Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Coğrafiya tədrisinin başlıca prinsipləri və üsulları

Coğrafiya elminin əsaslarının şagirdlərə yaxşı mənimsədilməsi, onların dərsi etmə qabiliyyətlərinin inkişafı əməyə hazırlanmsı işi başqa amillərlə birgə coğrafiyanın təlim metodlarından yerli yerində tətbiq etməkdən çox asılıdır

Coğrafiya elminin əsaslarının şagirdlərə yaxşı mənimsədilməsi, onların dərsi etmə qabiliyyətlərinin inkişafı əməyə hazırlanmsı işi başqa amillərlə birgə coğrafiyanın təlim metodlarından yerli yerində tətbiq etməkdən çox asılıdır.Beləki müəllim bu və ya digər təlim metodunu öz işində tətbiq etməkləşagirdlərin əqli fəaliyyətini də müəyyən istiqamətə yönəldir.Onlar bilik, bacarıq və vərdişlərlə aşılamağı öyrədir.Müəllim təlim metodlarından istifadə edərək şagirdlərdə yaradıcılıq qabiliyyətinin inkişafına nail olur.Onların biliklərə müstəqil sürətdə yiyələnməyə alışdırır:dünyagörüşünü formalaşdırır.Təlim metodları təkcə müəllimin iş, üsulları deyil , həm də şagirdlərin coğrafiya prosesinin inkişafı deməkdir.Müəllim təlim metodlarından istifadə edərkən bə`zi dərs etmə fəaliyyəti, əqli fəaliyyət priomlarını qabaqcadan bilir.
Alimlər göstərir ki,Didanfenado təlim metodları didendə müəllimin rəhbərliyi altında şagirdlərin bilik, bacarıq və vərdişlərlə silahlandırılması, onların dünyagörüşünün formalaşması , dərs etmə qabilliyətinin inkişaf etməsi başa düşülür. Metod termini ilə yanaşı pedaqoji və metodun ədəbiyyatda priom termini işlədilir.Priomdedində tə`lim metodlarını əmələ gətirən, onların tərkibinə daxil olan hissə-elementlər nəzərdə tutulur.
Məs:Xəritə üzərində iş metodunun tərkibində aşağıdakı preyomlar ayırmaq olar.
1-Xəritə üzrə hər hansı coğrafi obyektin və hdisənin təsviri.
2-Xəritə üzrə koordinantların təyini, vaxtın, məsafələrin hesablanması.
3-Kontur xəritələrinin doldurulması.
4-Xəritə üzrə fiziki və iqtisadi coğrafi xarakteristikaların tərtibi.
5-Müxtəlif xəritələrin tutuşdurulması əsasında fiziki və iqtisadi coğrafi qanunauyğunluqlarınaşkar edilməsi.
Misal çəkilən priomların hər biri xəritə üzrə iş metodunun tərkibinə daxil olduğu halda onlardan
heç biri təklikdə həmin metodu əhatə eləmir.Təlim metodları biliklərin əldə edildiyi mənfə`lərə görə bir-birindən fərqlənirlər.Coğrafiya metodlarında öyrənilən bir sıra obyekt, cisim və hadisələr məktəbi əhatə edən rayonda olduğundan praktik çalışma və iş əsasında olduğu kimi müşahidə etmək mümkün olur.Məs:Hava və aşınma hadisələri ətraf relyef. Yerli sular sənaye və k/t müəssisələri göstərilə bilər.Coğrafiyanın əsas mənbələrindən biri kartoqrafiya materiallarıdır.Bu kursun tədrisində Yer nüvəsində yer süxurunda və suyun paylanması, ayrı-ayrı materik və oneonların yerləşməsi , ölkələrin iqtisadi, rayonların coğrafi mövqeyi, sahil xətləri, istilik qurşaqları, dərəcə tonu və s. biliklər öyrədilir.Bu tip biliklər ancaq kartoqrafik materiallara aid olan qlobus, xəritələrdə öyrənmək olur.Proqramda nəzərdə tutulan coğrafi biliklərin mənimsənilməsi üçün dərsləri və kitabdan, müxtəlif əyani vasitələrdən, şagirdlərin özlərinin coğrafi təsəvvürlərindən, təcrübələrindən, yə`ni məhəldə aparılan ölçmə və planalma işləri, hava üzərində müşahidələr və s. də istifadə olunur.Coğrafiyanın təlim metodlarını 3 böyük qrupa bölmək olar.
1)Söz metodları – əsas bilik mənbəyi kimi şifahi və yazılı sözdür.Nağıl, izahat, mühazirə, ucadan oxu, müsahibə, dərsləri və kitablar üzərində iş, flalistik materiallarla iş və s.
2)Əyani metodlar –Bura coğrafiya xəritələrindən və əyani vasitələrdən istifadə edilməsi, müşahidələr, təcrübələr aiddir.
3)Praktik metodlar – bura yolun və sahənin plana alınması , nisbi hündürlüklərin ölçülməsi, relyefin horizontallar üsulu ilə təsviri çayın eninin, dərinliyinin ölçülməsi,orta axın sü`rətinin , en kəsiyinin sahəsinin hesabıanması və profil çertyojunun çəkilməsi.Coğrafiyanın tədrisi prosesində müxtəlif tə`lim metodlarindan istifadə edilir.Çünki universal tə`lim metodu yoxdur.Hər bir tə`lim metodunun müəyyən xüsusiyyəti vardır.Bə`zi təlim metodları xəritə üzərində işləmək bacarıqlarını formalaşdırır.Digər metod isə şagirdlərin məntiqi tələsi kürünü və nitqini inkişaf etdirir.Coğrafiyanın tədrisində müxtəlif metodların birləşmələrindən istifadəedilir.Bu isə şagirdlərin fəallığını artırır.Yorğunluğunu və diqqətini yayılmamasının qarşısını alır.Metodların və müxtəlif birləşmələri işə tədbiq etməklə qarşıya qoyulan didantik məqsədi , öyrənilən proqramı materialının məzmunu, şagirdin hazırlıq səviyyəsi, müəllimin şəxsi keyfiyyəti , məktəbin tədris bazasından asılıdır.Heç bir bilik metodu təklikdə istifadə edilmir.Bir neçə metod birləşmiş halda tətbiq edilir.Məs:Materialların mövqeyini öyrənmək üçün tətbiq edilən müşahidə metodu mütləq xəritə üzərində işlə müşaət olunur.Əksər hallarda şifahi şərh etmə müsahibə və xəritə üzərində iş metodları birliktə olur.Müəllim metodları tətbiq edərkən mövcud şərait və imkana görə ən əlverişli, effektli, aparıcı metodu secməlidir.Coğrafiya tədrisi prosesində öyrədilən proqram mətninin məzmununu, şagirdlərin bilik səviyyəsi müstəqilliyin dərəcəsi dəyişdikcə məntiqi mühakimə, qruplaşdırma, müqayisə və daha mürəkkəb, müstəqil iş tələb edən priomlar tələb olunur.


Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget