Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Coğrafi təbəqə və onun əsas xüsusiyyətləri


Coğrafi təbəqə Yer kürəsinin ən mürəkkəb və müxtəlif komplekslərdən təşkil olunmuş hissəsidir. Onun əsas xüsusiyyətləri yer səthində təbii elementlərin uzun müddətli qarşılıqlı təsiri nəticəsində əmələ gəlmişdir. Yer səthindəki bu müxtəlifliklər bir sıra təbiət elmlərinin (geologiya, fiziki-coğrafiya, biologiya, torpaqşünaslıq, iqlimşünaslıq və s.) mövzusu və tədqiqat obyektidir. Bu elmlərin inkişafı prosesində yer kürəsinin səthi barədə elmi biliklərin toplanması, onun dörd tərkib hissəsinin (litosfer, atmosfer, hidrosfer, biosfer) mürəkkəb qarşılıqlı təsiri 
nəticəsində əmələ gəldiyini söyləməyə imkan verir. Bir-birinə daxil olan bu dörd müstəqil fiziki-coğrafi təbəqələrdən təşkil olunan daha geniş və mürəkkəb təbii kompleks kimi yeni anlayış- Yerin coğrafi təbəqəsi meydana gəlir. Yer bir planet kimi ayrı-ayrı təbəqələrdən təşkil olunmuşdur. Bu təbəqələrdən biri coğrafi təbəqə olub, digər təbəqələrlə müqayisədə çox mürəkkəb strukturaya və bir sıra fərqli əlamətlərə malikdir. Yerin coğrafi təbəqəsinin fərqli xüsusiyyətləri aşağıdakılardan ibarətdir: onun tərkibində maddələr üs aqreqat vəziyyətindədir (bərk, maye və qaz), onun inkişafında eyni zamanda iki enerji mənbəyinin – xarici (günəşinin şüa enerjisi) və daxili (yerin daxilində
radioaktiv elementlərinin parçalanmasından alınan enerji) enerjinin iştirakı və üzvi materiyanın – həyatın olması. Yerin coğrafi təbəqəsinin dörd sferadan (dörd təbəqədən) təşkil olunduğunu ilk dəfə rus təbiətşünası P.İ.Brounov göstərmişdir. O, yazırdı ki, bütün bu sferalar (litosfera, atmosfera, hidrosfera və biosfera) biri digəri içərisinə daxil olur və bir-birilə qarşılıqlı təsirdə olmaqla yerin xarici görünüşünü yaradır. Bu qarşılıqlı təsirin öyrənilməsi müasir təbiət elmlərinin, xüsusilə coğrafiyanın qarşısındu duran ən ümdə vəzifələrdən biridir. Fiziki-coğrafiyanın həmin qarşılıqlı təsiri öyrənməsi onun müstəqil elm kimi inkişaf etməsinə və yaxın fənlərdən – geologiyadan, hidrologiyadan və meteorologiyadan onu fərqləndirməyə imkan verir.
Coğrafi təbəqənin fiziki-coğrafiyanın mövzusu kimi əsaslandırılması V.V.Dokuçaevin işlərində də müəyyən dərəcədə öz əksini tapır. V.V.Dokuçayev XIX əsrin axırı XX əsrin əvvəlində coğrafi təbəqənin bütövlüyü və ayrılmazlığı, bütün komponentlərin qarşılıqlı asılılığı barədə təlimi inkişaf etdirdi. S.V.Kalesnik, A.A.Qriqoryevin fiziki-coğrafi təbəqə anlayışını sadəcə coğrafi 
təbəqə adlandırmağı təklif edir və bu ad sonralar elmdə daha da möhkəmlənir. S.V.Kalesnik yazırdı ki, «Yer səthi dedikdə biz sadəcə olaraq fiziki və ya riyazi səth deyil, proseslərin birinin digərinə qarşılıqlı daxil olması və qarşılıqlı əlaqə təsiri altında əmələ gəlib inkişaf edən mürəkkəb komplekslərini başa düşürük. Bunlar quruda, atmosferdə, suda və üzvü aləmdə inkişaf etməklə planetimizin coğrafi təbəqə adlandırdığımız xüsusi təbəqəsini yaradır». 
İ.M.Zabelin biogenosfera, D.L.Armandın coğrafi sfera, Y.K.Efremovun landşaft təbəqəsi, A.Q.İsaçenkonun epigeosfera anlayışları coğrafi təbəqənin sinonimləri kimi işlədilir. Lakin bir sıra coğraflar tamamilə haqlı olaraq qeyd edirlər ki, bu coğrafi təbəqə termininin taftologiyasıdır, yəni bir elmin mənası dəyişmədən onun adının müxtəlif formalarda sadəcə olaraq təkrarlanmasıdır. 
Coğrafi təbəqəyə ekvivalent olaraq çox tez-tez geosfera anlayışı işlədilir.Lakin coğrafi ədəbiyyatda bu termin ümumi mənada çoxdan işlədilir, daha doğrusu bizim planetimizi yaradan hər hansı konsentrik təbəqənin (atmosferi, hidrosferi, litosferi və s.) geosfer adlandırılması çoxdan qəbul olunmuşdur. A.Q.İsaçenko coğrafi təbəqəyə daha qısa və məqsədəuyğun sinonim kimi «epigeosfera» termini işlətməyi təklif edir. Bu isə öz növbəsində Brounovun irəli 
sürdüyü «yerin xarici təbəqəsi» anlayışına tamamilə uyğun gəlir. İsaçenko coğrafi 
təbəqə anlayışını izah edərək göstərir ki, coğrafi təbəqə Yerin xarici sferasını deyil atmosferin aşağı hissəsini əhatə edən daxili sferasını əks etdirir. Belə olduqda «yer kürəsi» «yer səthi» kimi anlayışlardan imtina etmək qarşıda durur. Çünki onda atmosfer «yer kürəsi» anlayışına daxil olmur, o görünən sərhəddə malik deyil, fəza boşluğunda tədricən seyrəkləşib yox olur. Yer səthindən söhbət getdikdə isə atmosferin xarici səthindən deyil, litosferin və hidrosferin səthi haqqında danışılır. 
A.A.Qriqoryev coğrafi təbəqənin yuxarı sərhəddini 20-25 km yüksəklikdə stratosferdən, ozon təbəqəsinin maksimum toplandığı sahədən bir qədər aşağı keçirir. Bu sərhəddən aşağı atmosferin quru və okean səthilə qarşılıqlı təsirdə olduğu, hava hərəkətinin müxtəlif formaları müşahidə edilir. Coğrafi təbəqənin aşağı qurtaracağını A.A.Qriqoryev ilk dəfə 100-120 km dərinlikdən keçirir. Lakin bir qədər sonra o, həmin sərhəddi yer səthinə yaxınlaşdırır. Bu məqsəd üçün coğrafi təbəqəyə orta qalınlığı 20 km qədər olan yalnız yer qabığını aid edir 
(quruda, dağlar altında onun qalınlığı 60-80 km olduğu halda, okean çökəklikləri altında isə 5-8 km qədər azalır). Qriqoryevin bu fikrilə D.L.Armand da razılaşır. 
Coğrafi təbəqənin aşağı sərhəddi barədə İ.M.Zabelin bir qədər başqa mövqe tutur. O, həmin sərhəddi canlı orqanizmlərin və suyun maye halında yayıldığı sahəyə gxörə, daha doğrusu 4-5 km dərinlikdən keçirməyi üstün tutur.
 Əksər tədqiqatçılar coğrafi təbəqənin yuxarı sərhəddini troposferlə stratosfer arasındakı keçid təbəqə olan tropopauzadan götürürlər. Atmosferin fiziki xüsusiyyətlərində baş verən əsas dəyişikliklər burada müşahidə edilir. Atmosferin aşağı, troposfer təbəqəsinin əsas xüsusiyyətləri litosfer və hidrosferlə qarşılıqlı təsirilə əlaqədardırlar. Bu qarşılıqlı təsir temperaturun, qalxan hava kütləsinin paylanmasına və bütün hava kütlələrinin troposferdə sirkulyasiyasına, həmçinin onun rütubətsaxlama və rütubət dövranına, bərk hissəciklərin (toz, duz və s.)toplanmasına səbəb olur. Burada hava kütlələri troposferin ən yuxarı 
sərhəddinədək bakteriyaları, sporları, bitki tozcuqlarını apara bilir. 
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget