Rusiya federasiyasının tərkibində olan muxtar türk dövlətlərindən biridir. Türklərin qədim məskunlaşma ərazilərindən olan bu torpaqlar XIX əsrdə Çar Rusiyası tərəfindən istila edildikdən sonra daima Rusiyanın tərkibində olmuşdur. Rus höküməti isə vahid Altay ərazisini inzibati cəhətdən parçalayaraq Altay respublikası və Altay vilayətini yaratmışdır.Altay respublikasının yerləşdiyi ərazi Asiyanın tam ortasında – Sibir tayqası,Qazaxıstan çölləri və Monqol yarımsəhrasının birləşdiyi ərazini əhatə edir. Respublika ərazisinin 25 faizini meşə sahələri tutur. Respublikanın ərazisi 92,600 km² - dir.Altay respublikası Monqolustan, Çin, Qazaxıstan, həmçinin Tuva respublikası, Kamerovo oblastı vəAltay vilayəti ilə həmsərhəddir.
Respublika ərazsinin ən hündür nöqtəsi dəniz səviyyəsindən 4,506 m hündürlüyü olan Beluxa dağıdır. Ölkənin ərazisi 92,600 km² - dir.Respublikanın böyük bir hissəsini dağlıq ərazilər təşkil edir. Bu səbəbdən də normal səviyyəli yollar ölkə ərazisində olduqca azdır. Respublikanın
ərazisində müxtəlif zamanlarda tədricən kiçik türk etnik qrupları məskunlaşmışlar və hazırda respublika əhalisinin böyük əksəriyyətini türklər təşkil edir. Ruslar dəfələrlə Altayı tabe etməyə çalışsalar da yerli türk etnoslarının böyük müqavimətinə rast gəlmiş, yalnız 1860 – cı ildə Altay ərazsi tamamilə tabe edilmişdir. Ərazi ruslar tərəfindən işğal edildikdən sonra yaşama yararlı düzən və bərəkətli torpaq ərazilərində ruslar məskunlaşdırılmış, yerli əhalinin böyük bir qismi isə dağlara köç etməyə məcbur olmuşdur. Öz doğma torpaqlarını tərk etməyən türklər isə zamanla ruslaşdırılmışdır.
Çayları və Gölləri-Respublika ərazisində 20 mindən artıq kiçik çay və çay qolu vardır ki, bunların da çoxu Obvə Yenisey çaylarının qollarıdır. Respublikanın ən böyük çayları Xatun və Biya çaylarıdır. Hər iki çay dağ və yeraltı sulardan qidalanır. Hər iki çay Sibirin ən böyük çaylarından biri olan Ob çayına tökülür. Xatun çayı həm də yerli əhali, eləcə də burda məskunlaşan kiçik etnoslar üçün dini əhəmiyyət daşıyır. Altay folkloruna görə Beluxa dağında mistik Şambalaölkəsinə açılan qapı yerləşir.
Qara Biya çayının mənbəsi olan Telet gölü həm də regionun ən böyük gölüdür. Zümrüd rəngli Xatun çayı isə öz mənbəsini Beluxa dağında yerləşən Gəblər buzlaqlarından götürür.
Ölkə ərazisində yerləşən ən böyük göl, 80 km (50 mil) uzunluğu və və 5 km (3 mil) dərinliyi olan Telet gölüdür. Gölün sahəsi 230.8 kv. km-dir. Ümumiyyətlə Altayın dağ gölləri böyük şirin su ehtiyyatına malik olmaqla nəinki Altay bölgəsi, eləcə də bütün Rusiya üçün mühüm əhəmiyyət daşıyır. Təkcə Telet gölü təxminən 40 kub km şirin su ehtiyyatına malikdir.
Potensial yeraltı su ehtiyyatı isə 22 mln kub m kimi dəyərləndirilir və bu rəqəmin gələcəkdə 44000 kub m də artacağı gözlənilir.
Altay respublikasının ən nəzərə çarpan coğrafi özəlliyi dağlıq ərazidə yerləşməsidir. Respublika, Altay dağ silsiləsinin Rusiya Federasiyası ərazisinə düşən hissəsində yerləşir. Altay dağ silsiləsi respublika ərazisindən keçərək Qazaxıstan, Monqolustan və ÇXR ərazisinə qədər gedib çıxır. Regionda dağlıq ərazilər üçün xas olan yüksək seysmik aktivlik var və bu ərazi landşaftının müntəzəm dəyişməsinə gətirib çıxarır.
Su resursları respublikanın ən mühüm təbii resurslarındandır. Müalicəvi əhəmiyyətə malik mineral və isti sular yerli və xarici turistlərin ən çox ziyarət etdiyi yerlərdəndir. Həmçinin Altay buzlaqları böyük şirin su ehtiyyatına malikdir. Rspublika ərazisindəki ən böyük buzlaqlar Bolşoy Taldurinski (35 km²), Mensu (21 km²),Sofiyski (17 km²) və Bloşoy Maaşey (16 km²) buzlaqlarıdır.
Respublika ərazisindəki mineral resurslara həmçinin, qızıl, gümüş, dəmir, litium yataqları da daxildir. Respublikaının ən böyük şəhəri olan və Altay vilayətinin qonşuluğunda yerləşən Barnaul şəhəri Altay bölgəsinin ən böyük sənaye mərkəzi olmaqla müxtəlif faydalı qazıntıların istehsalı sahələri üzrə ixtisaslaşmışdır.
İqlimi-Respublikanın ərazisi kontnental iqlim zonasında yerləşməklə qısa və isti yay (İyun – Avqust) və soyuq, uzun və güclü şaxtalarla müşahidə olunan qışa (Noyabr – Mart) malikdir. Respublikanın şimal-şərq hissəsinin iqlimi (Ulağanski və Koş-Ağaçski vilayətləri) cənub hissəinin iqliminə nisbətən daha sərtdir.
Əhalisi-2002 – ci il siyahıyaalmasının nəticələrinə görə respublika əhalisi 202, 947 nəfərdir ki, bunun da 53,538 (26.4%) şəhərlərdə məskunlaşmışdır. Əhalinin 47.6% - ni kişilər, 52.4% -ni isə qadınlar təşkil edir. Orta yaş həddi 30, 5 ildir.
2002 – ci il Census statistikasının nəticələrinə görə Altay respublikasında əhalinin 57.4% - ni türk mənşəli etnoslar təşkil edir. Bu etnoslar arasında Altay türkləri 30.6% əhali sayıyla birinci yerdədir. Digər etnik qruplardan qazaxlar 6.0%, telengitlər 2,3 %, tuvalılar 0.8%, ukraynalılar1,4% təşkil edir.
İqtisadiyyatı-Altay respublikası daha çox kənd təsərrüfatı ölkəsi kimi tanınıb. Bununla belə ölkə ərazisində mühüm qida, kimya, ağır sənayə obyektləri də vardır. Ölkə ərazisində turizm o qədər də inkişaf etmədiyindən ölkənin ümumi iqtsadiyyatında turizm gəlirlərinin payı olduqca azdır. Bununla belə son dövrlərdə Altay xalqlarının özünəməxsus mədəniyyətinə artan maraq ölkıdə turizmin inkişafına təkan vermişdir.
Din-Yerli Altay əhalisinin ənənəvi dini şamanizmdir. Ölkə ərazisindəki etnik ruslar ortodoks xristian (pravoslav), qazaxlar sünni müsəlman, tibetlilər isə buddistdirlər. Ölkə ərazisində həmçinin xeyli miqdarda Yehova Şahidləri təriqətnin davamçıları vardır ki, bunların da əksəriyyətini yerli əhali təşkil edir

Yorum Gönder