Meşələr əsasən şimal yarımkürəsində təsadüf olunur və qışda yarpaqlarını tökən ağac və kolluqlardan ibarətdir. Yayda yaşıl meşələr əsasən Qərbi Avropanın mülayim iqlimli sahələrində yayılıb.Keçmiş SSRİ – də belə meşə və kolluqlar Avropa hissəsində, Krımda, Qafqazda, Orta Asiyada dağlarda, Uzaq Şərqdə qisməndə Qərbi Sibirdə tayqa ilə step zonasının arası ilə xətt şəkilində, Kamçatkada Saxaridə yayılıb. Bundan əlavə, belə meşələr Mançuriya, Çinin şərqində, Yaponmiyanın şimal adalarında, Şimali Amerikada – Atlandik okeanı ətrafı ştatlarda da vardır.
Cənubi Amerikadakı Patoqoniyadakı başqa qalan bütün Cənub yarımkürəsi kontenentlərində belə meşələrdə təsadüf olunmur.İqlim şəraiti: ilin 4 isti ayında əsasən tmperatura 10˚-dən yüksək, maksimum yağış ilin isti aylarında yağır.
Buradakı bitkilərin yarpağı əsasən enli olur. Ona görə də belə meşələr enliyarpaqlı meşələr adlanır. Bəzən bu sahələrdə tozağacı və titrək qovaq kimi xırda yarpaqlı bitkilərdən ibarət meşə yayılır ki, buna da xırdayarpalı meşələr deyilir.
Hər iki formada olan yarpaqlar, qışın əlverişli olmayan şəraitinə uyğun olmadığından ilin payız-qış fəsilində tökülür. Bu ağacların tumurcuqları pulcuq yarpaqları ilə örtülü olur. Belə meşələrdə palıd, fisdıq, qoz, vələs, at şabalıdı, və s. bu kimi ağaclar bitir.
Belə meşələrdə tropik və sutropik qurşağın meşələrinə nisbətən yarusluq çox olur.
Bəzən I, II yarusu ağaclar, III yarusu kollar, IV – V yarusu otlar, VI yarusu mamırlar, göbələklər, VII yarusu şibyələr, VIII yarusu isə yosunlar tutur. Fisdıq meşələrində isə qaranlıq olduğundan yarusluluq çox az olur. Çünki, meşəaltı bitkilər inkişaf edə bilmirlər. Ağaclar və kollar meşənin sıxlığından asılı olaraq adətən az çox dərəcədə güclü budaqlanan, sıx çətir əmələ gətirən olurlar.
Yazda ağaclar yarpaqlamamış meşə işıq olduğundan efemerlər güclü inkişaf edir, çiçəkləyir və tez toxum əmələ gətirir. Ağaclar yarpaqlayandan sonra meşə altı sahələrin ot bitkiləri sanki yoxa çıxır. Ağaclar əsasən yarpaq açmamış çiçəkləyir. Çiçəkləri əsasən küləklə tozlanır, meyvə və toxumlarında qanad şəkilli uçağanlar olduğundan küləklə yayılırlar. Yayda yaşıl meşələrin aşağıdakı əsas formaları var.
Fısdıq meşəsi. Buranın əsas ağacları fısdıq olur. Əsasən SSRİ-nin qərbində, Qafqazda, Kırımda, ABŞ-ın şərq ştatlarında və cənub-şərqi kanadada yayılıb. Fısdıq meşələri qaranlıq olur.
Palıd meşəsi. Qərbi Avropanın bütün ərazisində, SSRİ-nin qərbində, Uzaq Şərqdə, Şimali Amerikada və s. yayılır.
Ölkəmizin palıd meşələrində vələs, ağcaqayın, göruş, qarağac da bitir.
Vələs meşəsi. Vələs ağacı üstünlük təşkil edir.
Asiyanın şərqində yerləşmiş enlıiyarpaqlı və qarışıq meşələr. Bu meşələr yarımvilayət xarakterli olub, 2 yerə ayrılır: a) Şimal meşələri. Mançuriya, Amur ətrafı, şimali və cənubi Yaponiyanı əhatə edir. Burada enliyarpaqlı meşələrdə, iynəyarpaqlı meşələr qarışığına rast gəlmək olur. Buranın florası Avropa florasınası nisbətən xeyli zəngindir. b) Cənub meşələri. Bura öz qədimliyi və əlverişli şəraitinə görə çox zəngin bitki örtüyünə malikdir. Burada palıd, ağcaqayın və başqaları ilə birlikdə, palma, saqovnik, qara istiot, kamfora ağacı, aralija kimi suptropik, bitkilərdə də yayılmışdır. Ona görə də buraya suptropik əyalət deyilir.
http://referat.ilkaddimlar.com- Ağabala
Yorum Gönder