Coğrafi təbəqə atmosferin aşağı, litosferin yuxarı hissəsinin, hidrosfer və biosferin qarşılıqlı təmasda olduğu, nüfuz edərək dəyişdiyi təbəqədir. Bizi əhatə edən mühitdə - coğrafi təbəqədə bir-biri ilə bağlı olan təbii komponentlər mövcuddur. Onların bəziləri qədim (relyef, su ehtiyatları, süxurlar), bəziləri isə sonradan yarandığı üçün cavan (torpaq, bitki örtüyü, heyvanlar aləmi) təbii komponentlərə aid edilirlər.
Coğrafi təbəqə ən mürəkkəb təbii kompleks olub, canlı və cansız maddələrdən təşkil olunmuşdur. Onun formalaşması və inkişafı həm geoloji, həm də bioloji amillərdən asılıdır. Coğrafi təbəqənin inkişafını biogenə qədərki (əsasən Kriptozoy eonunu əhatə edir - biosfer yeni formalaşmağa başladığı üçün üzvi aləm digər xarici təbəqələrə fəal təsir göstərə bilmirdi), biogen (Fanerozoy eonunu əhatə edir - canlılar digər təbəqələrə fəal təsir göstərir, üzvi mənşəli çökmə süxurlar torpaq və üzvi mənşəli faydalı qazıntılar yaranır), müasir mərhələlərə bölmək olar.
Coğrafi təbəqənin inkişafının fasiləsizliyini günəş enerjisi və qismən yerin daxili enerjisi təmin edir. Coğrafi təbəqədə müntəzəm olaraq maddələr və enerji mübadiləsi (dövranı) baş verir və onlar inkişafın mexanizmi rolunu oynayırlar (atmosfer sirkulyasiyası, suyun dövranı, süxurların yerdəyişməsi: -endogen (daxili) qüvvələr dağları yaradır, ekzogen (xarici) qüvvələr onları parçalayaraq sinklinal (əyilmiş) sahələrə aparır). Maddələr və enerji dövranının baş verdiyi 50-55 km-lik qovşaq zonası coğrafi təbəqənin qalınlığı hesab edilir.
Coğrafi təbəqədə inkişafı təmin və labüd edən səbəb bir-birinə zidd olan təbii komponentlərin və proseslərin mübarizəsidir. Coğrafi təbəqədə bir-birinə zidd olan endogen və ekzogen qüvvələr fasiləsiz mübarizə və rəqabətdədirlər. Ekzogen qüvvələrlə bağlı zonal, endogen qüvvələrlə bağlı azonal kompanentlər yaranır. Zonal komponentlər Yerin kürəvi əyriliyindən asılı olaraq ekvatordan qütbə doğru ardıcıl olaraq dəyişən komponentlərdir. Bunlara hava (iqlim) və onun elementləri - temperatur, təzyiq, rütubət və onların nisbəti, torpaq, bitki örtüyü; heyvanlar aləmi aiddir. Azonal komponentlər: relyef, süxurlar, seysmik və geoloji proseslərdir.
Təbii kompleks (TK) - müəyyən ərazidə təbii komponentlərin qanunauyğun qarşılıqlı əlaqəsi nəticəsmdə formalaşan bütöv sistemdir. Hər bir konkret ərazinin Günəşdən aldığı enerjinin miqdarı, relyefi və digər komponentlərinin xüsusiyyətləri başqa ərazilərdən fərqlənir. Odur ki, bu ərazidə formalaşan TK özünəməxsus olacaq. Ən böyük təbii kompleks coğrafi təbəqədir. O, materiklərin (qurunun) və okeanların TK-lərinə bölünür. Materiklər daha kiçik TK- rə bölünür və onlar bir-birindən zahirən bitki örtüyünə görə fərqlənirlər. Dünya okeanı vahid TK olsa da, ayrı-ayrı okeanlar, dənizlər, körfəzlər, səth və okean dibi özünəməxsus TK yaradır. Lakin onları zahiri görünüşlərinə görə seçmək olmur.
Düzənliklərdə TK-in ekvatordan qütbə doğru dəyişməsi enlik - zonallığı, dağlarda dağın ətəyindən zirvəsinə doğru TK-in dəyişməsi yüksəklik və ya şaquli qurşaqlıq adlanır.
Təbii komplekslər insan fəaliyyətinin təsiri altında tədricən dəyişərək, yeni sistem yaradır və antropogen komplekslərə (bağlar, mədənlər, şəhər və kəndlər və s.) çevrilir.

Yorum Gönder