Boyuk coğrafi kəşflərin ilkin mərhələsində bir sıra səbəblər uzundən İspaniya və Portuqaliya digər olkələrlə muqayisədə qarşıda duran murəkkəb vəzifələrin yerinə yetirilməsinə daha cox hazır idilər. Məhz bu iki Pireney olkəsinin səyyahları bir necə onilliklərdə Afrikanın ətrafını dolanmaqla Şərq olkələrinə və Amerikaya gedən yolları kəşf etmişlər, Şərq yolunun axtarışı ilə onlar Hindistanı və Qərb yolunun axtarışı ilə isə iki boyuk materiki - Şimali və Cənubi Amerikanı
kəşf etdilər və oyrəndilər. Lakin XVI əsrin ortalarından başlayaraq Pireney olkələri zəbt etdikləri sərvətlər ilə məhdudlaşaraq, yeni torpaqlar axtarışından imtina etdilər və əsas diqqəti tutuqları yerləri əldə saxlamağa yonəltdilər. Gostərilən vaxtdan sonra onların yerinə daha guclu olan İngiltərə və Hollandiya gəldi. Deməli, Boyuk Coğrafi kəşfləri ilkin hazırlayan və həyata kecirən iki Pireney dovləti- İspaniya və Portuqaliya olmuşdur. Boyuk coğrafi kəşflər dovru X.Kolumb və F.Magellanın adları ilə bağlı olsa da, bu bir həqiqətdir ki, həmin dovrdə uzaq dəniz səyahətlərinin elmi və texniki bazasını boyuk təkid və həvəslə hazırlayan Portuqaliya şahzadəsi Henrix Dənizci (1395-1460) olmuşdur. Dənizci ləqəbi Henrixə XIX əsrdə verilmişdir. Bu adı almasına baxmayaraq, coxlu ekspedisiyalar təşkil etsə də, onun ozu hec bir dəniz səyahətinə cıxmamışdır. O, hələ gənc ikən 1415-ci ildə Şimali Afrika limanı olan Suyetanın Portuqaliya tərəfindən alınmasında iştirak
etmişdir. Hələ orada olarkən oyrənir ki, bu şəhərdən cənuba - Boyuk səhranı kəsib kecən və qızılla zəngin olan olkələrə karvan yolu uzanır. Odur ki, Henrix Dənizci Afrikanın qərb sahili boyu gəmilər gondərib bu zəngin olkələrə catmağa can atırdı. O, butun omrunu belə məqsədlərin həyata kecirilməsinə həsr etmişdir. Henrix Avropanın ən qərb burnu olan San-Visentedə rəsədxana, kosmoqrafiya və dənizcilik məktəbləri təşkil edir və Avropanın hər yerindən buraya ən yaxşı kartoqrafları, astronomları, naviqasiya cihazlarından başı cıxan mutəxəssisləri dəvət edir. Səyahətlər zamanı səmt kuləkləri, dəniz axınları, burunlar və adalar haqqında toplanan ən yeni məlumatlar burada qeydiyyata alınırdı. Hindistana dəniz yolu axtarmaq ucun Henrix məktəbi tərəfindən ilbəil Afrikanın sahilləri boyuna Portuqaliya gəmiləri gondərilirdi.
Okean qarşısında qorxu hissi insanlarda hələ boyuk idi və hətta bəzən hec nə ilə nəzərə carpmayan adi bir burun kecilməz maneəyə cevrilirdi. Henrix Dənizci adamları məcbur edirdi ki, bu qorxunu aradan qaldırsınlar, o əsl dənizcilər tərbiyə edirdi. Elə Afrikanın cənub ucqarındakı Umid burnunu kecməyin qorxu xofunu məhz onun yetişdirdiyi dənizcilər aradan qaldırdılar. Portuqaliyalılar hələ lap qədim zamanlardan başlayaraq Afrikanın qərb sahillərini qarış-qarış oyrənirdilər. Henrix Dənizcinin yetişdirmələri isə bu prosesi surətləndirirdilər. Tezliklə Alvize de Kadamosto Yaşıl Burun adalarını kəşf edir. Afrika sahilləri ilə cənuba hərəkət edən Perri di Sintra 1462-ci ildə lap sahilə yaxın hundur dağlar gorur, onun buludlarda gizlənən zirvəsindən pələng nərəsi eşidir və ona gorə də bu dağa Syerra-Leone (Pələng dağı) adını verir. 1470-1473-cu illərdə portuqaliyalılar Qvineya korfəzinin sahillərini mənimsəməyə başlayırlar və bu zəngin yerlərə muxtəlif adlar verirlər: Fil Dişi Sumuyu sahilləri, Qızıl sahil, Golə sahil və s.. İlk dəfə 1441-ci ildə buradan Avropaya aparılan qara qul əsl sensasiya doğurur. Sonrakı illərdə portuqaliyalıların təşkil etdikləri bir cox ekspedisiyaların başlıca məqsədi rusvaycı və qeyri-insanı qul ovu idi, belə ki, qul alveri boyuk gəlir gətirirdi. Qvineya korfəzindən cənuba hərəkət edən portuqaliyalılar sahilin gorkəmli yerlərində daş sutunlar-padranlar qoyurdular. Onun yuxarı hissəsi xac şəklində olurdu, uzərində isə Portuqaliya kralının və həmin sahilə ilk dəfə cıxan dəniz səyyahının adı yazılırdı.
Padranlar gələcək dəniz səyahətləri ucun oriyentir (mayak) rolunu oynayırdı və Portuqaliyanın bu yerlərin kəşflərində olan ustunluklərini subut edirdi. Hindistana yol axtaran Diaş Bartolomeu (1450-1500) ilk dəfə 1487-1488-ci illərdə Afrikanın cənub ucqarlarından kecərək indiyə qədər qapalı hesab olunan Hind okeanına cıxır. Lakin guclu fırtınalar onun gəmilərini əldən elə salır ki, o, həmən burnu «Fırtına burnu» adlandırır. Amma indi biz coğrafiya xəritələrində bu ada rast
gəlmirik, ona gorə ki, Portuqaliya Kralı II Juan «Fırtına burnu»nu «Umud burnu» adlandırmağı əmr edir. Cunki Diaşın kəşfi portuqaliyalılara zəngin Hindistana dəniz yolu ilə gedib cıxmaq umidini verirdi və doğrudan da bundan on il sonra Vasko da Qamanın səyahəti bu umidi doğrultdu. Portuqaliyalılar Afrikanın sahilləri ilə hərəkət etdikləri bir vaxtda, digər yerdə Hindistana və Cinə qərb dəniz yolunun axtarılması ideyası yetişirdi. Bu ideya antik coğrafların ideyaları ilə tanışlıq əsasında yaranan umumi coğrafi baxışlar idi.
Coğrafiya tarixi: Taptıq Həsənov
Əbdurrəhim Hacızadə
Yorum Gönder