Təbiətin bu möcüzəsi buz balığı və ya durnabalığınabənzər ağqanlı balıq adlanır. Onun qanında eritrositlər yoxdur (qırmızı qan hissəcikləri) və nəticə etibarilə hemoqlobin də mövcud deyil. Bu isə o deməkdir ki, bu canlının qanı tamamilə şəffafdır. Şəkildən də göründüyü kimi bu balığın qəribə görünüşü var. Bu balıqlar Antarktika sularında 200-700 metr dərinlikdə yaşayırlar. Məhz buzlu sularda yaşamaq belə unikal qanın mövcudluğuna səbəb olub. Məsələ burasındadır ki, temperaturun aşağı düşməsi ilə qanın qatılığı kəskin olaraq artır və buna cavab olaraq eritrostilər və hemoqlobin də yox olaraq qanın oksigen daşımaq funksiyası aradan qalxır. Qanın belə bir xassəsi balıqlarda metabolizm proseslərini tam dəyişir, belə ki onların hüceyrələri oksigeni birbaşa bədən səthindən alırlar. Qatılaşmış qanın sirkulasiyasını isə böyük ölçülərə malik ürək yerinə yetirir ki, bununla da bu balıqlar öz “qohumlarından” fərqlənirlər.. /http://www.bilirsinizmi.info/
Ağqanlı balıq

Yorum Gönder