Gəncə-Qazax iqtisadi rayonu -Tərkibinə Qazax, Ağstafa, Tovuz, Göygöl (Xanlar), Daşkəsən, Goranboy, Şəmkir, Samux, Gədəbəy kənd rayonları, respublika tabeli Gəncə və Naftalan şəhərləri daxildir.Gəncə-Qazax iqtisadi rayonu Azərbaycanın şimal-qərbini əhatə edir və sənayenin inkişafına görə Abşeron iqtisadi rayonundan sonra Azərbaycanın 2-ci sənaye rayonu sayılır.Relyefinə görə bu rayon 4 hissədən - Gəncə-Qazax maili düzənliyindən, dağətəyi, orta və yüksək dağlıqdan ibarətdir.Təbii ehtiyatları zəngindir. «Azərbaycan Uralı» adlanan Daşkəsəndə dəmir filizi, mərmər; Zəylikdə alunit; Qazaxın Daş Salahlı kəndində metallurgiya sənayesindən istifadə olunan bentonit gil; Ceyrançöldə neft çıxarılır. Naftalanda dünyada yeganə olan müalicəvi əhəmiyyətli neftin əsasında sanatoriya tikilib. əhalisi sənayenin yüksək inkişafı ilə əlaqədar yüksək urbanizasiyalaşıb. Gəncə-Qazax maili düzənliyində əhali daha sıx məskunlaşıb.Təsərrüfatı. Rayonda dağ-mədən, qara və əlvan metallurgiya, maşınqayırma, elektroenergetika, tikinti materialları, şərabçılıq, yüngül və yeyinti sənaye sahələri yaxşı inkişaf edib. Rayonda əlvan metallurgiyanın yaxşı inkişafı regionda xammal və elektrik enerjisi ehtiyatlarının bol olması ilə əlaqədardır. Azərbaycanın ən böyük dağ-mədən sənayesi mərkəzi olan Daşkəsəndə bu regionda yerləşir. Bu ərazidə faydalı qazıntılar intensiv çıxarıldığından torpaqların rekultivasiyaya böyük ehtiyacı var. Bu rayon Azərbaycanın ən iri xalçaçılıq mərkəzidir.
K/t-da əkinçilik heyvandarlıqdan yaxşı inkişaf edib. Rayon üzümçülük, kartofçuluq, taxılçılıq üzrə ixtisaslaşıb. Pambıq yalnız Goranboyda becərilir.
Rayonun düzənliklərində üzümçülük, dağlarında isə heyvandarlıq yaxşı inkişaf edib. Heyvandarlıqda Gədəbəy və Daşkəsənin yaylaqlarından, Ceyrançölün qışlaqlarından geniş istifadə olunur.
Nəqliyyatı. Ermənistan və Gürcüstanla həmsərhəd olan bu rayonda Bakı-Tbilisi dəmir və avtomobil yol xətləri, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan neft boru kəməri keçir. Regionun ən iri şəhərləri Gəncə və Qazaxdır.
Gəncə-əhalisinin sayına iqtisadi, sosial və mədəni həyatındakı roluna görə Azərbaycanın 2-ci böyük şəhəridir. Şəhərdə Azərbaycanlılardan başqa rus, belorus, yəhudi, ukraynalı və s. xalqlar da yaşayır. Gəncədə Zəylik alunit yatağı əsasında alüminium zavodu fəaliyyət göstərir. Digər iri müəssisələri xalça və toxuculuq kombinatları, çini-saxsı qablar zavodu, Gəncə cihazqayırma zavodlarıdır. Gəncədə avtomobil zavodu tikilir. Gəncə Daşkəsənlə birlikdə sənaye qovşağı əmələ gətirir.
Qazax şəhərində meyvə-tərəvəz konserv zavodu, tikiş, qənnadi, «Zili» xalça fabriki fəaliyyət göstərir.

Adı: Gəncə-Qazax iqtisadi rayonu
Ərazisi: 12,48 min km2
Əhalinin sayı: 1205,2 min nəfər (01 yanvar 2012-ci il)
Əhalinin sıxlığı: 1 km2-ə 97 nəfər (01 yanvar 2012-ci il)
Gəncə-Qazax iqtisadi rayonuna daxildir:
Agstafa rayonu Goranboy rayonu Samux rayonu
Daşkəsən rayonu Göy-göl rayonu Şəmkir rayonu
Gədəbəy rayonu Qazax rayonu Tovuz rayonu
Gəncə şəhəri Naftalan şəhəri
Yorum Gönder