Azərbaycanın ən böyük Coğrafiya jurnalı

AZƏRBAYCAN RESPUBLIKASININ İQLİM EHTİYATLARI (8-ci sinif)

Respublikamızın relyefi kimi iqlim şəraiti də çox müxtəlifdir

Respublikamızın relyefi kimi iqlim şəraiti də çox müxtəlifdir. Bu müxtəliflik ilk növbədə Azərbaycan ərazisinin mülayim və subtropik iqlim qurşaqlarının qovuşduğu sahədə yerləşməsi ilə əlaqədardır. İqlim əmələ gətirən amilllərə günəş radiasiyası və atmosfer sirkulyasiyası daxildir. Bunlarla bərabər, coğrafi enlik, relyef xüsusiyyətləri, dəniz və okean cərəyanları və s. amillər də iqlim əmələgəlməsinə böyük təsir göstərir. Bu amillər birlikdə iqlimin əsas ünsürlərinin – temperatur, rütubət, külək və s.-in paylanmasını müəyyən edir. Günəş radiasiyası və havanın temperaturu. Respublikamız Qafqazda ən çox günəş radiasiyası alan ölkədir. Onu “Günəşli Azərbaycan” adlandırılırlar. Respublika ərazisində günəşli saatların illik miqdarı 1800-2900 saat arasında dəyişilir. Günəşli saatların ən yüksək miqdarı Naxçıvan MR-in Arazboyu düzənliklərində müşahidə edilir (2900 saat/il). Kür-Araz ovalığında, Ceyrançöldə, Abşeron yarımadasında günəşli saatların miqdarı 2200-2400 saat/il təşkil edir. Böyük və Kiçik Qafqazın dağətəyi zonalarında buludluluğun artması ilə əlaqədar, günəşli saatların miqdarı xeyli azalır. Ən az günəşli saatlar alçaqdağlıq zonalarda, Lənkəran ovalığında və Şollar düzündə (1800-2000 saat/il) müşahidə edilir. Azərbaycan Respublikası ərazisində günəş radiasiyası qeyri-bərabər paylanmışdır. Havanın temperaturu iqlimin əsas ünsürlərindən biridir. Yüksəklik hər 100 m artdıqca havanın temperaturu təqribən 0,60 C aşağı düşür. Mütləq minimum temperatur düzənliklərdən dağ zirvələrinə doğru artır. Respublikamızda havanın ən alçaq temperaturu Araz çayı dərəsində, Culfada -33 0C müşahidə edilmişdir. Kür-Araz ovalığının mərkəzi hissələrində isə bu göstərici -24 0C, Abşeron yarımadasında -130 C olmuşdur. Havanın mütləq maksimum temperaturu da qeyri-bərabər paylanır. Respublikamızda ərazisində illik temperatur amplitudu daha yüksəkdir. Naxçıvanda bu göstərici bəzi sahələrdə 50-600 C və daha çox, Xəzər sahillərində və . Kür-Araz ovalığında isə daha çox olur. Temperaturun sutkalıq amplitudu Arazboyu düzənliklərdə və dağlıq ərazilərdə 10-150C –yə çatır; Gəncə-Qazax zonasında, Lənkəran ovalığında və Xəzər dənizi sahillərində isə 7-80 C-dən artıq olmur.
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget