Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Xəzər Dənizin körfəzləri

Ümumiyyətlə götürdükdə, dəniz on iri körfəzə malikdir: Komsomolets, Manqışlaq, Qazax, Qara-Boğaz-Qol, Türkmənbaşı (keçmiş Krasnovodsk), Türkmən, Qızıl-Ağaç, Həştərxan və Qızlar. Xəzərin İran sahilində iki iri körfəz vardır


Ümumiyyətlə götürdükdə, dəniz on iri körfəzə malikdir: Komsomolets, Manqışlaq, Qazax, Qara-Boğaz-Qol, Türkmənbaşı (keçmiş Krasnovodsk), Türkmən, Qızıl-Ağaç, HəştərxanQızlar. Xəzərin İran sahilində iki iri körfəz vardır: Hirkan (keçmiş Astrabad) və Ənzəli (keçmiş Pəhləvi).
Xəzər dənizinin nəhəng körfəzi - Qara-Boğaz-Qol xüsusi maraq kəsb edir. Dənizin səviyyəsindən asılı olaraq körfəzin sahəsi dövri olaraq dəyişir. Bu sətirlərin yazıldığı zaman onun sahəsi 25 min km2-ə yaxındır. Körfəz dənizlə eni 110-300m arasında dəyişən və uzunluğu 8-10,5km olan dar boğaz vasitəsi ilə birləşir. Qara-Boğaz-Qol körfəzinin səviyyəsi Xəzər dənizinin səviyyəsindən daimi aşağıdır. Səviyyələr arasındakı fərq dəyişəndir, dənizin səviyyəsindən asılıdır və 2-6 metr intervalındadır. Boğaz vasitəsi ilə körfəzə daimi su axını vardır və bu suyun hamısı körfəz səthindən buxarlanır. Hər il Xəzərdən körfəzə təqribən 8-10 km3, yəni 20-300 m3/san su axır (son məlumatlara görə bu rəqəm daha böyükdür). Bu su vasitəsi ilə dənizdən körfəzə 150 mln. ton duz daşınır. 1980-1984-cü illərdə körfəz süni damba vasitəsi ilə dənizdən ayrılmış, nəticədə Qara-Boğaz-Qol qurumuş və 18 min km2 ərazidə nəhəng duz vadisi yaranmışdır. İldə Qara-Boğaz-Qolun səthindən 1500 mm su buxarlanır, yağıntının miqdarı isə 70 mm/il keçmir. Ona görə də körfəzin suları əslində duzlardan doymuş məhlula bənzəyir. Onun duzluğu 300 ‰-dir və dəniz tipli duzların çöküntüsünü verən yeganə hövzədir. Qara-Boğaz-Qol körfəzi mirabilit, qalit, astraxanit və s. mineral duzlarla çox zəngindir. Hazırda körfəzdə natrium sulfat, bişofit, epsomit, qlaubor duzu, tibbi və dəniz duzu və müalicəvi xlorlu maqnium istehsal olunur.
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget