Baltik Dənizi, Şimali Avropada yerləşən dəniz. Səthi sahəsi (adaları olmadan) - 415 km². Su həcmi - 21,5 min km³. Baltik dənizi Atlantik hövzəsinə aiddir.Baltik dənizinin səthi son buzlaşma dövrü zamanı tamamilə buz başlamışdı. 14 min il bundan əvvəl buzlaqlar əriməyə başladı. Dəniz suyu təxminən 10.300 il bundan əvvəl boğaz vasitəsilə mərkəzi İsveç rayonda boşluqları doldurmağa başladı. Yüksələn Dünya okeanı səviyyəsi (təxminən 7-7.5 min il bundan əvvəl) müasir Danimarka boğazından bir keçid yaratdı. Beləliklə Baltik dənizi tədricən indiki formasına gəlib düşdü.
Fiziki-coğrafi göstəricilər
Baltik dənizinin böyük körfəzləri: Fin körfəzi, Riqa körfəzi, Botniya körfəzi. Baltik dənizinə tökülən böyük çaylar: Neva, Neman, Dauqava, Narva, Visla, Oder çayları.
Dibinin relyefi
Temperatur rejimi və duzluluq
Dəniz suyunun duzluluğu Baltika dənizini daha duzlu olan Şimal dəniziylə bağlayan Danimarka boğazından şərqə doğru azalır. Danimarka boğazında duzluluq dənizin dibində 30 promill və səthində 20 promill təşkil edir. Dənizin mərkəzinə getdikcə duzluluq dənizin səthində 6-8 promillə qədər azalır, Botnik körfəzinin şimalında 2-3 promillə, Fin körfəzində 2 promillə qədər düşərək. Dərinlik artıqca duzluluq çoxalır, dənizin dibində duzluluq 13 promillə çatır.
Yorum Gönder