Qanıx-Həştərxan
vadisi Kür çökəkliyinə daxildir. Qanıx-Həştərxan vadisi qərbdə Gürcüstanla sərhəddən
şərqdə Girdimançaya qədər 215 km məsafədə uzanır.(ümumi uzunluğu 350 km-dir
).Vadinin eni qərbdə 30-35 km , mərkəz hissədə 10-15 km, şərqdə 2-5 km-dir. Qanıx-Həştərxan
vadisinin mütləq hündürlüyü 200-500 m arasında dəyişir.Lakin bəzi gətirmə
konuslarının zirvəsinin hündürlüyü 500 m-dən də artıqdır.Vadi relyef
(oroqrafiq) xüsusiyyətlərinə görə iki əsas zonaya ayrılır.Birinci hissə Qanıx və
Əyriçay boyu uzanan nisbətən ensiz (3-5 km) və az maili düzənliklərdən ibarətdir.İkinci
hissəni daha geniş (15-20 km) maii dalğavari düzənliklər əmələ gətirir.Bu hissə
cənub yamac çaylarının səthi qabarıq gətirmə konusları və konusarası çökəklərin
növbələşməsindən əmələ gəlmişdir.Burada mezazoy çöküntülərindən təşkil olunmuş
tək-tək təpələrə rast gəlmək olur.
Yorum Gönder