Bu ağac 4-5 min il yaşasa da, hündürlüyü 18-25 metrdən artıq olmur. Gövdəsi çox yoğun olub çevrəsi 25 metrə çatır. Baobabı əhatəyə almaq üçün bir sinif uşaq əl-ələ tutmalıdır. Afrikalılar deyirlər: "Baobab çox böyükdür. Lakin ondan heç kiçik tonqal da qalamaq olmaz". Görəsən niyə? Axı belə böyük ağacdan xeyli odun doğramaq olar! Demə, baobabın oduncağı odda yanmır. Baobabın başqa qəribə xüsusiyyətləri də var. Məsələn, o, yarpaqlarını qışda yox, yayda tökür. Axı, baobabın vətəni Afrikada yay çox isti keçir. Bu zaman ağacın yarpaqlarında olan rütubət buxarlanmağa başlayır. Odur ki, baobab öz rütubətini itirməmək üçün yarpaqlarını tökür. Qışda, yağışlar dövründə isə o, yenə də pəncəyəoxşar yarpaqlarla və 20 santimetr enində iri ağ çiçəklərlə örtülür. Xiyara oxşayan şirintəhər şirəli meyvələri yeməlidir. Qabığından alınan lifdən kəndir və qaba parça hazırlanır. .Bəzi növlərin 6000-dən çox yaşında olduğu
deyilir.Gövdəsinin həcmi 30 tona, diametri 9 m-ə çatır. Bu yumşaq və süngərvari nəhəng gövdə, bir su anbarı vəzifəsini
yerinə yetirir, yarpaqlarına və budaqlarına nisbətdə bu gövdəsi kobud və şişmandır. Ağacın budaqları yuxarıdan aşağıya oğru sallanığından isə qübbəvarı çətir əmələ gətirir.Qabığından və
yarpaqlarından "adasonina" adı verilən qızdırma salan maddə əldə edilən baobabın odunundan da kağız emal olunur. Portağal böyüklüyündə, yumurta formasında olan meyvəsinin turş lətli hissəsi yerli əhali tərəfindən şəkər tozu əlavə olunub məmnuniyyətlə yeyilir.
Yorum Gönder