Martinika - Karib dənizihövzəsində Kiçik Antil arxipelaqına daxil olan adadır. Fransaya məxsusdur və onun Dənizaşırı departamentinə daxildir. Martinikanın qədim sakinləri onu "Çiçəklənən ada" – Madinina adlandırmışlar. Bu ada Fransanın ərazisi kimi Avropa Birliyinə inteqrasiya olunmuşdur.Martinika adası Atlantik okeanında, Karib dənizi hövzəsinə aid Kiçik Antil arxipelaqına aid olub Dominikan Respublikasından 25 km cənubda, Sent-Lüsiyadan37 km şimalda yerləşmişdir.
Adanın uzunluğu 73 km, eni isə 39 km-dir.Sahilinin uzunluğu təxminən 350 km-dir. Ada ilə Paris arasındakı məsafə 6850 km-dir. Ada dağ silsiləsinə malikdir. Burada 1397 m hündürlüyə malik Mon Pele (fr.Montagne Pelée — Keçəl dağ) vulkanı yerləşir.
Tropik iqlimə malikdir. Yağış mövsümü iyundan oktyabradək davam edir. Şimalı rütubətli
olub zəngin bitki örtüyünə malikdir. Cənubu isə əksinə quraqdır və bir çox turist infrastrukturlarına malikdir. Yanvar-fevral aylarında havanın temperaturu 21-27° C, avqust-sentyabr aylarında isə 24°-30° C-dir. Yağışlı günlərin sayı fevralda 12 iyulda isə 22-dir. Suyun hərarəti iyul-oktyabrda 28° C, fevralda isə 26° C-dən aşağı olmur. İyun və noyabr aylarında tufanlı hava şəraitinə malik ola bilir.
Əhalisi-Əhalisinin 90%-ni afrikalılar və afrika-hindu, təxminən 5%-ni avropa mənşəlilər, qalan 5%-ni isə hindlilər və çinlilər təşkil edirlər. Müstəmləkəçi nəslinin və yuksək təbəqənin nümayəndələri sayılan Martinikanın ağdərili sakinləri Béké adlandırılırlar. Onlar 30 ailədən və 2600 nəfərdən ibarətdirlər. Martinikada dünyaya gəlmiş həm ağ, həm də qaradərili sakinləri Kreol adlandırırlar. Rəsmi dil fransız dili, yerli dil isə kreol dili sayılır. Dini etiqadına görə əhalisinin 85%-i katolik, 10,5%-i protestant, yalnız 0,5%-i müsəlman və buddist lərdən ibarətdir.
![]() |
![]() |
Yorum Gönder
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.