Zəhərli ilanlardan ən geniş yayılanı Azərbaycanın cənub zonalarından başqa bütün bölgələrində, daha çox Mingəçevir şəhəri yaxınlığındakı boz dağın ətəklərində rast gəlinən Qafqaz gürzəsidir. Azərbaycan təbiətinin təhlükəli olduğu qədər də faydalı sayılan bu incisinin həyatı da maraqlıdır. Qafqaz gürzələri yarımsəhra və çöl tipli dağ üstü, dağ ətəyi ərazilərdə, aran düzənliklərində yayılıb. Onlara, əsasən, gəmiricilər və xırda məməlilərlə, quşlarla zəngin, tez göyərib solan otlar və kolluqlarla örtülü olan yerlərdə, arx və kanal ətrafı təpəliklərdə, qayalıq və dağ kəsəkli yerlərdə
rast gəlmək olur. Adətən onların sığınacaqları relyefin təbii imkanlarına uyğun gəmiricilərin yer
altı yuvalarından, qaya oyuqlarından, daş, kəsək dibindən, kol-kosluqdan ibarətdir. Qafqaz gürzələri təbiət qanunlarına uyğun olaraq təxminən 20-25 il ömür sürürlər. Onların bədəninin uzunlugu 2 metrə çatır. Amma Qafqaz gürzələri insan fəaliyyəti ilə bağlı təhlükələrlə rastlaşdığından 10-15 il yaşayırlar. Bu müddətdə 90-120 sm uzunluğunacan boy atırlar. İnsanla, texnika ilə, təbiətdə mövcud olan düşmənləri ilə rastlaşdıqlarından gürzələrin uzun ömür sürmək imkanları olmur. Qafqaz gürzələrinin bədəninin üstü buynuzvari pulcuqlarla örtülüdür. Başqa ilanlardan fərqli olaraq onun başı üçbucaq formasında enli, yastı gözlərinin üstü isə qabarıqdır.
Gürzənin aydın hiss olunan boynu, yoğun gövdəsi və qısa quyruğu olur. Bədəninin üstü açıq və tünd xallarla örtülür. Bütün ilanlar kimi Qafqaz gürzələrinin görmə qabilliyyəti də olduqca zəifdir. Onlar, əsasən, işığı və qaranlığı ayırd edə bilirlər. Başqa canlıları, o cümlədən, öz şikarlarını da bədənlərinin hərarətinə və qoxusuna görə müəyyənləşdirirlər. Zooloji xüsusiyyəti etibarı ilə soyuqqanlı olan gürzələrin bədənlərinin tempraturu dəyişkəndir. Yəni, o, soyuq yerdə olanda bədəni soyuq, isti yerdə olanda isə bədən temperaturu yüksək olur. Gürzələr öz bədənlərinin tempraturu ilə şikarının bədən tempraturunun arasındakı fərqi asanlıqla duyur. Termolokasiya xüsusiyyətindən ağıla gəlməz bacarıqla istifadə edirlər. Gürzə qidalandığı gəmiricilərin qoxusunu bir neçə kilometrdən duyur. Onları tapmaq üçün müxtəlif manelərdən keçib, həmin səmtə sürünürlər. Bütün sürünənlər kimi gürzə də qidalanmaq və sığınacaq tapmaq üçün öz yaşayış yerlərini də dəyişirlər. Qida ehtiyatı tükənənədək başqa ərazilərə getmirlər. Gürzənin zəhər aparatı çənənin ön tərəfində yerləşən, içərisində zəhər ifrazı üçün deşik olan bir cüt dişdən və zəhər vəzilərindən ibarətdir. Udlağa doğru əyilən xırda yem dişləri gürzənin udduğu qidanın sürüşüb geri düşməsinə mane olur. Gürzənin zəhər vəziləri tüpürcək vəzilərinin təkamülü nəticəsində yaranır. Zəhər ilana həm qidalanma, həm də düşməndən müdafiə olunmaqda kömək edir. Zəhər vəzinin əzələ qatı yığıldıqda maye dişlər vasitəsi ilə düşmənin bədəninə yeridilir. Gürzə zəhəri yalnız qan vasitəsilə təsir göstərir. Orada hüceyrələri məhv edir, qanı laxtalandırır. Ona görə də gürzə zəhəri qana düşməsə canlı üçün təhlükəli olmur. Qafqaz gürzələri insanlar üçün çox təhlükəli olsalar da əksər canlılar kimi yalnız hücuma məruz qalanda özünü müdafiə məqsədi ilə sancmağa çalışırlar. Onlar insanla, yaxud digər təhlükələrlə qarşılaşanda qaçıb gizlənməklə, daldalanmaqla özlərini xilas etməyə çalışırlar. Gürzəni qəsdlə, ya da təsadüfən tapdalayanda, yaxud tutmaq istəyəndə əgər onun müdafiə üçün başqa yolu qalmırsa, sancmağa çalışır. Bu vaxt o, spiral şəklində darəvi yığılır. Sonra bədəninin arxa hissəsini yerə dayaq verib ön hissəsini irəli atır. Beləliklə, əksər insanların təsəvvür elədiyi kimi gürzə tullanmır. Yalnız yığılmış bədənini aça biləcəyi qədər irəli atır. Belə vaxtlarda gürzə əvvəlcə güclü fısıltılı səs çıxarmaqla düşməninə yaxınlaşmamağı üstün tutur. Gürzə də bütün ilanlar kimi kəskin qoxulu bitki növündən və əşyalardan kənar qaçmağa çalışır. Onların gecə həyatı daha maraqlı olur. İlin qızmar aylarında öz təbii sığınacaqlarına çəkilən gürzələr sərin düşəndən sonra yuvalarından çıxır, ov axtarmağa başlayırlar. Haça dilində yerləşən lamisə ilə havanı qoxlayan gürzələr quşların, həşaratların, gəmiricilərin gizləndikləri yerləri onların bədənlərinin hərarətinə və qoxusuna görə müəyyənləşdirir, səssizcə hədəfə yaxınlaşırlar. Ani hərəkətlə ovu sancan gürzə zəhərin təsiri özünü bildirəndən sonra artıq hərəkətsiz qalan qənimətlərini bütöv halda udurlar. Qafqaz gürzələri ildə bir dəfə 6-20 ədəd baramaya oxşar yumşaq liflərlə örtülü yumurta qoymaqla çoxalırlar. Yumurtanı hərarət, nəmişlik, çürüntü olan yerdə qoyurlar. Həm də yeri elə seçirlər ki, yumurtaları yagışdan, küləkdən, təbii düşmənlərdən qorunsun. Mal-qara və qoyun arxacları, siçovul yuvaları çox zaman gürzələrin məskəninə çevrilir. Ana gürzə yumurtaların və yumurtadan çıxan körpələrin qayğısına qalmır. Əksər sürünənlər kimi gürzələr də gizlin həyat tərzi keçirirlər. İlin isti, aprel-oktyabr aylarında fəal olan gürzələr soyuq, dekabr-mart aylarında qış yuxusuna gedirlər. Yaz aylarınada onlara gündüzlər də rast gəlmək olur. Payız mövsümü başa çatana qədər gürzələr artıq yetərincə qidalanır, piy ehtiyatı yığırlar. Ona görə də payızın sonunda fəal qidalanmadan əl çəkib qış üçün sığınacaq axtarırlar. Gürzələrin təbii yaşayış əraziləri insanların fəaliyyəti ilə əlaqədar get-gedə daralmaqdadır. Bununla yanaşı təbabət üçün qiymətli zəhərinə görə qanunsuz ova məruz qalan gürzələr sayca azalırlar. Bu səbəbdən də Azərbaycan faunasının müxtəlifliyini qorumaq naminə Qafqaz gürzələrinin kütləvi qırğınının qarşısını almaq vacibdir.

http://www.kepeztv.az
Yorum Gönder