Ay planetimizlə toqquşanda səthində olan su və yüngül elementlərin tam əksəriyyətini Yerə verib.Alimlər indiyədək hesab edirdilər ki, Ay planeti Yerin "ulu babası" olan Teya protoplaneti ilə toqquşma nəticəsində yaranıb. Toqquşma Teya və proto-Yerdən kosmosa materiyanın atılmasına səbəb olub, həmin materiyadan da Ay yaranıb.Alimlər onu da vurğulayırdılar ki, Ayın kütləsinin 40 faizi Teya, 60 faizi isə Yerdən qopmuş maddələrdən yaranıb. Lakin Yer və Aydakı süxurlarda titan və digər məddələrin izotopları bərabər olduğundan bu nəzəriyyəyə şübhələr yaranmışdı. ABŞ-ın La-Hoya şəhərindəki Skripps Okeanoqrafiya İnstitutunun professoru Ceyms Deyin başçılıq etdiyi alimlər qrupu "Apollon" ekspedisiyasının Aydan gətirdiyi süxur nümunələri fraqmentlərinin kimyəvi və izotop analizini aparıblar. Məlum olub ki, həmin süxurlarda Yer qatı və asteroidlərdə çox geniş yayılmış sink faktiki olaraq yoxdur.
Bundan başqa, Ay süxurlarında sink-64 və sink-66 izotoplarının miqdarı çox qəribə idi. Belə ki, Ay süxurlarında sink-66-nın miqdarı Yer və Marsla müqayisədə 3-4 dəfə, sink-64 isə Ay və asteroidlərlə müqayisədə 2-3 dəfə artıqdır. Astronomlar izotoplar tərkibində bu fərqi aşkarlamaq üçün Ayın formalaşma ssenarisindəki müxtəlif dövrlərdəki kimyəvi dəyişiklikləri araşdırıblar. Məlum olub ki, sinkin belə miqdarı yalnız Ayın çox hissəsinin və ya onun bütünlüklə əriməsi zamanı əriyərək qaynar materiyaya çevrilməsi zamanı yaranır. Həmin situasiya isə yalnız Ayın "atası" Teyanın Yerlə toqquşması nəticəsində formalaşa bilərdi.
Yorum Gönder