuba 35° uzanır. Avropanın adalarda yerləşən ucqar nöqtələri göstərilən koordinatlardan xeyli kənara çıxır (Frans İosif Torpağında 81°50' şm. eni, İslandiya adasında 24°39' q. u.). Avropa sərhədlərinin və sahil xəttinin müasir şəkildə formalaşması dövrün sonu və dördüncü dövrdə başa çatmışdır. Yaxın geoloji keçmişdə Balkan yarımadası, Kiçik Asiya yarımadası ilə, Apenin yarımadası və Siciliya adası Tunislə, Piriney yarımadası isə Atlas dağlıq ölkəsi ilə bitişik olmuşdur. Hazırda Piriney yarımadasını Rif atlasından çox ensiz (14 km) və dayaz Cəbəlüttariq boğazı ayırır. Avropanın sahil xətti çox parçalanmışdır (Skandinaviya, Yutlandiya, Piriney, Apenin, Balkan y.- ası və s.). Burada bir çox kənar (Barents, Norveç, Şimal, Tirren, Adriatik və s.) və daxili (Qara, Baltik və s.) dənizlər, adalar (Şpitsbergen, Yan-Mayen, İslandiya, İrlandiya, Böyük Britaniya, Balear, Korsika, Sardiniya, Siciliya və s.) və yarımadalar, körfəz (Botnik, Biskay) və boğazlar (Skagerrak, Katteqat, La-Manş) vardır. Sahil xəttinin uzunluğu 38000 km, onun parçalanması isə 35% -ə çatır. Qərbi Avropanın daxili hissələrini dənizdən cəmi 600 km məsafə ayırır. Qərbi Avropanı şimal-qərbdən dayaz dənizlə örtülmüş çox geniş şelf (qitə dayazlığı) əhatə edir. Şimal dənizi dibinin relyefində çay dərələrinin və başqa relyef formalarının aşkar edilməsi yaxın geoloji keçmişdə həmin şelf sahəsinin quru olmasını sübut edir. Qalan sahələrdə qitə dayazlığı zəif inkişaf etmiş və dərin dənizlər sahilə çox yaxın yerləşmişlər. Orta və mütləq hündürlüyünə görə (320 m və 4810 m) Avropa Avstraliyadan başqa bütün qitələrdən geridə qalır. Qitə ərazisinin təxminən 60% -i 200 m-dən aşağı, 24% -i 200-500 m arasında, 10% -i 500-1000 m arasında, yalnız 6% -i 1000 m-dən yüksəkdə yerləşir. Avropa dünyanın ən sıx əhali yaşayan qitəsidir. Qitənin əhali çox sıx olan sahələrində təbii landşaft insanlar tərəfindən olduqca dəyişdirilmişdir. Avropa təbii-coğrafi xüsusiyyətlərinə görə bir-birindən kəskin fərqlənən iki böyük hissəyə ayırır: 1) Qərbi Avropa, 2) Şərqi Avropa. Bu fərq özünü hər iki hissənin bütün təbii-coğrafi komponentlərində aydın göstərir. Məsələn, Şərqi Avropa qədim platforma sahəsi olduğu üçün relyefində əsasən ovalıq, düzənlik və alçaq yüksəkliklər hakim mövqe tutur. Bunun əksinə, Qərbi Avropa cavan platforma və geosinklinal orogen sahələrdə yerləşdiyindən onun səthi istər üfüqi, istərsə də şaquli istiqamətdə çox parçalanmışdır. Şərqi Avropanın sahil xətti Qərbi Avropaya nisbətən az parçalanmışdır. Qərbi Avropa əsasən mülayim və rütubətli, cənubda isə Aralıq dənizi subtropik iqliminə malikdir, Şərqi Avropada isə kontinental iqlimin müxtəlif növləri hakimdir.Qərbi Avropa ilə Şərqi Avropa arasındakı fərq enlik landşaft zonalarında özünü daha aydın göstərir. Bu zonallıq Şərqi Avropanın cənub-şərqində səhra və yarımsəhra ilə, Qərbi Avropanın cənubunda isə Aralıq dənizi quru subtropik landşaft zonası ilə başlayır. Şərqi Avropada yarımsəhra zonası ilə enliyarpaqlı meşələr zonası arasındakı geniş bir ərazidə çöl və meşə-çöl landşaft zonaları yerləşdiyi halda, Qərbi Avropada Araləq dənizi quru subtropiklər landşaftı zonasından şimalda birbaşa Qərbi Avropa tipli enliyarpaqlı meşələr zonası gəlir və bu zona demək olar ki, Skandinaviya və başqa kiçik ərazilər nəzərə alınmazsa, bütün Qərbi Avropa ərazisini tutur. Çöl landşaftı isə Qərbi Avropanın cənub-şərqində ləkələr şəklində Dunayboyu düzənliklərində yayılmışdır. Şərqi Avropada olduqca geniş bir zona təşkil edən Avropa tayqası qərbə tərəf ensizləşir və Qərbi Avropa ərazisində yalnız Finlandiya və Skandinaviyada (qismən Polşada) geniş yer tutur. Qərbi və Şərqi Avropa arasındakı fərqlər özünü təbii landşaftın digər komponentlərində də aydın göstərir. Şərqi Avropanın fiziki coğrafiyası SSRİ-nin fiziki coğrafiyası fənnində keçildiyi üçün, burada söhbət yalnız Qərbi Avropadan gedəcəkdir.

,
Avropa yaxşı inkişaf etmiş sıx çay şəbəkəsinə malikdir. Çay şəbəkəsinin sıxlığı, çayların sululuğu, hidroqrafiyası və bir çox xüsusiyyətləri ərazinin rütubətlənmə dərəcəsindən, səth axarının həcmindən, torpaq, bitki örtüyü, relyef və geoloji quruluşun xarakterindən çox asılıdır. Çayların uzunluğu, çay sistemlərinin və sutoplayıcı hövzələrin böyüklüyü isə qitənin üfüqi və şaquli parçalanmasından, qitə səthinin ümumi meylindən asılıdır.Avropada çay şəbəkəsinin sıxlığını və çayların sululuğunu göstərən xəritələr ilə yağıntıların illik miqdarı, səth axarı və rütubətlənmə əmsalı xəritələrini tutuşdurduqda bunlar arasında olduqca böyük oxşarlıq və hətta təkrarlanma olduğu nəzər çarpır. Buxarlanma qabiliyyəti xəritəsi ilə çay şəbəkəsinin sıxlığı, səth axarı və çayların sululuğu xəritələri arasında böyük əkslik müşahidə olunur.Geoloji quruluşun və səth relyefinin də çay şəbəkəsi sıxlığına, səth axarına və s. böyük təsiri var. Çatlı və məsaməli süxurlar üzdə yerləşdiyi sahələrdə yağıntı çox olsa da səth axarı və çay şəbəkəsi sıxlığı azalır. Qitənin dağlıq sahələrində isə düzənliklərə nisbətən bir qayda olaraq səth axarı artır. Bu göstərilən amillərin Avropa ərazisində müxtəlif uzlaşması istər çay şəbəkə sıxlığının və istərsə də çayların başqa ünsürlərinin ərazidə müxtəlif şəkildə paylanmasına səbəb olmuşdur. Avropa ərazisinin üfüqi parçalanma xarakteri və böyüklüyündən asılı olaraq burada başqa qitələrdə olduğu kimi çox böyük çay sistemləri yarana bilməmişdir. Bu hal özünü Qərbi Avropada daha aydın göstərir. Şərqi Avropada isə qurunun daha geniş olması çox şaxələnmiş böyük çay sistemlərinin əmələ gəlməsinə şərait yaratmışdır. Avropa çaylarının əksəriyyəti Atlantik okeanı hövzəsinə, az bir hissəsi Şimal Buzlu okeanı hövzəsinə, qitənin ən böyük çayı olan Volqa sistemi isə qapalı Xəzər dənizi hövzəsinə aiddir. Şərqi Avropada şimala və cənuba axan çayların suayrıcısı ümumiyyətlə şimal-şərqdən cənub-qərbə uzanmaqla nisbətən az əyilir və əsasən moren tirələri üzrə uzanır. Qərbi Avropada Aralıq və Qara dənizə axan çaylarla şimala axan çaylar arasında suayrıcı çox böyük əyrilər əmələ gətirərək gah şimala, gah cənuba uzanır; bəzən düzən və yaylalardan, bəzən də yüksək dağlardan keçir. Avropa çaylarının inkişafı və müasir hidroqrafiya şəbəkəsinin yaranması üçüncü dövrün axırları və dördüncü dövrdə baş verən tektonik hərəkətləri, erozion proseslər, xüsusilə dördüncü dövr örtük buzlaqlarının xarakteri və onların yaratdığı relyefin xüsusiyyəti ilə sıx bağlıdır. Üçüncü dövrün axırı və dördüncü dövrdə bir çox çaylar dəfələrlə öz yataqlarını və istiqamətini dəyişmişdir. Müasir çay şəbəkəsi bir çox fizikicoğrafi vilayətlərdə dördüncü dövrün ortalarından buzlaşma sahələrində isə vürm buzlağı çəkildikdən sonra müasir şəklə düşmüşdür. Qərbi Avropanın şimal və şimal-qərbə axan ən böyük çayları (şərqdən-qərbə) Visla (1125 km), Odra (Oder), Laba (Elba 1154 km), Reyn (1320 km), Sena (700 km), Luara (1010 km) və Haronnadır (650 km). Aralıq dənizinə tökülən çaylardan böyükləri Ebro (928 km), Rona (812 km), Po (625 km) çaylarıdır. Pireney yarımadasının böyük çayları Doru, Teju, Qvadiana, Qvadalkvivir və Ebrodur. Qərbi Avropanın ən böyük çayı olan Dunay Qara dənizə tökülür. Bunun uzunluğu 2850 km, sutoplayıcı hövzəsinin sahəsi 817 min km2-dir. Qərbi Avropa çaylarının hidroqrafik xüsusiyyətlərinə görə bir neçə böyük tipə ayırmaq olar: 1. Norveçin çayları. Qısa, astanalı, şəlaləli və çox suludurlar. Yağış və qar suları ilə qidalanırlar. Bütün il boyu çox sulu olurlar. Maksimal səviyyə yaz və yayda, minimal səviyyə dağlarda yağıntıların sülb halda (qar) düşməsi ilə əlaqədar olaraq qış aylarına təsadüf edir. 2. Şərqi Skandinaviya çayları. Çaylar cavan dərələrlə axır, astanalıdırlar. Dərələr genişləndiyi yerlərdə uzunsov göllər vardır. Bu göllər çayların səviyyəsini tənzim edir. Əsasən qar suları, qismən yağış suları ilə qidalanırlar. Qışda 4-7 ay buzla örtülü olur. Çayların daşması, yazda qarların əriməsi və yay yağışları ilə əlaqədardır. 3. Finlandiya çayları cavan olduqlarından əvvəlki iki tipdə olduğu kimi hələ öz dərələrini kifayət qədər düzəltməmişlər. Çox vaxt çay yatağı ətraf sahələrdə eyni səviyyədə yerləşir. Çayların əksəriyyəti çox qısa olmaqla, ayrı-ayrı göllər arasında axar yaradır. Düzənlik çayları olmalarına baxmayaraq, astanalı və şəlaləli çaylardır. Qidalanma burada da qar və yağış suları hesabınadır. Yazda qarların əriməsi ilə əlaqədar çaylar daşır. Bu çayların səviyyəsi qışda alçaq olur. Çaylar cənubda 4, şimalda 6-7 ay buzla örtülü olur. Norveç və İsveçin dağlıq çayları olduqca böyük hidroenerji ehtiyatına malikdir. Bu enerjidən qismən istifadə edilir. Bundan əlavə İsveç və Finlandiya çaylarından ağac axıdılmasında da geniş istifadə edilir. Qərbi Avropa çaylarının əksəriyyəti, həm də böyük çayları Orta Avropada yerləşir. Orta Avropanın iqlimi və relyefinə görə bir-birindən fərqlənən böyük vilayətləri çayların hidroqrafik və hidroloji xüsusiyyətlərinə görə də fərqlənirlər. Orta Avropada relyefin ümumi meylliyi şimala olduğundan çayların böyük əksəriyyəti şimala axır. Yalnız Dunay çayı bütün Avropa çaylarının əksinə olaraq şimal-qərbdən cənub-şərqə axır. Orta Avropanın çayları qidalanmasına və illik səviyyə rejiminə görə aşağıdakı tiplərə ayrılır: 1. Almaniya-Polşa ovalığı çayları (Oder tipi). Avropanın dəniz və kontinental iqlimləri arasında keçid təşkil edən vilayətdən axır, başlıca olaraq qarların əriməsi hesabına və yağış suları ilə qidalanırlar. Daşqın yazda (mart-may) qarların şiddətli əriməsi ilə əlaqədardır. Yayın axırlarında səviyyəsi xeylı aşağı düşür. Payız aylarında ikinci, lakin xeyli zəif səviyyə qalxması müşahidə edilir. Axım əmsalı 30-35%-dir. Çay dərələri yaxşı işlənmiş, bəzən dirsəkvarıdır, geniş və alçaq terraslar müşahidə edilir. Çayların böyük nəqliyyat əhəmiyyəti var (Visla, Oder, Elba, Vezer). Almaniya-Polşa ovalığı çayları öz qidalanma şəraitinə və illik su rejiminə görə Şərqi Avropa çaylarından az fərqlənir. Orta və Aşağı Dunay ovalıqlarının çayları da qidalanma və rejim xüsusiyyətlərinə görə Oder tipindən az fərqlənir. 2. Atlantik tipi. Bu tipə Fransanın və İngiltərənin düzənlik çayları daxildir (Sena, Luara, Haronna, Temza və s.). çayların qidasını yağış suları təşkil edir. İl ərzində yağntılar bərabər paylandığına görə çaylarda səviyyə tərəddüdü zəifdir. Maksimal səviyyə payızın axırlarında və qışda olur. Yayda buxarlanmanın artması və yağıntının aylıq miqdarının bir qədər azalması çaylarda səviyyənin enməsinə səbəb olur. Axım əmsalı 30-35%-dir. Bunun başlıca səbəbi çayların yumşaq çöküntülərdən ibarət düzənlikdən axması və filtrasiyanın çoxluğudur. 3. Hertsin tipi. Öz mənbəyini Orta Avropanın Hertsin qırışıqlığı zonasından alan çaylar (və əvvəlki iki tipə aid edilən çaylar yuxarı axarlarında) bu tipə aiddir. Çayların əsas qidasını qar və yağış suları, qismən yeraltı sular təşkil edir. Səth meylliyinin çox olması və əksər yerdə möhkəm süxurların səthə çıxması çaylarda axım əmsalını xeyli artırır (35-50%). Hertsin Avropası çaylarında il ərzində səviyyənin iki dəfə qalxması və iki dəfə enməsi müşahidə edilir. Birinci və əsas maksimal səviyyə yazda dağlarda qarların əriməsi və yağış yağması ilə əlaqədardır. İkinci və nisbətən zəif səviyyə qalxması payızda, yağntının bir qədər artması və buxarlanmanın azalması ilə əlaqədar olur. Minimal səviyyə yayda, yağıntıların azalması və buxarlanmanın artması ilə əlaqədar olur. Bu vaxt səviyyənin qısa müddətli qalxması leysan yağışlarından sonra müşahidə edilir. Lakin belə daşqınlar qısa vaxtda çəkilir. Qış aylarında səviyyə yenidən aşağı düşür. 4. Alp tipi. Alp dağlarının yamaclarında 1000-1500 mm-dən artıq (bəzi yerlərdə 3000 mm-ə qədər) yağıntı düşür. Yüksək dağlarda böyük buzlaqlar və daimi qarlar, orta yüksəklikdə olan yamaclarda isə qar və yağış suları çayların əsas qidasının təşkil edir. Bol yağıntılı Alp dağları çayları çox sulu olub, iti axıma malikdir. Dağ yamaclarının çox dik olması və sukeçirməyən süxurların üzə çıxması səth axarını artırır. Alp çaylarında axım əmsalı 50-80% arasında dəyişir, bəzi çayların hövzəsində isə 85%-ə çatır. Bu tipə aid olan çaylarda maksimal səviyyə yayda, yüksək dağlarda qar və buzların ən intensiv əridiyi dövrdə olur. Çaylarda səviyyənin qalxması yazda orta dağlıq zonada toplanan qalın qar örtüyünün əriməsi ilə başlanır.Minimal səviyyə qışda olur. Alp çaylarının olduqca böyük hidroenerji ehtiyatı vardır. Bundan İtaliya, Avstriya, İsveçrə və Fransada geniş miqyasda istifadə edilir. 5. Aralıq dənizi tipi. Bura Cənubi Avropanın üç böyük yarımadasının və adalarının çayları daxildir. Bu tipə aid olan çayların əsas qidasını yağış suları, qismən karst suları təşkil edir. Çaylarda maksimal səviyyə qış aylarında olur. Yayda çayların suyu çox azalır, kiçik çaylar isə tamamilə quruyur. Qışda bəzən çaylarda böyük daşqınlar baş verir. Cənubi Avropa çaylarından suvarmada istifadə edilir. Qərbi Avropanın Dunay və Reyn kimi böyük çayları müxtəlif fiziki-coğrafi vilayətlərdən keçdiyinə görə onların yuxarı, orta və aşağı axarları rejiminə görə bir-birindən fərqlənir. Belə çaylarda səviyyə rejimi adətən mürəkkəb olur. Qərbi Avropanın ən böyük çayı olan Dunay çayı (uzunluğu 2850 km, sutoplayıcı hövzəsinin sahəsi 817 min km2) mürəkkəb səviyyə rejiminə malikdir. Çay öz mənbəyini hertsin Avropasında götürür. Yuxarı axarında o sağdan öz mənbəyini Alp dağlarının qarlı-buzlu zirvələrindən götürən bir çox qol qəbul edir (İzar, İnn və s.). Buna görə Dunay yuxarı axarında qidalanmasına və illik səviyyə rejiminə görə Alp tipinə aid edilir. Burada ən yüksək səviyyə yayda, ən alçaq səviyyə isə qışda müşahidə olunur. Orta və Aşağı Dunay ovalıqlarında çayın əsas qidasını qar və yağış suları təşkil edir. Bu hissədə çay öz mənbəyini Karpat dağlarından, Şərqi Alplardan və Balkan yarımadasının orta və alçaq dağlıq şimal hissəsindən alan çayları qəbul edir (Morava, Vaq, Tissa, Drava, Sava və s.). Bu çayların qidasını qar və yağış suları təşkil etdiyindən orta və aşağı Dunayda maksimal səviyyə mart-may aylarında, minimal səviyyə isə yayın axırında və payızda olur. Aşağı axarında Dunayın böyük sol qolları Jiu, Olt, Siret, Prutdur. Sağdan ona İskır və Yantra çayları tökülür. Deltada, Qara dənizə tökülməzədn əvvəl çay Qirlo adlanan üç (Kiliki, Sulinsk, Georgiyevsk) böyük qola ayrılır. Aşağı axarında çay bəzən 1-1,5 ay donur. Buna baxmayaraq çayda naviqasiya davam edir. dunay çayı Qərbi Avropanın cənub-şərqində yerləşən bir çox dövlətlərin ərazisindən keçən ən böyük və çox sulu çay olduğu üçün onun nəqliyyat əhəmiyyəti olduqca böyükdür. Bundan əlavə çayın üzərində Dəmir Darvaza adlanan yerdə Yuqoslaviya və Ruminiya birlikdə böyük bənd və hidroelektrik stansiyası tikintisini başa çatdırmışlar. Qərbi Avropanın mürəkkəb rejimə malik olan böyük çaylarından biri Reyndir (1320 km). O, yuxarı axarında tipik alp rejiminə malikdir. Maksimal səviyyə iyul, minimal səviyyə yanvar-fevral aylarında olur. Çay orta axarında hertsin Avropasından bir neçə böyük qol (Nekkar, Mayn və s.) qəbul edir və onlar da yazda (hertsin Avropası çayları kimi) daşır, lakin yayda, başqa çaylarda olduğu kimi səviyyə çox aşağı düşmür (Alpda buzlaqların və qarların əriməsi hesabına). Aşağı axarında çay Atlantik tipinə aid edilir.Beləliklə, Reyn də Dunay kimi mürəkkəb rejimə malik olan çaydır. Qərbi Avropanın bir neçə böyük morfostruktur sahəsini kəsib keçən başqa böyük çaylar da (məsələn, Haronna, Sena və s.) mürəkkəb rejimə malikdir. Lakin Reyn və Dunay kimi bunlarda üç müxtəlif tipli rejimin qarışması müşahidə edilmir. Avropanın düzənlik və təpəliklərdən axan çaylarının əksəriyyəti kanallarla birləşdirilmiş və habelə müxtəlif hövzələrə aid edilən bir neçə çayın (məsələn, Morava vasitəsi ilə Dunay və Odranın) birləşdirilməsi layihəsi də hazırlanmışdır.


Filiz faydalı qazıntıları başlıca olaraq qədim qırışıqlıq sahələrində və Alp qırışıqlığı zonasının inturuziv kütlələri ilə əlaqədar olan rayonlarda yayılmışdır.Bunlara həmçinin qitənin qədim kristallik əsası çıxıntıları sahəsində də rast gəlinir. Qeyri-filiz faydalı qazıntılar platformaların çökmə süxur örtüyü, hertsin və Alp qırışıqlığının müxtəlif mənşəli çöküntü qatları ilə əlaqədardır.Böyük dəmir filizi yataqları Skandinaviya kristallik əsasına daxil olmuş inturuzivlər sahəsində (Kiruna, Yellivari və s.), hertsin qırışıqlığı zonasındakı sineklizlərin çöküntü süxurlarında (yura qum daşında çökmə dəmir filizi yataqları) vardır (Lotaringiya). Bundan əlavə dəmir filizi yataqları İngiltərədə, Armorikanda, Turinkiyada, Filizli dağlarda və Balkan yarımadasında yerləşir. Qərbi Avropada xromotin əsas yataqları Dinar dağlarında ultraəsası maqmatik süxurlarla əlaqədardır. Misin əsas yataqları İspaniya və Yuqoslaviyadadır. Fransanın cənubunda, Yuqoslaviyada (İstriya yarımadasında) və Macarıstanda çökmə boksit yataqları vardır. Polimetal filizlərdən mis, qurğuşun, civə yataqları Baltik qalxanında, hertsin qırışıqlığı zonasındakı tektonik qırılmalar sahəsində (Filizli dağlar, Mesetanın cənubu, Reyn qrabeni ətrafı, Turinkiya və balkan yarımadasında) yayılmış və hidrotermal postmaqmatik mənşəlidir. Qeyri-filiz faydalı qazıntılardan Qərbi Avropada ən geniş yayılan və böyük enerji əhəmiyyəti olan daş kömürdür. Daş kömürün ən böyük yataqları hertsin qırışıqlığı zonasının orta və üst karbon çöküntüləri ilə əlaqədardır (İngiltərə, Lotaringiya, Fransa – Belçika, Saar və Aşağı Reyn hövzəsi, şərqdə Sileziya və Saksoniya hövzələri). Neft Qərbi Avropanın Alp qırışıqlığı zonası dağətəyi və dağarası əyilmələrinin kaynozoy çöküntüləri ilə əlaqədardır (Rumıniya, Polşa, Yuqoslaviya, Macarıstan, Albaniya). Ümumiyyətlə, Qərbi Avropada neft ehtiyatları olduqca azdır. Almaniya – Polşa ovalığı perm çöküntülərində natrium və kalium duzlarının böyük ehtiyatları aşkar edilmişdir. Kükürdün ən böyük yatağı Siciliyadadır.

Səyyahlar

[səyyahlar][hot]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget