Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Dəniz, Körfəz və Boğazlar

Dünya okeanının ümumi sahəsi 361 mln. km2 olub, tərkibi – okean, dəniz, körfəz və boğazdan ibarətdir. Yer yarandığı zaman o, yalnız su qatından - okeandan ibarət olmuşdur. Lakin sonradan fəal vulkanizm nəticəsində ilk quru sahəsi yaranmışdır. Yerin geoloji inkişaf tarixində dənizlərin quruya nisbətən daha geniş sahə tutduğu zamanı - yerdə iqlimin mülayimləşməsi və rütubətlənməsi, bitki və heyvanlar aləminin sürətli inkişaf prosesləri getmişdir. Hazırda mövcud olan 4 okean - materiklərin konfiqurasiyası, dib relyefi, cərəyan sistemi. suyun temperaturu, duzluluğu və su kütlələrinin strukturu ilə seçilən su hövzələridir. Okeanların sərhədi onları ayıran materiklərin ucqar nöqtələrindən keçən meridian və paralellərin qiyməti ilə hesablanır.Dəniz- okeandan qismən quru, qismən də sualtı astanalarla ayrılmış su sahələridir. Dəniz okeandan xassələrinə, cərəyanlarına və canlı aləminə görə fərqlənir. Coğrafi mövqeyinə görə dənizlər 3 qrupa ayrılır:1. Daxili dənizlər- materikin içərisinə daxil olmuş və okeanla boğaz vasitəsilə birləşmiş dənizlərdir. Materikin içərisinə çox daxil olduğundan okeanla əlaqəsi zəif olur. Sakit okeanda daxili dəniz yoxdur. Atlantik okeanında – Azov, Egey, Qara, Aralıq, Mərmərə, Baltik, Adriatik, Hind okeanında - Qırmızı, Şimal Buzlu okeanında - Ağ dəniz daxili dənizdir.
2. Kənar dəniz - materikin kənarında yerləşmiş, okeandan adalar və ya sualtı dağlar vasitəsilə ayrılır. Okeanla əlaqəsi daha güclüdür. Sakit okeanda - Berinq, Mərcan, Filippin, Oxot, Yapon, Sarı, Cənubi Çin, Şərqi Çin, Tasman, Atlantik okeanında – Şimal, Norveç, Karib, Sarqass, Hind okeanında – Andaman, Ərəbistan, Şimal Buzlu okeanında – Barens, Qrenlandiya, Çukot, Qara, Laptevlər, Boffort, Baffin, Şərqi Sibir.
Antarktida materikini əhatə edən - Ross, Lazerev, Belenshauzen və Uedella dənizləri də kənar dənizlər olub 3 okeana aiddirlər.
3. Adalararası dənizlər- ada qrupları arasında yerləşirlər: Yava, Sulu, Sulavesi, Fici, Timor, Banda.
DƏNİZLƏRİN CОĞRAFİ MÖVQEYİNƏ GÖRƏ TƏSNİFATI
DAХİLİ DƏNİZLƏR
Sakit оkean
Atlantik оkean
Hind оkeanı
Şimal Buzlu оkean
Sarı
Baltik, Aralıq, Tirren, İоnik, Adriatik, Egey, Mərmərə, Qara, Azоv
Qırmızı

KƏNAR DƏNİZLƏR
Sakit оkean
Atlantik оkean
Hind оkeanı
Şimal Buzlu оkean
Berinq, Охоt, Yapоn, Şərqi-Çin, Cənubi-Çin, Mərcan, Tasman,
Rоss, Amundsen, Bellinshauzen
Şimal, Karib, Ueddell
Ərəbistan, Andaman, Timоr, Arafur,
Deyvis, Birlik
Nоrveç, Barens, Kara, Laptevlər, Şərqi-Sibir, Çukоt, Bоfоrt
ADALARASI DƏNİZLƏR
Sakit оkean
Atlantik оkean
Hind оkeanı
Şimal Buzlu оkean
Filippin, Sulu, Sulavesi, Yava, Fici
İrlandiya
-
Qrenlandiya, Baffin
Qeydlər: 1. Sarqass dənizi hər hansı qrupa daхil edilmir.
2. Ərəbistan dənizi cоğrafi mövqeyinə görə əslində körfəzdir.

Körfəz - okeanın və ya dənizin quruya çox daxil olmuş, lakin okeanla sərbəst əlaqəsi olan hissəsidir. Sakit okeanda – Alyaska, Kaliforniya, Atlantik okeanında - Qvineya, Meksika, Müqəddəs Lavrenti, Biskay, Fin, Riqa, Botnik, Fandi, Hind okeanında – Benqal, Böyük Avstraliya, Iran, Ədən, Oman, Şimal Buzlu okeanında – Hudzon, Ob.
Dənizlərdən fərqli olaraq, suyunun xassələrinə, axınlarına və orada yaşayan canlılara görə okeanlardan az fərqlənir. Bəzi dənizləri səhvən körfəz, bəzi körfəzləri isə dəniz adlandırmışlar. Əslində Meksika körfəzi dəniz, Qırmızı dəniz isə körfəz adlandırılmalıdır. Çünki Meksika körfəzinin suyunun fiziki-kimyəvi xüsusiyyətləri və üzvi aləmi onu dəniz adlandırmağa imkan verir.
Körfəz dar olduqda gəmiçilik üçün yararlı buxta əmələ gətirir. Kənar dənizləri körfəzlərdən fərqləndirən əsas əlamət, onların təbii sərhədlərə malik olmasıdır.
Boğaz - 2 su hövzəsini birləşdirən və eyni zamanda 2 quru sahəni bir-birindən ayıran su sahəsidir. Boğaz okeanı okeanla (Məsələn: Dreyk, Malakka, Berinq), okeanı dənizlə, dənizi dənizlə, dənizi körfəzlə birləşdirir. Dünyanın ən enli və ən dərin boğazı olan Dreyk Antarktidanı Cənubi Amerikadan, Berinq boğazı Avrasiyanı Şimali Amerikadan. Cəbəllütariq və Bab-əl-Məndəb boğazları isə Afrikanı Avrasiyadan ayırır. Dünyanın ən uzun boğazı Afrika ilə Madaqaskar adası arasında olan Mozambik boğazıdır.
Iki geniş quru sahəsini bir-biri ilə birləşdirən ensiz quru sahəsinə bərzəx deyilir. Məsələn: Panama, Süveyş bərzəxləri. Hər 2 bərzəxdən gəmiçilik kanalları çəkilib.

KÖRFƏZLƏR
Sakit оkean
Atlantik оkean
Hind оkeanı
Şimal Buzlu оkean
Siam, Alyaska, Kalifоrniya
Bоtnik, Fin, Riqa, Biskay, Böyük Sidr, Qvineya, Müqəddəs Lavrenti, Fandi, Men, Meksika, Bayya-Qrande
Ədən, Iran, Оman, Benqal, Karpentariya, Böyük Avstraliya
Hudzоn, Peçоra qubası, Оb qubası
BОĞAZLAR
Оkeanları birləşdirən
Qitələri ayıran
Digərləri
Berinq (Sakit – Şimal Buzlu), Magellan, Dreyk (Sakit – Atlantik), Malakka, Zоnd, Tоrres, Bass (Sakit – Hind),
Hudzоn, Baffin, Danimarka (Atlantik – Şimal Buzlu)
Cəbəlüttariq (Avrоpa – Afrika),
Dardanel, Bоsfоr, Kerç
(Avrоpa – Asiya),
Bab-əl-Məndəb
(Asiya – Afrika),
Berinq (Asiya – Amerika),
Dreyk (Amerika – Antarktida)
Skagerrak, Katteqat, Böyük və Kiçik Beltlər (Şimal – Baltik dənizləri),
La-Manş, Pa-de-Kale
(Britaniya adas – Avrasiya),
Hörmüz (Iran – Оman körfəzləri),
Tatar (Saхalin adası – Avrasiya),
Kara qapıları (Nоvaya Zemlya – Avrasiya), Matоçkin şar (Nоvaya Zemlya),
Mоzambik (Madaqaskar adası – Afrika)
http://yasharaz.narod.ru
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget