Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Moskva – Rusiya Federasiyasının paytaxtı

Moskva – Rusiya Federasiyasının paytaxtı. Dünyanın ən bahalı şəhərlərindən biri.Moskva dünyanın ən iri şəhərləri sırasındadır. Çoxlu sayda fabrik-zavodları, 6 aeroportu, dəmiryol vağzalları, yüzlərlə ali təhsil müəssisələri, muzeyləri, teatr və konsert zalları, nadir tarixi və memarlıq abidələri, özünəməxsus meydanları, prospektləri olan bu şəhərin yaranma tarixi 1147-ci ilə təsadüf edir.


Moskva – Rusiya Federasiyasının paytaxtı. Dünyanın ən bahalı şəhərlərindən biri.Moskva dünyanın ən iri şəhərləri sırasındadır. Çoxlu sayda fabrik-zavodları, 6 aeroportu, dəmiryol vağzalları, yüzlərlə ali təhsil müəssisələri, muzeyləri, teatr və konsert zalları, nadir tarixi və memarlıq abidələri, özünəməxsus meydanları, prospektləri olan bu şəhərin yaranma tarixi 1147-ci ilə təsadüf edir. Moskvada müxtəlif millətlərin nümayəndələri yaşayır, təhsil alır, işləyir. Əhalisinin sayı 10 milyondan artıqdır. Ərazisi 1081 kvadrat kilometrdir.
Son zamanlar postsovet məkanında baş verən dəyişikliklər Moskvadan da yan keçməyib. Ancaq yeni-yeni göydələnlər, kafelər, restoranlar, əyləncə-istirahət mərkəzlərinin durmadan artmasına baxmayaraq, şəhər əsas simasını qoruyub-saxlayır. Əsası hələ XVI əsrdən qoyulan dairəvi planlaşdırma, Moskva çayının əyri yolları, şəhər məhəllələrini bir-birindən ayıran yaşıllıq sahələri, köhnə məhəllələrin qədim döngələri
toxunmaz olaraq qalır. Şəhərin əvvəllər boş çöllüklər olan ətrafında yeni-yeni rayonlar, yaşıl parklar, süni meşələr salınır. Moskva həm də dünyanın ən bahalı şəhərləri sırasında illərdir birinci və yaxud Tokiodan sonra ikinci yeri tutur.
Moskvanın görməli yerlərindən ən birincisi bütünRusiyanın simvolu sayılan Moskva Kremlidir. Tarixi mənbələrdə ilk dəfə 1156-cı ildə adı çəkilən Kremlşəhərin mərkəzində

Borovitsk təpəliyində yerləşir. Vasili Blajennı kilsəsi Moskvanın ən möhtəşəm qədim memarlıq abidələrindən sayılır. Hələ XVI əsrdə səyahətçiləri heyrətə gətirən bu kilsə ruslar üçün milli xarakterin və vətən tarixinin simvoluna çevrilib. Moskvanın cənub-qərbində yerləşən Novodeviçiy adlanan qadın monastrı XVI-XVII əsrdə yaranıb.UNESCO tərəfindən dünyanın mədəni sərvətləri siyahısına salınan monastır Rusiyanın ən gözəl memarlıq abidəsi sayılır. Şəhərin mərkəzi meydanı olan Qızıl meydan Kremlin şərq divarının qarşısında yerləşir. Bu meydan yüz illər boyu Rusiyanın tarixində baş verən ən önəmli hadisələrə şahidlik edib. Xrista Spasitel məbədi 1812-ci ildə Napoleon üzərində qələbənin şərəfinə rus çarı I Aleksandrın əmri ilə tikilib. Arbat Moskvanın ən məşhur küçəsidir.1993-cü ildə bu küçə 500 illiyini qeyd etdi. Burada Puşkinin, Lermontovun ev-muzeyləri yerləşir.






Açar sözlər

Yorum Gönder

Emoticon
:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

Səyyahlar

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget