Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Asiyanın landşaftı

Cənubi Asiya və Ön Asiyanın cənub – qərbi, İran yaylasının cənubi Paleotropik, qalan ərazi isə Qolarktikaflora sahələrinə daxildir.

Cənubi Asiya və Ön Asiyanın cənub – qərbi, İran yaylasının cənubi Paleotropik, qalan ərazi isə Qolarktikaflora sahələrinə daxildir. Bu iki flora sahəsində geoloji tarix boyu və xüsusilə kaynazoyda bütün üzvi aləm, o cümlədən bitki örtüyü tamamilə müxtəlif iqlim şəraitində inkişaf etmiş və formalaşmışdır. Cənubi Asiyanı əhatə edən Paleotropik bitki sahəsi iqlimində üçüncü və dördüncü dövrlərdə dəyişiklik olmamışdır. Bunun nəticəsində həmin sahədə üçüncü dövrün bitkiləri dəyişmədən inkişaf etmiş və zənginləşmişdir. Bu sahənin bitki örtüyündə hətta mezozoy erasının bitkiləri belə saxlanmaqdadır. Qitə ərazisinin olduqca geniş bir hissəsini tutan Qolarktika sahəsi də bitki örtüyünün zənginliyi ilə seçilir. Burada Aralıq dənizi quru subtropiklərindən və Şərqi Asiya rütubətli subtropiklərindən tutmuş, Orta və Mərkəzi Asiyanın arid iqlim qurşağında təşəkkül tapmış səhra və yarımsəhra bitkilərinə, mülayim qurşağı yarpağını tökən enli yarpaqlı meşələrinə, nəhayət qitənin Şimal Buzlu okeanın sahillərinin meşə - tundra və tundra bitkilərinə qədər olduqca geniş və müxtəlif bitki formasiyalarına rast gəlmək mümkündür. Asiyanın Qolarktika flora sahəsinə daxil olan başqa bitki yarımvilayəyləri növcə xeyli kasıbdır. Bəzi yarımvilayətlərdə isə ağac bitkiləri növləri çox az olur, meşələr öz yerini çöl, yarımsəhra və səhra bitkilərinə verir (Mərkəzi Asiya, Ön Asiyanın arid sahələri və s.). Asiyada ən cavan flora sahəsi Tibetdir. Burada bitki örtüyü buzlaşma dövründən sonra formalaşmışdır. Tibetin müasir bitki örtüyü Şərqi Asiya, Himalay və qisməndə Mərkəzi Asiya (13%) bitkilərinin miqyası hesabına yaranmışdır. Asiyanın oroqrafik quruluşunun çox mürəkkəb olmasına baxmayaraq burada torpaq və bitki örtüyünün coğrafi zonallığı özünü yaxşı göstərir. Asiyada cənubdan şimala aşağıdakı əsas landşaft zonaları bir–birini əvəz edir: ekvatorial qiley meşələri; subekvatorial rütubətli musson meşələri; savannalar, seyrək meşələr və kolluqlar; tropik səhralar və yarımsəhralar zonası; subtropik qurşağın səhra, yarımsəhra, çöl, arid və rütubətli (musson) meşə və kolluqlar zonası; mülayim qurşağın səhra, yarımsəhra, çöl, meşə-çöl və iynəyarpaqlı meşələr zonası; soyuq qurşağın meşə-tundra zonası, nəhayət Şimal Buzlu okeanın Asiya bölməsində yerləşən adalarında Arktika səhrası zonası.
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget