Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Müəllif "Azərbaycanın iqtisadi və sosial coğrafiyası"

Sənaye Azərbaycanın təsərrüfatının əsas sahələrindən biridir. Onun inkişafını müəyyən edən təbii ehtiyatlar, ixtisaslı kadrlar, əmək ehtiyatları, onların əmək vərdişləri və istehlakçı potensialı ölkədə kifayət qədərdir. Lakin bu imkanlardan səmərəli istifadə edilmir, son məhsul istehsal edən sənaye sahələrinin payı azdır.
Respublikada sənaye sahələrinin ərazi təşkilində də uyğunsuzluqlar çoxdur. Ölkədə istehsal edilən sənaye məhsullarının 60%-i, əsas istehsal fondlarının,57%-i Abşeron iqtisadi rayonunda təmərgüzləşir.
Ölkənin təsərrüfat sahələri, xüsusilə sənaye müəssisələri müxtəlif təbii və sosial-iqtisadi amillərin təsiri ilə formalaşmış sənaye qovşaqlarında təmərgüzləşir. Bakı-Sumqayıt, Gəncə-Daşkəsən, Əli Bayramlı-Salyan, Mingəçevir-Yevlax, Göyçay, Naxçıvan, Lənkəran, Şəki, Xaçmaz respublikada olan əsas sənaye qovşaqlarıdır.

Yanacaq energetika kompleksi.

Yanacaq energetika kompleksi yerli energetika ehtiyatına -neftə əsaslanır. Yanacağın əsas mənbələri: neft-qaz, çayların hidroenerji ehtiyatı, günəş və küləkdir.
Neft (əsasən kaynazoy süxurunda yayılıb) sənayesi
Azərbaycanda 100 ildən artıqdır ki, texnika ilə neft çıxarılır və bu sahədə zəngin təcrübə toplanılıb. Azərbaycanda qazılan ilk yataqlar bunlardır: Balaxanı, Sabunçu, Ramana, Suraxanı, Bibi-Heybət, Binəqədi və s. I dünya müharibəsində Azərbaycan sovet neftinin 75%-ni istehsal etmişdir. 1949-cu ildə dənizdə “Neft daşları» salınmış, 70-ci ildə “Sangaçal-dəniz” və “Duvani-dəniz” qazılmışdır. 
Kür çökəkliyində: Kürovdağ, Muxadxanlı (Mezozoy süxurunda), Mollakənd, Kəmaləddin yataqları var. 1998-ci ildə Azərbaycanda 11,4 milyon ton neft çıxarılmışdır. Quruda neft ehtiyatı azalsa da, Xəzər dənizində xeyli yeni yataqlar (“Azəri», “Günəşli», “Çıraq», “Şahdəniz», “Qarabağ» və s.) aşkarlanmışdır. Bunların içərisində ən böyüyü “Azəri» yatağıdır ki, həm neft, həm də qazla zəngindir. Öz tərkibinə görə dünyada fərqlənən Azərbaycan neftindən 90 addan çox məhsul alınır. Bunlardan ən əsası yağlar, benzin və mazut və s. Azərbaycan nefti xaricə Bakı-Novorossiysk, Bakı-Supsa (Gürcüstan) və Bakı-Ceyhan (Türkiyə, 2006-cı ildən) nəql edilir.
Qaz sənayesi 
Azərbaycanda 90% qaz Xəzərdən şelfdən çıxarılır. Qurudakı ən böyük yataqları Qaradağ-Qobustan, Gürgən-Zirə və s.-dir. Ölkədə ildə 6 milyard m3 qaz çıxarılır. Xəzərdəki ən böyük qaz yatağı “Şahdəniz”dir. Gələcəkdə Azərbaycan qazı Bakı-Ərzurum qaz kəməri ilə Türkiyəyə satılacaq.

Elektroenergetika

Azərbaycan elektroenergetika bazası ilə zəngindir. Bütün elektrik stansiyalannm ümumi gücü 5 milyon kvt.-dır. Bunun Ən çoxunu - 80%-i İES-lər, 20%-ni isə SES-lər verir. İldə adambaşına 3300 kvt enerji istehsal olunur. 
İES-lər 2 yerə bölünür: 1. DRES (dövlət rayon elektrik stansiyası); 2. İEM (istilik elektrik mərkəzi) - bu elektriklə yanaşı, həm d buxar istehsal edir. İES-lər qaz və mazut ilə işlədilir. İEM-lər əsasən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvanda yaradılmışdır. Ən güclü İES (1,2 mln. kvt) Şirvan-Avropada ilk açıq tipli DRES-dir. Azərbaycanda da ilk İES-lər (“Qırmızı ulduz” və Sabunçu) Bakıda tikilmişdir. Sonra Sumqayıtda 2 İEM tikilmişdir. Daha sonra Gəncə İEM və Mingəçevirdə İES inşa olunmuşdur. Ən sonuncu DRES Abşeronun şimalında qurulan “Şimal” DRES-dir.
Bundan başqa, Azərbaycanda SES-lər (su elektrik stansiyasiları) fəaliyyət göstərir ki, hidroenerji ehtiyatı olan çaylar üzərində tikilir. Ölkədə ilk Su elektrik stansiyası (SES) Gədəbəy rayonunda Qalakənddə mis əritmək üçün tikilmişdir. Kür çayı üzərində də kaskad SES-lər inşa olunmuşdur. Ən güclü SES (360 min kvt) Mingəçevir SES-dir. Buradakı anbar həm suvarmaya, həm axımın tənzimlənməsinə, həm də daşqınların qarşısını almağa xidmət göstərir. Yevlaxda Varvara SES, Şəmkir SES, Yenikənd SES, Sərsəng SES (Tərtər), Araz SES hələ Azərbaycan çaylarının enerjisindən tam istifadə etmir. Azərbaycanın elektrik şəbəkəsi - Rusiya, Gürcüstan, İran, Türkiyə ilə əlaqələndirilmişdir. Ölkədə ekoloji təmiz olan, perspektiv-külək, günəş və geotermal (isti su) mənbələr vardır.

Maşınqayirma və kimya sənayesi (kooperasiya)

Maşınqayırma kompleksi bir-biri ilə qarşılıqlı əlaqədə olan energetika, elektrotexnika, radioelektronika, cihazqayırma, dəzgahqayırma, nəqliyyat, kənd təsərrüfatı və s. maşınqayırma sahələrini əhatə edir. Sənaye sahələri arasında maşınqayırma istehsal edilən məhsulun dəyərinə,işçilərinin sayına görə 1-ci yeri tutur. Azərbaycanda maşınqayırmanın müxtəlif məhsullarına tələbat olsa da bir çox müasir maşınqayırma sahələri inkişaf etməyib. Son illərə qədər Azərbaycanda maşınqayırmanın - neft maşınqayırması sahəsi üzrə ixtisaslaşmışdır. O, bu sahə üzrə istehsal olunan ümumi məhsulun 1/4-ni verir. Neft maşınqayırmasında ən iri müəssisələrdən biri «Başneflkimmaş Birliyi»dir. Bu müəssisə hazırladığı məhsulu 40 ölkəyə ixrac edir. Sahil qəsəbəsində yerləşən Bakı dərin dəniz özülləri zavodunda hazırlanan stasionar platformalar sayəsində Xəzərin 200-300 m-ə qədər dərinliyində quyu qazmağa imkan verir. Azərbaycanın neft maşınqayırmasına aid digər iri müəssisələri - Səttərxan adına zavod, Keşlə maşınqayırma zavodu, Binəqədi gil və poladtökmə zavodlarıdır. Bakıda elektriktökmə zavodu tikildikdən sonra Azərbaycan xaricdən daha tökmə polad almır.Son illər Azərbaycanda neft maşınqayırmasından başqa elektrotexnika, cihazqayırma, radioelektronika kimi daha yeni sahələri inkişaf edib. Elektronika sahəsi yüksək ixtisaslı kadrlar və xammal tələb edir. Azərbaycandakı ən iri elektrotexnika müəssisələri aşağıdakılardır: Bakıda-kondisioner, soyuducu, akkumulyator, lampa və transformatorlar hazırlayan zavodlar, Şamaxıdakı «Star» televizor, Mingəçevirdə kabel zavodu; Salyanda su qızdırıcıları (kalonka) zavodu mövcuddur. Radioelektronika zavodlarına Bakıda - E.H.M zavodu, Bakı radio, «Nord», «Azon» və s. zavodları aiddir. Nəqliyyat maşınqayırmasına - avtomobil və gəmiqayırma zavodları aiddir. Bakıdakı gəmiqayırma zavodunda - kiçik yedək gəmiləri düzəldilir. Bakıdakı avtomobil zavodunda yük və sərnişin maşınları buraxılır. Gəncədəki avtomobil zavodunda «Oka» avtomobilləri və «Belorus» traktorları istehsal olunur. Şamaxıdakı avtomobil zavodunda isə «Azsamand» və «Aziz» minik avtomobilləri yığılır. Mingəçevir və Zəyəmdə kənd təsərrüfatı maşınları hazırlanır. Azərbaycanın kimya sənayesi istehsal etdiyi məhsulun həcminə görə ağır sənaye sahələri arasında yanacaq-energetika və maşınqayırma sənayesindən sonra III-cü yeri tutur. Azərbaycanın kimya sənayesi neft-qaz, xörək duzu, yodlu-bromlu mədən (buruq) suları, əlvan metal tullantıları və qismən də gətirilmə xammalı əsasında fəaliyyət göstərir. Azərbaycanda ilk kimya zavodu 1879-cu ildə Bakıda tikilib. Azərbaycanın ən iri kimya mərkəzi isə Sumqayıtdır. Kimya müəssisələrində-sintetik kauçuk, avtomobil şinləri, plastik kütlə, süni lif, mineral gübrələr, soda, xlor, yod, yuyucu tozlar, sabun, dərman və s. hazırlanır. Bol xammal, işçi qüvvəsi və enerjisi olan Bakı-Sumqayıt sənaye qovşağında neft-kimya sənayesinin inkişafı üçün əlverişli şərait var. Bakı neft-yağ və Yeni Bakı neftayırma zavodlarında benzin, dizel yanacağı, sürtgü yağları və s. istehsal olunur. 
Azərbaycanın ən iri kimya müəssisəsi Sumqayıtdakı «Kimyasənaye» birliyidir. Azərbaycanın digər iri kimya zavodları Sumqayıtdakı «Superfosfat», «Məişət kimyası», «Üzvi sintez», «Sintetik kauçuk»; Bakıdakı «Şin»; Salyanda «Plastik kütlə»; Gəncədə sabun, lak-boya; Bakıda, Böyük Şorda, Bakıxanov qəsəbəsində əczaçılıq, Neftçaladakı «yod-brom» zavodlarıdır. Kimya zavodları təbii qiymətli xammala qənaət etməklə ucuz məhsullar hazırlayır. Lakin bu zavodlar ekologiyanı (havanı, suyu, torpağı) korlayır. Bu problemi müasir təmizləyici texnoloji avadanlıqları zavodlarda quraşdırmaqla həll etmək olar. 

Metallurgiya

Ölkədə metallurgiya sənayesinin inkişafı üçün aşağıdakı imkanlar var: 
1. Bol və rəngarəng xammal bazasının və müxtəlif metal tullantılarının olması. 2. Yerli enerji ehtiyatlarının - neft və təbii qazın olması.3. Metal tələbatlı sənaye və tikinti sahələrinin olması. 4. Təcrübəli kadr və əmək ehtiyatlarının olması. 5. Mövcud maddi-texniki baza əsasında yeni sahələrin yaranma imkanı.
Metallurgiya 2 yerə - qara və əlvan metallurgiyaya ayrılır. 
Qara metallurgiyaya dəmir filizinin çıxarılması və saflaşdırılması, çuqun və poladın əridilməsi, prokat və ferroərintilərin istehsalı daxildir. Azərbaycanın ən iri qara metallurgiya mərkəzləri - Sumqayıt, Bakı və Daşkəsəndir. Daşkəsən Azərbaycanın ən iri dağ-mədən sənayesi mərkəzidir. Daşkəsəndəki dəmir filizi yatağı yaxınlığında filiz saflaşdırma kombinatı fəaliyyət göstərir. Sonra bu kombinatdakı filiz Gürcüstanın Rustavi şəhərindəki metallurgiya zavoduna göndərilir. Çünki Azərbaycanda dəmir filizinin əridilməsi üçün kokslaşan daş kömür yoxdur. Sumqayıtdakı boru-prokat zavodunda isə qara metallurgiyanın son məhsulu olan boru və prokat hazırlanır. Azərbaycanda boru-prokat istehsalının yaradılması neft-qaz sənayesinin inkişafı ilə əlaqədardır. Maşınqayırmanın inkişafı və metal tullantılarının çoxluğu ilə əlaqədar Abşeronda təkrar metal emalı zavodları və kiçik metallurgiya sexləri fəaliyyət göstərir. Azərbaycanda qara metallurgiyanın inkişafında Qazax rayonunun Daş Salahlı kəndindəki bentonit gil yatağının rolu böyükdür. Bu gildən polad əridilməsində istifadə olunur. Yuxarıda göründüyü kimi qara metallurgiya aşağıdakı mərhələlərdən keçir: dəmir filizinin çıxarılaraq, saflaşdırılması → çuqun →polad → prokat.
Əlvan metallurgiyanın Azərbaycanda güclü inkişaf etdirilməsi üçün kifayət qədər elektrik enerjisi, alunit, molibden, civə və polimetal filiz yataqları mövcuddur. Əlvan metallurgiya aşağıdakı müəssisələrdən ibarətdir: Sumqayıt və Gəncə alüminium zavodları, Bakı və Gəncə əlvan metalların emalı zavodları, Sumqayıt alüminium prokat zavodu. Bol xammal və elektrik enerjisinin olması nəticəsində əlvan metallurgiya sənayesi Abşeron, Gəncə-Qazax və Naxçıvan bölgəsində daha güclü inkişaf edib; Şəki-Zaqatala, Yuxarı Qarabağ və Kəlbəcər-Laçın bölgələrində isə gələcəkdə inkişaf etdirmək olar. Azərbaycanda alüminium sənayesi Gəncə və Sumqayıtda daha güclü inkişaf etmiş; alüminium oksidi və alüminiumun istehsalı mərhələlərindən ibarətdir. Daşkəsəndəki Zəylik alunit yatağı və bol elektrik enerjisi hesabına Gəncə zavodu fəaliyyət göstərir. Bu zavodda alüminium oksidi, sulfat turşusu, kalium gübrəsi və s. istehsal olunur. Azərbaycanda metallurgiyanın ən gənc sahəsi ovuntu metallurgiyasıdır. Bakıda müxtəlif ovuntulardan hazır metal məmulatları istehsal olunan zavod fəaliyyət göstərir. Azərbaycanda metallurgiyanın inkişaf etdirilməsi üçün hər bir şərait - bol xammal və enerji, yüksək ixtisaslı kadrlar var. Metallurgiya küllü miqdarda xammal və yanacaq istifadə etdiyindən, bu sahəyə aid zavodları xammal və ya yanacaq ehtiyatlarının yaxınlığında, bəzən isə onların arasında yerləşdirirlər.

Meşə sənayesi (kombinat) və mebel istehsalı

Azərbaycan meşələri tədarük (kəsilmək) olunmur. Əsasən sanatoriya, torpaqqoruyucu, tarlaqoruyucu, su və yolqoruyucu meşələrdir. Meşə sənayesi mexaniki emal (taxta, faner, tikinti ağac) və kimyəvi emala (kağız - sellüloz) ayrılır. Azərbaycanda əsasən mexaniki emaldır, yəni mebel sənayesi üçün lazım olan taxta, şalban Rusiyadan gətirilir. Mebel fabrikləri əsasən,istehlak rayonlarında və Bakı, Gəncə, Sumqayıt, Naxçıvan, Zaqatala, Xaçmaz, Lənkəran kimi iri şəhərlərdə yerləşdirilir. 
Yerli möhkəm oduncaqlı palıd, fıstıq, vələs, qoz, tut, qaraağac, şabalıd ağacından mebel, qapı, pəncərə, çərçivə, parket hazırlanır.

Tikinti materiallari və konstruksiya istehsa

Tikinti sənayesi 3 əsas sahədən ibarətdir:
1. Mineral tikinti xammalı - qum, çınqıl, daş, mərmər.
2. Hörgü materialı - sement, əhəng, gips.
3. Konstruksiya materialı - beton və dəmir - beton divar materialı, panellər. 
Tikinti əsasən Abşeronda inkişaf etmişdir. Burada daş, şüşə, tikinti qumu, keramika ehtiyatı çoxdur. Mişar daşı - Qaradağ, Güzdək, Şüvəlan, Korgöz karxanasında istehsal olunur. Qaradağda - sement zavodu, Bakıda – dəmir beton konstruksiya zavodu, Asbest, kərpic, şifer yerləşir. 
Tinkintidə ikinci yer Gəncə - Qazax iqtisadi rayonun payına düşür. Gəncədə - evtikmə və sənaye tikinti kombinatı, Qazaxda – dəmir beton, Daşkəsən və Tovuzda - çeşidli tikinti kombinatı vardır.
Üçüncü yerdə Mingəçevir - Şəki rayonu durur. Mingəçevirdə-dəmir beton, Şəki, Zaqatala, Yevlaxda- kərpic, saxsı, əhəng, gəc istehsal olunur.
Dördüncü yerdə Qarabağ iqtisadi rayonu durur. Ağdam, Xankəndi, Şahbulaqda daş və dəmir beton istaehsal olunurdu.
Beşinci yerdə Naxçıvan duru ki, burada əsasən şüşə istehsal olunur.

Yüngül və yeyinti sənayesi

Azərbaycanda öndə gedən sahə (ixtisaslaşmış sahə) yüngül və yeyinti sənayesidir. 
Yüngül sənaye məhsul həcminə görə Azərbaycanda ikinci yerdədir. İstehsal olunan sənaye məhsulunun 80%-i toxuculuqdur. Ölkədə əsasən pambıq, ipək, yun parça toxunur. 
Azərbaycanda tarixən yun xammalı çox olub. Toxuculuqda yunun payı 11%-dir. Bu yerli xalça toxumağa xidmət edir və kifayət qədər qədim sahədir. Quba, Şirvan, Qazax, Abşeron, Qarabağ, Naxçıvan və Gəncədə toxunan xalçalar xüsusilə məşhurdur. Pambıq da xalçaçıhğa xidmət edir. İplər yerli rənglə boyanır. 
İpək parça ənənəvi sahədir. Bu sahədə Şəki, Şamaxı, Ordubad, Basqal (İsmayıllı) fərqlənir. İpəkçiliyin əsas xammalı baramadır. İpək və pambıq tarixən böyük ipək yolu ilə Azərbaycandan Avropa bazarlarına aparılmışdır.
Pambıq parça istehsalında tarixən kustar təmizlənmə və toxuma üstünlük təşkil etmişdir. Hal-hazırda təkcə Bakıda pambıq parça fabriki ilə yanaşı 14 pambıq təmizləmə zavodu var. Gəncə və Mingəçevir şəhərləri də bu sahədə xüsusi ilə seçilirlər.
Tikiş sənayesi əsasən böyük şəhərlərdə inkişaf etmişdir. Eyni zamanda Bakıda və Gəncədə ayaqqabı fabriki və gön-dəri kombinatları var. 
Yeyinti sənayesi Azərbaycann sənayesinin 30%-ni təşkil edir. İxtisaslaşmış sahələri şərabçılıq, meyvə - tərəvəz-konserv, ət-süd və s.-dir
Yeyinti sənayesinin ən gəlirli sahəsi şərabçılıqdır. İlkin istehsal üzümçülük rayonlarında, şüşələrə doldurulması isə Bakı, Gəncə, Şəmkir, Göyçay, Göygöl və Naxçıvandadır.
Konserv sənayesi - tərəvəzçilik və bağçılıq rayonlarında yerləşir. Meyvə-tərəvəzin ən böyük kombinatı Xaçmazdadır. Bunula yanaşı, Quba, Qusar, Xudat, Ordubad, Qax, Lənkəran, Ucar, Göyçayda da konserv zavodları vardır. Zaqatalada fındıqtəmizləmə zavodu, Maştağada Zeytun konservləşdirmə zavodu fəaliyyət göstərir.
Ət-süd sənayesi - əsasən şəhər ətrafında yerləşir. Bakı (Xırdalan ət kombinatı), Gəncə, Şəki,Mingəçevir, Şirvan, Lənkəran və Naxçıvanda ət kombinatları var.
Balıqçılıq - Xəzər və Kür çayına əsaslanır. Ən böyüyü Kürün mənsəbində Bankə balıq kombinatıdır. Burada nərə balıqları və qara kürü emal olunur. Bundan başqa, Bakıda Hövsan qəsəbəsində də balıq kombinatı var. Lənkəran, Xudat (Xaçmaz), Mingəçevirdə balıq zavodları fəaliyyət göstərir. Balığı çoxaltmaq məqsədi ilə balıqyetişdirmə vətəgələri yaradılmışdır. Sansu və Hacıqabul göllərində də balıq yetişdirilir.

Azərbaycan ərazisi qaz yataqları ilə də zəngindir. Belə ki, son dövrdə iki böyük neft yatağının (“Şahdəniz” və “Ümid”) kəşf olunması ölkənin tezliklə böyük qaz ixracatçısına çevriləcəyindən xəbər verir. 

“Ümid” qaz yatağı
Xəzər dənizində yerləşən “Ümid” yatağında isə ilkin hesablamalara görə, 200 milyard kubmetr qaz ehtiyatları aşkarlanıb. Bu yatağın ölkə büdcəsinə 30-40 milyard dollar gəlir gətirəcəyi bildirilir.
Bu yatağın ölkə büdcəsinə 30-40 milyard dollar gəlir gətirəcəyi bildirilir. 
“Ümid” yatağının işlənməsi nəticəsində Azərbaycanın qaz potensialı daha da artacaq. Məlumat üçün qeyd edək ki, ilk dəfə ötən əsrin 80-90-cı illərinin əvvəllərində strukturda kəşfiyyat qazması həyata keçirilib. Üzən qazma qurğusu vasitəsilə 9 quyu qazılıb. Kəşfiyyat quyusunun qazılması Dövlət Neft Şirkəti (DNŞ) tərəfindən “Ümid-1” platformasında aparılır. “Ümid” yatağı ehtiyatlarının həcminə görə “Şahdəniz”dən sonra ölkənin müstəqilliyi tarixində kəşf olunan ikinci böyük qaz yatağıdır.

Abşeron qaz yatağı
Abşeron- qaz-kondensat yatağı Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən nəhəng yataqlardan biridir. Yataq Azəri-Çıraq-Günəşli neft-qaz yatağından cənub qərbdə dənizin 500 meter dərinliyində yerləşir. Yataq 2001-ci ildə Abşeron X-2 kəşfiyyat quyusu ilə kəşf olunub. Yatağın sahəsi 260 kvadrat kilometr təşkil edir.

Yataqda neftlilik-qazlılıq Təbaşir yaşlı çöküntülərlə əlaqədardır. Yataqda suyun dərinliyi 250-650 metr arasında dəyişir. Məhsuldar laylar isə 6500-6700 metr dərinlikdə yatır.


İlkin qaz ehtiyatları 1 trilyon kub metr, kondensat ehtiyatları isə 945 milyon barel və ya 150 million ton təşkil edir. Abşeron layihəsində pay bölgüsü aşağıdakı qaydada bölünmüşdür: Total (operator, 40%), ARDNŞ (40%) və GDF Suez (20%)

«Şahdəniz » qaz yatağı 
«Şahdəniz » dünyada ən iri qaz yataqlarından biridir. Saziş sahəsi təxminən 859,8 km2 -dir. Layihəni həyata keçirmək üçün 4,0-5,0 milrad dollar məbləğində əsaslı xərclər tələb olunur. Bu yatağın istismarı Azərbaycanın qaza olan daxili tələbatını tam ödəməyə və tələbatından artıq qazı tarixində ilk dəfə olaraq ixrac etməyə imkan verəcək. 
2006-cı ildə saziş sahəsində bir hasilat platforması quraşdırılmış və həmin ilin noyabrında bu platformadan qazılmış quyudan ilk qaz hasil edilmişdir. Hazırda platformada 4 istismar quyusu qazılmış və onlardan biri fəaliyyət göstərir. İndiyədək yataqdan 280 mln. m3-ə yaxın qaz hasil edilmişdir.

Aqrar Sənaye Kompleksi dedikdə bir-biri ilə əlaqədar olan kənd təsərrüfatı və sənaye müəssisələrinin birliyi nəzərdə tutulur. Onun əsas vəzifəsi əhalinin ərzaq və yeyinti məhsulları ilə, heyvandarlığı yemlə, sənayeni xammalla təchiz etməkdir. ASK-nin tərkibində kənd təsərrüfatı aparıcı rol oynayır. 
Azərbaycanda kənd təsərrüfatını inkişaf etdirmək üçün əlverişli torpaq — iqlim şəraiti mövcuddur. Ölkədə adambaşına 0,2 hektar torpaq sahəsi düşür.
Azərbaycanın kənd təsərrüfatında bitkiçilik heyvandarlıqdan üstün inkişaf edib. Kənd təsərrüfatı məhsulunun 61%-ni bitkiçilik, 39%-ni isə heyvandarlıq verir. Əkinə yararlı torpaq sahələrinin geniş yayılması, fəal temperatur cəminin böyük olması Azərbaycan düzənliklərində əkinçiliyin heyvandarlığa nisbətən yaxşı inkişaf etməsinə səbəb olub.
Azərbaycanda kənd təsərrüfatına iki böyük sahə - əkinçilik və heyvandarlıq daxildir. 

Əkinçilik
Azərbaycanın əlverişli iqlim şəraiti, torpaq örtüyü əkin sahələrində müxtəlif növ bitkilərin becərilməsinə imkan verir. Xüsusilə pambıqçılıq, tərəvəzçilik, tütünçülük və üzümçülük Azərbaycanın kənd təsərrüfatının ixtisaslaşmış sahələri hesab olunur və bu sahələr əsasən Azərbaycanın daxili tələbatını ödəyir.
Tərəvəzçilik üzrə Xaçmaz, Lənkəran, qismən isə Aran və Abşeron rayonları ixtisaslaşıb. Xaçmaz zonası gecyetişən, Lənkəran zonası isə faraş (tezyetişən) tərəvəzçilik üzrə ixtisaslaşıb. Bakı və Gəncə ətrafındakı istixanalarda xeyli tərəvəz yetişdirilir. Son illər Ağdaşda kələm sahələri genişləndirilmişdir.

Bostançılıq 
Azərbaycanın Aran, Abşeron və Lənkəran zonalarında daha yaxşı inkişaf edib. Kürdəmir öz yemişi, Sabirabad və Zirə isə öz qarpızı ilə məşhurdur.
Kartofçuluq dəmyə şəraitində Azərbaycanın Gədəbəy, Tovuz, Şəmkir, qismən də Daşkəsən, Xanlar və Qusar rayonlarında becərilir. Yerli kartof əhalinin tələbatını ödəmədiyindən xaricdən kartof alınır.
Bağçılıq (meyvəçilik) Azərbaycanın kənd təsərrüfatı-nın ixtisaslaşmış sahələrindəndir. Azərbaycanda tumlu meyvələr üzrə Quba-Xaçmaz, qərzəxli meyvələr (şabalıd, qoz, fındıq) üzrə Zaqatala-Şəki, çəyirdəkli (ərik, şaftalı) meyvələr üzrə Naxçıvan Muxtar Respublikası (MR), quru subtropik meyvələr (nar, heyva) üzrə Kür-Araz, sitrus meyvələr (naringi, portağal, feyxoa, limon) üzrə Lənkəran, Cənub bitkiləri (əncir, zeytun, püstə, badam və s.) üzrə Abşeron yarımadası ixtisaslaşıb. Azərbaycanın ənciri meyvəçilik rayonu Qubadır. Istehsal olunan meyvənin 2/3 -ni Quba-Xaçmaz, 15%-ni isə Şəki-Zaqatala və Dağlıq Şirvan iqtisadi rayonları verir. Qərzəxli meyvələrin istehsalının 95%-ni Şəki-Zaqatala iqtisadi rayonunda cəmləşib. Kür-Araz və Yuxarı Qarabağda çoxlu tut ağacı var.

Heyvandarlıq
Heyvandarlıq Azərbaycanda kənd təsərrüfatının ən mühüm sahəsi olsa da, əhalinin ət, süd, yumurta məhsullarına olan tələbatının yalnız yarıya qədərini ödəyir. Otlaqların geniş yayılması və əkinə yararlı torpaqların azlığı Azərbaycanın dağlıq ərazilərində heyvandarlığın əkinçiliyə nisbətən daha yaxşı inkişaf etməsinə səbəb olmuşdur. Heyvandarlıq Azərbaycanın dağlıq yerlərində xüsusilə Dağlıq Şirvan və Kəlbəcər-Laçın iqtisadi rayonlarında daha yaxşı inkişaf etmişdir.

Maldarlıq — Azərbaycanda istehsal olunan heyvandarlıq məhsulunun ümumi dəyərinin yarıdan çoxunu, ət istehsalının 45%-ni verir. Maldarlıqda əsas yeri qaramal tutur. Azərbaycanın Aran və Şəki-Zaqatala zonasında camışçılıq, Lerik və Yardımlı rayonlarında isə ətlik-südlük zebu heyvanı saxlanılır. Azərbaycanın bütün rayonlarında maldarlıq inkişaf edib. Azərbaycanda mal-qaranın 70%-ni inək və camışlar təşkil edir.

Qoyunçuluq Azərbaycanın dağlıq və dağətəyi zonasında inkişaf edib. Azərbaycanda dağ merinosu, Qala, Qarabağ, Balbas qoyun cinsləri bəslənilir. Qoyunların ətindən, dərisindən və yunundan istifadə olunur. Qoyunların sayının tez artması, az əmək tutumlu olması, yemə az tələbatı — qoyunçuluğun Azərbaycanda əhalinin ətə olan tələbatını daha tez ödəmək üçün sərfəli olan heyvandarlıq sahəsinə çevirmişdir. Azərbaycanda qoyunçuluğun inkişafı üçün kifayət qədər təbii yem bazası, yaylaq və qışlaqlar mövcuddur. Son illərdə yaylaqların çoxunun işğal olunması Azərbaycanda qoyunçuluğun inkişafına mane olur.

Quşçuluq — əhalinin quş əti və yumurtaya olan tələbatını ödəyir. Ən iri quşçuluq kompleksləri Bakı, Gəncə və Naxçıvan kimi iri şəhərlərdə yerləşib. Azərbaycanda yem bazasının zəifliyi quşçuluğun inkişafına mane olur.

Baramaçılıq — Şəki-Zaqatala, Kür-Araz, Yuxarı Qarabağ və Naxçıvanın düzən və dağətəyi zonalarında inkişaf edib.

Arıçılıq — Azərbaycanın dağətəyi və dağlıq rayonlarındakı subalp və alp çəmənlərində inkişaf edib.

Azərbaycanda ixtisaslaşma dərəcəsinə görə bir-birindən fərqlənən 3 qrup kənd təsərrüfatı rayonu var:
1. Suvarılan kənd təsərrüfatı rayonları (Kür-Araz, Lənkəran, Samur-Dəvəçi ovalıqları, Naxçıvanın Arazboyu düzənlikləri);
2. Dəmyə kənd təsərrüfatı rayonları (dağətəyi və orta dağlıq əraziləri);
3. Otlaq və heyvandarlıq rayonlar.
Azərbaycanda kənd təsərrüfatında hələ ixtisaslaşmamış sahələri isə baramaçılıq, arıçılıq, çəltikçilik və sairədir. 
Ölkə təssrüfatının tam ixtisaslaşmış sahələri-pambıqçılıq, meyvəçilik, üzümçülük, tərəvəzçilik, tütünçülükdür. 

Pambıqçılıq
Pambıq Azərbaycanın ən çox gəlir gətirən, strateji bitkisi olub, həm yüngül, həm də yeyinti sənayesi üçün xammaldır. Qafqazda, xüsusilə Azərbaycanda pambıq Qədim Şərq ölkələri, əsasən İran vasitəsilə yayılmışdır. Mingəçevirdə arxeoloji qazıntılar zamanı V-VI əsrlərə aid yanmış pambıq kələfləri və çiyidi tapılmışdır. Bərdə, Naxçıvan, Beyləqan, Gəncə, Şəmkir və sair kimi şəhərlərdə pambıqdan parça hazırlanıb xaricə ixrac edilməsi, XV əsrdə Şamaxıdan Rusiyaya pambıq mallar da aparıldığı göstərilir.
Pambıq Kür-Araz ovalığının boz, boz-qonur və boz-çəmən torpaqlarında əkilir. Azərbaycanda pambıq parça istehsal edən müəssisələr az olduğundan pambığın çox hissəsini xaricə göndərilir. Xammal istehsalı bu ərazidə yerləşdiyindən Azərbaycanın bütün pambıqtəmizləmə zavodları Kür-Araz zonasında yerləşir.
Bu gün ümumilikdə, ölkə üzrə pambıq tədarükü 2009-cu ildə 31,9 min ton, 2010-cu ildə 37,3 min tona çatıb. 2009-cu ildə 21 min hektar olan pambıq əkini sahələri, 2010-cu ildə 30 min hektara çatıb. Bu il isə 41 min hektar pambıq sahələri üzrə müqavilələr imzalanmışdır. 

Taxılçılıq
Kənd təsərrüfatı bitkiləri arasında taxıl (buğda, qarğıdalı, çəltik, arpa və s.) istehsalı birinci yer tutur. Bu sahə Azərbaycanın ən qədim bitkiçilik sahəsidir. Azərbaycanın dağlıq və dağ ətəyi rayonlarında dəmyə, aran rayonlarında isə suvarılan taxılçılıq inkişaf etmişdir. 
Azərbaycanda sarıbuğda, gurgəni, qaraqılçıq, xırdabuğda, gülüsər, kərə, Qarabağ buğdası, ağ buğda, səkiləbuğda, qaragiləbuğda topbaşbuğda, ağ arpa, qara arpa, şeşəri arpa, qılıcı arpa növləri əkilib becərilir. 
Taxıl əkini sahəsinin üçdə birini tutan arpa bitkisi buğda əkin sahələri ilə üst-üstə düşür. Qarğıdalı əkin sahələri isə Şəki-Zaqatala zonasında üstünlük təşkil edir. Son illərdə Azərbaycanda — Lənkəran və Şəki-Zaqatala bölgələrində çəltikçilik (düyü) inkişaf edib.
Hazırda ölkədə əkinəyararlı torpaqların 60 %-də dənli taxıl bitkiləri əkilib. Məqsəd ölkənin taxıla olan tələbatını ödəmək, eyni zamanda çörəyin qiymətinin artmasının qarşısını almaqdır. Bu məqsədlə 2010-cu illə müqayisədə 2011-ci ildə 6 min hektardan artıq sahədə dənli taxıl bitkiləri əkilib.

Üzümçülük
Azərbaycanda üzümçülük hələ qədim zamanlardan bəri kənd təsərrüfatı sahələri arasında xüsusi çəkiyə malik olmaqla geniş sənaye xarakteri daşımışdır. Bu gün də ölkə iqtisadiyyatının yüksəldilməsi nöqteyi-nəzərindən üzümçülük prioritet sahələrdən biri sayılır.
Son 2 ildə Xanlar, Samux, Tovuz, Qəbələ, Yevlax və başqa rayonlarda geniş sahələrdə plantasiyalar salınıb. Xarici ölkələrdən mütəxəssislər dəvət olunub. İndi respublikanın müxtəlif bölgələrində Fransa, Italiya, Ispaniya, Iran, Gürcüstan, Moldova, Ukrayna, Özbəkistan və s. ölkələrdən gətirilmiş 70-dən artıq yüksək üzüm sortu əkilir.

Tütünçülük
Tütün iqtisadi əhəmiyyətinə görə Azərbaycanın ikinci texniki bitki sayılır. 
Vaxtilə ölkə üzrə istehsal olunan tütünün təxminən 50 faizi Zaqatala və Qax rayonlarının payına düşürdü. Son illər bu sahəyə diqqətin atrması tütünçülüyün bərpasına və inkişafına səbəb olub. Keçmiş tütünçülər hazırda fermer təsərrüfatları yaratmağa böyük maraq göstərirlər. Hesablamalara görə, hazırda yüzə yaxın fermerin, bütövlükdə isə 3 min nəfərin əsas gəlir mənbəyi tütünçülükdür.
Azərbaycanda «Samsun», «Trabzon» və «İtiyarpaq» kimi qiymətli tütün növləri əkilir.
2010-cu ildə tütün istehsalı 3243 ton təşkil etmişdir. 2009-cu illə müqayisədə ötən il 634 ton tütün yarpağı məhsulu çox istehsal olunmuşdur.

Bağçılıq (meyvəçilik) və tərəvəzçilik (bostançılıq)
Azərbaycanın kənd təsərrüfatını ixtisaslaşmış sahələrindəndir. Azərbaycanda tumlu meyvələr üzrə Quba-Xaçmaz, qərzəxli meyvələr (şabalıd, qoz, fındıq) üzrə Zaqatala-Şəki, çəyirdəkli (ərik, şaftalı) meyvələr üzrə Naxçıvan MR, quru subtropik meyvələr (nar, heyva) üzrə Kür-Araz, sitrus meyvələr (naringi, portağal, feyxoa, limon) üzrə Lənkəran, Cənub bitkiləri (əncir, zeytun, püstə, badam və s.) üzrə Abşeron yarımadası ixtisaslaşmışdır. Azərbaycanın ən iri meyvəçilik rayonu Qubadır. İstehsal olunan meyvənin 2/3 -ni Quba-Xaçmaz, 15%-ni isə Şəki-Zaqatala və Dağlıq Şirvan iqtisadi rayonları verir. Qərzəxli meyvələrin istehsalının 95%-ni Şəki-Zaqatala iqtisadi rayonunda cəmləşib. Kür-Araz və Yuxarı Qarabağda çoxlu tut ağacı var.
Tərəvəzçilik üzrə Xaçmaz, Lənkəran, qismən isə Aran və Abşeron rayonları ixtisaslaşmışdır. Xaçmaz zonası gecyetişən, Lənkəran zonası isə faraş (tezyetişən) tərəvəzçilik üzrə ixtisaslaşıb. Bakı və Gəncə ətrafındakı istixanalarda xeyli tərəvəz yetişdirilir. Son illər Ağdaşda kələm sahələri genişləndirilib. 
Bostançılıq Azərbaycanın Aran, Abşeron və Lənkəran zonalarında daha yaxşı inkişaf edib. Kürdəmir öz yemişi, Sabirabad və Zirə isə öz qarpızı ilə məşhurdur.
www.azerbaijans.com

Azərbaycanın azsaylı xalqları
Coğrafi baxımdan Avropa və Asiya qitələrinin sərhəddində yerləşən müasir Azərbaycan tarixi keçmişdə müxtəlif sivilizasiyaların: əhəməni-sasani, roma-bizans, skif-xəzər, türk-oğuz mədəniyyətlərinin kəsişməsində bərqərar olmuşdur. 
Əlverişli coğrafi şəraitdə yerləşməsi və zəngin təbiəti hələ qədim dövrlərdən bu ərazinin geniş yaşayış məskəninə çevrilməsinə səbəb olmuşdur. 
Həm qədimlərdə, həm də müasir dövrdə Azərbaycan öz yüksək tolerantlığı ilə seçilən bir bölgə kimi tarixdə qeyd olunub. Bura Zərdüştlük dininin vətəni, Qafqazda xristianlığın ilk beşiyi, İslam dininin geniş yayıldığı məkan, müxtəlif etnosların sülh içində yaşadığı ərazi, rəngarəng mədəniyyətlərin biri-birindən bəhrələnərək çiçəkləndiyi diyardır. Tarixi mənbələr Azərbaycanın etnik tərkibinin daim genişləndiyini göstərir.
Bu gün Azərbaycan etnoqrafik rəngarəngliyi ilə seçilir. Onun ərazisində Azərbaycan türkləri ilə bərabər dağ yəhudiləri,  tatlar, talışlar, kürdlər, molokanlar, ingiloylar, saxurlar, avarlar, ləzgilər, xınalıqlılar, buduqlular, qrızlar kimi etnik qruplar yaşayırlar. Qeyd olunan etnik qrupların nümayəndələri özlərini azərbaycanlı saysalar da, hər bir qrup özünəməxsus fərqli mədəniyyətin elementlərini qoruyub saxlamışdır. Bu mədəniyyət məişət həyatında, sənətkarlıqda, mətbəxdə və müxtəlif mərasimlərdə öz əksini tapmaqdadır.
Etnik qruplar
Yəhudilər
Azərbaycanda yaşayan ən qədim xalqlardan biri də yəhudilərdir. 
Yəhudilər hazırda Bakı, Sumqayıt, Quba, Oğuz və Göyçay rayonunda yaşayırlar. Quba rayonunda yerləşən Qırmızı qəsəbə dünyada dağ yəhudilərinin əhalisinin sayına görə ən sıx yaşadığı ərazidir. 
Yəhudilik Azərbaycanda tarixən dağ yəhudiləri ilə təmsil olunmuşdur. Moisey Kalankatlı dağ yəhudilərinin Qafqaza gəlişini e.ə. I əsrə aid edir. Tədqiqatçıların bu barədə fikirləri fərqlidir. Bir fikrə görə, ən qədim yəhudi icmalarından olan dağ yəhudiləri mənşəcə bir vaxtlar Assuriya və Babil şahları tərəfindən Fələstindən çıxarılmış və Midiyada məskunlaşdırılmış İsrail oğulları nəslindəndirlər. Onların əcdadları yəhudiliyə ilk iman gətirmiş insanlar olmuşlar. Elə Midiyada ikən onlar tatlarla qaynayıb qarışmışlar. Bunun təsiri altında dağ yəhudiləri fars dilinin qədim arami və yəhudi sözləri ilə qatışıq bir ləhcəsi olan tat dilində danışırlar. Dağ yəhudiləri Azərbaycanda 3 yerli qrupa bölünür:
qubalılar (quboi) — Azərbaycanın Quba rayonu, əsasən Qırmızı Qəsəbə
şirvanlılar (şirvoni) — Azərbaycanın şimal-şərqi, Şamaxı rayonunun keçmiş Müci kəndi, habelə Bakı
oğuzlular — Oğuz şəhəri, Gəncə, İsmayıllı, Şamaxı.

Talışlar

Azərbaycan Republikasının cənub-şərqində, əsasən Lənkəran, Astara, Masallı və Lerik rayonlarında və eləcə də İranın şimalında yaşayan xalqdır. İran dil  ailəsinə mənsub olan talış dilində danışırlar. Keçmiş sovet alimləri talışları yerli əhali hesab edirdilər. Belə ki, onlar talışları Azərbaycanın ən qədim yerli tayfalarından olan kadusilərin nəsli hesab edirdilər. Lakin Qərb alimləri buna şübhə ilə yanaşırlar. Onların fikrincə, talışların Azərbaycana gəlişi (XIII əsrdə) Çingiz xanın sərkərdəsi olan Talışın adı ilə bağlıdır. Talışların maddi və mənəvi mədəniyyətləri azərbaycanlılardan bir o qədər də fərqlənmir. 

Kürdlər

Kürdlər hazırda Naxçıvan MR-nın Sədərək rayonunda rayon mərkəzində, Culfa rayonunun Teyvaz kəndində və Şərur ayonunun Dərəkənd kəndində yaşayırlar, həmçinin erməni işğalına qədər Laçın (Qarakeçdi, Çıraqlı və Minkənd kəndləri), Kəlbəcər (Ağcakənd, Zar kəndlərində tam şəkildə digər kəndlərdə isə qarışıq şəkildə), Qubadlı (Zilanlı kəndi) rayonlarında da kürdlər yaşayırdılar. Kürdlər İran dil ailəsinə məxsus kürd dilində danışırlar. 

Tatlar

Azərbaycanın əsasən Quba, Xızı və Xaçmaz rayonlarında və bəzi Bakı kəndlərində yaşayan azsaylı xalqdır. Bəzi tədqiqatçıların fikrincə, Xəzər dənizinin qərb sahili boyunca Abşerondan Dərbəndədək məskunlaşmış tatlar buraya köçürülmüş qədim iranlıların qalıqlarıdır və onlar, heç şübhəsiz, Şirvan ərazisinin ən qədim etnik təbəqələrindəndir.  
Avarlar
Avarlar Azərbaycan Respublikasının əsasən Zaqatala və Balakən rayonlarında yaşayan etnik azlıqlardan biridir . Şimali Qafqaz dil ailəsinə məxsus olan avar dilində danışırlar. 
Azərbaycanlılarla sıx qaynayıb-qarışmışlar. Hazırda kompakt şəkildə Balakən rayonunun Qabaqçöl qəsəbəsində, Car, Zilban, Mazıx, Beretbinə, Cincartala, Katex, Meşəşambul, Mahamalar, Göyəmtala kəndlərində azərbaycanlılarla birlikdə, sıx qohumluq münasibətləri şəraitində yaşayırlar. İslam dininə etiqad edirlər.

Şahdağ xalqları və ya Şahdağ milli etnik qrupu 

Azərbaycanlıların tərkib hissəsidir . Şahdağ milli etnik qrupuna daxil olan etnoslar Quba rayonunun Xınalıq , Qrız, Buduq və Rutul kəndlərinin adlarına müvafiq olaraq buduqlular xınalıqlılar, qrızlılar, rutullar  və s. adlanır. Say etibarı ilə az olsalar da, bu kəndlərin hərəsinin əhalisi ayrı-ayrılıqda bir etnik qrupdur. 

Xınalıqlılar

Xınalıqlılar Azərbaycanın aborigen azsaylı xalqları içərisində özünəməxsus etnoqrafik xüsusiyyətləri ilə seçilir. Bu etnos Qafqaz dil ailəsinə daxil olub, Şahdağ ətrafında yerləşmələrinə görə tarixi-etnoqrafik ədəbiyyatda "Şahdağ xalqları" adlandırılır. Xınalıqlılar Azərbaycanın ən qədim sakinlərindən sayılır. Bu etnos dünyada yeganə dilə və yaşayış məskəninə mənsubdur. Yəni dünyanın etnik xəritəsində ancaq bir Xınalıq kəndi və yeganə xınalıq dili mövcuddur ki, bu da Azərbaycanın Quba rayonuna məxsusdur.
Qrızlılar
Azərbaycanın Şimal zonasında Quba və Xaçmaz rayonlarının bəzi kəndlərində yaşayan kiçik etnik qrupdur. Nax-Dağıstan dil ailəsinin ləzgi dil qrupuna aid qrız dilində danışırlar.
Rutullar
Azərbaycanda və Rusiyada etnik qrup. İslam dininə etiqad edirlər. İslam dini rutullar arasında 7-ci əsrdən etibarən, ərəblərin Qafqaza gəlişi ilə yayılmağa başlamışdır. Əsas dilləri rutul dilidir. Bununla bərabər rutullar yaşadıqları ölkələrin də dillərini çox yaxşı səviyyədə bilirlər (müvafiq olaraq azərbaycan və rus dillərini).
Buduqlular
"Şahdağ milli etnik qrupu" kimi fərqləndirilən Azərbaycanın milli etnik nümayəndələri. Buduqlularla bağlı ilk rəsmi sənəd 1607-ci ildə Səfəvi hökmdarı I Şah Abbas tərəfindən verilmiş fərmandır. Buduqlular tarixən nəsillərə, böyük və ya kiçik ailə birliklərinə bölünüblər və indi də həmin nəsillərin adı ilə tanınırlar. Digər dağ əhalisi kimi, buduqlular da oturaq həyat tərzi keçirirlər. 

Ləzgilər

Qafqaz xalqlardan biri, Dağıstan və Azərbaycanda yaşayırlar. Azərbaycanda əsasən Qusar, Quba, Xaçmaz rayonları ərazisində kompakt halda, eləcə də Bakı, Gəncə, Sumqayıt və Mingəçevir şəhərlərində, Qəbələ, İsmayıllı, Oğuz, Göyçay rayonlarında yaşayırlar. Ləzgilər Azərbaycan əhalisinin 2,2%-ni təşkil edir.

Molokanlar

Hal-hazırda Azərbaycanda molokanlar, əsasən Bakı, Sumqayıt, Şamaxı, İsmayıllı, Gədəbəy və Qubada yaşayırlar.
İlk molokan icmaları Azərbaycanda XVIII əsrin ortalarında meydana gəlmişdir. Onları bura Rusiyadan, pravoslav kilsəsinin əleyhinə çıxdıqlarına görə sürgün etmişdilər.
Azərbaycanda məşhur olan İsmayıllı rayonunun İvanovka kəndində vaxtilə Rusiyadan bu diyara köçüb gəlmiş molokanların nəslinin davamçıları yaşayır. 

İngiloylar

Əsasən Azərbaycanın Qax və Zaqatala rayonları ərazisində yaşayırlar. I Şah Abbasın dövründə müsəlmanlığı qəbul etmişlər. Bu qrupun nümayəndələrindən əsasən müsəlmanlar və çox az hissəsi xristianlar gürcü dilinin cənub dialektində danışırlar. Böyük Qafqaz dağlarının dağətəyi bölgəsində yaşayan ingiloyların əsas məşğuliyyət sferası tütünçülük, taxılçılıq, üzümçülük, qərzəkli meyvəçilik və heyvandarlıqdır. 

Qaraçılar

Köçəri xalqlardan biri. Hind-Avropa mənşəlidirlər. Qaraçılara bütün Avrasiya materikində rast gəlinir. 
Azərbaycanda qaraçılar Balakən ərazisinə I Şah Abbasın köçürmə siyasəti dövründə yerli tayfaların qiyamlarının qarşısını almaq məqsədilə köçürülüblər. Əsasən Şambulbinə, Gülüzənbinə, Məlikzadə kəndlərində yaşayırlar. Balakəndəki qaraçılar farsdillidir. Bundan başqa, qaraçılar Şamaxı, Yevlax rayonlarında və Borçalıda yaşayırlar. 
Qaraçılar tarixən köçəri həyat tərzi sürmüşlər. Ənənəvi olaraq atçılıqla və maldarlıqla yanaşı, həm də öz dədə-baba sənətləri olan nalbəndlik, xırda məişət avadanlıqları, kənd təsərrüfatı (torpaqda işləmək üçün) alətləri istehsalı ilə məşğul olmuşlar .

Assiriyalılar

Azərbaycanda yaşayan etnik qruplardan biridir. Qədim kökləri İran və Türkiyə ərazisində məskunlaşmış assuriyalılarla bağlıdır. Hal-hazırda Azərbaycanın Zaqatala zonasında kiçik bir etnik qrup kimi məskunlaşmışlar

Udilər

Azərbaycanın köklü, aborigen azsaylı xalqlarından biridir. Bu etnos qədim Qafqaz Albaniyasının Uti əyalətində, XIX əsrdə isə Nuxa (indiki Şəki rayonu) bölgəsinin bir neçə yaşayış məskənində məskunlaşmışdır. Müasir dövrdə başlıca olaraq Qəbələ rayonunun Nic kəndində və qismən də Oğuz rayon mərkəzində yaşayırlar. Dünyanın etnik xəritəsində udi adlı etnos bu gün əsasən Azərbaycan ərazisində mövcuddur. Udilər Qavqazın qədim sakinlərindəndir, dilləri Qafqaz dilləri ailəsinin ləzgi yarımqrupuna məxsus olub, çoxlu qədim ünsürləri özündə qoruyub saxlaya bilmişdir. alınmışdır. Tarixən Günəşə, Aya sitayiş edən udilər IV əsrin əvvəllərində xristianlığı qəbul etmiş və bu günə kimi dinini saxlamışlar.
www.azerbaijans.com

Abşeron
Ərazisi: 1.36 min km2
Əhalisi: 86.0 min nəfər

İqtisadiyyatının əsasını yeyinti sənayesi, şəhərətrafı, əsasən, suvarma əkinçiliyi (tərəvəzçilik, üzümçülük və s.) və südlük-ətlik heyvandarlıq təşkil edir. Respublikamızda cənub meyvələri (püstə, badam, zeytun və s.) və çox qiymətli zəfəran əsasən Abşeron rayonunda yetişdirilir. Ərazisində neft və qaz hasilatı geniş yayılmışdır.

Ağdam
Ərazisi: 1,15 min km2
Əhalisi: 158,9 min nəfər

İqtisadiyyatının əsasını yüngül və yeyinti sənayesi, habelə kənd təsərrüfatı - pambıqçılıq, taxılçılıq, üzümçülük, baramaçılıq, heyvandarlıq təşkil edir.
1993-cü il iyulun 23-də rayon mərkəzi və ərazisinin cox hissəsi ermənilər tərəfindən işğal olunmuşdur.

Ağdaş
Ərazisi: 1,05 min km2
Əhalisi: 91,7 min nəfər

 İqtisadiyyatının əsasını kənd təsərrüfatı, yüngül və yeyinti sənayesi təşkil edir. Pambıqçılıq əsas yer tutur.

Ağcabədi
Ərazisi: 1,76 min km2
Əhalisi: 110,4 min nəfər

İqtisadiyyatının əsasını kənd təsərrüfatı, yüngül və yeyinti sənayesi təşkil edir. Respublikanın əsas pambıqçılıq rayonlarındandır.

Ağstafa
Ərazisi: 1,50 min km2
Əhalisi: 75,3 min nəfər

İqtisadiyyatının əsasını kənd təsərrüfatı, xüsusilə üzümçülük, taxılçılıq və heyvandarlıq təşkil edir.

Ağsu
Ərazisi: 1,02 min km2
Əhalisi: 64,5 min nəfər

İqtisadiyyatının əsasını çoxsahəli kənd təsərrüfatı təşkil edir. Sənaye müəssisələri əsasən kənd təsərrüfatı məhsulları emal edir. Pambıqçılıq, üzümçülük, heyvandarlıq inkişaf etmişdir.

Astara
Ərazisi: 0,62 min km2
Əhalisi: 87,4 min nəfər
  
İqtisadiyyatının əsasını yeyinti sənayesi (əsasən quru məxməri çay istehsalı) və kənd təsərrüfatı məhsulları istehsalı (çay, taxıl, sitrus meyvələri, tərəvəz və s.) təşkil edir.


Balakən
Ərazisi: 0,92 min km2
Əhalisi: 85,3 min nəfər

İqtisadiyyatının əsasını çoxsahəli kənd təsərrüfatı təşkil edir. Taxılçılıq, xüsusən dənlik qarğıdalı yetişdirilməsi, tütünçülük, meyvəçilik (əsasən qoz-ləpəli) və südlük-ətlik heyvandarlıq inkişaf etmişdir.

Bərdə
Ərazisi: 0,96 min km2
Əhalisi: 132,9 min nəfər
  
 İqtisadiyyatının əsasını kənd təsərrüfatı, əsasən pambıqçılıq, taxılçılıq, üzümçülük və heyvandarlıq təşkil edir.

Bakı
Ərazisi: 2,13 min km2
Əhalisi: 1817,9 min nəfər
  
Azərbaycanın paytaxtıdır. 11 inzibati rayona bölünür: Binəqədi, Xəzər, Xətai, Qaradağ, Nərimanov, Nəsimi, Nizami, Sabunçu, Səbail, Suraxanı, Yasamal. Azərbaycanın sənaye, elm və mədəniyyət mərkəzidir. İqtisadiyyatının əsasını neft və qaz sənayesi, maşınqayırma, yüngül, yeyinti sənayesi sahələri, tikinti, rabitə, nəqliyyat və s. təşkil edir.

Beyləqan
Ərazisi: 1,13 min km2
Əhalisi: 80,0 min nəfər
  
 İqtisadiyyatının əsasını pambıqçılıq, taxılçılıq, üzümçülük və heyvandarlıq təşkil edir.

Biləsuvar
Ərazisi: 1,40 min km2
Əhalisi: 78,0 min nəfər
  
İqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Əsasən pambıqçılıq, taxılçılıq və heyvandarlıq inkişaf etmişdir.

Cəbrayıl
Ərazisi: 1,05 min km2
Əhalisi: 62,1 min nəfər
  
İqtisadiyyatının əsasını heyvandarlıq, üzümçülük və baramaçılıq təşkil edirdi.
23 avqust 1993-cü ildə ermənilər tərəfindən işğal olunmuşdur.

Cəlilabad
Ərazisi: 1,44 min km2
Əhalisi: 175,9 min nəfər
  
İqtisadiyyatının əsasını taxılçılıq təşkil edir. Üzümçülük, heyvandarlıq, meyvəçilik və tərəvəzçilik də mühüm təsərrüfat sahələrindəndir.

Daşkəsən
Ərazisi: 1,05 min km2
Əhalisi: 31,2 min nəfər

Rayonda əsasən heyvandarlıq, taxılçılıq və kartofçuluqla məşğul olurlar. Filiz saflaşdırma kombinatı fəaliyyət göstərir.


Şabran (Dəvəçi)

Ərazisi: 1,09 min km2
Əhalisi: 47,2 min nəfər
  
İqtisadiyyatını kənd təsərrüfatı sahələri: taxılçılıq, üzümçülük, tərəvəzçilik və heyvandarlıq təşkil edir.

Şirvan (Əli-Bayramlı)

Ərazisi: 0,03 min km2
Əhalisi: 70,9 min nəfər
  
Şəhərdə 17 sənaye müəssisəsi, o cümlədən Avropada ən böyük açıq tipli Şirvan DRES, yağ zavodu, dəmir-beton məmulatları, saxsı, boru, süni dəri zavodları və neft-qaz hasil edən müəssisələr fəaliyyət göstərir.

Füzuli
Ərazisi: 1,39 min km2
Əhalisi: 140,9 min nəfər
  
İqtisadiyyatının əsasını kənd təsərrüfatı, tərəvəzçilik, taxılçılıq və heyvandarlıq təşkil edirdi. Rayonda kənd təsərrüfatı məhsullarının emalı müəssisələri var idi.
23 avqust 1993-cü ildə ərazisinin cox hissəsi ermənilər tərəfindən işğal olunmuşdur.

Gəncə
Ərazisi: 0,11 min km2
Əhalisi: 301,4 min nəfər
  
Əhalisinin sayına görə respublikada ikinci, sənaye məhsulları istehsalına görə Bakı və Sumqayıtdan sonra üçüncü şəhərdir. İstehsal edilən sənaye məhsullarının ümumi həcminin çox hissəsi əlvan metallurgiya, yüngül və yeyinti sənayesi, elektronika və cihazqayırma müəssisələrinin payına düşür.

Gədəbəy
Ərazisi: 1,29 min km2
Əhalisi: 88,3 min nəfər
  
Rayon kənd təsərrüfatı üzrə ixtisaslaşıb, əsasən kartofçuluq, heyvandarlıq, taxılçılıq və bağçılıq inkişaf etmişdir.

Goranboy
Ərazisi: 1,79 min km2
Əhalisi: 88,7 min nəfər
  
 İqtisadiyyatının əsasını kənd təsərrüfatı, xüsusən taxılçılıq, pambıqçılıq təşkil edir

Göyçay
Ərazisi: 0,74 min km2
Əhalisi: 102,9 min nəfər
  
İqtisadiyyatının əsasını kənd təsərrüfatı, pambıqçılıq, taxılçılıq, üzümçülük, heyvandarlıq, baramaçılıq və meyvəçilik təşkil edi


Göy-göl (Xanlar)
Ərazisi: 1,03 min km2
Əhalisi: 54,2 min nəfər

İqtisadiyyatının əsasını kənd təsərrüfatı, xüsusən heyvandarlıq, üzümçülük, bitkiçilik, tərəvəzçilik təşkil edir.

Hacıqabul
Ərazisi: 1,64 min km2
Əhalisi: 59,5 min nəfər
  
İqtisadiyyatının əsasını kənd təsərrüfatı, o cümlədən heyvandarlıq, taxılçılıq, pambıqçılıq, bostançılıq və tərəvəzçilik təşkil edir.

Xankəndi
Ərazisi: 1,05 min km2
Əhalisi: 57,0 min nəfər
  
Respublikanın inkişaf etmiş sənaye mərkəzi idi. Yüngül və yeyinti sənayesi inkişaf etmişdi. Elektrotexnika, avtomobil təmiri və asfalt-beton zavodları, mebel fabriki, tikinti materialları, sənaye, istehsalat və tədris istehsalat kombinatları var idi.
18 sentyabr 1988-ci ildə ermənilər tərəfindən işğal olunmuşdur

Xaçmaz
Ərazisi: 1,05 min km2
Əhalisi: 148,4 min nəfər
  
Respublikanın ən iri tərəvəz, taxıl və meyvə yetişdirən, heyvandarlıq rayonlarından biridir. Quşçuluq və balıqçılıq da inkişaf etmişdir. Konserv emalı, üzüm emalı zavodları və s. fəaliyyət göstərir.

Xocavənd
Ərazisi: 1,46 min km2
Əhalisi: 40,2 min nəfər
  
İqtisadiyyatında üzümçülük, taxılçılıq və heyvandarlıq mühüm yer tuturdu.
2 oktyabr 1992-ci ildə ermənilər tərəfindən işğal olunmuşdur.


Xızı
Ərazisi: 1,9 min km2
Əhalisi: 13,5 min nəfər
  
İqtisadiyyatının əsasını heyvandarlıq və əkinçilik təşkil edir.

İmişli
Ərazisi: 1,82 min km2
Əhalisi: 106,6 min nəfər

İqtisadiyyatında pambıqçılıq, heyvandarlıq, taxılçılıq mühüm yer tutur.

İsmayıllı
Ərazisi: 2,06 min km2
Əhalisi: 74,1 min nəfər
  
Rayonda taxılçılıq, heyvandarlıq, üzümçülük, meyvəçilik, tütünçülük və s. sahələr inkişaf etmişdir. Ərazidə xalça fabriki, şərab, şirə zavodları, ət-süd emalı kombinatları və s. müəssisələr vardır.

Kəlbəcər
Ərazisi: 3,05 min km2
Əhalisi: 69,1 min nəfər

İqtisadiyyatında əkinçilik və heyvandarlıq əsas yer tuturdu.
2 aprel 1993-cü ildə ermənilər tərəfindən işğal olunmuşdur.

Kürdəmir
Ərazisi: 1,63 min km2
Əhalisi: 95,1 min nəfər

İqtisadiyyatının əsasını bitkiçilik, xüsusilə pambıqçılıq, taxılçılıq təşkil edir. Üzümçülük və baramaçılıq da inkişaf etmişdir.

Qax
Ərazisi: 1,49 min km2
Əhalisi: 52,3 min nəfər

İqtisadiyyatının əsasını bitkiçilik, xüsusilə tütünçülük və taxılçılıq, habelə heyvandarlıq təşkil edir.

Qazax
Ərazisi: 0,70 min km2
Əhalisi: 82,5 min nəfər

İqtisadiyyatının əsasını kənd təsərrüfatı, xüsusilə taxılçılıq, üzümçülük, bostan tərəvəzçiliyi və heyvandarlıq təşkil edir. Kənd təsərrüfatı məhsulları emalı müəssisələri də fəaliyyət göstərir.

Qəbələ
Ərazisi: 1,55 min km2
Əhalisi: 86,3 min nəfər

İqtisadiyyatının əsasını heyvandarlıq, taxılçılıq, tütünçülük, üzümçülük və baramaçılıq təşkil edir. Kənd təsərrüfatı məhsulları emalı müəssisələri fəaliyyət göstərir.

Qobustan
Ərazisi: 1,37 min km2
Əhalisi: 35,7 min nəfər

İqtisadiyyatının əsasını taxılçılıq, heyvandarlıq və üzümçülük təşkil edir.

Qusar
Ərazisi: 1,54 min km2
Əhalisi: 83,0 min nəfər

İqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Qoyunçuluq, taxılçılıq, meyvəçilik və bostançılıq geniş inkişaf etmişdir. Kənd təsərrüfatı məhsulları emalı və xalçaçılıq müəssisələri fəaliyyət göstərir.

Qubadlı
Ərazisi: 1,37 min km2
Əhalisi: 34,1 min nəfər

İqtisadiyyatı əsasən taxılçılıq, üzümçülük, tütünçülük, baramaçılıq və heyvandarlıq sahəsində ixtisaslaşmışdı. Kənd təsərrüfatı məhsulları emalı müəssisələri var idi.
31 avqust 1993-cü ildə ermənilər tərəfindən işğal olunmuşdur.


Quba
Ərazisi: 2,58 min km2
Əhalisi: 140,0 min nəfər

Respublika əhəmiyyətli meyvəçilik rayonudur. Digər əsas kənd təsərrüfatı sahələri taxılçılıq və maldarlıqdır. Sənaye müəssisələrində heyvandarlıq, meyvə və tərəvəz məhsulları emal olunur.

Laçın
Ərazisi: 1,84 min km2
Əhalisi: 65,6 min nəfər

İqtisadiyyatında heyvandarlıq əsas yer tuturdu. Taxılçılıq və meyvəçilik geniş inkişaf etmişdi.
18 may 1992-ci ildə ermənilər tərəfindən işğal olunmuşdur.

Lənkəran
Ərazisi: 1,54 min km2
Əhalisi: 193,7 min nəfər

Əsasən yeyinti məhsulları sənayesi fəaliyyət göstərir. Çay fabriki, tərəvəz, balıq konserv zavodları və s. mövcuddur. Aqrar bölmənin əsasını tərəvəzçilik, çayçılıq, üzümçülük, arıçılıq, baramaçılıq və heyvandarlıq təşkil edir.

Lerik
Ərazisi: 1,08 min km2
Əhalisi: 66,2 min nəfər

İqtisadiyyatının əsasını çayçılıq, tərəvəzçilik, kartofçuluq, tütünçülük və taxılçılıq təşkil edir.

Masallı
Ərazisi: 1,79 min km2
Əhalisi: 178,7 min nəfər

İqtisadiyyatının əsasını çayçılıq, tərəvəzçilik, balçılıq-meyvəçilik, üzümçülük və taxılçılıq təşkil edir. Kənd təsərrüfatı məhsulları emalı müəssisələri fəaliyyət göstərir.

Mingəçevir
Ərazisi: 0,13 min km2
Əhalisi: 94,6 min nəfər

Sənayesinin əsasını energetika, maşınqayırma, kimya, yüngül, yeyinti və tikinti sənaye müəssisələri təşkil edir.

Naftalan
Ərazisi: 0,3 min km2
Əhalisi: 7,9 min nəfər

Kurort şəhəridir. 6 sanatoriya fəaliyyət göstərir.

Neftçala
Ərazisi: 1,45 min km2
Əhalisi: 73,5 min nəfər

Sənaye və kənd təsərrüfatı rayonudur. Neft-kimya, balıq və pambıq emalı və digər müəssisələr fəaliyyət göstərir. Kənd təsərrüfatında aparıcı sahələr pambıqçılıq, tərəvəzçilik, bostançılıq və meyvəçilikdir.

Oğuz
Ərazisi: 1,22 min km2
Əhalisi: 37,7 min nəfər

İqtisadiyyatının əsasını kənd təsərrüfatı, o cümlədən heyvandarlıq, bitkiçilik, taxılçılıq, tütünçülük və tərəvəzçilik təşkil edir.

Saatlı
Ərazisi: 1,18 min km2
Əhalisi: 85,1 min nəfər

İqtisadiyyatının əsasını pambıqçılıq, taxılçılıq, bostançılıq, tərəvəzçilik, quru subtropik meyvəçilik və heyvandarlıq təşkil edir. Kənd təsərrüfatı məhsulları emalı müəssisələri mövcuddur.

Sumqayıt
Ərazisi: 0,08 min km2
Əhalisi: 288,4 min nəfər

İqtisadiyyatında kimya, neft-kimya, yüngül və yeyinti sənayesi, maşınqayırma, cihazqayırma müəssisələri, istilik energetikası, inşaat məmulatları istehsalı əsas yer tutur.

Samux
Ərazisi: 1,45 min km2
Əhalisi: 50,2 min nəfər

İqtisadiyyatının əsasını üzümçülük, heyvandarlıq, taxılçılıq, tərəvəzçilik və meyvəçilik təşkil edir.

Səlyan
Ərazisi: 1,79 min km2
Əhalisi: 114,9 min nəfər

Kənd təsərrüfatının əsasını pambıqçılıq, taxılçılıq, tərəvəzçilik və heyvandarlıq təşkil edir. Kənd təsərrüfatı məhsulları emalı müəssisələri mövcuddur. Quru subtropik meyvəçilik, bostançılıq da mühüm sahələrdir. Neft-qaz hasilatı sahəsi, plastik kütlə emalı, pambıqtəmizləmə zavodları və s. mövcuddur.

Siyəzən
Ərazisi: 0,70 min km2
Əhalisi: 34,5 min nəfər

İqtisadiyyatının əsasını neft sənayesi təşkil edir. Kənd təsərrüfatında isə üzümçülük, taxılçılıq, quşçuluq, heyvandarlıq və tərəvəzçilik mühüm yer turur.

Sabirabad
Ərazisi: 1,47 min km2
Əhalisi: 140,6 min nəfər

Respublikanın iri pambıqçılıq, heyvandarlıq, bostançılıq və tərəvəzçilik rayonudur. Pambıqtəmizləmə və digər emal müəssisələri mövcuddur.

Şəki
Ərazisi: 2,43 min km2
Əhalisi: 161,0 min nəfər

Kənd təsərrüfatının əsasını taxılçılıq, heyvandarlıq, tütünçülük, üzümçülük və baramaçılıq təşkil edir. Şəki İpək şirkəti, tütün fermentləmə zavodu, ət-süd kombinatı və digər müəssisələr də mövcuddur.


Şamaxı
Ərazisi: 1,61 min km2
Əhalisi: 83,1 min nəfər

İqtisadiyyatının əsasını üzümçülük, taxılçılıq, heyvandarlıq və meyvə-tərəvəzçilik təşkil edir.

Şəmkir
Ərazisi: 1,66 min km2
Əhalisi: 177,3 min nəfər

İqtisadiyyatının əsasını üzümçülük, taxılçılıq, tərəvəzçilik və heyvandarlıq təşkil edir.

Şuşa
Ərazisi: 0,29 min km2
Əhalisi: 25,1 min nəfər

İqtisadiyyatının əsasını heyvandarlıq, tərəvəzçilik və bağçılıq təşkil edirdi.
8 may 1992-ci ildə ermənilər tərəfindən işğal olunmuşdur.

Tərtər
Ərazisi: 0,96 min km2
Əhalisi: 93,8 min nəfər

Əsas təsərrüfat sahələri pambıqçılıq, heyvandarlıq, taxılçılıqdır. Subtropik meyvə olan narçılıq daha çox inkişaf edib. Emal müəssisələri də mövcuddur.

Tovuz
Ərazisi: 1,90 min km2
Əhalisi: 146,6 min nəfər

İqtisadiyyatının əsasını kənd təsərrüfatı, üzümçülük, tərəvəzçilik, quru subtropik meyvəçilik, bostançılıq, bağçılıq, taxılçılıq, heyvandarlıq təşkil edir.

Ucar
Ərazisi: 0,85 min km2
Əhalisi: 72,8 min nəfər

İqtisadiyyatının əsasını kənd təsərrüfatı - pambıqçılıq, taxılçılıq, heyvandarlıq, baramaçılıq, quru subtropik meyvəçilik, üzümçülük və bostançılıq təşkil edir.

Zaqatala
Ərazisi: 1,35 min km2
Əhalisi: 109,3 min nəfər

İqtisadiyyatında kənd təsərrüfatı xüsusi rol oynayır. Taxılçılıq, tütünçülük, meyvəçilik (qoz-ləpəli), tərəvəzçilik inkişaf etmişdir. Yeyinti məhsulları kombinatı, emal müəssisələri, tikiş və mebel fabrikləri mövcuddur.

Zərdab
Ərazisi: 0,86 min km2
Əhalisi: 47,6 min nəfər

İqtisadiyyatında taxılçılıq, pambıqçılıq, baramaçılıq və heyvandarlıq xüsusi rol oynayır. Kənd təsərrüfatı emalı müəssisələri mövcuddur.

Zəngilan
Ərazisi: 0,71 min km2
Əhalisi: 36,1 min nəfər

İqtisadiyyatının əsasını taxılçılıq, tütünçülük, kartofçuluq, meyvəçilik, bostançılıq təşkil edirdi. Emal müəssisələri mövcud idi.
29 oktyabr 1993-cü ildə ermənilər tərəfindən işğal olunmuşdur.

Yardımlı
Ərazisi: 0,67 min km2
Əhalisi: 51,8 min nəfər

İqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Əhali əsasən taxılçılıq, kartofçuluq, tütünçülük, tərəvəzçilik və qoyunçuluqla məşğuldur.

Yevlax
Ərazisi: 1,54 min km2
Əhalisi: 110,0 min nəfər

Aqrar-sənaye rayonudur. Kənd təsərrüfatı əsasən pambıqçılıq, taxılçılıq, heyvandarlıq üzrə ixtisaslaşıb. Quşçuluq və baramaçılıqla da məşğul olunur. Kənd təsərrüfatı emalı müəssisələri, istehsal və sənaye kombinatları vardır.

Naxçıvan 
Ərazisi: 1,1 min km2
Əhalisi: 63,2 min nəfər

Naxçıvan Muxtar Respublikasının paytaxtı.

Babək
Ərazisi: 0,13 min km2
Əhalisi: 71,4 min nəfər

İqtisadiyyatının əsasını kənd təsərrüfatı, xüsusilə quru subtropik meyvəçilik, tərəvəzçilik, taxılçılıq təşkil edir. Daş emalı zavodu, üzüm emalı zavodu və digər istehsal müəssisələri vardır.

Culfa
Ərazisi: 0,99 min km2
Əhalisi: 35,9 min nəfər

İqtisadiyyatının əsasını əkinçilik, üzümçülük və heyvandarlıq təşkil edir. Üzüm emalı zavodları və digər müəssisələr mövcuddur.

Ordubad
Ərazisi: 0,86 min km2
Əhalisi: 40,6 min nəfər

İqtisadiyyatı çoxsahəlidir. Bir sıra emal müəssisələri, elm-istehsalat birliklərinin filialları mövcuddur. Kənd təsərrüfatında meyvəçilik, tərəvəzçilik, üzümçülük, bostançılıq, arıçılıq, baramaçılıq və heyvandarlıq əsas yer tutur.

Şahbuz
Ərazisi: 0,81 min km2
Əhalisi: 20,3 min nəfər

İqtisadiyyatının əsasını heyvandarlıq və əkinçilik təşkil edir.

Şərur
Ərazisi: 1,2 min km2
Əhalisi: 110,7 min nəfər

İqtisadiyyatının əsasını üzümçülük, taxılçılıq, tütünçülük, şəkər çuğunduru və tərəvəz istehsalı təşkil edir.

Sədərək
Ərazisi: 0,15 min km2
Əhalisi: 12,0 min nəfər

İqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Yeganə sənaye müəssisəsi şərab zavodudur.

Kəngərli
Ərazisi: 0,682 min km2
Əhalisi: 25,5 min nəfər

Rayon mərkəzi Qıvraq.

Topladı: Fərrux Abudavud

Səyyahlar

[səyyahlar][hot]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget