İnsanlar daim bir çox əşyaları gözlə gördüklərindən daha yaxşı görmək istəmişlər. İlk böyüdücü linzalar e.ə. 700-cü ildə Orta Şərqdə ixtira olunmuşdu. O zamandan etibarən insanların kiçik hissəcikləri gözlə görə biləcəyi qədər yaxınlaşdıran, daha aydın görmələrinə yardım edən bir çox araşdırmalar aparmışlar. Bu sahədə teleskopun ixtirasının əhəmiyyəti çox böyük oldu, elmdə əsl inqilab yaratdı. Dəqiq optika kainatı dərk etmək üçün çox qüdrətli idrak vasitəsinə çevrildi. İlk teleskopun düzəldilməsinə durbinin ixtirası ilə başlanmışdır. Maraqlıdır ki, bu qədər gözəl kəşf sırf təcrübə yolu ilə və tam təsadüf edilmişdir. Belə ki, XVII əsrin əvvəlində
niderlandlı Yakov Metenus adlı bir şəxs güzgü və «yandırıcı şüşə» düzəltmək həvəsi sayəsində müxtəlif linzalar əldə etmişdi. Lakin o, heç vaxt elmlə məşğul olmamışdı. Bir dəfə o, borunun bir ucuna çökək, o biri ucuna qabarıq linza bərkidir. Bu uğurlu əməliyyat nəticəsində durbin cihazı ixtira olunur.
optika elmi ilə əlaqəsi olmayan bir neçə sənətkar durbin düzəltmişlər. Onlardan biri, hollandiyalı eynək ustası İohans Lippersqey (1570-1619) düzəltdiyi teleskopu 1608-ci ildə nümayiş etdirmişdi. Bu cihaz hər iki ucunda böyüdücü linzalar olan uzun boru idi. İki linzanın ortaq ölçüsü adi gözlə görünməyən uzaqdakı cisimləri aydın görmək imkanı verirdi.
İtaliyalı alim Qalileo Qaliley (1564-1642) teleskopun quruluşu haqqında heç nə bilmirdi, lakin o, optikanın qanunlarına yaxşı bələd idi. Belə bir cihazın kim tərəfindənsə ixtira edilməsi xəbəri onu düşünməyə vadar etdi. Çox keçmişdi ki, Qaliley öz elmi düşünməyə vadaretdi. Çox keçmədi ki, Qaliley öz elmi düşüncələri əsasında bir teleskop düzəltdi. Doğrudur Qalileyi teleskopun ixtiraçısı saymaq olmaz, lakin şübhəsiz ki, elmi əsaslarla teleskopu düzəltmiş ilk alim də olur. Həm də Qaliley teleskopla baxarkən çoxlu yeni ulduz kəşf etdi. Çoxlarının yeddi ulduz birləşməsi hesab etdiyi Yeddiqardaşda, sən demə 30 ildir birləşibmiş, Orion ulduz birləşməsində isə səkkiz əvəzinə səksən ulduz varmış. Ayda isə Qaliley dağlar, dərələr, kraterlər müşahidə edir və hətta onların bəzilərinin kölgələri əsasında hündürlükləri də ölçülər.
Qaliley 1632-ci ildə «Kainatın iki sistemi haqqında dialoq» əsərini yaradaraq burada polyak alimi Kopernikin Yerin Günəş ətrafında fırlanması fikrini müdafiə etdi. Bu ideya Roma katolik ilahiyyatçılarının kəskin qəzəbinə səbəb oldu. Kilsə təliminə qarşı çıxmaqda ittiham olunan Qaliley məhkum edildi.
Sonralar teleskop xeyli təkmilləşdirildi. Bu işdə İohann Kepler və İsaak Nyuton kimi alimlərin xidmətləri xüsusilə böyük oldu./http://tarix.info/
Yorum Gönder