Avropa Cənub Rəsədxanasının (European Southern Observatory) Çilidəki Akatakama səhrasında yerləşən teleskopları vasitəsilə aparılmış müşahidələr Makemake planetində iddialara rəğmən,həyat izlərinin olmadığını sübut edib.Günəş sistemindən çox uzaqdakı ulduzun qarşısından keçərkən Makemakeni müşahidə edən və araşdıran astronomlar bu planetdə canlı orqanizmlərin, suyun, atmosferin və cazibə qüvvəsinin olmadığını anlayıblar.Soyuq, "cırtdan" planet sayılan Makemakenin Günəş sistemindən kənarda Pluton təki atmosferə malik səma cismi olduğu düşünülürdü.
Yeni planetin ölçüləri də təsbit olunub.Cırtdan planet Makemake müqayisə
olunduğu Plutonun kütləsinin 2/3-nə malikdir. Cırtdan planet Plutonla müqayisədə Günəşdən daha uzaqda olsa da, Günəşin ətrafına Eris təki uzaq orbitdə fırlanır.
ABŞ Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) hazırladığı yeni ulduz xəritəsində Eris və Makemake kimi planetlər Neptunun arxasında, Kuper qurşağındadır.
Milli.az
Cırtdan planet ölü çıxdı
Avropa Cənub Rəsədxanasının (European Southern Observatory) Çilidəki Akatakama səhrasında yerləşən teleskopları vasitəsilə aparılmış müşahidələr Makemake planetində iddialara rəğmən,həyat izlərinin olmadığını sübut edib.
Açar sözlər
Kosmos
Yorum Gönder