Kimya dünya sənayesinin ən cavan sahələrindən hesab edilsə də, hal-hazırda onun 3 avanqard sahəsindən birinə çevrilmişdir. Kimya sənayesi hər bir ölkənin iqtisadiyyatının müasirləşdirilməsini, ETT-nin nailiyyətlərindən istifadə etmə səviyyəsinin dərəcəsini göstərən etibarlı indikatordur. Onun məhsullarından - plastik kütlələrdən, şüşədən maşmqayırma;
kübrələrdən, kimyəvi zəhərləyici maddələrdən kənd təsərrüfatı;motor yanacağından, sürtgü yağlarından, sintetik yanacaqdan, nəqliyyat, habelə tikinti sənayesi istifadə edir.
Təsərrüfatı xammallarla, digər materiallarla təchiz edən, başqa istehsalların tullantılarını emal edən kimya sənayesinin özü elektrik enerjisinə, ayrı-ayrı növ avadanhqlara, nəqliyyata möhtacdır. Energetika və maşınqayırma kimi, o da xalq təsərrüfatının demək olar ki, bütün sahələri ilə bilavasitə əlaqədə olub, onların inkişafına və daha düzgün yerləşdirilməsinə güclü təsir göstərir. Onun bir sıra xüsusiyyətləri vardır. Belə ki, o, bir çox keyfıyyətlərə görə
natural məhsullardan keyfıyyətli olan yeni növ məhsullar yaradır. Belə məhsulların ayrı-ayrı
sahələrə tətbiqi insanların əməyinə, eləcə də kənd təsərrüfatı xammallarına qənaət etmiş olur. Belə ki, natural ipəyə nisbətən kapron istehsalına insanların əmək məsrəfləri xeyli miqdarda azalır. Digər tərəfdən, kimya sənayesinin kombinələşmə baxımından böyük imkanları
mövcuddur. Daha doğrusu, kömür, neft, qaz, şist, torf və başqa yanacaq növlərindən həm elektrik enerji, həm də çox qiymətli kimyəvi məhsullar sayılan benzin, parafin əldə etmək məqsədi ilə istifadə olunması enerji-kimya kombinatlarının yaradılmasına imkan yaradır.Kimya sənayesində müxtəlif xammallardan istifadə edilməsi, kombinələşdirmə imkanlarının hədsiz ölçüdə olması kimya müəssisələrini hər yerdə yaratmağa imkan verir. Lakin kimya istehsalları çox elektrik enerjisi və su işlətdiyindən, başlıcası isə ərazinin sanitariya-gigiyena şəraitinə hədsiz mənfi təsir göstərdiyindən müəssisələrin hər yerdə tikilməsi məqsədəuyğun sayılmır.Əsas kimyanın ən aparıcı məhsulları mineral kübrələr və müxtəlif turşular istehsalıdır, Kükürd turşusunu daşımaq çətin olduğundan onun müəssisələri istehlak rayonlarında yerləşdirilir.
Kükürd turşusunu bəzən metallurgiya kombinaflarmda da əldə edirlər. Burada xammal əlvan metalların əridilməsi zamanı ayrılan kükürdlü qazlar sayılır. Kükürd turşusu istehsalı XX əsrin son illərində 120 mln. tonu keçmişdir. Bu sahədə ABŞ, Kanada, Meksika, Yaponiya, Fransa,
Polşa, Türkmənistan, AFR, Đspaniya, RF, Ukrayna, Çin, Braziliya tanınırlar. Mineral kübrələri dünyanın müxtəlif ölkə və regionlarında istehsal edirlər. Fosfat kübrələri zavodları başlıca olaraq, bu kübrələrin istehlak edildiyi yerlərdə-kənd təsərrüfatının inkişaf etdiyi rayonlarda yerləşdirilir. Yeni superfosfat zavodlarını isə əsas etibarı ilə xammal mənbələri yaxınlığında tikirlər, çünki tərkibində daha çox fosfor olan kübrələr istehsal etmək daha sərfəlidir. Đldə dünyada - 150 mln. ton mineral kübrə istehsal olunur, onun da - 40%-ni Xarıci Asiya, -25%-ni Şimali Amerika, 15%-ni MDB, 12%-ni Qərbi Avropa regionu verməkdədir. Ölkələrdən Çin, ABŞ, Kanada, Hindistan, RF, AFR, Belorusiya, Đndoneziya, Fransa və Ukrayna birinci onluğa daxildirlər. Polimer materiallar istehsahnda ABŞ, Qərbi Avropa, Çin, indoneziya, Venesuela, Meksika, Hindistan, Malayziya, Koreya Respublikası, Tailand, Tayvan, Đran körfəzi sahili ölkələri iri zavodlara malik olmaları ilə tanınırlar. Dünyada hər il 130 mln. tondan çox plastik kütlə, 40 mln. tondan artıq kimyəvi lif, 10 mln. t sintetik kauçuk istehsal olunur. Yuxarıda deyilənlərdən belə nəticəyə gəlmək olur ki, kimya sənayesinin 5 başlıca regionu vardır. Bunlar illik dünya kimya sənayesi məhsullarının 1/3-ni verən Xarici Avropa, 30% xüsusi çəkiyə malik olan Şimali Amerika, eləcə də Şərqi və Cənub-Şərqi Asiya regionudur. Burada da Yaponiya - 18% xüsusi çəki ilə özünə yer etmişdir. Son vaxtlar Đran körfəzi ölkələri və MDB bölgəsi də ixtisaslaşmış kimya sənayesi regionu kimi tanınmaqdadır. Kimya sənayesinin dünyada nəhəng firmalarından Transmilli Korporasiyanı göstərə bilərik. Bunlardan amerikanların "Dyupon", almanların - "Bayer", "BASF", "Xyoxst", ingilislərin "ĐKĐ" korporasiyalarını göstərə bilərik.

DÜNYANIN ĐQTĐSADĐ VƏ SOSĐAL
COĞRAFĐYASI
R.H.MƏMMƏDOV, TOFİQ BƏHƏRÇİ,
V.Z.MEHDĐYEVA, T.S.QULİYEV
Yorum Gönder