Günəşə ən yaxın planet olan Merkuridə inanılması çətin, paradoksal, amma gerçək olan anomaliya yaşanıb. Son 4 milyard il ərzində bu planetin diametri 14 km kiçilib.
Milli.Az BBC-yə istinadən bildirir ki, ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) alimlərinin dediklərinə görə, kosmik zondlar vasitəsilə aparılmış son müşahidələr Merkurinin səthinin soyumağa başladığını göstərib. Bunun nəticəsində planetdə alimlər "Merkuri büzüşür" (Mercury is shrinking) deyirlər.
Əslində alimlər bunu çoxdan təxminləmişdilər. Belə ki, Merkurinin əksəriyyəti nazik mantiya və qılaf qatı ilə örtülmüş qaynar nüvədən ibarətdir. 4,5 milyard il əvvəl planet təşəkkül tapandan bəri nüvə soyumağa başlayıb.
Soyuma isə fizika qanunlarına görə kiçilmə ilə müşayiət olunub. Bu səbəbdən planetin səthində süxurların kəskin qırılması, dərinləşməsi və yarğanlaşması prosesləri dayanmaq bilmir.
Vaşinqtondakı Karneqi İnstitutunun alimlərinin dediklərinə görə, bütün bunlara rəğmən, son müşahidələr onları heyrətləndirib. Belə ki, "Messenger" kosmik zondu vasitəsilə aparılmış çəkilişlər Merkurinin indiyədək güman edildiyindən 8 dəfə sürətlə kiçildiyini göstərib.
Nature Geographic bildirir ki, alimlər planetin büzüşməsi nəticəsində yaranan "dilimvari yamaclar"ı araşdırıblar. Onların forması, yeri və dərinliyi Günəş sisteminin ilk planetinin diametrinin yaranandan bəri 0,8-3 km yox, 5-7 km kiçildiyini sübut edir.
Alimlərin dediklərinə görə, nüvəsi soyuyan planetdəki belə dəyişikliklər arxetipik ola bilər. Yəni gələcəkdə Yer də kiçiləcək.
Yerin diametri yaxın milyon illərdə kiçilməz. Lakin nüvənin strukturunun dəyişməsi cazibə və ağırlıq qüvvələrinə təsir edəcək. İş ondadır ki, Yerin nüvəsi təki, Merkurinin də maye nüvəsi maqnit sahəsinin formalaşmasını təmin edir və bu minvalla ağırlıq qüvvəsini azaldır. İndi Yerdə maqnit sahəsi Merkuri ilə müqayisədə 100 dəfə artıqdır.
Merkuri ilə bağlı aparılan müşahidələr Yerin gələcəyini proqnozlaşdırmağa imkan verir.
Milli.Az

Yorum Gönder