Qlobus üzrə sahələri hesablamaq üçün paletkadan istifadə edirlər. Ərazi kiçik olub, uzunsov deyilsə qlobus səthinin əyriliyi həmin kontur sahəsinin paletk ilə ölçülməəsinə təsir göstərmir. ərazi böyük olarsa (məs, Afrika) onun sahəsi hissə-hissə ölçülür. Materik və başqa ərazinin sahəsini təxmini surətdə də təyin etmək olar. Bunun üçün meridian və paralellərin qlobus üzərində əmələ gətirdiyi trapeslərdən istifadə edilir.
Bu trapeslərin sahəsi xüsusi kartoqrafik cədvəllərdən götürülür. Ərazinin sahəsini təyin etmək üçün kontur daxilinə düşən tam və natamam trapeslər sayılır (natamam trapeslər gözəyarı təyin edilir) və onların qiymətlərinə görə bütün ərazinin sahəsi hesablanır.

Yorum Gönder