Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Delfinlər

Balinakimilər dəstəsinə aid heyvan fəsiləsidəndir.Əsasən balıq,molyusk və xərçəngkimilərlə qidalanır.Delfinlər cəld və sürətlə üzürlər. Onlar inkişaf etmiş səs siqnalizasiyasına və bu siqnalları qəbul etmə sistemlərinə malikdir. Diri bala doğurlar. Hamiləlik müddəti 10–18 ay arasında dəyişir. Dışı delfin adətən uzunluğu 50-60 sm olan bir bala doğur və balasının qayğısına həssaslıqla qalır. Delfinlər gec böyüyürlər. Onlar 20-30 ilə qədər yaşayırlar.Delfinlər üçün nəfəs almaq insanlarda və ya digər quruda yaşayan məməlilərdə olduğu kimi bir refleks deyil, iradəli hərəkətdir. 
Yəni insan necə yeriməyə qərar verirsə, delfinlər də nəfəs almağa qərar verir. Bu, heyvanın suda yatarkən boğularaq ölməməsi üçün görülmüş tədbirdir. Delfin yatdıqda beyninin sağ və sol yarımkürələrini təqribən on beş dəqiqə fasilə ilə işlədir. Bir yarımkürə yatarkən, digər yarımkürə nəzarət edərək heyvanın suyun səthinə çıxmasını təmin edir.
Delfinlər balıqlar kimi su içində nəfəs alıb-verə bilmirlər. Bu səbəbdən nəfəs almaq üçün nizamlı şəkildə suyun səthinə çıxırlar. Başlarının üstündə hava alıb-vermələrini təmin edən bir dəlik var. Delfinlərin orqanizmi o qədər mükəmməl quruluşa malikdir ki, heyvan suya baş vurduqda bu dəlik qapaqla avtomatik bağlanır və bununla da içəri su keçməsinin qarşısı alınır. Su səthinə çıxdıqda isə qapaq yenə avtomatik açılır. Delfinlərin ağızlarındakı dimdiyə bənzər çıxıntı isə sudakı hərəkətlərini asanlaşdıran başqa bir xüsusiyyətdir. Heyvan bu quruluşu sayəsində suyu daha yaxşı yarır və daha az enerji sərf edərək daha sürətlə üzür. Müasir gəmilərin burunlarında da delfinlərin ağzına bənzər çıxıntı var. Bu hidrodinamik quruluş gəmilərin sürətini də eynilə delfinlərinki kimi artırır.
Bundan başqa, delfinlər elm adamlarını təəccübləndirəcək qədər sürətlə üzürlər. Delfinlərin
bədənlərinin ətrafından suyun axması qüsursuz şəkildə baş verir.
Bunun səbəbi delfinin dərisi üzərində aparılan tədqiqatlar nəticəsində tapılmışdır. Delfinin dərisi üç qatdan ibarətdir. Xarici qat incədir və çox elastikdir; daxili təbəqə qalındır, plastik tüklü fırçaya bənzəyən elastik çubuqlardan ibarətdir. Ortadakı qat isə süngərəbənzər maddədəndir. Beləliklə, çox sürətlə üzən delfinə dəyən sudan girdab əmələ gəlməyə başladıqda xarici dəri qatı bu girdabın səbəb olduğu yüksək təzyiqi daxili qatlara ötürür və daxili qatlar bu yüksək təzyiqi aradan qaldırırlar. Əmələ gələn girdab beləliklə böyüməyə başlamadan itir.
Heyvanlar içində sadəcə delfinlərə xas olan bu formaların hamısı üstün yaradılışın açıq dəlillərindəndir. Hər canlı kimi delfinlər də yaşadıqları şərtlərə ən uyğun bədən quruluşu ilə yaradılmışdır.
Alimlər tərəfindən müəyyən edilib ki, delfinlərin bir-biri ilə ünsiyyət qurması üçün 14000-ə qədər səs siqnalı "lüğət ehtiyatları" vardır. Yarasalar kimi, delfinlər də şaqqıltılı səslər və ya ucadan qırıq-qırıq fit səsinə oxşar ultra səslər buraxır və balıqlara toxunub qayıdan bu səsləri tutmaqla ovlarını tapırlar. Delfinlərin bu cür səmtbilmə qabiliyyətinin çox yaxşı inkişaf etdiyini bir çox təcrübələr sübut etmişdir.
Delfinlərdən birinə bədbəxtlik üz verdikdə sürüdəki başqa delfinlər onun həyəcan siqnallarını eşidən kimi köməyə gəlir.
Delfin suda balalayır və yeni doğulmuş bala suda üzə bilir. Delfin öz balasını suda əmizdirir, onun südü çox qatı və yağlı olur.
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget