Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Canavar haqqında bilmədikləriniz...


Canavar yaxud (qurd) (lat. Canis) qidası ilin mövsümündən asılı olaraq müxtəlif növ gəmiricilər, quşlar, sürünənlər, onların yumurtaları, qurbağalar, kərtəkələlər, xırda yırtıcılar və kənd təsərrüfatı heyvanları təşkil edir. Yuvalarını qayalıqlarda və suya yaxın yerlərdə düzəldirlər.
Qurdlar yaz başları cütləşirlər. Boğazlıq müddəti 63-65 gündür. Qışda cütləşir, yazda küçükləyirlər, 5-6 bala doğurlar. Balalar cütləşmədən iki ay sonra dünyaya gəlir. Bala dünyaya gələnə qədərsə erkək qurd dişisinin rahatlığı üçün əlindən gələni edir. Bunun üçün əvvəlcə erkək yerin altında bir yuva düzəldir və heç yorulmadan yuvanı və yuvaya gedən lağımı qazmağa başlayır. Lağımın uzunluğu adətən 9 metr olur. İşini başa çatdırdıqdan sonra isə hamilə yoldaşını yeraltı yoldan keçirərək yeni "ev"inə aparır. Burda onu hər cür təhlükədən mühafizə edərək 2 ay müddətində dişisinə qulluq edir. Erkək qurd gecələr ova çıxır, əlinə nə keçirsə, toxunmadan dişisinə gətirir. Beləcə, 2 ayın tamamında bala dünyaya gəlir. Daha doğrusu, balalar. Çünki qurdların bir dəfəyə 4-dən 10-a qədər balası olur.
Balalar doğulduğu zaman gözləri görmür. Çəkik, mavi gözlər qurd balası doğulduqdan doqquz gün sonra gün işığını görməyə başlayır. Başlanğıcda balalarını ana südü ilə qidalandıran ana, iki həftə sonra onları süddən kəsir. Bundan sonra isə qəribə bir qidalanma taktikası başlayır.
Balaların dişləri çıxmadığından, həmçinin mədələri möhkəm qidaya hazır olmadığından ana qurd mədəsindəki yarı həzm olunmuş qidaları qusaraq balalarını bununla doyuzdurur. Bir müddət sonra isə onlara erkəyi ilə bərabər yedikləri yeməkdən verməyə başlayır. Balalar 3 həftəlik olduqları zaman ana və ata birlikdə balaları yuvadan çölə çıxarır və onlara bundan sonra gündəlik həyata qatılaraq ovlamağı, başlarının çarəsinə baxmağı öyrədirlər.
Qurdlarda balası olan qurd ailəsinə çox qəribə bir diqqət olur. Məsələn, balaları olan erkək qurd bir gün ov tapa bilməmişsə, o günü ətrafdakı qohum qurdlar öz ovlarından həmin ailəyə pay aparırlar.
Qurdların arasında ailə bağları çox qüvvətlidir. Dişisi və balaları yuvada yatdıqları zaman erkək qurd bir təpənin başında oturaraq keşik çəkir. Hər hansı bir təhlükə hiss etdiyi anda isə ilk öncə kəsik-kəsik hürərək ailəsinə xəbər edir, daha sonra ucadan ulayaraq düşməni uzaqlaşdırmağı bacarır.
Balalar böyüyənə qədər ailədə bol sevgi nümayişi gözə dəyir. Ailənin bir üzvü tələyə düşmüş olsa, qohumları onu qurtarmaq üçün əllərindən gələni edərlər.
İnkişafa qaldıqda isə dişi qurdlar erkəklərə nisbətən daha tez böyüyürlər. Erkək üç yaşından əvvəl yetkin sayılmasa da, iki yaşındakı dişi artıq bala doğmağa hazır olur. On, on iki yaşına çatmış qurd qocalmağa başlayır və qurdların ən uzun ömürlüsü 20 yaşına qədər yaşayır.Onların baxışlarından "heyvanlığa" xas olmayan zəka süzülür. Yırtıcıdırlar, vəhşidirlər, ancaq təhrik
edilmədikləri halda insanlara dişlərini qıcatmazlar. Qurdların əhliləşməklə araları yoxdur, azadlıqlarına çox bağlıdırlar. Ən hündür zirvələrə çıxmağı və ordan ətrafa nəzarət etməyi çox sevirlər. "Mərdlik" sözü onları ən yaxşı xarakterizə edən sözdür. Onlar azadlığın, hürriyyətin, cəsarətin, qəhrəmanlığın və çevikliyin simvoludurlar.
Erkək qurdlar əksər kişilərə örnək ola biləcək bir həyat tərzi yaşayırlar. Onlar ömürlərində yalnız bir dəfə bir dişi ilə cütləşər, bizim təbirimizcə desək, ailə qurar və həyatlarının sonunacan öz dişisinə sadiq qalarlar. Dişinin hər hansı bir səbəbdən öldüyü zaman isə erkək qurd dağlara çəkilər və yalquzaq həyatı yaşayaraq ölər. Əgər balaları varsa, onlara analarının yoxluğunu hiss elətdirməmək üçün hər şeyi edərlər.

Yayılma arealı-Əvvəllər Şimal yarımkürəsinin bütün mülayim sahəsi üzrə yayılmışdılar. Hal-hazırda ABŞ və Avropa ərazisində tamamilə məhv olublar, ya da buna yaxın vəziyyətdədirlər. Əvvəlki tək, cənub ştatlarından başqa Kanadada geniş yayılıblar. ABŞ da az sayda Minnesota ştatında və Alyaskada, eləcə də Yelloustoun və Qleşier milli parklarında və bəzi bitişik toxunulmamış yerlərdə qalıblar. Ola bilsin ki, Meksikanın insan məskənlərindən uzaq yerlərində də qorunublar. Avropada azsaylı populyasiyaları Kantabriyanın, Appeninin və Karpatların ucqar yerlərində qalıblar. Ayrı-ayrı başları italyan və transilvan Alplarında da qorunublar. Şərqi Avropada və Rusiya Federasiyasının Avropa hissəsində yayılıblar. Şərqdə bütün Sibirdə, Qafqazda, Türküstanda(Orta Asiyada), Monqolustanda, Tibetdə, Koreyada cənuba doğru Hindistan, Bəlucistan və Kəşmirə qədər geniş yayılıblar. Cənub-şərqi Asuyada İrandan Ərəbistana qədər yayılıblar. Qərbi, Şimali və Mərkəzi Avropada tamamilə məhv olublar. Müxtəlif yerlərdə, tundrada, meşələrdə, çöldə və səhraların qıraqlarında yaşayırlar. 3-4 min metr dəniz səviyyəsindən yuxarı da rast gəlmək olar. Adətən təkliklə, cütlərlə və ailə qruplarında birləşirlər. Nadir hallarda sürü şəklində. Oturaq, nadir hallarda köçəri həyat sürürlər.

Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget