Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Müəllif "Asiya"

Asiya qitəsi Avrasiyanın daha böyük hissəsini (44 mln knr-dən çox) özündə birləşdirir. Sahil xətləri çox mürəkkəbdir və dörd okeanın suları ilə yuyulur. 
Ucqar nöqtələri: Çelyuskin (şimal), Dejnyov (şərq), Piay (cənub), Baba (qərb).
Asiyanı əhatə edən dənizlər: Kara, Laptevlər, Şərqi Sibir, Çukot (Şimal Buzlu okeanı), Berinq, Oxot, Yapon, Sarı, Şərqi Çin, Filippin, Sulavesi, Sulu, Banda, Yava (Sakit okean), Andaman, Ərəbistan, Qırmızı (Hind okeanı), Aralıq, Mərmərə, Egey, Qara, Azov (Atlantik okeanı).
Körfəzlər: Anadır, Şelixov, Siam, Benqal, Oman, İran, Ədən və s.
Boğazlar: Berinq, Tatar, Laperuz, Kunaşir, Koreya, Tayvan, Zond, Malakka, Hörmüz, Bab-əl-Məndəb və s.
Adalar: Kuril, Saxalin, Yapon (Hokkaydo, Honsyu, Sikoku, Küsü), Tayvan, Xaynan, Filippin (Luson, Mindanao), Zond (Kalimantan, Sumatra, Yava, Sulavesi), Andaman, Şri-Lanka, Kipr, Şimal Torpağı, Novosibir, Vrangel və s.
Yarımadalar: Yamal, Taymır, Çukot, Kamçatka, Koreya, Hind-Çin, Malakka, Hindistan, Ərəbistan, Sinay, Kiçik Asiya və s.
Təbii şəraiti çətin olan Asiyanın Şimal-Şərq və mərkəz hissələrinin tədqiqi, əsasən XIX əsrdə öz bəhrəsini vermişdir. Rus tədqiqatçıları P. P. Semyonov-Tyan-Şanski, N.M.Prjevalski, V.Berinq və s. mühüm tədqiqatlar aparmışlar.
Asiyanın geoloji inkişafında müxtəlif litosfer tavalarının qarşılıqlı hərəkəti mühüm rol oynamışdır. Avrasiya, Hind-Avstraliya, Sakit okean tavalarının qarşılaşdığı zonalarda yer qabığının seysmik fəallığı indi də özünü göstərir. Alp-Himalay cavan dağ sistemində güclü zəlzələlər, Sakit okean seysmik qurşağında həm zəlzələ, həm də vulkanizm öz fəallığı ilə seçilir.
Asiya, orta hündürlüyünə görə (950 m) ən hündür qitədir. Dünyanın ən hündür dağ sistemi Himalay və ən hündür zirvəsi Comolunqma (Everest - 8848 m) buradadır. Quru üzərində okean səviyyəsindən ən alçaq nöqtə də (Ölü dəniz; - 405 m) Asiyadadır. Turfan (-154 m) və Karagiye (-132 m) çökəklikləri də nəzəri cəlb edir.
Dağlar: Pont, Tavr, Elburs, Kopetdağ, Zaqros, Hindquş, Karaqorum, Pamir, Himalay,
Kun-lun, Tyan-Şan, Altay, Sayan, Böyük Xinqan, Verxoyansk, Çersk və s.
Düzənliklər: Qərbi Sibir, Şimali Sibir, Yana-İndiqirka, Le- naboyu, Turan, Kür-Araz, Mesopotamiya, Hind-Qanq ovalıqları, Böyük Çin düzənliyi, Orta Sibir, Qobi, Təklə-Məkan, Tibet, Dekan, İran, Ərəbistan, Anadolu yaylaları.
İqlimi: Asiyanın cənub və şərq hissələrində dağ sistemlərinin uzanması Hind və Sakit okeandan gələn hava kütlələrinin qitənin içərilərinə daxil olmasına mane olur. Odur ki, həmin sahil boylarında, küləktutan yamaclarda bol yağıntı düşsə də, daxili ərazilərdə quru və kontinental iqlim formalaşır. Şimal Buzlu okeandan gələn hava kütlələri daha çox Qərbi Sibir ovalığı və Orta Asiyaya təsir edir, lakin iqlimin kontinentallığını azalda bilmir. Asiya qitəsində, onun cənubdan şimala böyük məsafədə uzanması ilə bağlı olaraq, bütün iqlim qurşaqları vardır.
Asiyanın şərq, cənub-şərq və cənub hissələrində, hava kütlələrinin mürəkkəb hərəkəti ilə bağlı (xüsusən musson küləkləri) fəlakətli tayfunlar baş verir.
Çayları iqlim və relyefdən asılı olaraq, sıxlığına və axın xüsusiyyətinə görə fərqlənir. Ərazinin meylliyindən asılı olaraq, çaylar bütün okeanlara və daxili axarlı hövzələrə aiddir. Qitənin ən uzun çayı Yanszı, ən bolsulu çayı Qanq və Brahmaputra sistemidir. Şimal Buzlu okeanı hövzəsinin əsas çayları: Ob (qolu-İrtış), Yenisey, Lena (Vilyuy, Aldan), Yana, İndiqirka, Kolıma. Sakit okean hövzəsinin əsas çayları: Anadır, Amur, Xuanxe, Yanszı, Mekonq. 
Hind okeanı hövzəsinin çayları: Saluin, İravadi, Brahmaputra, Qanq, Hind, Dəclə, Fərat. Daxili (axarsız) hövzəyə aid çaylar: Sır-Dərya, Amu-Dərya, İli, Murqab, Pəncab, Kaşqar, Yarkənd, Hilmənd, Tarim, Kür.
Göllər sayca çoxdur və ərazi üzrə qeyri-bərabər paylanmışdır. Sahəcə ən böyük göl Xəzər, ən dərini Baykaldır. Şirinsulu göllərdən ən böyüyü isə çay və göllərdə toplanmış şirin (içməli) suyun 1/5-ni özündə saxlayan Baykaldır. Digər göllər: Aral, Balxaş, İsık-Kul, Urmiyə, Van, Tuz, Göyçə (Sevan), Ölü dəniz, Tenqiz, Lobnor və s.
Asiyanın ekvatorial enliklərdən qiitbətrafı ərazilərə qədər uzanması burada bütün təbii zonaların inkişafına imkan yaratmışdır. Lakin relyefin mürəkkəbliyi, bir çox təbii zonaların yerləşmə ardıcıllığını pozur və onlar tala-tala yerləşir. Himalay dağlarında yüksəklik qurşaqlığı öz mürəkkəbliyi ilə seçilir. 1000-1100 metr yüksəkliyə qədər dəyişkən rütubətli subekvatorial meşələr, 2000 metrə qədər həmişəyaşıl tropik meşələr, 2000-2500 metr arası yarpağı tökülən enliyarpaq meşələr, 2500-3500 metr arası iynəyarpaqlı meşələr, 3500-4500 metr arası subalp və alp çəmənlikləri, 4500 metrdən yuxarı qar və buzlaqlar yerləşir.
Asiya əhalisinin irqi, milli və dini tərkibi çox mürəkkəbdir. Qitənin qərb və cənub-qərbində avropoid, mərkəz, şərq və cənub-şərqində monqoloid, Şri-Lanka və Zond adalarının bəzilərində ekvatorial irqin nümayəndələri yaşayırlar. Milli (etnik) tərkibdə Hind-Avropa, Çin-Tibet, Altay, Sami-Hami dil ailələri üstünlük təşkil edir. Ən qədim məskunlaşma arealları (Ön Asya, Qafqaz) Asiyada yerləşir. Heç də təsadüfi deyil ki, əsas dinlər sayılan İslam, Xristianlıq və buddizm bu qitədə yaranmışdır.
Dünya əhalisinin 2/3—si Asiyada yaşayır. Çin, Hindistan, İndoneziya kimi əhalisi çoxsaylı ölkələrlə yanaşı, Maldiv, Qatar, Bəhreyn kimi, əhalisi az olan ölkələr də mövcuddur. Qitədə 45-dən çox müstəqil dövlət var.

Cənubi-Qərbi Asiya dünya sivilizasiyasının  ən qədim mərkəzlərindən biri  olmuşdur.Bu geniç regionda  Anadolu,İran  yaylaları  Mesopotamiya  ovalığı,Ərəbistan  yarımadası yerləşir.Ön Asiya dağlıq yaylalarında yerləşən  Anadolu və İran yaylaları,Əfqanıstan əsasən dağlıq ərazilərdir.Burada hündür dağ silsilələri arasında geniş çökəklər yerləşir.Hinduquş dağları regionun  ən hündür  dağlarıdır.Mərkəzi hissədə enli qurşaq şəklində uzanan yaylalar Ön Asiya yaylaları adlanır.
  Ön Asiya yayalaları çox parçalanmış relyefe malikdir.Yüksək dağ silsilələri dərin  çökəkliklərdə növbələşmişdir.Ön Asiya yaylaları Kaynazoy yaşlı Alp-Himalay fəal dağlıq və seysmik qurşağının  bir hissəsini təşkil edir.Bunu regionda baş verən güclü zəlzələlər sübut edir.
 Ərəbistan yarımadası qədim Afrika-Ərəbistan platformasına daxildir.Ərəbistan  yayalasını  İran yayalasından ayıran  əyilmə (çökmə) sahəsində Mesopotamiya  ovalığı yerləşir.Ovalıq Dəclə və Fərat çaylarının gətirdiyi allüvial çöküntülərlə örtülmüşdür.
İqtisadi coğrafi mövqeyi.
Cənub Qərbi Asiya qədim mədəniyyət mərkəzlərindən biridir.Dünyanın dörd  ən geniş yayılmış dinlərindən üçü (yəhudi,xristian,islam dinləri) burada yaranmışdir.Onun tərkibinə daxil olan on altı ölkə dünya  ərazisinin 4,7%-ni
tutur.Regionun simasını ilk növbədə onun  əlverişli mövqeyi və zəngin neft  yataqları müəyyən edir.

  İqtisadi coğrafi mövqeyinin başlica əlaməti üç qitənin yolayrıcında ,mühüm  hava və dəniz yollarının (Bosfor,Dardanel,Ba-ül-Məndəb boğazları ,Süveyş kanalı) kəsişdiyi terdə yerləşmişdir.Belə coğrafi mövqe Cənub-Qərbi Asiya xalqlarının siyasi və iqtisadi həyatına əsəslı təsir göstərmiş və onun tərkibində Mesopotamiya (Dəclə və Fərat çayları arasında),Levant (Aralıq dənizi  sahilində) kimi tarixi vilayətlərinin yaranmasına səbəb olmuşdur.Siyasi cəhətdən Cənub-Qərbi Asiya həmişə dünyanın ən narahat regionlarından biri  “barıt çəlləyi” olmuşdur.İndi də regionda siyasi veziyyət qeyri-sabitdir.
   Yaxın  Şərq,İraq-Qərb,kürd,Kipr problemlərinin uzun müddət həll  olunmaması regionda siyasi gərginlik yaradır.Cənub-Qərbi Asiya regionunu  Afrikanın Şimalında yerləşən Misir və Sudanla birlikdə,Həm də Yaxın və orta Şərq adlandırırlar.OrtaŞərqə yalnız İran və Əfqanıstan aid edilir.
Əhalinin milli tərkibi,təkrar artımı və yerləşməsi.
Regionun  əhalisinin 80%-ni türklər,ərəblər və farslar təşkil edir.Başqa xalqlar arasında kürdlər,yəhudilər,bəluçular üstünlük təşkil edir.İslam dini və əxlaqının rolu güclü olan regionda əhalinin təbii artımı yüksəkdir(hər 1000 nəfərə ildə 28-30 nəfər).
  İslam aləmində müqəddəs sayılan dini mərkəzlərin hamısı –Məkkə,Mədinə(Səudiyyə Ərəbistanı),Kərbəla,Nəcəf (İraq),Məşəd,Qum  (İran),Məzari Şərif (Əfqanıstan),Qüds(İsrail) Cənub –Qərbi Asiyadadır.

Regionda əhalinin orta sıxlığı (1kvadrat kilometrdə 37 nəfər) təxminən orta dünya göstəricisinə bərabərdir.Lakin ərazi üzrə əhali olduqca qeyri-bərabər yerləşmişdir.İran körfəzi,Qara və Aralıq dəniz sahillərində,çay vadilərində vəvahələrdə əhali sıx məskunlaşmışdir. Cənub-Qərbi Asiya ölkələrində urbanizasiya səviyyəsi yüksəkdir.Əfqanıstan,Yəmən və Oman istisna olmaqla,regionun bütün ölkələrinin  əhalisinin yarıdan çoxu şəhərlərdə yaşayır.Ən iri şəhərləri Tehran,İstanbul,Ankara,Bağdad,İzmir,İsfahan,Dəməşq,Ər-Riyad ,Təbriz və başqalarıdır.

,

Hindistan və Hind–Çinin çayları tipik musson rejimli çaylardır. Orta dağlardan və alçaq yaylalardan axan çayların səviyyə rejimi ildə iki dəfə kəskin dəyişir. Yayda bu çaylar musson yağışları hesabına çox daşırlar, qışda isə səviyyə olduqcq aşağı düşür. Hindistan və Hind–Çinin böyük çayları (Hind, Qanq, Brahmaputra, İravadi, Saluin, Mekonq və s.) öz mənbələrini yağıntısı az olan yüksək Tibet yaylasının cənub və cənub–şərq yamaclarından alır. Bu hissədə çaylar az sulu olmaqla buzlaqların əriməsi hesabına, qismən də qar suları hesabına qidalanırlar. Bu çaylar orta və aşağı axarlarında (Hind çayından başqa) yay mussonlarının ən güclü olduğu sahələrdən keçir. 
Beləliklə onların əksəriyyəti ya tamamilə, yaxud da əsasən yay musson yağışları hesabına qidalanmaqla, mussonların qızğın vaxtı daşır.  Himalayda, Qaraqorumun cənub yamaclarında çoxlu miqdarda böyük buzlaqların və daimi qarların şiddətli surətdə əriməsimusson yağışlarından əmələ gələn daşqınları daha da gücləndirir (Bu hal Qanq üçün daha səciyyəvidir).

Hind çayı Hind düzənliyindən keçdikdə buxarlanmaya çox su itirir; o mənsəbində başqa cənubi Asiya çaylarına nisbətən az suludur.  Cənubi Asiya çaylarının suvarma və gəmiçilikdə olduqca böyük əhəmiyyəti vardır. Bu çayların tükənməz hidroenerji ehtiyatlarından hələlik az istifadə edilir.

Cənubi Asiya və Ön Asiyanın cənub – qərbi, İran yaylasının cənubi Paleotropik, qalan ərazi isə Qolarktikaflora sahələrinə daxildir. Bu iki flora sahəsində geoloji tarix boyu və xüsusilə kaynazoyda bütün üzvi aləm, o cümlədən bitki örtüyü tamamilə müxtəlif iqlim şəraitində inkişaf etmiş və formalaşmışdır. Cənubi Asiyanı əhatə edən Paleotropik bitki sahəsi iqlimində üçüncü və dördüncü dövrlərdə dəyişiklik olmamışdır. Bunun nəticəsində həmin sahədə üçüncü dövrün bitkiləri dəyişmədən inkişaf etmiş və zənginləşmişdir. Bu sahənin bitki örtüyündə hətta mezozoy erasının bitkiləri belə saxlanmaqdadır. Qitə ərazisinin olduqca geniş bir hissəsini tutan Qolarktika sahəsi də bitki örtüyünün zənginliyi ilə seçilir. Burada Aralıq dənizi quru subtropiklərindən və Şərqi Asiya rütubətli subtropiklərindən tutmuş, Orta və Mərkəzi Asiyanın arid iqlim qurşağında təşəkkül tapmış səhra və yarımsəhra bitkilərinə, mülayim qurşağı yarpağını tökən enli yarpaqlı meşələrinə, nəhayət qitənin Şimal Buzlu okeanın sahillərinin meşə - tundra və tundra bitkilərinə qədər olduqca geniş və müxtəlif bitki formasiyalarına rast gəlmək mümkündür. Asiyanın Qolarktika flora sahəsinə daxil olan başqa bitki yarımvilayəyləri növcə xeyli kasıbdır. Bəzi yarımvilayətlərdə isə ağac bitkiləri növləri çox az olur, meşələr öz yerini çöl, yarımsəhra və səhra bitkilərinə verir (Mərkəzi Asiya, Ön Asiyanın arid sahələri və s.). Asiyada ən cavan flora sahəsi Tibetdir. Burada bitki örtüyü buzlaşma dövründən sonra formalaşmışdır. Tibetin müasir bitki örtüyü Şərqi Asiya, Himalay və qisməndə Mərkəzi Asiya (13%) bitkilərinin miqyası hesabına yaranmışdır. Asiyanın oroqrafik quruluşunun çox mürəkkəb olmasına baxmayaraq burada torpaq və bitki örtüyünün coğrafi zonallığı özünü yaxşı göstərir. Asiyada cənubdan şimala aşağıdakı əsas landşaft zonaları bir–birini əvəz edir: ekvatorial qiley meşələri; subekvatorial rütubətli musson meşələri; savannalar, seyrək meşələr və kolluqlar; tropik səhralar və yarımsəhralar zonası; subtropik qurşağın səhra, yarımsəhra, çöl, arid və rütubətli (musson) meşə və kolluqlar zonası; mülayim qurşağın səhra, yarımsəhra, çöl, meşə-çöl və iynəyarpaqlı meşələr zonası; soyuq qurşağın meşə-tundra zonası, nəhayət Şimal Buzlu okeanın Asiya bölməsində yerləşən adalarında Arktika səhrası zonası.

,
Asiya ərazisində çay şəbəkəsinin sıxlığı iqlim və relyefdən asılı olaraq çox müxtəlifdir. Səth axarının ərazidə qeyri–bərabər paylanması ilə əlaqədar olaraq, qitədə sıx çay şəbəkəsi olan sahələrlə bərabər, daimi axarı olmayan sahələr də geniş yer tutur. Qitə ərazisindən bütün okeanların hövzələrinə çaylar axır. Şimal Buzlu okeanı, Sakit və Hind okeanına tökülən çayların ümumi hövzəsi təxminən bərabərdir. Atlantik okeanı hövzəsinə Ön Asiyanın Aralıq və Qara dənizlərinə tökülən kiçik çayları daxildir.Yağıntıların illik miqdarı, bunun mümkün olan buxarlanmaya nisbəti və ərazinin meylindən asılı olaraq qitədə səth axarı müxtəlif paylanmışdır. Şimali Asiyada (Sibirdə) bu, 200 mm-dən artıqdır.
Yalnız Qərbi Sibirin cənubunda, Lena–Vilyuy çökəkliyində və Kolıma–İndiqirka hövzələrində səth axarı 200 mm–dən azdır.Mərkəzi, Orta və Ön Asiyada, yüksək dağlıq ərazilər müstəsna olmaqla, səth axarı 50 mm–dən azdır. Şərqi və Cənubi Asiyanın musson iqlimi
sahələrində səth axarı yenidən artır və öz maksimal həddinə çatır.Səth axarı Uzaq Şərqdə 200–400 mm, Çin və Yaponiyada 600–1000 mm (bəzi yerlərdə 1500 mm),Himalay dağlarının cənub yamaclarında, Arakan Yoma və Qərbi Qat dağlarının cənub –qərb yamaclarında və Malay arxipelaqı adalarının əksər sahəsində 1500 mm-ə çatır və bundan da artıq olur. Səth axarının rütubətli musson iqlimi sahəsində çox olması, burada yağıntıların bolluğu ilə, Sibirdə kifayət qədər olması isə buxarlanma qabiliyyətinin və daimi donuşluq şəraitində filtrasiyanın azlığı ilə izah edilməlidir.

            Asiyanın ən böyük çayları öz mənbəyini Mərkəzi Asiyanın şimal, cənub, qərb və şərqdən əhatə edən dağ sistemlərinin kənar (okeanlara baxan) yamaclarından götürür. Bəzən çaylar bu dağları yarıb öz mənbələrini Mərkəzi Asiyanın daxilindəki yaylalara qədər irəlilətmişlər. Beləliklə yüksək dağlar hər yerdə suayırıcı rolunu ifa edə bilmir. Qeyd etmək  kifayətdir ki, dünyanın ən yüksək dağ silsiləsi olan Himalay yalnız kiçik çayların suayrıcısıdır. Hind, Brahmaputra və bunların bəzi qolları onu dərin dərələrlə kəsir. Qitənin rütubətli sahələrində çox sulu böyük çay sistemləri inkişaf etmişdir. Bu çayların hamısı böyük məsafə qət edərək okeanlara və onların dənizlərinə tökülür. Arid sahələrdə daimi axarlı çaylar olduqcq azdır, bunlar öz sularını çox vaxt daxili hövzənin dəniz və göllərinə belə çatdıra bilmir və səhra qumlarında (subaeral deltalarda) yox olurlar. Arid sahələrin əksəriyyətində yalnız dövri çaylara rast gəlmək mümkündür. Bir neçə ildən bir dəfə həmin çayların yataqları su ilə dolur. Asiyanın arid sahələrində quru dərə sisteminin (məsələn Ərəbistanda yaxşı inkişaf etmiş vadi şəbəkəsi, Mərkəzi Asiyada quru göl çalalarının olması) plüvial dövrdə (buzlaşma dövründə) həmin sahələrdə yağıntıların indi olduğundan xeyli çox düşməsini göstərir. Həmin dövrdə arid sahələrdə daha çox daimi və müvəqqəti çaylar olmuş və onların əksəriyyəti əz sularını müəyyən dəniz və göllərə çatdırmışlar.
Asiyanın iqlim və geomorfoloji şəraiti çox müxtəlif olduğu kimi, çayların qidalanması, illik səviyyə rejimi, eroziya, nəqletmə və akkumulyasiya fəaliyyəti, nəhayət onların təsərrüfata yararlılığı da olduqca müxtəlifdir.
Sibir çaylarının (Ob,Yenisey, Lena və bunların qolları, bir çox orta və kiçik çaylar)

qidalanması əsasən qarların əriməsindən yaranan suların və qismən də yağış sularının hesabınadır. Bu çaylar yazda qarların əriməsində daşır, qışda isə onlarda su sərfi minimuma enir. Qışda Sibir çayları uzun müddət donurlar (kiçik çaylar dibə qədər buz bağlayır). Sibir çaylarının donması şimaldan, buzlardan azad olması isə cənubdan başlayır. Bu hal çaylarda iki dəfə səviyyənin qalxmasına səbəb olur. Lakin çayların buzlardan azad olduğu dövr qarların əriməsi dövrünə təsadüf edir və beləliklə çaylarda səviyyə daha çox qalxır, bəzən buz yığınları yaranır, ovalıq çayları öz yatağından çıxıb geniş əraziləri basır. Sibir çaylarının  böyük xalq təsərrüfat əhəmiyyəti vardır. Böyük çaylar buzdan azad olduqdan sonra nəqliyyatda mühüm rol (qışda qalın buzlar üzərində, xizəklə yük daşınır). Bu çayların hidroenerji ehtiyatlarından geniş miqyasda istifadə edilir. Anqara, Yenisey, İrtış və s. çaylar üzərində böyük hidrotexniki komplekslər yaradılmışdır. Gələcəkdə Sibir çayları hesabına Orta Asiyada böyük süni göl və suvarma şəbəkəsi yaradılması nəzərdə tutulur. Şərqi Asiya (Uzaq Şərq və Çin) çayları musson rejiminə malik olub, yağış və qar suları ilə qidalanırlar. Burada şimaldan cənuba hərəkət etdikcə çayların qidalanmasında yağış sularının payı artır, qar suları isə azalıb yox olur. Uzaq Şərq vəŞimali Çin çayları qışda uzun müddət buzla örtülür, Orta və Cənubi Çin çayları isə donmur. Bununla əlaqədar olaraq, Şərqi Asiyanın musson rejimli çayları iki tipə ayrılır: Amur tipi və Çin tipi. Amur çayı yuxarı və qismən orta axarında Sibir çayları ilə eyni rejimə malikdir. Qidalanmasında qar sularının rolu bir qədər artır. Aşağı axarında isə çayın qidalanması əsasən musson yağışları hesabınadır. Burada da çay qışda uzun müddət donur. Çay hövzəsində buxarlanma az olduğundan yayda səviyyə az aşağı düşür. Çinin böyük çaylarından Xuanxe və Yantszı da musson rejimli çaylardır. Bunlar əsasən yağış suları ilə, yuxarı axarlarında isə daimi qar və buzlaqlardan qidalanırlar. Bu çaylarda (xüsusilə Xuanxedə) dəhşətli daşqınlar olur. Xuanxe çayı Lyos yaylasından keçdikdə külli miqdar qırıntı məhsul aparır və ovalıqda çökdürür, deltasını genişləndirir. Yantsızı hövzəsində daşqınlar əsasən yayda olur. Çayın üzərində Duntin–xu və Poyan–xu göllərinin olması daşqınları xeyli tənzim edir və çayın rejimini qaydaya salır. Daşqın zamanı çaydan həmin göllərə, çayda səviyyə endikdə isə əksinə, bu göllərdən çaya axın yaranır. Yantsızı öz mənbəyində daimi qar və buzlardan qidalanır. Beləliklə yayda bütün çay boyu səviyyənin qalxması müşahidə olunur. Yantsızı  çayında səviyyə tərəddüdü Xuanxedə olduğu qədər kəskin və sıçrayışlı deyildir.
Yapon adalarının çayları musson rejimlidir. Bu çayların hövzəsi kiçik, özləri isə qısa olmasına baxmayaraq, olduqca böyük hidroenerji ehtuyatına malikdir və bu ehtiyatdan Yaponiyada geniş miqyasda istifadə edilir (elektrik enerjisi istehsalının 2/3–ni çaylar üzərində tikilmiş hidroelektrik stansiyaları verir). Adaların çayları əsasən yağış suları, qərb sahilin çayları isə yağış və qar suları ilə qidalanır. Cənub və cənub–şərq sahilin çaylarında maksimum səviyyə yay mussonları zamanı olur. Qərb sahil çayları yazda, qalın qar örtüyünün əriməsindən daşır və yayda bu səviyyəni yağış suları saxlayır. Qışda da həmin çaylar bol sulu olurlar.
Hindistan və Hind–Çinin çayları tipik musson rejimli çaylardır. Orta dağlardan və alçaq yaylalardan axan çayların səviyyə rejimi ildə iki dəfə kəskin dəyişir. Yayda bu çaylar musson yağışları hesabına çox daşırlar, qışda isə səviyyə olduqcq aşağı düşür. Hindistan və Hind–Çinin böyük çayları (Hind, Qanq, Brahmaputra, İravadi, Saluin, Mekonq və s.) öz
Mekonq çayı
mənbələrini yağıntısı az olan yüksək Tibet yaylasının cənub və cənub–şərq yamaclarından alır. Bu hissədə çaylar az sulu olmaqla buzlaqların əriməsi hesabına, qismən də qar suları hesabına qidalanırlar. Bu çaylar orta və aşağı axarlarında (Hind çayından başqa) yay mussonlarının ən güclü olduğu sahələrdən keçir. Beləliklə onların əksəriyyəti ya tamamilə, yaxud da əsasən yay musson yağışları hesabına qidalanmaqla, mussonların qızğın vaxtı daşır. Himalayda, Qaraqorumun cənub yamaclarında çoxlu miqdarda böyük buzlaqların və daimi qarların şiddətli surətdə əriməsimusson yağışlarından əmələ gələn daşqınları daha da gücləndirir (Bu hal Qanq üçün daha səciyyəvidir). Hind çayı Hind düzənliyindən keçdikdə buxarlanmaya çox su itirir; o mənsəbində başqa cənubi Asiya çaylarına nisbətən az suludur. Cənubi Asiya çaylarının suvarma  
və gəmiçilikdə olduqca böyük əhəmiyyəti vardır. Bu çayların tükənməz hidroenerji ehtiyatlarından hələlik az istifadə edilir.

Ön Asiyanın çayları başlıca olaraq yağış sularından qidalanır. Yüksək dağlardan axan çayların qidalanmasında qar sularının, vulkanik yaylalardan axan çaylarda isəyeraltı suların rolu artır. Daxili yayla çaylarının bir qismi səhra qumlarında itir (Hilmend və s.), bir çoxu isə sahildəki dağları yararaq kənar dənizlərə axır (Qızılüzən, Qızıl İrmak və s.). Ön Asiyadan Aralıq dənizinə axan çaylar qışda çox sulu olur, yayda dayazlaşır, bəzi çaylar isə tamamilə quruyur. Çaylardan suvarmada geniş miqyasda istifadə edilir.
Mərkəzi və Orta Asiyada böyük çaylar (Amudərya, sırdərya, Tarim və s.) axmaz hövzə çayları kimi xarakterizə edilir. Ön Asiyada olduğu kimi, burada da çayların əksəriyyəti öz sularını qapalı hövzənin böyük göl və dənizlərinə çatdırmadan dağ ətəyindəki qumluqlar arasında itirlər (Edzan – qol, Tarim, Murqab, Təcən və s.). Yalnız ən böyük çaylar Amudərya və Sırdərya öz sularını Aral dənizinə çatdırır.
Mərkəzi və Orta Asiyanın ən böyük çayları öz mənbələrini yüksək dağlıq zonanın daimi qar və buzlarından götürürlər. Bu çaylar yayda çox daşırlar, qışda isə dayazlaşırlar. Dağlardan düzənliyə çıxdıqdan sonra onlar qol qəbul etmir və yayda buxarlanma və suvarmaya çox su itirirlər. Öz mənbələrini orta və alçaq dağlardan götürən çayların qidalanmasında yeraltı sular əsas yer tutur. Mərkəzi, Orta və Ön Asiyanın dağətəyi və düzənlik sahələrində yeraltı suların böyük təsərrüfat əhəmiyyəti vardır. Iran yaylasında bu sular çox zaman şor olduğundan istifadə edilmir. Yeraltı sulardan kəhrizlər vasitəsi ilə istifadə olunur.
Gölləri. Asiya qitəsi müxtəlif mənşəli göllərlə zəngindir. Qitədə ən çox textonik mənşəli
Baykal gölü
böyük və kiçik göllərə təsadüf edilir. Dünyanın ən böyük və ən dərin gölləri Asiyada yerləşir (Xəzər və Aral dənizləri, Baykal gölü–dərinliyi 1620 m, Balxaş gölü və s.) Asiyada göllər bir neçə tektonik sahədə yerləşirlər. Bunlardan birincisi və ən əsası Pamirdən Stanovoy dağlarına qədər uzanan Mərkəzi Asiya yaylaları ilə Sibir və Orta Asiya düzənləri arasında yerləşən ərazidir. Bu ərazinin böyük göllərindən İssık–kul, Balxaş, Alakul, Ebinur, Baqraşkul, Zaysan, Ubsu–nur, Xubsuqul və Baykalı göstərmək olar. Baykal, Zaysan, Xubsuqul və İssık – kuldan başqa qalan göllər axarsız olmaqla, şor göllərdir.
Mərkəzi Asiya yaylalarında Lobnor və Qaşun – nur gölləri, Nanşan dağlarında Kukunor gölü yerləşir. Tibet yaylasında çoxlu göllər vardır. Çinin böyük gölləri Duntin – xu və Poyan–xu gölləridir. Cənubi Asiyada göllər azdır. Burada ən böyük göl Hind–Çindəki Tonle–sap gölüdür. Ön Asiya yaylalarında bir çox textonik və vulkanik–bənd mənşəli, habelə karst gölləri vardır. Burada ən böyük göllər Rizayə, Van, Sevan və Tuz gölüdür. İran yaylasının şərqində dayaz və şor göllər (Dəryaçəyi nəmək və s.) vardır

Asiyanın müasir relyefinin başlıca formaları (böyük morfostrukturlar) əsas tektonik zonalara tam uyğun gəlir. Asiyada geniş yer tutan böyük ovalıq, düzənlik və yaylalar paleozoydan əvvəl və qismən aşağı paleozoyda yaranmış platformalara ( Sibir, Çin, Ərəbistan, Hindistan, Qazaxıstan qırışıq təpəliyi və i.a) Mərkəzi və Şərqi Asiyanın aktivləşmiş sahələrindəki dağ silsilələri paleozoy və mezozoy qırışıqlığı zonalarına ; Alp-Himalay zonası dağları kaynozoy-alp qırışıqlığı sahələrinə,nəhayət Şərqi və Cənub-Şərqi Asiyanın adalar qurşağı isə yuxarı kaynozoy geosinklinalı qalxmalarına uyğun gəlir. Beləliklə, dağlar qırışıqlıq sahələrinə,düzənliklər isə əsasən platformalara və dağarası çökəklərə müvafiqdir. Xarici Asiya relyefinin ən böyük elementlərindən biri Alp-Himalay zonasının dağ silsilələri və yaylalarıdır. Bu zona qərbdə Egey dənizi sahillərindən,cənub-şərqdə İndoneziyaya qədər böyük məsafədə uzanır. Ön və ya Qərbi Asiya daxilində,alp qırışıqlığı zonası bir-birinə təxminən paralel uzanan üç morfostruktur zona əmələ gətirir: 1) Şimal kənar sıra dağları zonası, 2) Cənub kənar sıra dağları zonası və 3) Daxili yaylalar zonası. Şimal kənar dağları zonası qərbdə Bosfor sahillərindən başlayıb, şərqdə Hindiquş dağlarına qədər uzanan və bir-birini əvəz edən qövsvari sıra dağ silsilələrindən ibarətdir. Bu zona qərbdə Pont dağları ilə başlayır. Bir neçə paralel sıra əmələ gətirən Pont dağları Anadolu yaylasını şimaldan əhatə edir. Pont dağlarının şərqə davamı Kiçik Qafqaz dağlarına keçir(SSRİ ərazisində yerləşir). 

Bir neçə silsilədən ibarət olan Kiçik Qafqaz (Acar-İmeretiya, Trialet,Samxet,Şahdağ,Mrovdağ,Qarabağ, Zəngəzur silsilələri) Ermənistan vulkanik yaylasını şimaldan əhatə edir. Araz çayından cənub-şərqdə bu dağların davamını Talış, Boqrovdağ, Elbrus silsilələri, bundan şərqdə isə Türkmən –Xorasan dağları, Kopetdağ və Hindiquşun şimal qolları təşkil edir. Cənub kənar dağlar silsiləsi qərbdə Tavr dağları ilə başlayır və Qərbi,Mərkəzi və Şərqi Tavr dağlarına ayrılır. Şərqi Tavr dağlarından şərqə cənub kənar dağları zonası ,istiqamətini cənub-şərqə döndərərək Kürdüstan və Zaqros dağlarına keçir. Bu istiqamətdə də dağlıq zona xeyli genişlənir və 10-12 paralel sıra dağ əmələ gətirir. Zaqros dağlarının cənub-şərq davamında Məkran dağları yerləşir. Bundan şərqdə yerləşən Kirtxar dağları artıq cənub-qərbdən şimal-şərqə istiqamət alaraq, Süleyman dağlarına,buradan isə Hindiquşun cənub-şərq qollarına və şimal-qərbi Himalaya qədər davam edir. Qərbi Asiyanın alp qırışıqlığı zonasının şimal və cənub kənar dağları arasında geniş daxili yaylalar vardır; daxili yaylalar üç böyük hissədən ibarətdir. Qərbdə Anadolu yaylası, ortada bir qədər kiçik Ermənistan vulkanik yaylası, şərqdə isə daha geniş ərazi tutan İran yaylası yerləşir Qərbi Asiyada alp qırışıqlığı zonası oroqrafiyasının əsas xüsusiyyətləri aşağıdakılardır: 
1) Ərəbistan və Hindistan platformalarının şimal çıxıntıları qarşısında dağlıq zona xeyli daralır, kənar sıra dağlar bir-birinə maksimal yaxınlaşır və dağlar şimala tərəf əyilmiş böyük qövslər yaradır. Bu çıxıntılar arasında dağlıq zona (həmçinin daxili yaylalar) genişlənir, kənar dağlar xeyli cənuba meyl edən qövslər şəklində uzanır; 
2) dağlıq zona genişlənən yerlərdə daxili yaylaların orta yüksəkliyi xeyli azdır (800-1500m), onun çox sıxılmış ensiz sahələrində isə, əksinə,daxili yaylaların orta və mütləq yüksəkliyi kənar dağlıq zonalarınkına nisbətən xeyli artıqdır. Ermənistan yaylası isə vulkanik relyefin hakim olması ilə digər iki yayladan kəskin fərqlənir; 
3) kənar dağlıq zona arasıkəsilməz zəncir əmələ gətirir. Bir neçə yerdə isə dağların oroqrafik ardıcıllığını köndələn çökəklər pozur; 
4) şərqdə yerləşən Hindiquş dağlarının ox hissəsi qərbdə kənar dağlar silsiləsinə deyil, İran yaylasının daxili hissələrinə uzanır və burada gömülərək yox olur. Ön Asiyanın geniş alp qırışıqlığı zonası Hindiquş və Pamirdə xeyli daralır,dağların yüksəkliyi isə çox artır. Burada alp qırışıqlığı zonası dağlarını daha qədim paleozoy qırışıqlığı dağları əvəz edir. Pamir-Hindiquş sahəsindən şərqə doğru Asiyanın dağları üç böyük qola ayrılır: cənub, orta və şimal qollarına . Cənub qol alp qırışıqlığı zonasnın şərqə davamında yerləşən dünyanın ən yüksək dağ silsilələsi olan Himalay dağlarına ( Nanqa- Parbat 8126m, Comolunqma 8882m və s.) keçir. Himalay dağları qövs şəklində şimal-qərbdən cənub-şərqə uzanır. Brahmaputra çayının sol sahillərində (Qərbi Birmada) dağlar istiqanətini kəskin dəyişib cənuba uzanır (Patkay və Aeakan-Yoma sıra dağları). Himalay dağları qədim kristallik, metamorfik və çökmə süxurlardan , Qərbi Birma dağları isə mezozoy və üçüncü dövr çöküntülərindən ibarət olan qırışıq dağlardır. Bu dağlıq zonanın tektonik davamı Andaman və Nikobar adalarına, oradan Sumatra,Yava adalarına uzanır və İndoneziya adalarının cənuba əyilmiş böyük qövsünü əmələ gətirir. Orta qol Hindiquşdan şərqə uazanan Kara-korum (Coqori 8611m),Kunlun, Altıntaq, Nanşan, Sinlin sıra dağlarını əmələ gətirir. Bu zonanın dağları arasında Saydam çökəyi yerləşir. Himalay və Kunlun dağları arasında dünyada ən yüksək yayla olan Tibet yaylası ucalır (Orta yüksəkliyi 4500m). Onun üzərindəki ayrı-ayrı silsilələr 6500-7000m yüksəyə qalxır. Pamir dağlarından şimal-şərqə enlik istiqamətində uzanan Tyan-Şan, Cunqar, Alatay, Tarbaqatay, Altay, Monqol Altayı, Sayan dağları böyük bir dağlıq sahə əmələ gətirir. Baykal gölündən şərqə isə cənub-qərb,şimal-şərq istiqamətində uzanan qədim dağlar silsiləsi yerləşir. Bu dağlıq zona qitənin şimal-şərq ucqarına qədər davam edir. Mərkəzi Asiyanı şimaldan əhatə edən Tyan-Şan-Sayan dağlıq zonasını əmələ gətirən silsilələrin əksəriyyəti, Zabaykalyenin dağları,kaledon və hertsin qırışıqlığı mərhələlərində,şimal-şərqi Asiya dağlarının əksəriyyəti isə mezozoy qırışıqlığı zamanı əmələ gəlmişdir. Bu dağların hamısı neogen-dördüncü dövrdə tektonik qalxmaya məruz qalmaqla, xeyli cavanlaşmış faylı-qayma dağlardır. Dağlıq zonada bir çox dağarası çökəklər vardır (Cunqariya, Monqolustanda böyük göllər çökəyi və s.). Dağlıq sahədən qərbdə geniş Turan ovalığı, Qazaxıstan qırışıq təpəliyi, şimalda Qərbi Sibir ovalığı, Orta Sibir yaylası, Verxoyan dağları və Cersk yayalası, cənubda isə Mərkəzi Asiyanın sabit platforması əsasına müvafiq gələn və neotektonik mərhələdə zəif qalxmış yaylaları yerləşir. Tyan-Şan və Kunlun dağları arasında Təkləməkan səhrası geniş sahəni tutur. Bundan şərqdə Beyşan yaylası, Alaşan, Ordos səhraları vardır. Mərkəzi Asiya yaylalarının geniş bir hissəsi Qobi adlanır. Qobi yaylası şərqdə Böyük Xinqan dağlarına qədər uzanmaqla, cənubda səhra, orta hissədə yarımsəhra, şimalda isə çöl landşaftına malikdir. Mərkəzi Asiya yaylalarının yüksəkliyi 800-1500 m arasında arasında dəyişir. Bəzi dağlıq səhralar daha yüksəkdir. Horst tipli İnşan və Alaşan dağları dik yamaclarla yayla üzərindən 1500-2000m ucalır. Eyni zamanda Mərkəzi Asiyada qurunun ən dərin çökəyi olan Turfan (154m) çökəyi yerləşir. Asiyanın şərqində relyefin əsas formalari əsasən şimaldan cənuba uzanan orta yüksəkliyi olan dağlardan, dağarası çökəklərdən və ovalıqlardan ibarətdir. Burada Böyük Xinqan, Kiçik Xinqan, Mancuriya-Koreya dağları, Yunnan, Quycjoy, Nanlin, cənub-şərqi Çin yaylaları, Qırmızı hövzə çökəkliyi, Böyük Çin və Mancuriya ovalıqları relyefin böyük formalarını təşkil edir. Mancuriyadan şimal-şərqdə Zeya və Sixote-Alin dağları, bunlarin arasında isə Amur-Ussuri ovalığı vardır. Şərqi Asiya dağları Yanşan (mezozoy) qırışıqlığı zamanı əmələ gəlmiş faylı-qırışıq dağlar olub ovalıq və dağarası çökəklərdən tektonik qırılmlar zonası ilə ayrılır. Kaynozoyda bu dağlar yenidən şaquli qalxma hərəkətlərinə məruz qalmış,ovalıq və dağarası çökəklər isə əyilməkdə davam etmişdir. Ovalıqlarda çayların dağlardan yuyub gətirdiyi yumşaq allüvi çöküntüləri toplanmışdır.


Asiya qitəsi faydalı qazıntılarla olduqca zəngindir.Ayrı-ayrı geoliji formasiyalar və geosinklinal sahələrlə müxtəlif filiz,qeyri-filiz faydalı qazıntı yataqları əlaqədardır. Asiyada qeyri-filiz faydalı qazıntılardan daş kömür və neftin olduqca böyük ehtiyatları vardır. Daş kömürün böyük yataqları şimal və şimal-qərbdə Tunqus, Lena, Çeremxova, Kuznetsk hövzələri, Karaqanda, Saxalin və s.yerlərdədir. Xarici Asiyada isə daş kömür yataqları Yaponiyada,Şimal-Şərqi Çində, Koreyada, Hindistanda və s. ölkələrdədir. Asiyanın neft yataqları platformaların çöküntü örtük qatı ilə, orogen sahələrdə isə dağarası və dağətəyi çökəklərin molass çöküntüləri ilə əlaqədardır.
Platforma örtüyünün zəif qırışmış çöküntü qatlarında olan böyük neft-qaz ehtiyatları Qərbi-Sibirdə, Ərəbistan platformasının şərq və şimal-şərqində
əyilmələr sahəsində məlumdur. Hazırda bu iki platforma neft-qaz yataqlarının zənginliyinə görə dünyada görkəmli mövqe tutur. Dağətəyi və dağarası əyilmələr sahəsinin tektonik strukturları ilə əlaqədar olan böyük neft-qaz yataqları İraqda, İranda, Zaqafqaziya depressiya sahəsində, Türkmənistanda və Mərkəzi Asiyanın bəzi çökəklərində, Cənubi və Cənub-Şərqi Asiyada yerləşir. Şimal və Ön Asiya qitənin başqa böyük sahələrinə nisbətən bu cəhətdən daha zəngindir. Hazırda neft çıxarılmasına görə Ön Asiyada İraq, İran, Küveyt, Səudiyyə Ərəbistanı, Cənub-Şərqi Asiyada isə Birma mühüm yer tutur.
 Asiyada böyük dəmir filizi yataqları qədim qırışıqlıq sahələrində skarn intruzivləri və metamorfik komplekslərlə əlaqədardır. Qazaxıstanda, Yenisey təpəliyində, Zabaykalyedə, Anqara sahillərində, Xarici Asiyada isə Mancuriya-Koreya dağlarında, Hindistanda Çuxota-Nakpur yaylasında dəmir filizi yataqları istismar edilir. Xromitin dünya əhəmiyyətli yataqları Türkiyədədir. Asiyada əsas əlvan metal yataqları qitənin qədim kristallik,metamorfik və qırışıqlıq sahələri ilə əlaqədardır.Qazaxıstanda (Çezqazqan, Baykonur və s.), Filizli Altayda, Salair təpəliyində, Şərqi Asiyada, Ön Asiyanın Alp qırışıqlığı sahəsində bir çox əlvan metal yataqları məlumdur. Qızılın ən məşhur yataqları Sibirdə , Uzaq Şərqdə, Hindistanda və başqa sahələrdədir. Asiyanın şərq və cənub-şərqində Sakit okean filizli qurşağında zəngin polimetal yataqları (qalay, quğuşun, civə,sürmə və s.) yerləşir. Bu qurşaqda dünya əhəmiyyətli olan polimetal yataqları vardır.Qiymətli qeyri-metal faydalı qazıntılardan almaz yataqları son zamanlar Yakutiyada  müəyyən edilmiş və hazırda istismar edilməkdədir. Daşduzun əhəmiyyətli yataqları Ön Asiyada ( İran, Pakistan və  s.) və Sibirdədir. Mirablit Qaraboğaz-Qol körfəzində çıxarılır.Asiya müxtəlif tikinti materialları və mərmərlərlə də ( Sibir və cənubi Asiya )olduqca zəngindir. 
Asiyanın böyük çaylarının hidroenerji ehtiyatları tükənməzdir.

Asiya yer kürəsinin ən böyük qitəsidir. Asiya çox böyük məsafədə qərbdən şərqə və cənubdan şimala uzanır. Ucqar nöqtələri şimalda Çelyuskin burnu, cənubda Piay burnu, qərbdə Baba burnu, şərqdə Dejnev burnudur. Cənubda Asiya qitəsinə aid edilən Malay arxepalaqı adaları 11º c.e qədər, şimalda isə Şimal Torpağı adaları 81ºşm.enliyinə qədər uzanır. Beləliklə Asiya ərazisi meridian istiqamətində cənubdan şimala 93º-yə qədər,enlik istiqamətində,qərbdən şərqə 63º.50´ uzanır. Qitənin ən geniş yeri subtropik enliklerdə yerləşir.Asiyanın sahəsi Qafqaz və Zaqafqaziya ilə birlikdə 43 448min km2-ə çatır. Bundan 8 milyon km2 yarımadaların, 2mln.km2-dən bir qədər artığı adaların payına düşür. .Xarici Asiyanın sahəsi 26 mln.km2-dir. Qitənin şimal sahilləri nisbətən zəif parçalanmışdır. Burada Taymır, Yamal və Qıdan yarımadaları,qitə dayazlığı üzərində isə Şimal Torpağı, Novosibir arxipelaqları və Vrangel adası yerləşir. Şərq sahil çox parçalanmışdır. Şərqdə böyük yarımadalardan Kamçatka, Koreya,adalardan Kuril adaları, Yapon, Ryukyu, Tayvan və Filippin adaları və s.göstərmək olar. Şərq sahildə qövs şəklində şimaldan cənuba uzanan adalar ilə qitə arasında dərin kənar dənizlər- Oxot, Yapon, Sarı, Şərqi Çin və Cənubi Çin dənizləri yerləşir. Qitənin cənub-şərqində Hind Çin yarımadası və Malay arxepalağı adaları (Kalimantan, Yava,Sumatra, Sulavesi və s.)yerləşir. Cənub və cənub-qərb sahil zəif parçalanmışdır. Burada Asiyanın Hindistan, Ərəbistan,qərbdə Kiçik-Asiya kimi böyük yarımadaları vardır.Şimal-şərqdə Asiya ilə Şimali Amerikanı ensiz (85km) və dayaz Berinq boğazı ayırır. Suveyş kanalı çəkilənə qədər cənub-qərbdə Suveyş bərzəxi Asiyanı Afrika ilə birləşdirirdi. Avropa ilə sərhəd qurudan keçir. Asiya ərazisinin böyüklüyü və yığcamlığı ilə əlaqədar olaraq onun daxili vilayətləri dəniz sahillərindən 2-2.5min km uzaqda yerləşir (Avropada 600km) Asiya orta yüksəkliyinə görə də qitələr arasında birinci yerdə durur.(Asiya 940 m,Afrika 750 m,Avropa 320 m) . Ərazinin böyüklüyü,oroqrafik quruluşunun mürəkkəbliyi və daxili vilayətlərin dənizlərdən çox uzaqda,yüksək dağlar arxasında yerləşməsi,qitənin daxili və kənar hissələrində tamamilə müxtəlif landşaft komplekslərinin inkişafına səbəb olmuşdur. Xarici Asiyanın kənar hissələri (Qabaq Asiya müstəsna olmaqla) dəniz və okeanların təsiri altında qalır. Buna görə də,qitənin kənar hissələri üçün rütubətli musson iqlimi səciyyəvidir. Qitənin daxili hissələrini şərq və cənubdan əhatə edən yüksək dağ silsilələri dənizlərdən gələn rütubətli musson havalarına çevrilmiş yamacları olduqcaq bol yağıntı aldığı halda,həmin dağların daxili yamacları quru iqlimə malikdir. Qitənin daxili hissələrinin qapalı və yarımqapalı sahələri kəskin kontinental iqlim və arid landşaftı ilə səciyyələnir. Asiya dünyada ən yüksək dağ silsilələrinin,dağlıq yaylaların və axarsız hövzələrin olması,eyni zamanda geoloji inkişafının daha mürəkkəbliyi ilə də başqa qitələrdən seçilir. Qitənin ayrı-ayrı morfostruktur sahələri bir-birindən kəskin sürətdə fərqlənir. Asiyada fiziki-coğrafi zonallıq olduqca mürəkkəbdir. Bu bir tərəfdən qitənin böyük məsafədə qərbdən şərqə uzanması ilə,digər tərəfdən daxili sahələrlə kənar sahələrin rütubətlənmə dərəcəsində ciddi fərq olması ilə izah edilməlidir. Yuxarıda qısa şəkildə göstərilən əlamətlərdən aydın olur ki, Asiya yer kürəsində ən mürəkkəb , ən maraqlı təbii-coğrafi xüsusiyyətlərlə zəngin bir qitədir.

Asiya qitəsi bitki örtüyünün olduqca zənginliyi, torpaqlarının isə daha müxtəlifliyi ilə Avropadan kəskin fərqlənir. Cənubi Asiya və Ön Asiyanın cənub – qərbi, İran yaylasının cənubi Paleotropik, qalan ərazi isə Qolarktikaflora sahələrinə daxildir. Bu iki flora sahəsində geoloji tarix boyu və xüsusilə kaynazoyda bütün üzvi aləm, o cümlədən bitki örtüyü tamamilə müxtəlif iqlim şəraitində inkişaf etmiş və formalaşmışdır. Cənubi Asiyanı əhatə edən Paleotropik bitki sahəsi iqlimində üçüncü və dördüncü dövrlərdə dəyişiklik olmamışdır. Bunun nəticəsində həmin sahədə üçüncü dövrün bitkiləri dəyişmədən inkişaf etmiş və zənginləşmişdir. Bu sahənin bitki örtüyündə hətta mezozoy erasının bitkiləri belə saxlanmaqdadır.Qitə ərazisinin olduqca geniş bir hissəsini tutan Qolarktika sahəsi də bitki örtüyünün zənginliyi ilə seçilir. Burada Aralıq dənizi quru subtropiklərindən və Şərqi Asiya rütubətli subtropiklərindən tutmuş, Orta və Mərkəzi Asiyanın arid iqlim qurşağında təşəkkül tapmış səhra və yarımsəhra bitkilərinə, mülayim qurşağı yarpağını tökən enli yarpaqlı meşələrinə, nəhayət qitənin Şimal Buzlu okeanın sahillərinin meşə - tundra və tundra bitkilərinə qədər olduqca geniş və müxtəlif bitki formasiyalarına rast gəlmək mümkündür.
   Şimali Asiya dördüncü dövr buzlaşmaları tam örtük əmələ gətirə bilmədiyinə görə Avropada olduğu kimi boreal meşələr çox ziyan çəkməmiş, tayqa və hətta enliyarpaqlı meşələr zonası Avropada olduğu kimi dəfələrlə məhv edilməmiş, yalnız müəyyən dəyişikliyə məruz qalmışdır. Dördüncü dövürdə iqlim soyuqlaşması Xarici Asiya şimal və şimal–şərqində üçüncü dövrə aid bitki örtüyünün müəyyən sahələrdə özünə sığınacaq tapmasına mane ola bilməmişdir. Mərkəzi Asiyanın hələ üçüncü dövrdən arid və kontinental iqlimə malik olması, burada yarımsəhra və səhra bitkilərinin formalaşmasına şərait yaratmışdır. Qitənin şərqində bitki və  heyvanların şimaldan cənuba və əks istiqamətdə miqrasiyasına mane ola biləcək oroqrafik sədlərin olmaması subtropik və boreal bitkilərin geniş məsafədə qarışmasına və xüsusi daurflora sahəsinin yaranmasına gətirib çıxarmışdır.
            Asiyanın böyük flora sahələrindən Malayya arxipelaqı və Malakka yarımadasını əhatə edən Maleziya yarımvilayəti bitki örtüyü çox rəngarəngliyi və endemik növlərlə zəngin olması ilə seçilir. Burada 65 mindən çox bitki növü vardır. Cənubi Asiyanın qalan ərazisini tutan (Hindistan, Hind–Çin, Cənubi Çin) Hind–Afrika yarımvilayətində isə 21 mindən çox bitki növü qeydə alınmışdır.
 Asiyanın Qolarktika flora sahəsinə daxil olan başqa bitki yarımvilayəyləri növcə xeyli kasıbdır. Bəzi yarımvilayətlərdə isə ağac bitkiləri növləri çox az olur, meşələr öz yerini çöl, yarımsəhra və səhra bitkilərinə verir (Mərkəzi Asiya, Ön Asiyanın arid sahələri və s.). Asiyada ən cavan flora sahəsi Tibetdir. Burada bitki örtüyü buzlaşma dövründən sonra formalaşmışdır. Tibetin müasir bitki örtüyü Şərqi Asiya, Himalay və qisməndə Mərkəzi Asiya (13%) bitkilərinin miqyası hesabına yaranmışdır. Asiyanın oroqrafik quruluşunun çox mürəkkəb olmasına baxmayaraq burada torpaq və bitki örtüyünün coğrafi zonallığı özünü yaxşı göstərir (şəkil21).
    Asiyada cənubdan şimala aşağıdakı əsas landşaft zonaları bir–birini əvəz edir: ekvatorial qiley meşələri; subekvatorial rütubətli musson meşələri; savannalar, seyrək meşələr və kolluqlar; tropik səhralar və yarımsəhralar zonası; subtropik qurşağın səhra, yarımsəhra, çöl, arid və rütubətli (musson) meşəkolluqlar zonası; mülayim qurşağın səhra, yarımsəhra, çöl, meşə-çöliynəyarpaqlı meşələr zonası; soyuq qurşağın meşə-tundra zonası, nəhayət Şimal Buzlu okeanın Asiya bölməsində yerləşən adalarında Arktika səhrası zonası. Buradan aydın olur ki, heç bir qitə coğrafi zonallığın dolğunluğuna
görə Asiya ilə müqayisə edilə bilməz. Asiyanın konfiqurasiyası və böyük məsafədə qərbdən şərqə uzanması, daxili hissələrinin okean və dənizlərin təsirindən çox uzaqlarda yerləşməsi, eyni coğrafi qurşağın daxilində olduqca müxtəlif torpaq və bitki növlərinin yayılmasına şərait yaratmışdır.
 Bu hal özünü mülayim və subtropik qurşaqlarda daha kəskin göstərir. Avrasiya miqyasında götürülərsə, həmin qurşaqların qərb və şərq okeansahili bölmələrində müxtəlif meşələrin, daxili kontinental bölmələrində isə səhra, yarımsəhra və çöl bitkilərinin yayılmasını görərik. Onsuz da xeyli mürəkkəbxarakteri olan coğrafi zonallıq qitənin daxili hissələrində, xüsusilə subtropik enliklərdə oroqrafik quruluşla əlaqədar olaraq daha da mürəkkəbləşir. Dağlarda torpaq və bitki zonalarını şaquli zonallıq əvəz edir, böyük dağarası çökəklərdə arid landşaftlar, yüksək yaylalarda isə kserofit bitki örtüyü zonaları yaranır. Tundra, meşə-tundra və Sibirdə olduqca geniş bir sahə təşkil edən tayqa zonası orta enliklərdə yerləşən qurşaqlara nisbətən qərbdən şərqə getdikcə az dəyişikliyə uğrayır. Məsələn, tayqa Asiyada Uraldan tutmuş Sakit okean sahillərinə qədər uzanır və onun strukturunda yalnız növdaxili dəyişikliklər baş verir. Tropik qurşağın özündə də qərbdən şərqə bitki örtüyü kəskin dəyişir. Qərbdə arid (səhralar) və şərqdə humid (rütubətli musson meşələri, savannalar) sahə landşaftları inkişaf etmişdir.
  Beləliklə, enlik təbii zonallığını yalnız Asiya daxilində nəzərdən keçirsək, ekvatorial qurşaqdan və Sibir tayqasından başqa, bütün qalan qurşaqların şərq Sakit okean bölmələrində meşələrin (musson meşələrinin), daxili hissələrdə isə çöllərin, səhraların,yarımsəhraların, nəhayət arid kolluqların yayılmasını görərik. Daxili və qərb bölmələrdə meşələrə çox rütubət alan dağ yamaclarında rast gəlinir.
   Ekvatorial qurşaqda həmişəyaşıl və bütün il boyu rütubətli meşələr (qileylər), Malay arxipelaqı adalarında (Yava, Sumbava, Flores,Timor adalarından başqa), Malakka yarımadasında və Filippin adalarında yayılmışdır. Müxtəlif boylu ağac növləri ilə zəngin olan Asiya qileylərində palmaların bir çox növləri: Hebanq, saq, kariot, şəkər palmaları, liana–palma, rotanq və fikusların bir çox başqa növləri, ağacabənzər qıjılar, nəhəng rasamala, Braziliyadan gətirilmiş kauçuk palması və s. geniş yayılmışdır. Bu meşələrdə olduqca faydalı ağac növləri də vardır ki, onların meyvəsindən, yarpaqlarından və oduncağından müxtəlif məqsədlərdə istifadə edilir. Palma ağaclarının bəzi növlərinin yarpaqlarının eni 2.5 m, uzunluğu isə 6 m–ə çatır. Bu flora sahəsində banbuk cəngəlləkləri də geniş yer tutur. Ekvatorial qurşaqda mədəni bitkilərdən çay, çəltik, cüt, xurma, tropik və subtropik meyvələr, kauçuk plantasiyaları geniş yayılmışdır.
 Dağlıq sahələr bitki örtüyü ilə daha zəngindir. Ekvatorial qleylər Sumatra, Kalimantan və Flores adalarındakı dağların yamaclarında 1000–1500 m-ə qədər yüksəyə qalxır. Daha yuxarıda tropik və subtropik meşələr yayılmışdır. Bu zonaların əsas torpaqları qalın qırmızımtıl, laterit torpaqlardır. Dağlarda dağ lateritləri inkişaf etmişdir.
            Subekvatorial qurşaq Cənubi Asiyanın geniş bir hissəsini: Hindistanı, Hind-Çini, Cənubi Çini, Malay arxipelaqının ən cənub adalarını əhatə edir. Fəsillər üzrə rütubətlənmə şəraitində tropik musson meşələri geniş yayılmışdır. ərazinin oroqrafik quruluşu qeyri–bərabər paylanmasına səbəb olur. Qanq–Brahmaputra ovalığında, Hind–Çinin daha çox yağıntı alan qərb sahillərində daima rütubətli həmişəyaşıl meşələr inkişaf etmişdir. Bu meşələrdəki ağacların əksəriyyəti ekvatorial meşələrdəki ağac növləridir. Yağıntıların miqdarı 1000 mm–dən az olan yayla və düzənliklərdə, dağarası çökəklərdə quraq dövrdə yarpağını tökən tropik mussonlar meşəsi, savannalar və kserofit kolluqlar yayılmışdır. Meşələrdə palmaların bir çox növləri, sal, tik, sandal ağacları, akasiyalar və s., savannalarda taxıl otları yayılmışdır. Bu qurşaqda həmçinin çörək (bambuk), şüşə ağacları, yemiş ağacı, hind qozu və s. rast gılinir. Mədəni  landşaftda çay plantasiyaları, cüt, qənd qamışı, çəltik zəmiləri və s. geniş yer tutur. Müxtlif tropik meyvəçiliyi ikişaf etmişdir.



            

Səyyahlar

[səyyahlar][hot]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget