Cənubi-Qərbi Asiya dünya sivilizasiyasının ən qədim mərkəzlərindən biri olmuşdur.Bu geniç regionda Anadolu,İran yaylaları Mesopotamiya ovalığı,Ərəbistan yarımadası yerləşir.Ön Asiya dağlıq yaylalarında yerləşən Anadolu və İran yaylaları,Əfqanıstan əsasən dağlıq ərazilərdir.Burada hündür dağ silsilələri arasında geniş çökəklər yerləşir.Hinduquş dağları regionun ən hündür dağlarıdır.Mərkəzi hissədə enli qurşaq şəklində uzanan yaylalar Ön Asiya yaylaları adlanır.
Ön Asiya yayalaları çox parçalanmış relyefe malikdir.Yüksək dağ silsilələri dərin çökəkliklərdə növbələşmişdir.Ön Asiya yaylaları Kaynazoy yaşlı Alp-Himalay fəal dağlıq və seysmik qurşağının bir hissəsini təşkil edir.Bunu regionda baş verən güclü zəlzələlər sübut edir.
Ərəbistan yarımadası qədim Afrika-Ərəbistan platformasına daxildir.Ərəbistan yayalasını İran yayalasından ayıran əyilmə (çökmə) sahəsində Mesopotamiya ovalığı yerləşir.Ovalıq Dəclə və Fərat çaylarının gətirdiyi allüvial çöküntülərlə örtülmüşdür.
İqtisadi coğrafi mövqeyi.
Cənub Qərbi Asiya qədim mədəniyyət mərkəzlərindən biridir.Dünyanın dörd ən geniş yayılmış dinlərindən üçü (yəhudi,xristian,islam dinləri) burada yaranmışdir.Onun tərkibinə daxil olan on altı ölkə dünya ərazisinin 4,7%-ni
tutur.Regionun simasını ilk növbədə onun əlverişli mövqeyi və zəngin neft yataqları müəyyən edir.
İqtisadi coğrafi mövqeyinin başlica əlaməti üç qitənin yolayrıcında ,mühüm hava və dəniz yollarının (Bosfor,Dardanel,Ba-ül-Məndəb boğazları ,Süveyş kanalı) kəsişdiyi terdə yerləşmişdir.Belə coğrafi mövqe Cənub-Qərbi Asiya xalqlarının siyasi və iqtisadi həyatına əsəslı təsir göstərmiş və onun tərkibində Mesopotamiya (Dəclə və Fərat çayları arasında),Levant (Aralıq dənizi sahilində) kimi tarixi vilayətlərinin yaranmasına səbəb olmuşdur.Siyasi cəhətdən Cənub-Qərbi Asiya həmişə dünyanın ən narahat regionlarından biri “barıt çəlləyi” olmuşdur.İndi də regionda siyasi veziyyət qeyri-sabitdir.
Yaxın Şərq,İraq-Qərb,kürd,Kipr problemlərinin uzun müddət həll olunmaması regionda siyasi gərginlik yaradır.Cənub-Qərbi Asiya regionunu Afrikanın Şimalında yerləşən Misir və Sudanla birlikdə,Həm də Yaxın və orta Şərq adlandırırlar.OrtaŞərqə yalnız İran və Əfqanıstan aid edilir.
Əhalinin milli tərkibi,təkrar artımı və yerləşməsi.
Regionun əhalisinin 80%-ni türklər,ərəblər və farslar təşkil edir.Başqa xalqlar arasında kürdlər,yəhudilər,bəluçular üstünlük təşkil edir.İslam dini və əxlaqının rolu güclü olan regionda əhalinin təbii artımı yüksəkdir(hər 1000 nəfərə ildə 28-30 nəfər).
İslam aləmində müqəddəs sayılan dini mərkəzlərin hamısı –Məkkə,Mədinə(Səudiyyə Ərəbistanı),Kərbəla,Nəcəf (İraq),Məşəd,Qum (İran),Məzari Şərif (Əfqanıstan),Qüds(İsrail) Cənub –Qərbi Asiyadadır.
Regionda əhalinin orta sıxlığı (1kvadrat kilometrdə 37 nəfər) təxminən orta dünya göstəricisinə bərabərdir.Lakin ərazi üzrə əhali olduqca qeyri-bərabər yerləşmişdir.İran körfəzi,Qara və Aralıq dəniz sahillərində,çay vadilərində vəvahələrdə əhali sıx məskunlaşmışdir. Cənub-Qərbi Asiya ölkələrində urbanizasiya səviyyəsi yüksəkdir.Əfqanıstan,Yəmən və Oman istisna olmaqla,regionun bütün ölkələrinin əhalisinin yarıdan çoxu şəhərlərdə yaşayır.Ən iri şəhərləri Tehran,İstanbul,Ankara,Bağdad,İzmir,İsfahan,Dəməşq,Ər-Riyad ,Təbriz və başqalarıdır.
Yorum Gönder