
Astronomlar Günəş sistemindən çox da uzaqda olmayan ulduz sistemində yaşayış üçün əlverişli sayılan üç yeni sistem aşkarlayıblar. Milli.Az NTV-yə istinadən bildirir ki, "Gliese 667C" ulduzunun ətrafındakı sistemdə yerləşən həmin ulduz ыistemləri Günəş sistemindən 22 işıq ili məsafədədir. Yeni sistemdə ən azı 6 planet var. ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) alimlərindən fərqli olaraq, Avropa Kosmik Agentliyinin (ESA) ekspertləri bildirirlər ki, həmin sistemdə 7 planet var. Planetlərin səthində içməli su olduğu istisna edilmir. "Gliese 667C"in özü 3 ulduzlu sistemin bir parçasıdır və bunun nəticəsində həmin planetlər gündüzlər 3 Günəşin işığı ilə isinir. Ölçü baxımından həmin planetlər Yerdən böyük, Neptundan kiçikdir.
Yorum Gönder