Azərbaycan üçün bu gün ən mühüm məqsədlərdən biri iqtisadiyyatın neftdən asılılığını aradan qaldırmaq və iqtisadi inkişafın kənd yerlərinə daha çox yayılmasını təmin etməkdir. Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatı neft və tikinti sahələrindən sonra üçüncü ən iri sahə olmaqla iş yerləri ilə təminatda ən böyük pay sahibidir (2006-cı ildə kənd təsərrüfatında bütün məşğul əhalinin 39,1%-i, neft sektorunda isə cəmi 1%-i işləyirdi). Eyni zamanda bu sahə həm də kənd yerlərində yoxsulluğun azaldılmasına əsaslı təsir edən sahədir. 1995-ci ildən uğurla həyata keçirilən aqrar islahatlar nəticəsində ölkə iqtisadiyyatında bazar münasibətlərinin qurulmasına, torpaq və əmlakdan səmərəli istifadə edilməsi, aqrar bölmənin sahə strukturunun təkmilləşdirilməsi, sahibkarlığın formalaşmasına,kəndin simasınının dəyişdirilməsinə ciddi təsir göstərmişdir. Kənd təsərrüfatının sosial və sahəvi tərkibində əsaslı dəyişikliklər baş vermişdir.
İri təsərrüfat formalarının əvəzində müxtəlif mənsubiyyətli çoxsaylı təsərrüfat subyektləri yaradılmış, geniş miqyaslı özəlləşdirmə siyasətinə uyğun olaraq, kənd təsərrüfatına yararlı torpaq sahələri, mal-qara, istehsal və qeyri-istehsal obyektləri, kənd təsərrüfatı texnikası üzərində dövlət mülkiyyət forması fərdi (şəxsi) mülkiyyətlə əvəz edilmişdir. Kənd təsərrüfatı istehsalçılarının sayı 1.208,7 min vahidlə xarakterizə edilir. Bu istehsalçıların 99,98 faizi özəl, 0,02 faizi isə dövlət təsərrüfatlarından ibarətdir. Bundan əlavə, 78.648 müxtəlif növ kənd təsərrüfatı məhsulları istehsalı, emalı və satışı ilə məşğul olan bağ evi təsərrüfatları mövcuddur. İxtisaslaşdırılmış kənd təsərrüfatı istehsalçılarının 66,8 faizi ailə kəndli,
32,8 faizi ev təsərrüfatları, 0,2 faizini isə kəndli (fermer) təsərrüfatları təşkil edir. 2006-cı ilin ÜDM-də kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatı sahəsində yaradılan əlavə dəyərin xüsusi çəkisi 7,1% təşkil etmişdir . 2005-ci illə müqayisədə məhsul istehsalının həcmi kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatında 0,9 faiz artmışdır, o cümlədən bitkiçilik üzrə məhsul istehsalının həcmində 0,8 azalma, heyvandarlıq məhsulları istehsalında 2,9 faiz artım müşahidə edilmişdir. Bitkiçilik üzrə məhsul istehsalının həcminin azaldılması əkin sahələrinin azalması hesabına baş vermişdir ( kartofun əkin sahəsi 5,4 faiz, bostan bitkilərinin əkin sahəsi 0,5 faiz, çay plantasiyalarının əkin sahəsinin 38,5 faiz azalmışdır). Kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatlarına investisiya qoyuluşu 2005-ci illə müqayisədə 42 faiz artaraq 32, 3 mln manat təşkil etmişdir. Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığa çəkilən büdcə xərclərinin xüsusi çəkisi 3,5 faiz, 2005-ci illə müqayisədə isə 37,2 faiz artmışdır. Kənd təsərrüfatı istehsalçılarının mülkiyyətində və icarəsində olan torpaq sahələrinin mütləq kəmiyyəti 2324,2 min hektara bərabərdir. Onun 69,3 faizi ailə kəndli təsərrüfatlarının, 11,4 faizi ev təsərrüfatlarının və 2 faizi kəndli (fermer) təsərrüfatlarının sərəncamındadır. Kənd təsərrüfatı istehsalçılarının hər birinin, orta hesabla, 1,92 ha ümumi torpaq sahəsi mövcuddur. Əkinçilikdə təsərrüfatların yalnız 16,0 faizi mineral gübrələrdən, 32,0 faizi üzvi gübrələrdən istifadə edirlər. Kənd təsərrüfatı məhsulları istehsalçılarının məhsul istehsalı üçün istifadə etdikləri yanacağın, motor yağlarının və mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsini təmin etmək məqsədilə 2007-ci ilin dövlət büdcəsindən 80 mln manat vəsait ayrılmışdır. Respublikada 48 rayonda texniki xidmət servisləri yaradılmışdır. 2006-cı ildə ərzaq məhsulları idxalı və ixracının xüsusi çəkisi uyğun olaraq 10,6 % 5,1 % təşkil etmişdir. Ötən ilin müsbət nəticələri ilə yanaşı aqrar sahədə bir sıra həlli vacib olan problemlər mövcuddur, o cümlədən: bitkiçilik sahəsində - məhsuldarlıq səviyyəsinin artırılması; becərmə texnologiyaların və aqrotexniki qaydaların lazımi səviyyəyə çatdırılması; çoxillik əkmələr olan bağların bərpa olunması; dağlıq və dağətəyi
torpaqların becərməyə cəlb edilməsi; məhsul istehsalı və emalı sahələri arasında əlaqələrin lazımı səviyyədə qurulması; sahəyə investisiya qoyuluşu, fermer təsərrüfatlarının yüksək keyfiyyətli toxumlarla təmin olunması; aqrokimyəvi tədbirlər, müvafiq texnika və mexanikləşdirilmiş anbarlarla təchizat məsələlərin həll edilməsi; heyvandarlıq sahəsində - süni mayalandırma məntəqələrinin fəaliyyətlərinin zəif olması; avadanlıq, toxum, maye azot, xüsusi nəqliyyat vasitələri ilə təminatın aşağı olması; yem bazasının yaxşılaşdırılması üçün əsaslı tədbirlərin görülməsi; quşçuluğun inkişafı məqsədilə özəl təsərrüfatların və quşçuluq fabriklərinin fəaliyyətlərinin yaxşılaşdırılmasına dair kompleks tədbirlərin ləng həyata keçirilməsi; heyvandarlıq məhsullarının istehsalı, emalı. tədarükü, idxalı üzərində ciddi baytarlıq nəzarətinin təmin olunması; heyvanların cins tərkibinin yaxşılaşdırılması; meliorasiya və su təsərrüfatı sahəsində -. istismar olunan magistral kanalların, kollektorların, su anbarlarının, hidroqovşaqların tələb olunan texniki səviyyədə saxlanılması.

Yorum Gönder