Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Müəllif "Azərbaycanın İqlimi"

,
Atmosfer təzyiqi - Azərbaycan
Azərbaycan ərazisində hipsometrik amplitudun böyük olması və makrorelyef formalarının (yə'ni böyük dağlıq və düzənliklərin) əvəzləşməsi bütün bərabər sinoptik-iqlim şəraitində hava təzyiqinin qeyri-bərabər paylanmasına səbəb olur. Müəyyən edilmişdir ki, yüksəyə qalxdıqca hava təzyiqi aşağı düşür və orta hesabla 1000 m hündürlükdə 900-905 mb, 2000 m hündürlükdə 800-805 mb, 3000 m hündürlükdə 703-707 mb və 4000 m hündürlükdə 620-625 mb-a qədər düşür.
Atmosfer təzyiqinin orta illik kəmiyyəti Azərbaycanın ayrı-ayrı böyük regionlannda təxminən bərabər paylanmaqla 1015-1018 mb arasında dəyişir. Ayn-ayrı illərdə atmosfer təzyiqi, atmosfer proseslərinin xarakterindən asılı olaraq göstərilən kəmiyyətlərdən 1-2 mb, tək-tək hallarda isə 3—4 mb yüksək və yaxud alçaq ola bilər.
Atmosfer təzyiqinin paylanmasında ilin soyuq və isti fəsilləri arasında xeyli fərq əmələ gəlir. Yanvar ayında düzənliklərdə və Kiçik Qafqazın iri çökəklərində təzyiq 1028 mb-a qədər artır, hətta Kür-Araz ovalığının şərq yarısında mərkəzi Muğan düzündə yerləşən yüksək təzyiq sahəsi əmələ gəlir (lakin bu o qədər də güclü sahə deyil). Kür depressiyası düzənliklərinin qərb hissəsində təzyiq buna nisbətən alçaq (1020-1021 mb) olur.
İyul ayında bir qayda olaraq, atmosfer təzyiqi dağlıq regionlarda yüksək, düzənliklərdə isə alçaq olur. Dağlıq ərazilərdə iyul ayında atmosfer təzyiqi 1010 mb təşkil edir. Düzənliklərin şərq sahil boyu zonasında, Orta və Cənubi Xəzər üzərində atmosfer təzyiqinin bir qədər yüksək olmasının tə’siri altında təzyiq 1012 mb-a qədər artır.
Naxçıvan çökəkliyində və geniş düzənlik ərazilərdə isə iyul ayında atmosfer təzyiqi 1018-1019 mb-a qədər düşür.
Bu göstərilənlərlə yanaşı atmosfer təzyiqinin paylanmasının çoxillik gedişinin ayrı-ayn illərdə pozulması halları da müşahidə edilir. Be’zi illərdə atmosfer təzyiqinin maksimumu payızın axın qışın əvvəlində, minimumu yayda olur. Be’zən il ərzində atmosfer təzyiqinin ciddi tərəddüdü baş verir və onun maksimumu qışda yox, çox zəif halda payızda və yazda müşahidə edilir. Atmosfer təzyiqinin illik gedişində kəskin dəyişiklik baş verən be’zi illərdə isə maksimum təzyiq yayda, minimum təzyiq isə qışda müşahidə edilir. Bu anomaliyalann əsas səbəbi Azərbaycanın dağlıq və düzənliklərində ilin xarakterindən asılı olaraq termik şəraitdə baş verən anomal proseslərdir.
Atmosfer təzyiqi maksimumunun yanvar ayından payızın axırına və qışın başlanğıcına keçməsi sahil, düzənlik, dağətəyi zonalarda və çökəkliklərdə müşahidə edilir. Bunun səbəbi göstərilən ərazilərdə günəş radiasiyasının soyuq dövrdə çox azalması, torpağın səthinin çox soyuması və bunun nəticəsində soyuq havanın toplanmasıdır. Maksimum təzyiqin payız və yazda olması, əsasən Azerbaycanın ortadağlıq qurşağında baş verir. Ümumiyyətlə, 1200-1500 m yüksəkliklərdə atmosfer təzyiqinin gedişinin illik rejimi zəifləyir, və yazda həmin zonada çox zəif yüksək təzyiq sahələri yaranır. Dağlıq ərazilərdə 1200- 1500 m-dən yüksəkdə, yə'ni 2000-3000 m hündürlüklərdə yüksək təzyiq yayın axınnda və payızın əvvəlində, alçaq təzyiq isə qışın axırında olur. Gösterilən qurşaqdan daha yuxarılarda isə yüksək təzyiq yayda, alçaq təzyiq isə qışda müşahidə edilir və illik təzyiq amplitudu 8-10 mb-a çatır.
Atmosfer təzyiqinin sutkalıq gedişinin ümumi qanunauyğun vəziyyəti maksimum təzyiqin səhər çağı saat 8-9 radələrində, minimum təzyiqin isə axşam tərəfi saat 16-17 radələrində müşahidə edilməsidir. Lakin bu qanunauyğun vəziyyətin meteoroloji şəraitdən asılı olaraq pozulması hallan da müşahidə edilir.

Azərbaycanda Mütləq maksimum TEMPERATUR
Azərbaycan ərazisində iqlimin bütün elementləri kimi, mütləq maksimum və mütləq minimum temperaturlann paylanmasında da relyefin tə’siri olduqca böyükdür. Buna görə də orta illik və orta aylıq temperaturların paylanmasında müşahidə edilən vəziyyət, mütləq maksimum və mütləq minimum temperaturlann paylanmasında, əsasən təkrar olur. Respublikanın düzənlik erazilərində (Lənkəran və Gəncə-Qazax düzənliklərini çıxmaqla) və Naxçıvan MR Arazyanı zonasında mütləq maksimum temperatur 40-43°C, dağətəyi zonada 37-40°C, orta dağlığın aşağı zonasında 30-37°C, 1500-2000 m yüksəkliklərdə 27-30°C, yüksəkdağlıqda (3000-3500 m-ə qədər) 20-30°C, en uca suayncılar zonasında isə 10-12°C-e qədər qalxır . Bir qayda olaraq mütləq naaksimum temperatur düzənliklərin daxili hissələrində iyul ayının ikinci yarısında, dənizkənarı zonada isə avqust ayının birinci yarısında müşahidə edilir.

Küləklər. Qara yel
Azərbaycanın əsasən qərb rayonlarında (Gəncə-Qazax düzənliyi və s.) ağ yelin əksi, yə'ni şimal-qərbdən əsən küləklər qara yel adlanır. Bu küləklər çox sür’ətli olduqda tozanaq qopur, hava qaralır, payızda və yazda torpaq yeni şumlandığı zaman havalar quraq keçirsə torpaq qatım sovurur-külək eroziyasını (deflyasiyanı) gücləndirir. Bu küləklər ilin bütün fəsillərində əsir, isti dövrdə isə bə’zen çox güclü olur, ağaclan sındırır, evlərin damını qoparır.
İlin isti və soyuq fəsilləri üçün tərtib edilmiş külək külü və küləklərin orta sür’əti xəritə-sxemlərinin təhlili göstərir ki, Azərbaycanın düzənlik və dağlıq bölgələrində əsən küləklərin istiqaməti və hakim küləklərin dəyişməsi müşahidə edilir. Abşeron yarımadasında və ona yaxın ərazilərdə qışda və yayda demək olar ki, eyni istiqamətli, yə'ni, əsasən şimal-qərb, şimal, şimal-şərq, Kür çayının deltası sahəsində qışda şimal-şərq və qərb, yayda şərq, cənub-şərq küləkləri hakim olur.
Kür-Araz ovalığının mərkəzi zonasında (Salyan, Sabirabad, Yevlax, Tərtər) ən çox təkrarlanan hakim küləklər şimal-qərb və cənub-şərq istiqamətli küləklərdir. Lakin qışda şimal-qərb, yayda isə cənub-şərq küləkləri üstünlük təşkil edir və sür’ətləri artıq olur. 
M. A. MÜSEYİBOV
AZƏRBAYCANIN FİZİKİ COĞRAFİYASİ

Küləklər. Ağ yel
Azərbaycanın düzənlik bölgələrində, xüsusilə Kür-Araz ovalığında yayda əsən çox isti (qızmar) və quru küləklər ağ yel adlanır. Bu küləklər esən zaman havanın temperaturu 35-40°C-ə çatır və onu ötür, havanın nisbi rütubəti 15-30% qədər azalır. Ağ yellərin sür’əti 10-15 m/san-ə çatır. İ. V. Fiqurovski qızmar və quru havaların Azərbaycana Orta Asiya səhralarından və cənubdan (tropiklərdən) gəldiyini güman edirdi.
Ə. M. Şıxlinski Azərbaycanda ağ yelin, eləcə də hava şəraitinə görə ondan az fərqlənən davamiyyətli bürkülərin əmələ gəlməsinə xüsusi fikir vermiş və kənd təsərrüfat bitkilərinə çox zərər verən bu prosesi mövcud müşahidə materialları əsasında araşdırmışdır. Onun fikrincə ağ yelin mənşəyi və təkrarlanması, əsasən müəyyən sinoptik şəraitdə Azərbaycana Orta Asiya səhralarından qızmar, quru və isti havaların daxil olması ilə bağlıdır. Adətən bu proses Cənub-şərqi Avropa və Qazaxıstan üzərində antisiklon şəraiti yarandığı zaman baş verir və həmin antisiklon şərqə uzaqlaşdıqdan sonra Orta Asiyadan Zaqafqaziyaya hava axını da dayanır. Xəzər dənizi üzərindən keçərkən qızmar səhralardan gələn bu hava axınları öz fiziki xassələrini o qədər de dəyişə bilmir. Dəniz bu hava axınının yalnız alt təbəqəsinin temperaturunu cəmi 3-4°C azaldır, rütubətini isə 10-20% artıra bilir Qızmar tozlu hava kütlələrinin 2-3 km hündürlüyə qədər yayılan qalın qatı isə öz ilkin fiziki xassəsini dəyişmədən Azərbaycana daxil olur.
Bə’zi hallarda bu hava axınları səhraların nann samanı rəngli tozu ilə o dərəcədə doymuş olur ki, sanki dumanlı, tutqun hava şəraiti yaradır və görüş məsafəsini çox qısaldır, bitkilərə böyük ziyan vurur. Belə hal Azərbaycanın sahil zonasında dəfələrlə müşahidə edilmiş və onun axırıncı ən tipik təkrarı 1986-ci il aprel ayının axırlarında olmuşdur.
Orta Asiya mənşəli ağ yel əsərkən havanın temperaturu 35-40° C-i keçir, nisbi rütubətliyi isə 40-20%-ə düşür.
Azərbaycanın isti küləklərini Ə. M. Şıxlinski iki tipə bölür: a) Orta Asiyadan qızmar, quru, bə’zən tozlu havalann daxil olması nəticəsində havanın nisbi rütubətliyinin sıçrayışla 30%-dən aşağı düşməsi, temperaturun isə 30°C-dən yuxan qalxması və 35-40°C-ni ötməsi, küləyin sür’ətinin 10-15 m/san-ə qədər artması, havanın tutqunlaşması: b) bu proseslərin kənardan Azərbaycana hava kütlələri daxil olmadan baş verməsi. Bu ikinci hal yerli kontinental havanın sakit meteoroloji şəraitdə qızmar tropik havaya çevrilməsi (transformasiyası) nəticəsində baş verir. İkinci halda külək zəif (0-6 m/san) olur və havanın temperaturu 35-40°C-ə (hətta 42°C) çatır, 10-15 gün davam edən çox quraq və bürkü hava şəraiti yaranır. Bu proses ən çox Kür-Araz və Naxçıvan düzənlikləri üçün xarakterikdir. Bürkülü hava şəraiti yalnız Azərbaycana kənardan yeni hava kütlələri daxil olduqda dəyişir.
Ə. M. Şıxlinskinin mə’lumatma görə ağ yel və bürkülü havaların davamlığı Kür-Araz ovalığında 30-45 gün, Naxçıvanın düzənlik və alçaqdağlıq zonasında 70-40 gün, respublikanın ortadağlıq zonasında 10 günə qədər, yüksək dağlıqda isə 5 günə qədərdir. Ağ yel və bürkülü havaların təkrarlanmasını və kənd təsərrüfat bitkilərinə vurduğu zərəri azaltmaq üçün geniş miqyasda yaşıllaşdırma işləri aparılması təklif edilmişdir. Bu tədbirlər səth örtüyünün xarakterini ciddi dəyişər və yerli kontinental havanın qızmar tropik havaya çevrilməsinin qarşısını alar, yaxud bu prosesi çox zəiflədər.

M. A. MÜSEYİBOV
AZƏRBAYCANIN FİZİKİ COĞRAFİYASİ

Dağ – dərə küləkləri , adından göründüyü kimi Azərbaycanın dağlıq vilayətlərində ilin isti dövründə, xüsusilə yayda çox təkrarlanır, bir növ brizlər kimi gecə-gündüz (yəni sutkalıq) küləklərdir.Gecələr külək dərələr ,eləcə də yamaclar boyu dağdan dərələrə və dağətəyi düzənliyə, gündüzlər isə əks istiqamətində əsir.Küləklər adətən, böyük dərələrin morfologiyasından aslı olaraq, istiqamətlənir və dağ yamacları ilə dağətəyi düzənlik və dərələr arasında temperatur fərqindən aslı olaraq çox sürətlənir.


  Dağ – dərə küləkləri Böyük və Kiçik Qafqaz dağlarının cənub və şərq yamaclarından həm yayda, həmdə qışda müşahidə edilir. Dağ – dərə küləkləri dağlıq ölkələrdə böyük dərələrdə yerləşən yaşayış məntəqələrinin havasının təmizlənməsində mühüm rol oynayır.

Respublika ərazisində yağıntılar qeyri-bərabər paylanır. Ən az yağıntı Abşeron yarımadasının cənubunda, ən çox yağıntı isə Talış dağlarının ətəklərində düşür. Böyük Qafqaz dağlarının cənub yamacları illik yağıntıların miqdarına görə Lənkəran vilayətindən sonra ikinci yerdədir. Lənkəran ovalığında yağıntının çox hissəsi ilin soyuq dövründə (oktyabr-mart aylarında), Böyük və Kiçik Qafqaz dağlarında yazın axırı-yay aylarında, digər sahələrdə isə əsasən yaz və payız aylarında düşür. İllik yağıntıların miqdarı 200 mm-dən az olan ərazilərdə səhrəlar, 200-400 mm olan sahələrdə yarımsəhralar, 400-600 mm olan sahələrdə dağ çölləri, alçaq dağ meşələri, 600-1400 mm-ə çatan sahələrdə zəngin meşələr mövcuddur. Respublika ərazisində illik buxarlanma göstəricisi 300-1400 mm arasında dəyişir. İllik yağıntının mümkün buxarlanmaya nisbəti rütubətlənmə əmsalı adlanır. Respublikamızın ayrı-ayrı hissələri iqliminə görə bir-birindən xeyli fərqlənir. Azərbaycan Respublikası ərazisində yarımsəhra və quru çöl iqlimindən dağ-tundra iqliminədək bir-birindən fərqlənən 9 iqlim tipi mövcudduir. Dağətəyi düzənliklərdən yüksəkdağlığa doğru iqlim tipləri bir-birini əvəz edir. I. Yarımsəhra və quru çöl iqlimi respublika ərazisinin 50%-dən artığını əhatə edir. Bu iqlim Kür-Araz ovalığını, Arazboyu düzənlikləri, Samur-Dəvəçi ovalığını, Abşeron-Qobustanı tutur. Kür-Araz ovalığında qışı mülayim, yayı quraq isti keçən yarımsəhra və quru çöl iqlimi - q u r u s u b t r o p i k i q l i m hakimdir. Naxçıvan MR-in Arazboyu düzənliyi və qismən alçaqdağlıq ərazilər qışı soyuq, yayı quraq isti keçən yarımsəhra və quru çöl iqliminə malikdir. Burada ən isti ayın temperaturu 27-280 C-dən yüksək olur. İllik yağıntıların miqdarı əksər sahələrdə 300 mm-dən azdır. II. Mülayim-isti iqlimin müxtəlif növləri respublika ərazisinin 30%-dən artığını əhatə edir. Bu iqlim Böyük və Kiçik Qafqazın və Talış alçaq və ortadağlıq zonaları üçün səciyyəvidir. Respublikanın müxtəlif dağlıq ərazilərində mülayim-isti iqlimin bir-birindən fərqlənən tipləri mövcuddur. 1. Yayı quraq keçən yarımsəhra və quru çöl iqlimi (Naxçıvanda qışı soyuq keçən yarımsəhra və quru çöl iqlimi). 2.Qışı quraq keçən mülayim-isti iqlim. 3.Yayı quraq keçən mülayim-isti iqlim. 4. Yağıntıları bərabər paylanan mülayim–isti iqli. 5. Yayı quraq keçən soyuq iqlim. 6. Qışı quraq keçən soyuq iqlim. 7. Bütün fəsillərdə bol yağıntılı soyuq iqlim. 8. Dağ-tundra iqlimi. Qışı quraq keçən mülayim–isti iqlim Kiçik Qafqazın bütün dağətəyi və alçaqdağlıq zonasını,Qanıx-Əyriçay vadisini, Acınohur öndağlığını, Böyük Qafqazın cənub-şərq hissəsini əhatə edir. Yayı quraq keçən mülayim–isti iqlim Lənkəran ovalığı, Kiçik Qafqazın cənub-şərq qurtaracağı, Böyük Qafqazın cənub-şərqi üçün səciyyəvidir. Yağıntıları bərabər paylanan mülayim–isti iqlim Talış dağlarının, Böyük Qafqazın cənub və şimal-şərq yamaclarının alçaqdağlıq və dağətəyi zonalarını əhatə edir. Həmin ərazilərdə qış yumşaq, yay mülayim –isti keçir, il boyu yağışlar yağır.Lakin yay ayları nisbətən quraq keçir. III. Soyuq iqlimin müxtəlif tipləri respublika ərazisinin 20%-ə yaxınını əhatə edir. Bu iqlim Böyük və Kiçik Qafqaz dağlarının, eləcə də Naxçıvanın ortadağlıq və qismən də yüksəkdağlıq hissələrini tutur. Yayı quraq keçən soyuq iqlim Naxçıvan MR-də alçaq zonadan başlamış yüksəkdağlığadək böyük sahəni əhatə edir. Qışı quraq keçən soyuq iqlim Kiçik Qafqazın şimal-şərq yamacı, Yan silsilə, Kiçik Qafqazın ortadağlıq və qismən də yüksəkdağlığı üçün səciyyəvidir. Bütün fəsillərdə bol yağıntılı soyuq iqlim ancaq Böyük Qafqazın cənub yamaclarında, 1500-2700 m yüksəkliklərdə müşahidə edilir. Bu iqlim yayın sərin, qışın soyuq keçməsi ilə səciyyələnir. Yağıntı ən çox yaz və payız fəsillərində düşür. IV. Dağ-tundra iqlimi- Böyük və Kiçik Qafqazın, Zəngəzur silsiləsinin mütləq yüksəkliyi 2700 m-dən artıq olan hissələrini əhatə edir. Bu iqlim tipində qış və yay əsasən quraq keçir, yağıntının əksəriyyəti qar şəklində düşür. Ən isti ayın orta temperaturu 00C ilə 100C arasında dəyişir.

İqlimşünas alimlərimiz Azərbaycan ərazisinə daxil olan hava kütlələrinin və atmosfer dövranının bir neçə tipini müəyyən etmişlər. 
1. Arktik hava kütlələri. Əsasən ilin soyuq dövründə şimaldan, şimal-şərqdən və şimal-qərbdən Azərbaycan ərazisinə daxil olur. Arktik dəniz və arktik kontinental yarımtipləri var. Bu hava kütlələri Şimal Buzlu okeanı üzərində yaranır və cənuba hərəkət edərək Azərbaycan ərazisinə daxil olur. 
2. Mülayim hava kütlələrinin dəniz yarımtipi Atlantik okeanının şimalında yaranır və Avropa üzərindən keçərək, Azərbaycana daxil olur. Bu hava kütlələrinin təsiri ilə temperatur aşağı düşür, buludluluq artır, tez-tez yağış yağır. Mülayim kontinental hava kütlələri isə Qərbi Sibir, Qazaxıstan və Rusiyanın Avropa hissəsində yaranır. 
3. Tropik hava kütlələri respublikamızın ərazisinə cənubdan, əsasən yayda daxil olur. İsti və quru hava şəraitinin yaranmasına səbəb olur. İlin soyuq dövründə temperaturu yüksəldir. 
4. Cənub siklonları Aralıq dənizi, İranın şimal-qərbi və Kiçik Asiya üzərindən Azərbaycan ərazisinə daxil olur. Bu zaman havanın temperaturu xeyli aşağı düşür, güclü küləklər əsir, buludluluq artır. Yağıntılar başlıca olaraq ilin isti dövründə düşür. 
5. Orta Asiya hava kütlələri Xəzər dənizindən keçərək Azərbaycan ərazisinə daxil olur. Bununla əlaqədar, ilin isti dövründə havanın temperaturu qalxır, soyuq dövrlərdə isə aşağı düşür. Əsasən, şərq və cənub-şərq kütlələri üstünlük təşkil edir, yağıntılar ancaq qışda düşür. 
1. Kontinental və dəniz arktik hava kütlələri. 
2. Mülayim enliklərin dəniz tropik hava kütlələri. 
3. Mülayim enliklərin kontinental hava kütlələri. 
4. Cənub siklonları. 
5. Orta Asiyadan gələn hava kütlələri.
 Yerli hava dövranı əsasən Xəzər dənizi ilə Azərbaycan ərazisi arasındakı təzyiq fərqlərindən yaranır. Yüksəktəzyiq sahələrindən alçaqtəzyiqli sahələrinə doğru üfüqi istiqamətdə hava yerdəyişməsinə külək deyilir. Azərbaycan ərazisində yaranan küləklər mənşə etibarilə iki cür olur: müxtəlif hava kütlələrinin respublika ərazisinə daxil olması nəticəsində yarana küləklər və yerli şəraitlə əlaqədar əmələ gələn küləklər. Səth örtüyünün xüsusiyyətləri ilə əlaqədar, respublikamızın ərazisi üçün əsasən yerli küləklər səciyyəvidir. Abşeron yarımadasında və dəniz sahillərində hakim külək xalq arasında “x ə z r i” adlanan şimal, şimal-qərb və şimal-şərq küləyidir. Onun sürəti bəzən 35-40 m/san-yə temperaturunu aşağı salır, sərinlik gətirir. Azərbaycana cənub-şərqdən və cənubdan daxil olan “g i l a v a r” qış aylarında havanın mülayimləşməsinə, yayda isə, istiliyin və nəmliyin artmasına səbəb olur. Xəzri və gilavar küləkləri Bakı və Sumqayıt şəhərlərinin çirkli havasının təmizlənməsində mühüm rol oynayır. Sutka ərzində səth örtüyünün qeyri-bərabər qızması ilə əlaqədar olaraq, dağlıq ərazilərdə dağ – dərəküləkləri, Xəzər dənizinin sahillərində sahil küləkləri əmələ gəlir. Aran rayonlarında tropik hava kütlələrindən əmələ gələn, ilin isti dövründə əsən isti, quru ağ yel və qara yel bitkilərin inkişafına mənfi təsir göstərir. İlin soyuq dövründə dağlıq ərazilərdə föhn adlanan isti və quru küləklər əsir.

Respublikamızın relyefi kimi iqlim şəraiti də çox müxtəlifdir. Bu müxtəliflik ilk növbədə Azərbaycan ərazisinin mülayim və subtropik iqlim qurşaqlarının qovuşduğu sahədə yerləşməsi ilə əlaqədardır. İqlim əmələ gətirən amilllərə günəş radiasiyası və atmosfer sirkulyasiyası daxildir. Bunlarla bərabər, coğrafi enlik, relyef xüsusiyyətləri, dəniz və okean cərəyanları və s. amillər də iqlim əmələgəlməsinə böyük təsir göstərir. Bu amillər birlikdə iqlimin əsas ünsürlərinin – temperatur, rütubət, külək və s.-in paylanmasını müəyyən edir. Günəş radiasiyası və havanın temperaturu. Respublikamız Qafqazda ən çox günəş radiasiyası alan ölkədir. Onu “Günəşli Azərbaycan” adlandırılırlar. Respublika ərazisində günəşli saatların illik miqdarı 1800-2900 saat arasında dəyişilir. Günəşli saatların ən yüksək miqdarı Naxçıvan MR-in Arazboyu düzənliklərində müşahidə edilir (2900 saat/il). Kür-Araz ovalığında, Ceyrançöldə, Abşeron yarımadasında günəşli saatların miqdarı 2200-2400 saat/il təşkil edir. Böyük və Kiçik Qafqazın dağətəyi zonalarında buludluluğun artması ilə əlaqədar, günəşli saatların miqdarı xeyli azalır. Ən az günəşli saatlar alçaqdağlıq zonalarda, Lənkəran ovalığında və Şollar düzündə (1800-2000 saat/il) müşahidə edilir. Azərbaycan Respublikası ərazisində günəş radiasiyası qeyri-bərabər paylanmışdır. Havanın temperaturu iqlimin əsas ünsürlərindən biridir. Yüksəklik hər 100 m artdıqca havanın temperaturu təqribən 0,60 C aşağı düşür. Mütləq minimum temperatur düzənliklərdən dağ zirvələrinə doğru artır. Respublikamızda havanın ən alçaq temperaturu Araz çayı dərəsində, Culfada -33 0C müşahidə edilmişdir. Kür-Araz ovalığının mərkəzi hissələrində isə bu göstərici -24 0C, Abşeron yarımadasında -130 C olmuşdur. Havanın mütləq maksimum temperaturu da qeyri-bərabər paylanır. Respublikamızda ərazisində illik temperatur amplitudu daha yüksəkdir. Naxçıvanda bu göstərici bəzi sahələrdə 50-600 C və daha çox, Xəzər sahillərində və . Kür-Araz ovalığında isə daha çox olur. Temperaturun sutkalıq amplitudu Arazboyu düzənliklərdə və dağlıq ərazilərdə 10-150C –yə çatır; Gəncə-Qazax zonasında, Lənkəran ovalığında və Xəzər dənizi sahillərində isə 7-80 C-dən artıq olmur.


Azərbaycan Respublikasında hava temperaturunun və atmosfer yağıntılarının paylanması və rejiminin xüsusiyyətləri, həmçinin rütubətlənmə şəraiti nəzərə alınaraq Yer kürəsindəki 11 iqlim tipindən (V.V.Keppenə görə) 8-i burada olduğu müəyyən edilmişdir. Bu tiplərin çoxu yarımtiplərə bölünür.
1. Yarımsəhra və quru çöl iqlimi, əsasən, Mərkəzi aran rayonlarını (Kür çökəkliyində hündürlüyü 400 metrədək olan sahələr), Samur çayı mənsəbindən Qızılağac körfəzinədək Xəzəryanı zonası, Naxçıvan MR-in Arazboyu düzənliklərini, Talışın qapalı dağ çökəkliklərini (1000 metrdən) əhatə edir.
İllik yağıntı mümkün buxarlanmanın 15-50%-ni təşkil edir. Qışı, əsasən, isti (Arazboyu düzənliklərdə və Talışın qapalı dağ çökəkliklərində soyuq) keçməsi ilə fərqlənir. Yayı qızmardır, bəzi günlər havanın temperaturu 40° C-dən yuxarı olur.
2. Qışı quraq keçən mülayim-isti iqlim Böyük Qafqazın cənub yamacının alçaq dağlıq zonasında (1000 metrədək hündürlükdə), Qanıx-Əyriçay çökəkliyində (200-500 m), Kiçik Qafqazın şimal və şərq yamaclarında (400-1500 m hündürlükdə) yayılmışdır. Burada illik yağıntı mümkün buxarlanmanın 50-100%-ini təşkil edir. Qışı yumşaq, az yağıntılı, yayı mülayim-istidir.
3. Yayı quraq keçən mülayim-isti iqlim. Əsasən, Lənkəran-Astara zonasındadır. İllik yağıntı mümkün buxarlanmanın 100-150%-ini və bundan da çoxunu təşkil edir. Qışı yumşaq, yayı mülayim-isti və quraq, payızı çox yağıntılı keçir. Maydan avqustun ortalarınadək yağış az yağır və tez-tez quraqlıq olur, süni suvarma tətbiq edilir.
4. Qışı quraq keçən soyuq iqlim Böyük Qafqazın şimal-şərq yamacında (1000-2700 m) və Kiçik Qafqazın orta və yüksək dağlıq (1400-2700 m) hissəsindədir. İllik yağıntı mümkün buxarlanmanın 75-100%-nə bərabərdir. Yayı sərin, qışı nisbətən az sərt keçir.
5. Yayı quraq keçən soyuq iqlim. Naxçıvan MR-nın orta və yüksək dağlıq zonasını (1000-3000 m) əhatə edir. İllik yağıntı mümkün buxarlanmanın 50-dən 100%-ə qədərdir. Qışı soyuq və qarlı, yayı sərindir.
6. Yağıntısı bərabər paylanan mülayim-isti iqlim Böyük Qafqazın cənub (600-1500 m) və şimal-şərq (200-500 m) yamaclarındakı dağ meşələri zonası üçün səciyyəvidir. İllik yağıntı mümkün buxarlanmanın cənub yamacda 75-100%-i, şimal-şərq yamacda 50-100%-ini təşkil edir. Qışı yumşaq, yayı mülayim-istidir.
7. Bütün fəsillərdə bol yağıntılı soyuq iqlim yalnız Böyük Qafqazın cənub yamacı (1500-2700 m) üçün səciyyəvidir. Yuxarı meşə, subalp və alp zonaları əhatə edir. İllik yağıntı mümkün buxarlanmadan 150-200% çoxdur. Qışı soyuq, yayı sərindir.
8. Dağlıq tundra iqlimi Böyük Qafqaz və Kiçik Qafqazın 2700 m-dən, Naxçıvan MR-nın isə 3200 m-dən yüksək ərazilərindədir. Yağıntı mümkün buxarlanmadan 100-200% çox olur. Qış və yay soyuq keçir. Bəzi yerlərdə qar bir ildən o biri ilə qalır. 

Səyyahlar

[səyyahlar][hot]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget