İstanbul Türkiyənin ən böyük şəhəri, dəniz portu, ölkənin sənaye-ticarət və mədəniyyət mərkəzidir. Roma İmperiyası , Bizans İmperiyasının və Osmanlı İmperiyasının paytaxtları olmuşdur. Yunan qaynaqlarında "Byzantion", Rus mənbələrində "Tsarqrad", Şərqi Roma İmperiyası dövründə "Konstantinopol" adlandırılmışdır.Bosfor boğazının sahillərində və əfsanələrə görə yeddi təpə üzərində qurulmuşdur. Şəhər, iqtisadi böyüklük baxımından dünyada 34, əhali baxımından bələdiyyə sərhədləri göz önünə alınaraq edilən sıralamağa görə Avropada, Moskvadan sonra, ikinci sırada gəlir. İstanbul Türkiyənin şimal-qərbində, Mərmərə sahili və Boğaziçi boyunca, Halıçın də çevrələyəcək şəkildə qurulmuşdur. İstanbul qitələrarası bir şəhər olub, Avropadakı hissəsinə Avrupa Yakası və ya Rumeli Yakası, Asiyadakı hissəsinə
isə Anadolu Yakası və ya Asiya Yakası deyilir . Tarixdə ilk olaraq üç tərəfi Mərmərə dənizi, Boğaziçi və Halıçın qucaqladığı bir yarım ada üzərində qurulan İstanbulun qərbdəki sərhədini İstanbul qala divarları meydana gətirməkdə idi. İnkişaf və böyümə müddətində divarın hər səfərində daha qərbə ilərləyərək inşa edilməsiylə 4 dəfə genişlədilən şəhərin 39 mahalı vardır. Sərhədləri içərisində isə böyük şəhər bələdiyyəsi ilə birlikdə cəmi 40 bələdiyyə var.
Dünyanın ən qədim şəhərlərindən biri olan İstanbul, MS 330 - 395 illəri arasında Roma İmperatorluğu, 395 - 1204 ilə 1261 - 1453 illəri arasında Şərq Roma İmperatorluğu, 1204 - 1261 arasında Latın İmperatorluğu və son olaraq 1453 - 1922 illəri arasında Osmanlı İmperatorluğuna paytaxtlıq etdi. Bundan başqa İstanbul, xilafətin Osmanlı İmperatorluğuna keçdiyi 1517-ci qaldırıldığı 1924 qədər sünni İslamın da mərkəzi oldu
Almaniyanın Essen və Macarıstanın Peç şəhərləri ilə birgə İstanbul 2010-cu ildə Avropanın mədəniyyət paytaxtlarından biri elan edilmişdir.
İstanbul ista ́nbul,türkcə tələffüz ɯsˈtambul – ısta ́mbul) adına tarixdə ilk dəfə ərəb,sonradan türk mənbələrində X əsrdə rast gəlinir. O "is tin pόlin" — "şəhərə" deməkdir.
1930 -cu ilədək beynəlxalq sənədlərdə şəhərin rəsmi adı — Konstantinopol (türk. Konstantiniyye) kimi qed edilirdi.
Istanbulun qədim adlarından biri də Konstantinopol – Yeni Roma və Ümumdünya patriarxı Müqəddəs Arxiyepiskopununrəsmi titulunnda saxlanan — Yeni Roma və ya İkinci Roma (yunan. Νέα Ρώμη, lat. Nova Roma); 330 ilə qədər Bizans(yunan. Βυζάντιον) adlarıdır.
Orta əsr rus mənbələrində şəhər həmçinin Царьград ( Çarqrad ) və ya Константинов град ( Konstantinov qrad ); bolqar dilində və serb dilində Цариград ( Çariqrad ) kimi işlənirdi.1923-cü ildə əsas dövlətlər Türkiyə dövlətini bir dövlət kimi tanıdılar.Həmin ilin 29 oktyabrında isə Türkiyənin paytaxtı Ankara şəhəri elan edildi. 28 mart 1930-cu ildə isə Türkiyədə bütün sənədlərdə İstanbul yazılmsı barədə qərar qəbul edilidi.
İstanbul ərazisində ilk yaşayış qalıqları şəhərin Asiya hissəsində tapılıb və neolit dövrünə aiddir.Məşhur Topqapı yaxınlığındakı tikinti xarabalıqları isə tunc dövrə aiddir.
1453-ci il may ayının 29-da Osmanlı ordusu tərəfindən Bizansdan alınaraq Osmanlının paytaxtı elan edilib. İstanbulun Topqapı Sarayında yazılıb: "Peyğəmbər, ruhun şad olsun, şəhər müsəlmanlarındır".
İstanbul dünyada iki qitədə yerləşən və Roma, Bizans və Osmanlı kimi üç böyük imperiyanın 2000 ildən artıq müddətdə paytaxtı olmuş şəhərdir.
İstanbul Türkiyənin ən böyük şəhəri və siyasi olaraq qədim paytaxtıdır. Torpaq və dəniz ticarət yollarının kəsişməsi ve strateji mövqeyi səbəbi ilə Türkiyədə iqtisadi həyatın mərkəzi olmuşdur. Şəhər eyni zamanda ölkədə ən böyük sənaye zonasıdır. Türkiyədəki ümumi sənaye istehsalının 20%-i İstanbulun payına düşür.
Maraqlı faktlar-İstanbul — iki qitədə yerləşən nadir şəhərlərdən biridir — Avropa və Asiya.
Əhalisinin mütləq hissəsi müsəlman olan ölkədə Konstantinopol pravoslav kilsəsinin Mərkəzi və Konstantinopol – Yeni Roma və Ümumdünya patriarxı Müqəddəs Arxiyepiskopunun iqamətgahı yerləşir.
Bütün tarixi boyu şəhər 10 Roma, 82 Bizans İmperatorunun və 30 Osmanlı sultanın iqamətgahı olmuşdur.
İstanbul uzununa 150 km, eninə 50 km ərazini tutur.Şəhərdə hər il təqribən 30 yeni küçə meydana gəlir,yeni yaşayış massivləri salınır.
Türkiyənin hər 5 vətəndaşından biri İstanbulda yaşayır.
Hər il İstanbula 9 milyon turist səfər edir.
Avropa və Asiyanın qovuşuğunda yerləşən İstanbul iki şəhərə bölünür. Bu barədə 2011-ci ilin aprel ayının 20-də Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğan jurnalistlərə deyib. Baş nazir planı İstanbul əhalisinin çoxalması ilə əlaqələndirib. Onun sözlərinə görə, yaxınlarda əhalinin sayı 17 milyona çatacaq. O, qeyd edib ki, ideya hakim Ədalət və İnkişaf Partiyasının Türkiyə Respublikasının yüz illiyinə yönəlik "Starategiya-2023" seçkiqabağı proqramının bəndlərindən biridir. İstanbulun bölünməsi planı Türkiyədə mübahisələr doğurur. Memarlıq Palatasının rəhbəri Əyyub Muhcu Ərdoğanın arqumentinə qarşı çıxaraq bildirib ki, şəhərin bölünməsi əhalinin sayının 25-30 milyona çatmasına gətirib çıxaracaq./http://az.wikipedia.org/

Yorum Gönder